Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Mahiyyət
 

(ASİF ATA)
MAHİYYƏT
(17-ci Müqəddəs Kitab)


İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

I. MAHİYYƏT – VARLIQ

I
Dünya Dünyanın Mahiyyətindən yaranıb.
Dünya Dünyalıqdan yaranıb.
Dünyalıq Dünyada üzə çıxıb.

Dünyanın Ahəngi, Gedişatı, Nizamı pozula bilər,
ancaq Dünyanın Mahiyyəti pozula bilməz.
Dünyanın Ahəngi, Gedişatı, Nizamı məhv ola bilər,
ancaq Dünyanın Mahiyyəti məhv ola bilməz.

Dünya Mahiyyətə bərabər olmur, ancaq Mahiyyətsiz də olmur; bu səbəbdən də Dünya yaradılmayıb;
özündən – öz Mahiyyətindən yaranıb.

Dünyada Dəyişməyən Hadisə olmur;
Dünyanın Mahiyyəti isə Dəyişməzdir.
Dünyadakı Hadisələrin Əvvəli və Axırı var;
Dünyanın Mahiyyəti isə Əzəlidir, Əbədidir.

Dünyadakılar Dünyalıqdan yaranıb –
Dünyalığı heç kəs yaratmayıb –
Çünki Əzəlini yaratmaq olmaz; –
Həmişə Var olanı yaratmaq olmaz.

Dünya öz Dünyalığından yaranıb.
Yer Yerlikdən Yaranıb.
Göy Göylükdən Yaranıb.
Dağ Dağlıqdan Yaranıb.
Çay Çaylıqdan Yaranıb.

Varlıq – Gerçəkləşən Mahiyyətdir.
Mahiyyət Gerçəklikdən Artıq, Böyük, Yüksəkdir;
ancaq Gerçəklik Mahiyyətdən kənarda deyil –
Gerçəklik öz Mahiyyətindən yaranıb,
Gerçəkliyi heç kəs yaratmayıb;
Gerçəklik Özündən yaranıb.

Dünya – Dünyalığın Təzahürüdür.
O, Dünyaya bərabər olmasa da, Dünyalığı özündə daşıyır.
Dünyalıq Dünyaya bərabər olsaydı – Dünya Tükənərdi.
Dünyalıq Dünyadan Artıq, Yüksək, Böyük olduğundan Dünya Tükənmir.
Dünyadakılar Tükənir, ancaq Dünya Tükənmir;
çünki Dünyalıq Tükənmir.
Dünya Dünyalığa bərabər olsaydı, –
Dünyalıq özündə qalardı, gerçəkləşməzdi.
Dünya Dünyalıqdan yaranıb, Dünyalıq Dünyada gerçəkləşib; Dünya Dünyalıq Təməli üzərində ucalıb,
bu səbəbdən də uçmur.
Mahiyyət – Əzəli, Əbədi, Sonsuz, Kamil Haldır – Zəruri şəkildə Gerçəkliyə keçən, Gerçəklik doğuran; Mahiyyət – Dünyanı quran Bənna deyil, Dünyaya çevrilən Mənadır.

Əzəlilik olmasaydı – Ötərilik anlayışı da olmazdı; – Ötəriliyi Əzəlilik müəyyən edir.
Əbədilik olmasaydı – Keçicilik anlayışı da olmazdı; – Keçiciliyi Əbədilik müəyyən eləyir.
Sonsuzluq olmasaydı – Sonluluq anlayışı da olmazdı; – Sonluluğu Sonsuzluq müəyyən eləyir.
Kamillik olmasaydı – Qeyri-kamillik anlayışı da olmazdı; – Qeyri-kamilliyi Kamillik müəyyən eləyir.

Ötərilik – Əzəliliyin Təsdiqi olur.
Keçicilik – Əbədiliyin Təsdiqi olur.
Sonluluq – Sonsuzluğun Təsdiqi olur.
Qeyri-Kamillik – Kamilliyin Təsdiqi olur.

Dünyadakılar – Dünyadan yaranıb;
Dünya – Dünyalıqdan.

II

Həyat – Həyatlıqdan yaranıb –
Həyatlıq Halından yaranıb.
Həyat – Həyatlığa bərabər deyil,
ancaq Həyatlıqdan kənarda da mövcud deyil; –
Həyatı Həyatlıqdan başqa heç nə yaratmayıb; –
Həyatlığı da heç kəs yaratmayıb –
Əzəli Halı yaratmaq olmaz.
Həyatlıq Halı – Həyat yaradıb;
Həyatlıq Həyatda gerçəkləşib.
Doğulmalar Doğulmaq halından Yaranır.
Açılmalar – Açılmaq Halından.
Həyatdakı Doğulanlar ölür – Həyatlıq ölməzdir.
Həyatdakı Açılanlar solur – Həyatlıq solmazdır.
Həyatdakılar Dəyişir – Həyatlıq Dəyişmir.

Ölməzlik olmasaydı – ölüm anlayışı olmazdı –
Həyatlıq Həyatı müəyyən edir.
Solmazlıq olmasaydı – solmaq anlayışı olmazdı –
Həyatlıq Həyatı müəyyən edir.
Dəyişməzlik olmasaydı – Dəyişkənlik anlayışı olmazdı – Həyatlıq Həyatı müəyyən edir.
Həyatdakılar Həyatdan yaranıb,
Həyat – Həyatlıqdan.

III
İnsan – İnsanlıqdan Yaranıb –
İnsanlıq Halı – İnsan Yaradıb.

Ağıl – Ağıllıqdan Yaranıb.
Duyğu – Duyğuluqdan Yaranıb.
Bədən – Bədənlikdən Yaranıb.
Sifət – Sifətlikdən Yaranıb.
Müdrik – Müdriklikdən Yaranıb.
İgid – İgidlikdən Yaranıb.
Müqəddəs – Müqəddəslikdən Yaranıb.
Gözəl – Gözəllikdən Yaranıb.
Ana – Analıqdan Yaranıb.
Ata – Atalıqdan Yaranıb.
Evlad – Evladlıqdan Yaranıb.
Aşiq – Aşiqlikdən Yaranıb.
Dost – Dostluqdan Yaranıb.
El – Ellikdən Yaranıb.
Qadın – Qadınlıqdan Yaranıb.
Kişi– Kişilikdən Yaranıb.

Ağıl – Ağıllığa çatmayıb;
Ağıllıq Ağıldan Artıq olub, Yüksək olub, Böyük olub.
Duyğu – Duyğuluğa çatmayıb;
Duyğuluq Duyğudan Artıq olub, Yüksək olub, Böyük olub.
Bədən – Bədənliyə çatmayıb;
Bədənlik Bədəndən Artıq olub, Yüksək olub, Böyük olub.
Sifət – Sifətliyə çatmayıb;
Sifətlik Sifətdən Artıq olub, Yüksək olub, Böyük olub.
Müdrik – Müdrikliyə çatmayıb;
Müdriklik Müdrikdən Artıq olub, Yüksək olub, Böyük olub.
İgid – İgidliyə çatmayıb;
İgidlik İgiddən Artıq olub, Yüksək olub, Böyük olub.
Müqəddəs Müqəddəsliyə çatmayıb;
Müqəddəslik Müqəddəsdən Artıq olub, Yüksək olub, Böyük olub.
Gözəl – Gözəlliyə çatmayıb;
Gözəllik Gözəldən Artıq olub, Yüksək olub, Böyük olub.
Ana – Analığa çatmayıb;
Analıq Anadan Artıq olub, Yüksək olub, Böyük olub.
Ata – Atalığa çatmayıb;
Atalıq Atadan Artıq olub, Yüksək olub, Böyük olub.
Evlad – Evladlığa çatmayıb;
Evladlıq Evladdan Artıq olub, Yüksək olub, Böyük olub.
Aşiq – Aşiqliyə çatmayıb;
Aşiqlik Aşiqdən Artıq olub, Yüksək olub, Böyük olub.
Dost – Dostluğa çatmayıb;
Dostluq Dostdan Artıq olub, Yüksək olub, Böyük olub.
El – Elliyə çatmayıb;
Ellik Eldən Artıq olub, Yüksək olub, Böyük olub.
Qadın – Qadınlığa çatmayıb;
Qadınlıq Qadından Artıq olub, Yüksək olub, Böyük olub.
Kişi – Kişiliyə çatmayıb;
Kişilik Kişidən Artıq olub, Yüksək olub, Böyük olub.

Dünya Dünyalığa çata bilməz;
Həyat Həyatlığa çata bilməz;
İnsan İnsanlığa çata bilər;
çünki İnsan – Ruhani Varlıqdır – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə daşıyıcısıdır.
Bu səbəbdən də Ağıl Ağıllığa çata bilər – çatmalıdır.
Duyğu – Duyğuluğa çata bilər – çatmalıdır.
Sifət – Sifətliyə çata bilər – çatmalıdır.
Bədən – Bədənliyə çata bilər – çatmalıdır.
Müdrik – Müdrikliyə çata bilər – çatmalıdır.
Qəhrəman – Qəhrəmanlığa çata bilər – çatmalıdır.
Müqəddəs – Müqəddəsliyə çata bilər – çatmalıdır.
Gözəl – Gözəlliyə çata bilər – çatmalıdır.
Ana – Analığa çata bilər – çatmalıdır.
Ata – Atalığa çata bilər – çatmalıdır.
Evlad – Evladlığa çata bilər – çatmalıdır.
Aşiq – Aşiqliyə çata bilər – çatmalıdır.
Dost – Dostluğa çata bilər – çatmalıdır.
El – Elliyə çata bilər – çatmalıdır.
Qadın – Qadınlığa çata bilər – çatmalıdır.
Kişi – Kişiliyə çata bilər – çatmalıdır.

İnsan İnsanlıqdan yaranıb –
İnsanlığa çatmalıdır.
2. DÜNYANIN MAHİYYƏTİ

Dünyalıq olmasaydı – Dünya olmazdı.
Dünyalıq olmaya bilməzdi.
Çünki Varlığın Yoxluq vədəsi olmur –
çünki Varlıq Yox olmur.
Boşluq – Yoxluqdur.
Varlığın Boşluq vədəsi olmur.
Dünyalıq olmalıydı – Dünya olmalıydı.
Çünki Varlıq Boş ola bilməzdi.
Boşluq – Mənasızlıqdır.
Varlıq – Mənasız ola bilməzdi.
Əzəli Dünyalıq var Varlıqda,
bu səbəbdən də o, Boş qalmır, Yox olmur.
Əbədi Dünyalıq var Varlıqda,
bu səbəbdən də o, Boş qalmır, Yox olmur.
Sonsuz Dünyalıq var Varlıqda,
bu səbəbdən də o, Boş qalmır, Yox olmur.
Kamil Dünyalıq var Varlıqda,
bu səbəbdən də o, Boş qalmır, Yox olmur.
Dünyadakılar Yox olur – Dünyalıq qalır.
Dünyalıq – Dünyanın Varlığı deməkdir.
Dünyalıqdan məhrum olan Varlıq – məhv olardı.
Varlıq məhv olmur – onu Dünyalıq yaşadır.
Dünyanın Mahiyyəti – Varlığın canıdır,
bu səbəbdən də Varlıq – ölməzdir.
3. HƏYATIN MAHİYYƏTİ

Həyatlıq olmasaydı – Həyat olmazdı.
Həyatlıq olmaya bilməzdi.
Çünki Varlıq Boş qala bilməz,
Yox ola bilməz.
Varlıqda Əzəli Həyatlıq var –
Bu səbəbdən də Varlıq Daimidir.
Varlıqda Əbədi Həyatlıq var –
Bu səbəbdən də Varlıq Yox olmur.
Varlıqda Sonsuz Həyatlıq var –
Bu səbəbdən də Varlıq tükənmir.
Varlıqda Kamil Həyatlıq var –
Bu səbəbdən də Varlıq Həyatdan üstündür.

Həyatın Mahiyyəti – Varlığın canıdır,
bu səbəbdən də Varlıq həmişə canlıdır.
4. İNSANIN MAHİYYƏTİ

İnsanlıq olmasaydı – İnsan olmazdı.
İnsanlıq olmaya bilməzdi.
Varlığa İnsanlıq – İnamlıq, İdraklıq, Mənəviyyatlıq, İradəlik gərək idi; yoxsa Varlıq Varlıq olmazdı.
İnsanlıq – Varlığın İnamlığıdır, İdraklığıdır, Mənəviyyatlığıdır, İradəliyidir.
Varlıq İnsanlığa çatmasaydı – Natam olardı, Nisbi olardı – Əzəli olmazdı, Əbədi olmazdı, Sonsuz olmazdı, Kamil olmazdı.
İnsan İnsanlığa çatmır – bu səbəbdən natamdır, nisbidir; – İnsan İnsanlığa çata bilər, çatmalıdır.
İnsanın Mahiyyəti – Varlığın Mənasıdır, bu səbəbdən də Varlıq – həmişə Mənalıdır.
5. MAHİYYƏT və ALLAH

Allah – əslində Mahiyyət deyil – Hadisədir – Yeri–Göyü yaradan, quran Bənnadır.
Təbiidir ki, Mənanı, Mahiyyəti yaratmaq, qurmaq olmaz – Məna, Mahiyyət heç nəyi qurmur – Dünyalaşır, Həyatlaşır, İnsanlaşır.
Allah – İnsanı hissə-hissə qurur – sümük-sümük, ət-ət.
Allah Dünyanın Gedişatını da qurur və Hökmlü, Zəhmli Ağa, Hökmdar kimi Dünyanı İdarə eləyir; Dünyaya nəzarət eləyir.
Allah İnsan Aqibəti üzərində də tam Sahibdir: İnsanlara cənnət adlanan mükafat, cəhənnəm adlanan cəza hazırlayır.
Hökmündə Qətidir, Amansızdır – itaətdən çıxan ölkələri, xalqları Yer üzündən silir, qəzəbinə düçar olan şəxsləri müsibətlərə, əzablara düçar edir – misilsiz qisasçıdır, vahiməli intiqamçıdır.
Allah əslində yeməyən, içməyən, ölməyən Adamdır: taxtlı, taclı, dilli-danışıqlı, yazılı-kitablı; Allah Səması əslində – Saraydır.
Allah – Əfsanə qəhrəmanıdır: mələklər, cinlər, şeytanlar, o dünya, hurilər-pərilər məkanının yetirməsidir.
Allah Mənadan yaranmayıb, Mahiyyətdən yaranmayıb – Mahiyyətsizlikdən, Mənasızlıqdan yaranıb – Qorxudan, Zəiflikdən, Yalandan.
Mahiyyət – Varlığın canıdır.
Allah – Varlığın Ağasıdır.

Dünya Varlıqdan – Dünyalıqdan yaranıb.
Allah Dünyanı Yoxdan yaradır.

Həyat Varlıqdan – Həyatlıqdan yaranıb.
Allah Həyatı Yoxdan yaradır.

İnsan Varlıqdan – İnsanlıqdan yaranıb.
Allah İnsanı Yoxdan yaradır.

Allah Yoxluqdan Varlıq yaradıb – Varlıq isə Əzəlidir, Əbədidir.
Allah – əslində Qəti Mahiyyətsizlikdir – Mütləqsizlikdir.
6. MAHİYYƏT və DİN

Din – Dünyalıq tanımır, çünki Dünyanın Allah tərəfindən yaradılmasını elan edir.
Din – Həyatlıq tanımır, çünki Həyatın Allah tərəfindən yaradılmasını elan edir.
Din – İnsanlıq tanımır, çünki İnsanın Allah tərəfindən yaradılmasını elan edir.
Din – Dünya tanımır, çünki Allahın Dünya üzərində Ağalığını elan edir.
Din – Həyat tanımır, çünki Allahın Həyat üzərində Ağalığını elan edir.
Din – İnsan tanımır, çünki Allahın İnsan üzərində Ağalığını elan edir.

Din İnam tanımır, çünki Mahiyyətə yox – Allaha inanır.
Din İdrak tanımır, çünki Yalana əsaslanır.
Din Mənəviyyat tanımır, çünki İtaətçilik yayır.

Mahiyyətsizlik Dinin canıdır, bu səbəbdən də Din – Cansızlıqdır.
7. MAHİYYƏT və ELM

Elm Dünyalıq tanımır, çünki Dünyadan kənara çıxa bilmir; bu səbəbdən də Dünyanı Dünyalıq sayır; əslində isə Dünyalıq Dünyadan Artıqdır, Böyükdür, Yüksəkdir.

Elm Həyatlıq tanımır, çünki Həyatdan kənara çıxa bilmir; bu səbəbdən də Həyatı Həyatlıq sayır; əslində isə Həyatlıq Həyatdan Artıqdır, Böyükdür, Yüksəkdir.

Elm İnsanlıq tanımır, çünki İnsandan kənara çıxa bilmir; bu səbəbdən də İnsanı İnsanlıq sayır; əslində isə İnsanlıq İnsandan Artıqdır, Böyükdür, Yüksəkdir.

Əslində Elm Dünyanı tanımır, çünki Dünyalıqdan kənarda Dünyanı tanımaq olmaz.

Əslində Elm Həyatı tanımır, çünki Həyatlıqdan kənarda Həyatı tanımaq olmaz.

Əslində Elm İnsanı tanımır, çünki İnsanlıqdan kənarda İnsanı tanımaq olmaz.

Elm – Mahiyyətsizdir; çünki Gerçəkliyi ötə bilmir; Gerçəklik isə Dünya səviyyəsidir – Dünyalıq səviyyəsi deyil; Həyat səviyyəsidir – Həyatlıq səviyyəsi deyil; İnsan səviyyəsidir – İnsanlıq səviyyəsi deyil.

Elm əslində Ötəridə qalır – Əzəliyə çatmır.
Keçicidə qalır – Əbədiyə çatmır.
Sonluda qalır – Sonsuza çatmır.
Qeyri-kamildə qalır – Kamilə çatmır.

Elm Dünyalığı İdrakın üzünə bağlayır.
Həyatlığı İdrakın üzünə bağlayır.
İnsanlığı İdrakın üzünə bağlayır.

Elmi ötmədən Mahiyyətə çatmaq olmaz.
8. MAHİYYƏT VƏ FƏLSƏFƏ

Fəlsəfə Mahiyyəti İdeyayla bərabərləşdirir.
Əslində isə İdeya Mahiyyətin özü deyil – İfadəsidir.
Ən Əzəli İdeya belə Əzəliliyin özü deyil.
Ən Əbədi İdeya belə Əbədiliyin özü deyil.
Ən sonsuz İdeya belə Sonsuzluğun özü deyil.
Ən Kamil İdeya belə Kamilliyin özü deyil.
İfadəni Mahiyyətlə bərabərləşdirmək – əslində Mahiyyəti inkar etməkdir.
Çünki Mahiyyət İfadədən kənarda mövcuddur.
İdeya – İdrak Əməlidir: Mahiyyət İdrakdan kənarda mövcuddur.
Əzəlilik – İdrakdan kənarda mövcuddur.
Əbədilik – İdrakdan kənarda mövcuddur.
Sonsuzluq – İdrakdan kənarda mövcuddur.
Kamillik – İdrakdan kənarda mövcuddur.
Fəlsəfə Mahiyyəti İdraka pərçimləyir – bu səbəbdən də Əzəlilik Əzəliliyini itirir, Əbədilik Əbədiliyini itirir, Sonsuzluq Sonsuzluğunu itirir, Kamillik Kamilliyini itirir.
Fəlsəfədə Mahiyyət İdraka qapanır – bu səbəbdən də Özü olmur.
9. MAHİYYƏT VƏ MÜQƏDDƏSLİK

Müqəddəslik Dünyadakıların – Dünyalıq səviyyəsidir.
Həyatdakıların – Həyatlıq səviyyəsidir.
İnsanların – İnsanlıq səviyyəsidir.
Hadisələrin – Mahiyyət səviyyəsidir.
Dünyadakıların Dünyanı ötməsidir.
Həyatdakıların Həyatı ötməsidir.
İnsanların İnsanı ötməsidir.
Müqəddəslik Ötəriliyi ötüb – Əzəliyə çatır.
Keçiciliyi ötüb – Əbədiliyə çatır.
Sonluluğu ötüb – Sonsuzluğa çatır.
Qeyri-Kamilliyi ötüb – Kamilliyə çatır.
Dünya ölçüsünü ötüb – Dünyalıq ölçüsünə çatır.
Həyat ölçüsünü ötüb – Həyatlıq ölçüsünə çatır.
İnsan ölçüsünü ötüb – İnsanlıq ölçüsünə çatır.
Müqəddəslik Dünya imkanlarını ötüb –
Dünyalıq imkanlarına çatır.
Həyat imkanlarını ötüb –
Həyatlıq imkanlarına çatır.
İnsan imkanlarını ötüb –
İnsanlıq imkanlarına çatır.
Hadisə imkanlarını ötüb –
Mahiyyət imkanlarına çatır.
10. MAHİYYƏT VƏ İNAM

İnam – Mütləqilik İzharıdır.
Dünyalıq – Mütləqilikdir, Nisbi Dünyalıq olmur.
Həyatlıq – Mütləqilikdir, Nisbi Həyatlıq olmur.
İnsanlıq – Mütləqilikdir, Nisbi İnsanlıq olmur.
Əzəlilik – Mütləqilikdir, Nisbi Əzəlilik olmur.
Əbədilik – Mütləqilikdir, Nisbi Əbədilik olmur.
Sonsuzluq – Mütləqilikdir, Nisbi Sonsuzluq olmur.
Kamillik – Mütləqilikdir, Nisbi Kamillik olmur.
Bu səbəbdən də İnam – Dünyalıq İzharıdır.
Həyatlıq İzharıdır.
İnsanlıq İzharıdır.
Mahiyyət İzharıdır.

İnam – Vəcd, Vəhy, Eşq, Ehtizaz, İdrak, Mənəviyyat, İradə vasitəsiylə Mahiyyətə qovuşur, Mahiyyəti izhar edir.

İnam – Dünyalığı özündə gəzdirir.
Həyatlığı özündə gəzdirir.
İnsanlığı özündə gəzdirir.
Dünyaya Dünyalıq ölçüsüylə yanaşır.
Həyata Həyatlıq ölçüsüylə yanaşır.
İnsana İnsanlıq ölçüsüylə yanaşır.

Dünyada Dünyalığı təmsil eləyir.
Həyatda Həyatlığı təmsil eləyir.
İnsanda İnsanlığı təmsil eləyir.

Dünyada Dünyalığı yayır.
Həyatda Həyatlığı yayır.
İnsanda İnsanlığı yayır.

İnsanı Dünyalığa qovuşdurur, Həyatlığa qovuşdurur, İnsanlığa qovuşdurur – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətə yüksəldir.


10 Çiçək Ayı, 14-cü il.
(10 Aprel Ayı, 1992-ci il). Bakı.
 
  Bugün 9 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol