Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Haqq-Haqsızlıq
 
Fərəh Haqqı – Fərəh Borcu

İnsanın Fərəh Haqqı Var...
Fərəh Haqqı – Fərəh Borcu Tələb eləyir.
İnsaniliyə Yetmək – Fərəhə Yetməkdir.
İnsaniliyə Yetmək – Fərəh Borcunu Yerinə Yetirməkdir.
İnama Yetmək – Fərəhə Yetməkdir.
İnama Yetmək – Fərəh Borcunu Yerinə Yetirməkdir.
İdraka Yetmək – Fərəhə Yetməkdir.
İdraka Yetmək – Fərəh Borcunu Yerinə Yetirməkdir.
Mənəviyyata Yetmək – Fərəhə Yetməkdir.
Mənəviyyata Yetmək – Fərəh Borcunu Yerinə Yetirməkdir.
İradəyə Yetmək – Fərəhə Yetməkdir.
İradəyə Yetmək – Fərəh Borcunu Yerinə Yetirməkdir.
Bəşər Fərəhə Yetməyib – Fərəh Borcunu Yerinə Yetirməyib.
Bəşər Fərəh Haqqını Ödəməyib.
Bəşər Haqqa Borcunu Ödəməyib, – bu səbəbdən də Fərəhə Yetməyib.
Bəşər Fərəh Borcunu ödəyəndə Fərəhə Yetəcək.
Fərəh Borcu Fərəh Haqqını Yetirəcək.
Borc Haqqı – Ödəyəcək.
Qorxusuzluq Haqqı – Qorxu Haqsızlığı

İnsanda Qorxusuzluq Haqqı Var – Qorxunu Əyən.
İnsanda Qorxu Haqsızlığı Var.
Qorxu – Haqsızdır, çünki İnsanı əyir.
Qorxusuzluq – Haqdır, çünki Qorxunu əyir.
İnsan – Qorxuda – Haqsızdır; Qorxusuzluqda Haqlıdır.
Qorxu adlanan – İnsanilik Yoxdur.
Qorxusuzluq adlanan – İnsanilik Var.
Qorxu adlanan İnam Yoxdur; Qorxusuzluq adlanan İnam Var.
Qorxu adlanan İdrak Yoxdur; Qorxusuzluq adlanan İdrak Var.
Qorxu adlanan Mənəviyyat Yoxdur; Qorxusuzluq adlanan Mənəviyyat Var.
Qorxu adlanan İradə Yoxdur; Qorxusuzluq adlanan İradə Var.
Qorxunu əymək gərək ki, Qorxusuzluq əyilməsin.
Haqsızlığı əymək gərək ki, Haqq əyilməsin.
Qorxusuzluq Saflığı

Qorxu səbəbindən Günaha batmırlar.
Əslində Qorxu özü elə Günahdır.
Qorxu səbəbindən Çirkə bulaşmırlar.
Əslində Qorxu özü elə Çirkdir.
Qorxu səbəbindən Qəbahətə qatılmırlar.
Əslində Qorxu özü elə Qəbahətdir.

Qorxu Günahından çıxmaq gərək,
Qorxu Çirkindən təmizlənmək gərək,
Qorxu qəbahətindən ayrılmaq gərək.
Qorxusuzluq Saflığına Yetmək gərək.
İnsanilik Haqqı

İnsanın İnsanilik Haqqı var.
İnsanın İnsansızlıq Haqsızlığı Var.
İnsanın İnam Haqqı Var.
İnamsızlıq Haqsızlığı Var.
İnsanın İdrak Haqqı Var.
İdraksızlıq Haqsızlığı Var.
İnsanın Mənəviyyat Haqqı Var.
Mənəviyyatsızlıq Haqsızlığı Var.
İnsanın İradə Haqqı Var.
İradəsizlik Haqsızlığı Var.
İnsan İnsansızlıq haqsızlığından çıxa bilməyib.
İnsanilik Haqqına Yetmək üçün İnsansızlıq Haqsızlığından çıxmaq gərək.
Haqqa Yetmək üçün – Haqsızlıqdan çıxmaq gərək.
Özümlük Haqqı

İnsanın Yaşamaq Haqqından danışırlar.
Ancaq İnsanın əlindən İnsanilik haqqını al və o, Yaşamır.
İnsanın əlindən İnam Haqqını al və o, yaşamır.
İnsanın əlindən Mənəviyyat Haqqını al və o, yaşamır.
İnsanın əlindən İradə Haqqını al və o, yaşamır.
İnsanın Azadlıq haqqından danışırlar.
Ancaq İnsanın əlindən İnsanilik Haqqını al və o, əsarətə düşür.
İnsanın əlindən İnam Haqqını al və o, əsarətə düşür.
İnsanın əlindən İdrak Haqqını al və o, əsarətə düşür.
İnsanın əlindən Mənəviyyat Haqqını al və o, əsarətə düşür.
İnsanın əlindən İradə Haqqını al və o, əsarətə düşür.
İnsanın Səadət Haqqından danışırlar.
Nə qədər ki, İnsan İnsanilik Haqqına Yetməyib – o, xoşbəxt olmayacaq.
Nə qədər ki, İnsan İnam Haqqına Yetməyib – o, xoşbəxt olmayacaq.
Nə qədər ki, İnsan İdrak Haqqına Yetməyib – o, xoşbəxt olmayacaq.
Nə qədər ki, İnsan Mənəviyyat Haqqına Yetməyib – o, xoşbəxt olmayacaq.
Nə qədər ki, İnsan İradə Haqqına Yetməyib – o, xoşbəxt olmayacaq.
İnsan Özünə Yetməyincə – özünü Yetirməyəcək.
Haqsızlıqdan Çıxmaq

İnsan – Özünə Yetməyib, – Haqqına çatmayıb.
O, özünə Yetməli, – Haqqına çatmalıdır; Haqsızlıqdan çıxmalı, Özümlüyünü Yetirməlidir.

Dövlət qurğusu

Dövlət Qanunlar vasitəsiylə Adamları qurur – Adamlardan Qurğu düzəldir – və onu işə salır.
Adamlara xidmət adıyla adamlardan özünə xidmətçi düzəldir.
Haqsızlıq Haqqı

Dövlət Adamları Qurmaq Haqqına Yiyələnir.
Əslində bu Haqsızlıqdır.
Dövlət Haqsızlığa Yiyələnir və bunu haqq adlandırır.
Dövlət Haqsızlıq Haqqına Yiyələnir.
Doğruluq – Əyrilik

İctimai Doğruluq – bir çox hallarda – Gizli Əyrilikdir.
Cəmiyyət – Əyriliyin Gizlənmək Yeridir.
Əyrilik – ən çox zəif cəmiyyətlərdə ifşa olunur; güclü cəmiy¬yətlər Əyriliyi gizlədir.
Halallıq – Haramlıq

Əgər Həyatın Məqsədi – Varidatdırsa – onda Halallıqla Haramlıq arasında elə bir Fərq yoxdur.
Əgər Həyatın Məqsədi – Mənəviyyatdırsa – onda Halallıq Haramlığın Qənimidir.
Haram Varidat olur.
Haram Mənəviyyat olmur.
Hörmət – Xidmət

Adamların Hörmətini qazanmaq əvəzinə Azamların xidmətini qazanmaq istəyirlər.
Adamlardan Hörmət gözləmək əvəzinə – Adamlardan xidmət gözləyirlər.
Adamlardan Hörmətçi yaratmaq əvəzinə – Adamlardan xidmətçi yaradırlar.
Haqq – Özümlük

Haqq – Özümlükdür.
İnsan Dünyanın Özümlüyünə – Dünyalığına Yetməyib.
İnsan Həyatın Özümlüyünə – Həyatlığına Yetməyib.
İnsan İnsanın Özümlüyünə – İnsaniliyə Yetməyib.
İnsan – Haqqa Yetməyib.
Amansız Haqsızlıq

Nitşe Amansızlığı Haqq sayır.
Amansızlıq Haqsızlıq Təlqin eləyir.
Amansız Haqsızlıq Haqqı Təbliğ eləyir.
Haqsızlıq Tərənnümü

Nitşe Hakimiyyət Ehtirasını İnsanın əsas Məziyyəti sayır.
Əslində o, İnsan Haqsızlığını vəsf edir; Haqsızlıq Tərən¬nüm¬çüsünə çevrilir.
Haqsızlığın Yaşatdığı

İnsanın Ağalıq Haqqı Yoxdur.
Ancaq Hakimiyyəti Ağalıq Yaşadır.
Əslində Hakimiyyətin Yaşamağa Haqqı Yoxdur.
İnsanın Nökərlik Haqqı Yoxdur.
Ancaq Hakimiyyəti Nökərlik Yaşadır.
Əslində Hakimiyyətin Yaşamağa Haqqı Yoxdur.
İnsanın Təbəqə Haqqı Yoxdur.
Ancaq Hakimiyyəti Təbəqəlik Yaşadır.
Əslində Hakimiyyətin Yaşamağa Haqqı Yoxdur.
İnsanın Yadlaşma Haqqı Yoxdur.
Ancaq Hakimiyyəti Yadlaşma Yaşadır.
Əslində Hakimiyyətin Yaşamağa Haqqı Yoxdur.
Hakimiyyəti Haqsızlıq yaşadır.
Ümumilik Ağalığı

Marks Dövlət Ağalığını rədd edir, ancaq Ümumilik Ağalığını vəsf edir.
Əslində o, Dövlət Ağalığını vəsf edir, çünki Dövlət Ağalığı Ümumilik Ağalığı Donunda görünür.
Haqsızlıq – Halsızlıq

Ədalət – Haqdır.
Ancaq Ədalət Dünyaya Hakim olmayıb.
Bu səbəbdən də Dünya – Halsızdır.
Haqsızlıq Halsızlıq Yaradıb.
Xeyir – Haqdır.
Ancaq Xeyir Dünyaya Hakim olmayıb.
Bu səbəbdən də Dünya – Halsızdır.
Haqsızlıq Halsızlıq Yaradıb.
Həqiqət – Haqdır.
Ancaq Həqiqət Dünyaya Hakim olmayıb.
Bu səbəbdən də Dünya – Halsızdır.
Haqsızlıq Halsızlıq Yaradıb.
Dünya Yaranışından Halsızdır.
Çünki Haqqa – Yetməyib.
Həqiqət

Nə qədər ki, Dünyaya Haqq Hakim olmayıb – bütün Hakimiyyətlər – Haqsızdırlar.

Haqq – İnsanilik

İnsan Haqqı – İnsanilikdir.
İnsan İnama Yetəndə – Haqlı olur.
İdraka Yetəndə – Haqlı olur.
Mənəviyyata Yetəndə – Haqlı olur.
İradəyə Yetəndə – Haqlı olur.
İnsan hələ Haqqa Yetməyib...
İnsanın İnsaniliyi hələ Nisbidir.
İnsan İnsaniliyə Yetməlidir ki, Haqlı olsun.
 
  Bugün 3 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol