Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Atalılar Türküsü
 
Atalılar Türküsü

Dan açılsın,
Gen açılsın,
Şən açılsın,
Şad xəbərli səhərim:
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Fərd-Atalı,
Mərd-Atalı,
Yurd-Atalı,
Bakı-Məkkə şəhərim!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

“Rəngim-İşıq,
Rəmzim-Ocaq”
Baxtım-oyaq,
Qoşa qanad-kəhərim!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Qalx ayaqdan,
Çıx tapdaqdan,
Dar otaqdan-
Gözlər dibsiz göylərim!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Tam ədalət,
Tam həqiqət,
Tam mərifət-
Gecə-gündüz əzbərim!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Söz ruhani,
Üz-nurani,
Gəz cahanı,
Car eylə bu xəbəri:
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Qəza-qədər,
Ehkamla şər
Bugünləşər,
Gülər ona sabahım!
Mütləqçilik–İnamım,
Asif Ata–Allahım!

Gəlsin cahan,
Bilsin cahan,
Görsün cahan,
Türk zəkası hünərin!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

İmanlaşaq,
İnamlaşaq,
İnsanlaşaq-
Göyləşdirək Yerləri!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!

Bu xəbərlə,
Bu hünərlə,
Sevgilərlə
Sevindirin bəşəri!
Mütləqçilik–İnamım,
Asif Ata–Peyğəmbərim!
 
  Bugün 6 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol