Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  ruhani hökmlər
 
1. MÜQƏDDƏS BORC
I. Özünütanıma

Naşılıqdan ayrılırsan – bilirsən ki:

naqissən
hərissən
xudbinsən
mütisən
yırtıcısan
hərcayisən
ədalətsizsən
cürətsizsən
həsədlisən
şəhvətlisən
II. Özündənimtina

Naqisliyini öldürürsən.
Hərisliyini öldürürsən.
Xudbinliyini öldürürsən.
Mütiliyini öldürürsən.
Yırtıcılığını öldürürsən.
Hərcayiliyini öldürürsən.
Ədalətsizliyini öldürürsən.
Cürətsizliyini öldürürsən.
Həsədini öldürürsən.
Şəhvətpərəstliyini öldürürsən.
III. Özünəçatma

Kamilliyə çatırsan.
Tamahsızlığa çatırsan.
Fədakarlığa çatırsan.
Vüqara çatırsan.
Xeyirxahlığa çatırsan.
Müqəddəsliyə çatırsan.
Ədalətə çatırsan.
Cürətə çatırsan.
Heyrətə çatırsan.
Məhəbbətə çatırsan.
IV. Başqalaşma

Ətrafdakıları Kamilliyə çatdırırsan.
Tamahsızlığa çatdırırsan.
Fədakarlığa çatdırırsan.
Vüqara çatdırırsan.
Xeyirxahlığa çatdırırsan.
Müqəddəsliyə çatdırırsan.
Ədalətə çatdırırsan.
Cürətə çatdırırsan.
Heyrətə çatdırırsan.
Məhəbbətə çatdırırsan.
İnsanlaşırsan, İnsanlaşdırırsan…
2. MÜQƏDDƏS QİSMƏT

Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Maddiyyat əsarətindən qorumalıdır.
Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Şər əsarətindən qorumalıdır.
MÜQƏDDƏS YAŞAYIŞ ŞƏRTLƏRİ:


1. Minimal güzəran: Zəruri olanla kifayətlənmək, Zəruri olmayanı çirkab saymaq, ömürdən silmək.
2. Minimal Varidat: Zəruri olanla kifayətlənmək, Zəruri olmayanı çirkab saymaq, ömürdən silmək.
3. Minimal Vəzifə: Şərlə qaynayıb-qarışmamaq, Şərə sərf olunmamaq.
4. Minimal Rütbə: Şərlə qaynayıb-qarışmamaq, Şərə sərf olunmamaq.
3. MÜQƏDDƏS MƏRASİM

Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.
I. Evlənənlər Atanın Xeyir-duasını alır, Ata qarşısında Ailə sədaqətinə and içirlər.
II. Gəlinin Ər evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı Maddiyyatla ölçmək qəbahəti lənətlənməlidir.
III. «Qız Sahibinə» Maddi Bəxşiş verilməsi – gəlinin əşyalaşması, əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir.
IV. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir.
Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir, onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.
V. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və Bağbanı – Evlənənlərdir.
4. ÖZÜNÜİDARƏ SƏLAHİYYƏTİ

Təşkilatların, İdarələrin, Zorakı və Yalançı Qaydaların Hakimiyyətini Formal saymaq və tədricən rədd etmək. (Formal saymaq – Yəni İnamdan, İdrakdan, Mənəviyyatdan, İradədən kənar etmək. Rədd etmək – Yəni əleyhinə çıxmaq, damğalamaq, ifşa etmək).
5. HÖRMƏT HAQQI

Vəsiqəyə, vəzifəyə, varidata hörmət – Günahdır.
Yalnız Ruhani Ləyaqət – Hörmətə Layiqdir:
Kamillik, Tamahsızlıq, Fədakarlıq, Vüqar, Xeyirxahlıq, Müqəddəslik, Ədalət, Cürət, Heyrət, Məhəbbət.
6. MÜQƏDDƏS TƏLİM

Müasir Rəsmi Təlim İnsanı Xeyirdən uzaqlaşdırır, Şərlə barışdırır, İnamsızlaşdırır, İdraksızlaşdırır, Mənəviyyatsızlaşdırır, İradəsizləşdirir. Rəsmi Təlim İnsanlara bilik vermir – Vəsiqə verir.
Müqəddəs Təlim – Ata məktəblərində Müqəddəs Kitablar əsasında aparılır. Həmin Məktəblər İnsan hazırlayır. Orada İnsanlaşmaq Elmi öyrədilir, İnsanlaşma səviyyəsi qazanılır.
7. ATA TƏQVİMİ

Tarix Ata Təqvimi əsasında – 1979-cu ilin mart ayından hesablanır.
1 mart 1979-cu il – ATA TƏQVİMİ ilə belə olacaqdır: 1 Günəş (I ay) 1-ci il.
AYLAR:

1. Günəş – mart,
2. Çiçək – aprel,
3. İşıq – may,
4. Şölə – iyun,
5. Od – iyul,
6. Qürub – avqust,
7. Ata – sentyabr,
8. Xəzan – oktyabr,
9. Yağış – noyabr,
10. Sərt – dekabr,
11. Qar – yanvar,
12. Köçəri – fevral.
HƏFTƏNİN GÜNLƏRİ:

1. Arzu – bazar ertəsi,
2. Ümid – çərşənbə axşamı,
3. Dözüm – çərşənbə,
4. Mərhəm – cümə axşamı,
5. Qismət – cümə,
6. Murad – şənbə,
7. İnam – bazar.
XALQLAŞDIRMAQ – XALQLAŞMAQ!
(SAFRUHUMA, SADİQİMƏ, ƏSİLİMƏ)

Müqəddəs Fəaliyyətə başlayırsınız!
Ruhani Səfərə çıxırsınız!
Daxilinizdəki Mütləq sizə Yar olsun.
ATA HÖKMÜ

1. Müqəddəs Kitablar əsasında Amal-Vətən ideyasıyla yaraqlanırsınız.
Kitabları hələlik aparmırsınız, İdeyanı aparırsınız.
2. Müqəddəs Fəaliyyəti – Mənəviyyatsızlıq, Ləyaqətsiz-lik, Özgələşmə bəlasının şərhiylə başlayırsınız.
Həyatımızda Yadlıq fəlakətinin dəhşətli yırtıcılıq, harınlıq, əxlaqsızlıq, xurafat uçurumu yaratdığını göstərirsiniz. Cavanların yamanlığa hədsiz meylini, ziyalıların işıqsızlığını, xalqın çirkab selinə düşməsini anladırsınız.
Formal xalqa çevrilmək təhlükəsinin gerçəkliyini söylə-
yirsiniz. Ruhani Müqavimət İdeyasını irəli sürürsünüz. (Əməl əsasında).

3. Fəaliyyətin ikinci Mərhələsində Yüksək Ruhani Səviyyədə Ata haqqında, Atalıq haqqında, Hərəkatımızın məqsədi, Mahiyyəti, Bənzərsizliyi haqqında Müqəddəs söz söyləyirsiniz, Münasibət yaradırsınız.
(Ünvan ünsiyyətinə qədər).

4. Üçüncü Mərhələdə xalqı Müqəddəs Kitablara qovuşdurmaq Əməlinə qədəm qoyursunuz.
Ruhani Müəllimlik Yüksəkliyinə qalxırsınız.
(Öyrətməni «Bədiyyat»dan başlamaq olar).

5. Dördüncü Mərhələdə Bəyənilmiş, Seçilmiş şəxslərdən ən ləyaqətlisi – Ataya Münasibət Qanunlarına Mütləq riayət yetkinliyində – Ata Hüzuruna dəvət olunur, Atanın xeyir-duasına layiq görülür və hərəkatımıza qoşulur.

Xalq sizi gözləməyən görünür,
Əslində isə o, sizi gözləyir.

Sərt Ay, 7-ci il. Bakı.


SALAM LƏYAQƏTİ

Salam – Hörmət rəmzidir. Hörmətsizə salam vermək – salamı hörmətdən salmaqdır.
Formallaşan ölür. Salamı öldürmək olmaz.
Yalnız hörmətə layiq adamlara salam verilir. Salam – salama layiq olanındır.
Hörmət etmədiyin adama salam vermək – ruhani həqarətdir.

MÜQƏDDƏS RƏMZLƏR

Hürmüzd İşığı.
Babək Fərəhi.
Qorqud Ağsaqqallığı.
Nəsimi Sığmazlığı.
Füzuli Aşiqliyi.
Muğam Hikməti.
Saz Dəyanəti.
XALQLAŞMAQ

I. Xalqı bugün ən çox şəhərdəki aşağı təbəqə, rayondakılar və kənddəkilər təmsil edirlər. Ana dilini yaşadan onlardır. Qədimliyi yaşadan onlardır.
Xalqlaşmaq gərəkdir!
II. Xalqdan ana dilində danışmaq öyrənilir.
Qocaları danışdırmaq, onların dilini hifz etmək, mənimsəmək.
Xalqdan qədimlik öyrənilir.
Seçmə adətlər, ənənələr hifz edilir, sabaha çatdırılır.
III. Yaşayış ərazilərində, müəssisələrdə, iş yerlərində xalqla təmas yaradılır, vaxtaşırı rayonlara, kəndlərə səfər edilir.
IV. Xalq həm də öyrədilir. Ləyaqətlə, mətanətlə, səbrlə, yetkin ağılla, iradəylə, ardıcıl şəkildə, tədricən xalqı şərdən ayırmaq; şərin mahiyyətini açıb göstərmək; xalqı ayıltmaq, şərə qarşı Ruhani döyüşə çağırmaq! Onu böyüt-mək!
V. Xalqı Ataya qovuşdurmaq, Amallaşdırmaq!
ODU QORUMAQ

I. Evladların ev gündəliyi, səfər gündəliyi, iş gündəliyi, Atayla görüş gündəliyi olmalıdır. Həmin gündəliklərdə hərəkatımızın ən cüzi hadisələri, xassələri, əlamətləri, nişanələri, tələbləri belə öz əksini tapır, saxlanılır, Sabaha çatdırılır.
II. Ruhani Mərasimlər dəqiq şəkildə yazılır, saxlanılır, Sabaha çatdırılır.
Tariximizə ən kiçik biganəlik – ruhani qəbahətdir, idraki naqislikdir.
Müqəddəs Odu qorumaq – mütləq zəruriyyətdir.


MÜQƏDDƏS İLLƏ GÖRÜŞ
(Ocağın qalanması iliylə)

Müqəddəs ilə qovuşmaq Müqəddəslikdir.
I. Görüş Ata müraciətiylə başlayır.

II. Övladlar Müqəddəs il haqqında söz söyləyirlər.

III. Müqəddəs Kitablardan Kəlamlar oxunur.

IV. Müqəddəs ilə hesabat verilir:
Özündəki şərlə döyüş hesabatı.
Həyatdakı şərlə döyüş hesabatı.
Atalığı öyrənmək hesabatı.
Atalığı öyrətmək hesabatı.

V. İnam, İdrak, Mənəviyyat, İradə, Eşq Atəşindən rəmzi Ocaq qalanır:
Hürmüzd İşığı haqqında,
Babək Fərəhi haqqında,
Qorqud Hörməti haqqında,
Nəsimi Həqiqəti haqqında,
Füzuli Məhəbbəti haqqında,
Muğam Hikməti haqqında,
Saz Mətanəti haqqında,
Ata Məsuliyyəti haqqında,
Övlad sədaqəti haqqında
Söz söylənilir.

VI. Görüş Müraciətlə – Ataya müraciətlə başa çatır. Övladlardan biri Müqəddəs müraciəti Ata hüzuruna yetirir.


MÜNASİBƏT SAFLIĞI

İnsan Xeyirə bərabərdir.
Adam Şərə bərabər deyil,
Şərlə Xeyirin qarışığıdır.
Şərləşən, Şərə bərabər olan – mənən ölür.
Önun Ölümünü Təsdiq etmək – yəni Onu İfşa etmək, rədd etmək, inkar etmək – Ruhani Borcdur.
(Şərləşmək – Ataya, Mütləqə, Amala, Vətənə qarşı çıx-maqdır; İnamsızlıq, İdraksızlıq, Mənəviyyatsızlıq, İradəsizlik qəbahətinə qovuşmaqdır).
ATALILAR MÜNASİBƏTİ

Qardaşlıq, bacılıq –

Mütləq Həsədsizlik,
Mütləq Rəqabətsizlik,
Mütləq Münaqişəsizlik,
Mütləq Mübahisəsizlik –
Mütləq Doğmalıq.
GÜNAH FƏLAKƏTİ


Ata Sözünə ən cüzi xilaf – günahdır.
Amal Tələbinə ən cüzi xilaf – günahdır.
Günah – fəlakətdir.
Günahkar – Mənən ölür.
Günah – Mənəvi ölülük yaradır.
Mənəvi Ölü – İnamı tərk edir.

Köçəri Ay, 7-ci il. Bakı.
MÜQƏDDƏS İLƏ MÜRACİƏT

İnamsızlar arasında İnamlıyıq!
İnsansızlar arasında İnsanlıyıq!
İdraksızlar arasında İdraklıyıq!
Mənəviyyatsızlar arasında Mənəviyyatlıyıq!
İradəsizlər arasında İradəliyik!
Səninlə bərabər doğulduq.
Zərdüşt qədər qədimik!
Babək qədər qədimik!
Qorqud qədər qədimik!
Nəsimi qədər qədimik!
Füzuli qədər qədimik!
Muğam qədər qədimik!
Saz qədər qədimik!
Əminik ki, İnsan – Mütləqləşməlidir.
Cəmiyyət – Ruhaniləşməlidir.
Dünyada Mütləqə İnam bərqərar olmalıdır.
Şərq özümləşməlidir.
Üsulumuz: İnsanlaşma, İnsanlaşdırma.
Ömrümüz – Etiqadımız!
Amallı ilimiz, Sabahlı ilimiz, Müqəddəs ilimiz, Müqəddəsliyimiz, Salam!

1 Günəş Ayı, 8-ci il. Bakı.
ƏHVAL QANUNU

Evlad əhvalını sazlamağı, kökləməyi bacarmalıdır.
Sazlanmayan, köklənməyən alətdə çalmırlar.
Sazlanmayan, köklənməyən əhvalda fikir söylənilmir, iş görülmür.

Günəş Ayı, 8-ci il. Bakı.
ATAYLA GÖRÜŞ MÜTLƏQİLİYİ

Yalnız Ömürlük, Mütləq Daxili Ehtiyac Ata Görüşünə layiqdir.
Keçici həvəs, niyyət Ata Görüşünə ziddir.
Atayla görüş Mütləqiliyini Qorumaq Müqəddəs Borcdur.

16 İşıq Ayı, Qismət günü, 8-ci il. Bakı.
AMAL DƏRSİ

Öyrətmək lazımdır ki, Ata kimdir, nə istəyir, niyə Peyğəmbər yoxdur – Ata var!

Öyrətmək lazımdır ki, Mütləq nədir, niyə Allah yoxdur – Mütləq var!

Öyrətmək lazımdır ki, İnsan kimdir, İnsanlaşmaq nədir, niyə adam yoxdur – İnsan var!

Öyrətmək lazımdır ki, Ruhani Cəmiyyət nədir, ona necə çatmalı, niyə Qeyri-Ruhani cəmiyyət yoxdur?!

Öyrətmək lazımdır ki, Müstəqil xalq nədir, ona necə nail olmalı, niyə Qeyri-Müstəqil Xalq yoxdur?!

Öyrətmək lazımdır ki, Özümlü Şərq nədir, ona necə nail olmalı, niyə Təqlidçi Şərq yoxdur?!

Öyrətmək lazımdır ki, Ata Üsulu nədir, ona necə yiyələnməli, niyə Başqa Üsul yoxdur?!

Öyrətmək lazımdır ki, Atasız, Mütləqsiz, İnamsız, Ruhsuz, İnsansız, Üsulsuz Müstəqil Xalq yaranmaz, Özümlü Şərq yaran-maz!

Öyrənmək və öyrətmək!

17 İşıq Ayı, Murad günü, 8-ci il. Bakı.
YERLİÇİLİK ŞƏRİ

Yerliçilik Ənənəsi yaradılır. Xalqı bölə-bölə Yox etmək istəyirlər.

Bütöv Ata Yurdu İdeyasına Zidd Qüvvə hazırlayırlar.

Xalqın belini Qırmaq istəyirlər.
Yerliçilik Şərinin Belini Qırmaq –
Müqəddəs Borcdur.

18 İşıq Ayı, İnam Günü, 8-ci il. Bakı.


ÖVLADLARA

(Səfərlik)

Ruhani Təqdim: Ata – Peyğəmbərdən artıq,
Canlı Mütləq.

Ruhani çağırışlar: Qorxunuzdan Qorxun!
Naşılığınızdan daşının!
İnamsızlığınıza İnanmayın!
Məzlumluq Zülmündən Qurtarın!
Sabahdan Başqa
Bugünümüz Yoxdur!

20 İşıq Ayı, 8-ci il. Bakı.
ŞƏR TƏLƏLƏRİ

Dəbdəbəli Diplom tələsinə salır – Şər adamları.
Süni Adlar tələsinə salır – Şər adamları.
Mənsəb tələsinə salır – Şər adamları.
Varidat tələsinə salır – Şər adamları.
Heykəl tələsinə salır – Şər xalqları.
Muzey tələsinə salır – Şər xalqları.
Yubiley tələsinə salır – Şər xalqları.
İmtina Qətiyyəti gərəkdir – tələyə düşməməkçün, ləyaqətdən keçməməkçün.

6 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
MÜQƏDDƏS MƏRASİMLƏR

Bayram Mərasimi

Ocaq Qalanır, Közü saxlanılır və gələcək Bayramda Ocağa qalanır.

Yas Mərasimi

Söndürülmüş Ocaq təzədən yandırılır.

7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
GÜNAHKAR XALQ

Azərbaycan xalqı Günahkardır!

Müstəqil Dövlət yaratmadığı üçün.
Yad qoltuğunda əsrlərlə yaşadığı üçün.
Yadpərəst ziyalısı üçün.
Yalançı Dirçəlişi üçün.
Saxta Sevinci üçün.
Əsarətə alışdığı üçün.
Özünə Yağı doğduğu üçün.
Kiçik böyükləri üçün.
Aldandığı üçün.
Paralandığı üçün.
Azərbaycan xalqı Günahkardır!
O, Günahını Amal Suyuyla Yumalıdır!

7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
ÖVLAD HƏYATI

Övladın Amaldan başqa həyatı yoxdur!
Bu səbəbdən də onun
Amaldan kənar şəxsi həyatı yoxdur.
Yeganə, vahid Amal həyatı Var.
(Həyat yoldaşı və balaları ilə bərabər!)

10 Ümid günü, Şölə Ayı, 8-ci il. Bakı.
EVLƏNMƏ ƏMƏLİ

Övlad evlənəndə Amala Övlad gətirməlidir, bu mümkün olmasa, Dost gətirməlidir – yağı gətirməməlidir.

11 Dözüm günü, Şölə Ayı, 8-ci il. Bakı.
AĞIL DƏYANƏTİ

Şər daim Ataya qarşı bir-birindən fərqli fəndlər işlədəcək.
Bu, Övladların ağlını başından oynatmamalıdır.

12 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
HALAL ÜÇÜN

Ehtiramın Pakdır!
Oğluma hökmüm:

1. Qardaşın Safruhun köməyiylə, «Əməl»də göstərilən sırayla Müqəddəs Kitabları öyrən!
(Əsilin evində).

2. Özünlə daim, Ardıcıl şəkildə Döyüş:
Qorxudan, Xudbinlikdən, Hərislikdən, Şöhrətsevərlikdən, Şəhvətsevərlikdən, Təqlidçilikdən, Vətənsizlikdən Azad ol!
Kamilliyə Yüksəl!

3. Özünü Əsas Əmələ – Ata Ailələri Yaratmağa hazırla (Tələsmədən və Gecikmədən).
Səfərə Yaraqlan!

4. Ata Gününə – (25 Mərhəm günü, Ata Ayı) Müqəddəs söz hazırla! Ruhani hesabat təqdim et!

Ürəyin Qaranlıqları Yarsın!

15 İnam günü, Şölə Ayı, 8-ci il. Bakı.
ŞƏRQ FƏLAKƏTİ

Müasir Şərq üç ağır Yükün altında inildəyir:
İslam, Qərbi təqlid etmə, ideoloji xurafat.
Şərqi bu Yükün altından Ata İnamı qurtarmalıdır!
Mütləqçilik toxumu Şərqə səpilməlidir.
Bu, Qeyrət işidir. Biz Şərqliyik!..

26 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
UCALIĞA ÇATMAQ

Ata Nəfəsini, Ata səsini Xalqa çatdırmaq ucalığı durur qarşıda.
Həmin Ucalıqdan görünməlidir Övladlıq!
ÖVLADLAŞMA QAYDASI

(Övladlara Ruhani Hökm)

Özündən soruşursan:
Bu məqamda, bu vaxtda, bu hadisədə, bu duyğuda –
İnamım nə səviyyədəydi?
İdrakım nə səviyyədəydi?
Mənəviyyatım nə səviyyədəydi?
İradəm nə səviyyədəydi?

İnamsızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
İdraksızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
Mənəviyyatsızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
İradəsiziydimsə – özümə nifrət qətlinə yetmişəm!

Nisbi İnamlıydımsa – özümüqınama səviyyəsinə
yetmişəm.
Nisbi İdraklıydımsa – özümüqınama səviyyəsinə
yetmişəm.
Nisbi Mənəviyyatlıydımsa – özümüqınama səviyyəsinə yetmişəm.
Nisbi İradəliydimsə – özümüqınama səviyyəsinə
yetmişəm.

Mütləq İnamlıydımsa – özümə yetmişəm!
Mütləq İdraklıydımsa – özümə yetmişəm!
Mütləq Mənəviyyatlıydımsa – özümə yetmişəm!
Mütləq İraldəliydimsə – özümə yetmişəm!

Övlad ömrü boyu «Özümlə sorğu» kitabı yazır. Onu Sabaha çatdırır.
ATA DANLAĞINA
ÖVLAD MÜNASİBƏTİ

Ata danlağı məktəbdir!

27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
MÜQƏDDƏS ÇAĞIRIŞLAR

İnam. Ədalət. Həqiqət. Müstəqillik.
(Mütləqə İnam. Ədalətli Cəmiyyət.
Həqiqi İnsan. Müstəqil Xalq).

6 İnam günü, Od Ayı, 8-ci il. Bakı.
İDEOLOJİ ŞƏR

Şər İnsana Şər atır,
onu münasibətlərin aləti kimi təqdim edir.

İnsanı Şərin Şərindən qurtarmaq gərək!

8 Ümid günü, Od Ayı, 8-ci il. Bakı.
 
  Bugün 17 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol