Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Ruhani dövlət
 


RUHANİ DÖVLƏT (İDEAL)



Mülkiyyət bərabərliyi



Mülkiyyət – Yuxarı Təbəqənin, yaxud Dövlətin yox, əməkçinin olmalıdır.

Torpaq mülkiyyəti əməkçilər arasında bərabər bölünməlidir, Ədalət bunu tələb edir!

Torpaq – Mülkədardan alınıb Dövlətə yox, əməkçiyə, kəndliyə verilməlidir.

Fabrik – kapitalistdən alınıb Dövlətə yox, əməkçiyə, fəhlələrə verilməlidir.

Zəhmətkeş əməyi heç bir Qüvvə tərəfindən mənimsənilməməlidir. Mülkədarın torpağa sahib olmağa haqqı yoxdur. Çünki o, torpağı becərmir.

Dövlətin torpağa sahib olmağa haqqı yoxdur, çünki o, torpağı becərmir.

Kapitalistin fabrikə sahib olmağa haqqı yoxdur, çünki o, maddi nemət istehsal eləmir.

Dövlətin fabrikə sahib olmağa haqqı yoxdur, çünki o, maddi nemət istehsal eləmir.

Torpaq mülkiyyəti kəndlilər arasında bərabər bölünməlidir. Çünki hər bir kəsin öz maddi ehtiyaclarını eyni dərəcədə ödəmək haqqı var.

Təbəqələşmə – mülki bərabərsizlikdən başlayır və İnsanın əzəli haqqına qarşı dayanır.

Bütün İnsanlar maddi ehtiyaclarını ödəməkdə eyni hüquqa malikdirlər.

Həmin hüququn təsdiqi Mülki bərabərlik tələb edir.

İnsanı İnsandan fərqləndirən yalnız mənəvi, ruhani xüsusiyyətləridir.

Maddi fərqlənmə – süni fərqlənmədir.

Hamı eyni dərəcədə firavan yaşaya bilər.

Təbiətin buna gücü çatar.

Ancaq insanlar təbiət nemətlərindən ədalətlicəsinə bəhrələnə bilmirlər; biri o birindən daha yaxşı dolanmağa can atır – və beləliklə həyat uğrunda mübarizə adlanan yırtıcılıq peyda olur.

Ən kamil şəxsiyyət və ən adi İnsan maddi cəhətcə eyni səviyyədə yaşaya bilər və bu kamilin ləyaqətinə xələl gətirmir. Çünki maddiyyat – ruhaniliyin qiyməti deyil!

İnsani ləyaqət maddi üstünlüklə ölçüləndə – alçalır!

Maddi bərabərsizlik – İnsaniliyə ziddir!

Çünki heyvandan fərqli olaraq, İnsan tək özünü yox, həm də başqasını düşünür!

Onun Mahiyyətində Başqalaşma ehtirası yaşayır!

Fərdi, Bərabər Əməkçi mülkiyyətinin bərqərar olması – Dövlətin ruhaniləşməsi yolunda mühüm addımdır.

Ruhani Dövlət – əməkçinin öz əməyinə Sahib olmasını tələb edir.



İmtiyaz bərabərliyi



Qabiliyyətindən asılı olmayaraq, bütün insanlar eyni imtiyaza malik olmalıdır.

Çünki qabiliyyət insanın mahiyyətini ifadə eləmir.

Bu səbəbdən də o, insani üstünlük yaratmır.

İnsani üstünlük – ruhani üstünlükdür.

Həyatda qabiliyyət fərqi mövcuddur.

Ancaq həmin fərq – üstünlük yaratmır.

Qabiliyyətli şəxs qeyri-kamil, qeyri-əxlaqi, qeyri-ülvi adam ola bilər.

Qabiliyyətli şəxs ruhani mənada ən naqis adam ola bilər!

Naqis insanın xalis insan üzərində üstünlüyü – eybəcərlikdir.

Ruhani şəxsin – imtiyaza ehtiyacı yoxdur.

Həmin ehtiyac onun mənəviyyatına ziddir.

Ruhani üçün ən böyük imtiyaz – ruhanilikdir.

Ruhani – ruhaniliyin özünü – paklığı, əxlaqi kamilliyi, Müqəddəsliyi ən böyük imtiyaz sayır.

Kamil – zahiri imtiyazı rədd edir, çünki daxili imtiyaza malik olur.

Rütbə üstünlüyü – qeyri-ruhanilikdir.

Çünki mənəvi kamilliyə əsaslanmır.

Çünki rütbədə – sonlu sonsuzu əvəz etmək istəyir!

Keçici – əbədini əvəz etmək istəyir!

Maddi – ruhanini əvəz etmək istəyir!

Süni – təbiini əvəz etmək istəyir!

Rütbə insanı aldadır!

Zahiri olduğu halda – daxili görünür.

Kiçik olduğu halda – böyük görünür!

Bayağı olduğu halda – ülvi görünür!

Çirkin olduğu halda – gözəl görünür!

Səfil olduğu halda – zəngin görünür!

Mənsəbdə insan itir!

Vəzifəyə bərabər olur.

Səlahiyyətə bərabər olur.

Rəsmi əhəmiyyətə bərabər olur.

Maddi üstünlüyə bərabər olur.

Rəsmi hökmə bərabər olur.

Rəsmi hörmətə bərabər olur.

Ruhaniliyə bərabər olmur, özünə bərabər olmur.

Rütbədə İnsan itir.

Dəbdəbəyə bərabər olur. Dəbdəbədə ruhanilik yoxdur.

Təltifə bərabər olur. Təltifdə ruhanilik yoxdur.

Vəsiqəyə bərabər olur. Vəsiqədə ruhanilik yoxdur.

Mərasimə bərabər olur. Mərasimdə ruhanilik yoxdur.

Nişana bərabər olur. Nişanda ruhanilik yoxdur.

Əxlaqa bərabər olmur.

Həqiqətə bərabər olmur.

Ədalətə bərabər olmur.

İmtiyaz üstünlüyü – İnsaniliyə xəyanətdir.

İnsanı ruhanilik əsasında qiymətləndirmirlər, bununla da onun ləyaqətini tapdayırlar.

Cəmiyyət insanlara yalan bir fikir təlqin edir: qabiliyyət mənəviyyatdan yüksəkdir!

Təbiidir ki, bu fikrə əsaslanan ictimaiyyət mənəvi kamilliyə meyil etməz, maddi nailiyyətə meyil edər.

İmtiyaz üstünlüyünün ləğvi insan ləyaqətinin təsdiqi deməkdir!

Bunsuz cəmiyyətdə ruhaniliyin bərqərar olması mümkün deyil!

Yalnız imtiyaz bərabərliyinə əsaslanan cəmiyyət insanı düzgün qiymətləndirə bilər.

Bütün ixtisaslar eyni əhəmiyyətə malikdir!

Böyük ixtisas, kiçik ixtisas yoxdur!

İmtiyazlı ixtisas, imtiyazsız ixtisas yoxdur!

Bütün ixtisaslar bir-birinə bərabərdir. Çünki ixtisas İnsanın Mahiyyətini ifadə etmir. Bu səbəbdən də insani üstünlük yaratmır!

İxtisas – insaniliyə bərabər deyil!

Yüksək ixtisasa malik olmaq – Yüksək İnsan olmaq deyil!

İnsanilik – ruhaniliyin dərəcəsi ilə ölçülür, İxtisasın dərəcəsiylə yox!

Yüksək ixtisaslı – aşağı mənəviyyatlı ola bilər!

Aşağı ixtisaslı – yüksək mənəviyyatlı ola bilər!

İxtisas üstünlüyündə insan alçaldılır.

Ona təlqin edirlər ki, «İxtisas mənəviyyatdan artıqdır!»

Əslində ixtisas – insanı ifadə edə bilməz, çünki İnsan – ixtisas yox, əxlaq, həqiqət və ədalət deməkdir.

Buna görə də ixtisas üstünlüyünün ləğvi – insani ləyaqətin bərpa olunması deməkdir.

Yalnız ixtisas bərabərliyinə əsaslanan cəmiyyət İnsanı insana layiq qiymətləndirə bilər.





Minimal iqtisadiyyat…



Maddi tərəqqi – Mənəvi kamillik yaratmır.

İqtisadi zənginlik – ruhani zənginliyə bərabər olmur.

İqtisadiyyata həsr olunan cəmiyyət – insana zidd cəmiyyət olur.

Maddiyyat meyara çevrilir və insanilik öz meyar rolunu itirir.

Maddi nailiyyət əsas sayılır və insani kamillik qiymətdən düşür.

İqtisadiyyat hər şey olan yerdə, əxlaq – əhəmiyyətli sayılmaz!

İqtisadi cəmiyyətdə insan – insan kimi yox, iqtisadiyyat aləti kimi qiymətləndirilir.

Təbiətə qarşı yırtıcı münasibət artır, insanla təbiət arasında yadlıq çoxalır.

İqtisadi tərəqqi – insaniliyə xidmət eləmir!

Tərəqqi artdıqca – insanilik azalır!

Xeyirə yox – gəlirə tapınırlar!

Mütləqə yox – məhsula tapınırlar!

Möhtəşəm dövlət yaranır, ancaq insana orada yer olmur.

İşçi gərək olur, fərd gərək olmur.

İnsan istehsala bərabər olur!

Məhsula bərabər olur!

Qazanca bərabər olur!

İnsan insaniliyə yaramır, iqtisadiyyata yarayır.

İnsani münasibətlər – iqtisadiləşir.

Dostluq – iqtisadiləşir.

Hörmət – iqtisadiləşir.

Məhəbbət – iqtisadiləşir.

Ləyaqət – iqtisadiləşir.

İnsanı iqtisadiyyatın kölgəsinə çevirirlər.

Cəmiyyətdə İqtisadiyyatı görürlər, İnsanı görmürlər!

Bu eybəcərliklərdən qurtarmaq üçün cəmiyyət iqtisadiyyata səcdə bəlasından xilas olmalı və zəruri, minimal iqtisadiyyatla kifayətlənməli, iqtisadi yürüşdən əl çəkməli, insanı iqtisadiyyat köləliyindən azad etməlidir.

İnsan cəmiyyətdə özünü tapmalıdır, bunun üçün o, iqtisadiyyat cəngəlliyindən çıxmalıdır.

Əhalinin maddi ehtiyacını ödəyən iqtisadiyyatla kifayətlənmək gərəkdir!

İnsan iqtisadiyyatla məşğul olmalıdır, ancaq iqtisadlaşan insan – antiinsandır!

İnsanı antiinsanlıq fəlakətindən xilas etmək lazımdır!

Maksimal iqtisadiyyat – minimal insanilik deməkdir.

Cəmiyyət minimal iqtisadiyyatla razılaşmalı, maksimal insaniliyə nail olmalıdır.



Minimal əmək



Ruhani kamilliyə yetmək üçün – İnsan özüylə, Mənəvi aləmiylə tək qalmalıdır.

İnsan özüylə döyüşməyə, özü üzərində yüksəlməyə, özünə çatmağa imkan və vaxt tapmalıdır.

Əmək – İnsanı İnsanın əlindən almamalıdır!

Bu tələbə yalnız Minimal Əmək cavab verir.

İnsan ömrü – Əməyə bərabər olmamalıdır!

İnsan həyatı – Əməyə bərabər olmamalıdır!

İnsan səyi – Əməyə bərabər olmamalıdır!

İnsan düşüncəsi – Əməyə bərabər olmamalıdır!

İnsan iradəsi – Əməyə bərabər olmamalıdır!

İnsan özünə bərabər olmalıdır!

Ömür əməyə yox, İnsaniləşməyə həsr edilməlidir!

İnsan öz mənəviyyatını dərk etməli, daxili dünyasını təmizləməli, Mahiyyət səviyyəsinə yüksəlməlidir.

Ömrün çox hissəsini əməyə həsr edən qeyri-ruhani cəmiyyətə gərək olar, ancaq özünə, böyük «mən»inə gərək olmaz.

Çünki özünə çatmaq – son dərəcə ciddi, çətin, mürəkkəb, gərgin işdir.

Əslində Ruhaniləşmək üçün bir ömür azdır!

«Balaca mən»dən imtina etmək üçün bir ömür azdır!

Həqiqətə qovuşmaq üçün bir ömür azdır!

Mütləqləşmək üçün bir ömür azdır!

Maksimal əmək – İnsanın Vaxtının, İmkanının çoxuna Sahib olur. Və bu səbəbdən də İnsanı Məqsədindən ayırır.

Əməyin zəruriliyi və məziyyətləri təsdiq olunub.

Ancaq əmək – insaniliyin təsdiqi deyil.

O, İnsanı Mütləqə çatdırmır!

Həqiqətə qovuşdurmur!

Mahiyyətə yüksəltmir!

İnsaniləşmək üçün insan özüylə ciddi, hərtərəfli, ardıcıl şəkildə məşğul olmalıdır!

Həyatının çoxunu əməyə sərf edən insanın özüylə məşğul olmağa vaxtı və imkanı qalmır.

Əməkçi olursan – İnsan olmursan!

Özünün kim olduğunu bilmirsən!

Həyata nə üçün gəldiyini bilmirsən!

Əməkçi olursan, ancaq əməyini sevmirsən, çünki o, hədsiz dərəcədə davamlı, yeknəsəq, üzüntülü olduğu üçün cazibədarlığını itirir.

Əmək çəkirsən, ancaq insanilik dərdi çəkmirsən!

İstehsalat alətiylə bir yerdə olursan, özünlə bir yerdə olmursan!

İnsan özünü əməyə yox, mənəviyyata həsr etməlidir!

Əməyin məqsədi – Mənəviyyat deyil, maddi nemətlər istehsalıdır.

İstehsalat – mənəviyyata bərabər deyil!

Bu səbəbdən də əmək insaniliyin təsdiqi deyil!

İnsanilik – mənəviyə bərabərdir!

Əməyin insan üzərində hakimliyi – əslində insani əsarətdir.

İnsan əmək üzərində qələbə çalmalıdır.

Onu öz Ali Məqsədinə tabe etməli, məhdudlaşdırmalı, özümləşdirməlidir.

Yalnız Minimal Əmək – insana yarayır.

Ruhani Cəmiyyət – Minimal Əməyə əsaslanır, əməyi insana tabe edir, insaniləşdirir.



Özünüidarə



Fərd özünə Sahib olmalıdır.

Ömrünə Sahib olmalıdır.

Düşüncəsinə Sahib olmalıdır.

İradəsinə Sahib olmalıdır.

Duyğularına Sahib olmalıdır.

Etiqadına Sahib olmalıdır.

Dünyanı öz düşüncəsiylə dərk etməlidir, Zora tabe olmamalıdır.

Ömrünü istədiyi kimi yaşamalıdır, Zora tabe olmamalıdır.

Zorun yox, öz İradəsinin hökmünü eşitməlidir!

Zorun yox, öz Qəlbinin hökmünü eşitməlidir!

Etiqadı Zorla yox, Düşüncəsinin, İradəsinin, Qəlbinin hökmüylə qəbul etməlidir.

Hər bir fərd özünün hakimi olmalıdır.

Düşüncəsi üzərində hakimliyi rədd eləməlidir!

İradəsi üzərində hakimliyi rədd eləməlidir!

Duyğuları üzərində hakimliyi rədd eləməlidir!

Düşüncəsinə cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

İradəsinə cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

Duyğularına cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

Etiqadına cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

Fərdiyyət – müstəqillik deməkdir!

Bu səbəbdən də fərd cəmiyyətə könüllü surətdə xidmət edir.

Ömrünü cəmiyyətə könüllü surətdə həsr edir.

Düşüncəsini cəmiyyətə könüllü surətdə həsr edir.

Duyğularını cəmiyyətə könüllü surətdə həsr edir.

Etiqadını cəmiyyətə könüllü surətdə həsr edir.

Əsil xidmət – könüllü xidmətdir.

Çünki könüllülük – müstəqillikdir!

Ömrünü könüllü surətdə cəmiyyətə həsr edən – fədakarlıqdan çəkinməz, qəhrəmanlıqdan çəkinməz!

Xidmətdə özünü tapar, itirməz!

Yalnız könüllü olan – Var olandır.

Zorla yaranan – Yoxdur!

Bu səbəbdən də yalnız könüllü xidmət – Var olandır!

Zorla yaranan xidmət – Yoxdur!

Yalnız könüllü fədakarlıq – Var olandır!

Zorla yaranan fədakarlıq – Yoxdur!

Yalnız könüllü qəhrəmanlıq – Var olandır!

Zorla yaranan qəhrəmanlıq – Yoxdur!

Yalnız könüllü əzabkeşlik – Var olandır!

Zorla yaranan əzabkeşlik – Yoxdur!

Yalnız könüllü Etiqad – Var olandır!

Zorla yaranan Etiqad – Yoxdur!

Yalnız Müstəqil olan –Var olandır.

Müstəqil Düşüncə Var.

Qeyri-Müstəqil Düşüncə Yoxdur!

Yalnız Müstəqil Duyğular Var.

Qeyri-Müstəqil Duyğular Yoxdur!

Yalnız Müstəqil Etiqad Var.

Qeyri-Müstəqil Etiqad Yoxdur!

Qeyri-Ruhani dövlətdə – fərd yoxdur, çünki müstəqil şəxsiyyət yoxdur!

Fərdi Zora tabe etmək – onu itirməkdir.

Fərd özünü idarə edəndə – Var olur!

Fərdin əlindən özünüidarə haqqını almaq – onu yox eləməkdir.

Ruhani Cəmiyyət İnsanı özünün sahibi edir, bununla da İnsaniliyi təsdiq edir.

Ruhani hakimiyyət



Ağalıq yox, hakimlik yox – Atalıq!

Ağalıq İnsana Sahib olur.

Hakimlik İnsanı özünə tabe edir.

Atalıq – İnsanı bəsləyir!

Zora əl atmır.

Fərdin müstəqilliyinə qəsd etmir.

Müstəqil fərdlərdən xalq yaradır!

Xalqı dünyada təmsil edir və qoruyur!

Fərdi cəmin təziyiqindən, cəmi fərdin zorakılığından xilas edir.

Mənəvi Qanunları yaşadır.

Ruhani Dövlətin məqsədi – Xəlqi Birlik yaratmaqdır!

Xalq yalnız Müstəqil Fərdlərdən əmələ gəlir.

Çünki qeyri-müstəqil olmaq – heç olmaqdır.

Heçdən heç törəyər, xalq törəməz!

Xalq – Ruhani Birlikdir.

Qeyri-ruhani olan – heçdir!

Heçdən heç törəyər, xalq törəməz!

Xalq könüllü Birlikdir.

Zorla yaranan Birlik yoxdur (Yoxa bərabərdir!)

Xalq – Müqəddəs Birlikdir.

Zorla Müqəddəslik törəməz!

Xalq – Mütləq Birlikdir!

Zorla Mütləq Birlik yaranmaz!

Xalq – Əbədi Birlikdir.

Zorla əbədiyyət yaranmaz!

Xalq – Ülvi Birlikdir!

Zorla Ülvi Birlik yaranmaz!

Müstəqil fərdlərdən törəyən Xalq – Müstəqil Varlıq olur.

Ruhani Dövlət xalqın müstəqilliyini qoruyur.

Fatehliyə qarşı döyüşür.

Əsarətə qarşı döyüşür.

Xalqı dünyada təmsil edir.

Ruhani Dövlət – Mənəvi qanunlara tabe olur, onları hifz edir, təsdiq edir.

Mənəvi Qanunlar İctimai Qanunlardan üstün tutulur!

Çünki ictimai qanunlar – keçicidir, ruhani qanunlar əbədidir.

Çünki ictimai qanunlar – qeyri-kamildir, ruhani qanunlar kamildir.

İctimai Qanunlar gerçəkliyə əsaslanır, mənəvi Qanunlar – Mütləqə əsaslanır.

İctimai Qanunlar həyata əsaslanır, Mənəvi Qanunlar – Ali Həyata əsaslanır.

Bu səbəbdən də İnsana əsaslanır.

Ruhani hakimiyyət – hakimliyin Atalığa çevrilməsidir…

Hakimiyyət özünü özündən böyükdə tapır.

Atalıq – hakimiyyəti əvəz edir.

Hakimiyyət Atalıqda müqəddəsləşir.



Başçı



Varidatsızlığın zirvəsində dayanan.

Şöhrətsizliyin zirvəsində dayanan.

Şəhvətsizliyin zirvəsində dayanan.

İmtinanın zirvəsində dayanan.

Əzab odunda yoğrulan!

Fəlakət odunda yoğrulan!

Həyata ən çox verən, həyatdan ən az alan!

Mənəviyyat zirvəsində dayanan.

Həqiqət zirvəsində dayanan.

İradə zirvəsində dayanan.

Əxlaqa bərabər olan!

Ədalətə bərabər olan!

Xalqa bərabər olan!

İnsana bərabər olan!

Xalq Başçını yetirir!

Başçı Xalqı yaşadır!


Doğmalaşan cəmiyyət



Ruhani dövlət İnsanla cəmiyyət arasındakı yadlığı aradan qaldırır.

İnsan cəmiyyətə qovuşur, cəmiyyətlə doğmalaşır.



(İkinci Müqəddəs Kitaba –

«Mütləqləşmək – Var olmaq» Kitabına

daxil olan «Dövlət» əsərindən).



Şölə ayı, 6-cı il. Bakı.

(İyun, 1984 il).
 
  Bugün 16 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol