Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Dünənənlik-Sabahlıq
 

(ASİF ATA)
DÜNƏNÇİLİK – SABAHÇILIQ
(42-ci Müqəddəs Kitab)
Bakı – 19
İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

1. Dünənçilik – Qədimlik

Bəşər Dünəndən çıxa bilmir – Üstün ola bilmir – O, Dünənçidir əslində.
Dünənçilik – Qədimlik deyil.
Qədimlik – Üstünlükdür, Dünənçilik – Əskiklik.
Qədimlik – Məziyyətdir, Dünənçilik – Nöqsan.
Qədimlik – Bugünə çevrilən Keçmişdir, Dünənçilik – keçmişə çevrilən Bugün.
Qədimlik – Təməldir, Dünənçilik – Maneə.
Qədimliyi Möhkəmləndirmək, Dünənçiliyi aradan qaldırmaq gərək.
2. Adam Dünənçiliyi

Bəşər Adamlıqdan çıxa bilmir – İnsaniliyə çata bilmir.
Zaman Dəyişir – Adam Mahiyyətcə Dəyişmir, – bu səbəbdən də Zaman da Sabahda qalır əslində.
Bəşər Adamlıq Dairəsini ötə bilmir.
Bugün Dünəni təkrar eləyir.
Adamlıq – Nisbi İnam deməkdir.
Nisbi İnam – İnam Əskikliyidir.
Bəşər Nisbi İnamdan çıxa bilmir.
Zaman Dəyişir – ancaq İnam Nisbiliyi – Əskikliyi Dəyişmir, – bu səbəbdən də Zamanın mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman – Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Adamlıq – Nisbi İdrak deməkdir.
Nisbi İdrak – İdrak Əskikliyidir.
Bəşər Nisbi İdrakdan çıxa bilmir.
Zaman Dəyişir – ancaq İdrak Nisbiliyi – Əskikliyi Dəyişmir, bu səbəbdən də Zamanın mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman – Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Adamlıq – Nisbi Mənəviyyat deməkdir.
Nisbi Mənəviyyat – Mənəviyyat Əskikliyidir.
Bəşər Nisbi Mənəviyyatdan çıxa bilmir.
Zaman Dəyişir – ancaq Mənəviyyat Nisbiliyi – Əskikliyi Dəyişmir, bu səbəbdən də Zamanın mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman – Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Adamlıq – Nisbi İradə deməkdir.
Nisbi İradə – İradə Əskikliyidir.
Bəşər Nisbi İradədən çıxa bilmir.
Zaman Dəyişir – ancaq İradə Nisbiliyi – Əskikliyi Dəyişmir, bu səbəbdən də Zamanın mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman – Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Adamlıq – Dünənçilikdir, Adam – Dünənçidir.
Bəşər İnkişafı hələlik Adamlıq Əməlidir – bu səbəbdən də Mahiyyətcə Dünənçidir.
Daim İnkişaf edən Bəşəriyyət əslində Dünəndə qalır.
3. Cəmiyyət Dünənçiliyi

Cəmiyyət – Ağaçılıq deməkdir.
Zaman Dəyişir – Ağaçılıq Qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Cəmiyyət – Nökərçilik deməkdir.
Zaman Dəyişir – Nökərçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Cəmiyyət – Təbəqəçilik deməkdir.
Zaman dəyişir –Təbəqəçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Cəmiyyət – Yağılıq deməkdir.
Zaman dəyişir – Yağılıq qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Daim İnkişaf edən Bəşər – Dünəndən çıxa bilmir – Mahiyyətcə Dünəndə qalır.
4. Din Dünənçiliyi

Din – Allahçılıqdır.
Bəşər Allahçılıqdan çıxa bilmir.
Zaman Dəyişir – Allahçılıq qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – Bəndəçilikdir.
Bəşər Bəndəçilikdən çıxa bilmir.
Zaman Dəyişir – Bəndəçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – İtaətçilikdir.
Bəşər İtaətçilikdən çıxa bilmir.
Zaman Dəyişir – İtaətçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir, Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – Qismətçilikdir.
Bəşər Qismətçilikdən çıxa bilmir.
Zaman Dəyişir – Qismətçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – O Dünyaçılıqdır.
Bəşər O Dünyaçılıqdan çıxa bilmir.
Zaman Dəyişilir – O Dünyaçılıq qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – Cənnətçilikdir.
Bəşər Cənnətçilikdən çıxa bilmir.
Zaman Dəyişir – Cənnətçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – Cəhənnəmçilikdir.
Bəşər Cəhənnəmçilikdən çıxa bilmir.
Zaman Dəyişir – Cəhənnəmçilik qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Din – Cəfəngiyyatçılıqdır.
Bəşər Cəfəngiyyatçılıqdan çıxa bilmir.
Zaman Dəyişir – Cəfəngiyyatçılıq qalır, bu səbəbdən də Zamanın Mahiyyəti Dəyişmir – Zaman Dünəndə qalır əslində.
Zaman Zahirən Dəyişir – Daxildən Dəyişmir.
Daim inkişaf edən Bəşər Dünəndən çıxa bilmir – Mahiyyətcə Dünəndə qalır.
5. Sabahçılıq əməli

Sabahçılıq – Dünənçiliyi Ötmək, ondan Ayrılmaq – Çıxmaq deməkdir.
Adamlığı ötüb – İnsançılığa Yetmək, Cəmiyyətçiliyi ötüb – Xalqçılığa Yetmək, Dinçiliyi ötüb – İnamçılığa Yetməkdir.
6. İnsan Sabahçılığı

Mütləqilik Sabahçılığı:
Mütləq İnam Sabahçılığı,
Mütləq İdrak Sabahçılığı,
Mütləq Mənəviyyat Sabahçılığı,
Mütləq İradə Sabahçılığı.
7. Xalqçılıq Sabahçılığı

Ağasız Xəlqi Birlik.
Nökərsiz Xəlqi Birlik.
Təbəqəsiz Xəlqi Birlik.
Yağısız Xəlqi Birlik.
Fərdi Özünüidarə Sabahçılığı.
Əməkçi Mülkiyyəti Sabahçılığı.
Qoruyucu İdarəçilik Sabahçılığı.
İmtiyazsızlıq Sabahçılığı.
8. İnam Sabahçılığı

Mütləqə İnam.
Dünya Mütləqiliyinə – Dünyalığa İnam.
Həyat Mütləqiliyinə – Həyatlığa İnam.
İnsan Mütləqiliyinə – İnsaniliyə İnam.
9. İnsanlaşma gərəkliyi

Sabahlaşmaq üçün – İnsanlaşmaq gərək – Özünü tanımaq, Özüylə Döyüşmək, Özünü Dəyişmək, Özünü Yaratmaq gərək.
10. Sehr, Sirr, Müqəddəslik Özümlüyü

I. Dünyaüstü Sehr, Sirr, Müqəddəslik axtarırlar.
Əslində Sehr, Sirr, Müqəddəslik Dünyanın Özündədir, Özümlüyündədir.
Dünyanın Sehri, Sirri, Müqəddəsliyi – Dünyalıqdır.
Həyatüstü Sehr, Sirr, Müqəddəslik axtarırlar.
Əslində Sehr, Sirr, Müqəddəslik Həyatın Özündədir, Özümlüyündədir.
Həyatın Sehri, Sirri, Müqəddəsliyi – Həyatlıqdır.
İnsanüstü Sehr, Sirr, Müqəddəslik axtarırlar.
Əslində Sehr, Sirr, Müqəddəslik İnsanın Özündədir, Özümlüyündədir.
İnsanın Sehri, Sirri, Müqəddəsliyi – İnsanilikdir.
II. Din Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
İtaət Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
Qismət Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
O Dünya Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
Cənnət Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
Cəfəngiyyat Sehri, Sirri, Müqəddəsliyi – Yadlıqdır.
Dində Sehr, Sirr, Müqəddəslik Yadlaşır.
Sehri, Sirri, Müqəddəsliyi Özünə, Özümlüyünə çatdırmaq gərək.
11. Müdriklik Hünəri
I. Hünərsizlik – Müdriksizlik

Hünərsizlik üstə Müdriklik qururlar – əslində Müdrikliyi Uçururlar.
Gerçəkliyə uyğunlaşmaq Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Nisbiliyə Uyğunlaşmaq Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
İtaətçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Qismətçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Cənnətçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Cəhənnəmçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Cəfəngiyyatçılıq Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Zamançılıq Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Şəraitçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Mühitçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Ağaçılıq Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Təbəqəçilik Müdrikliyi qururlar – əslində Müdrikliyi uçururlar.
Hünərsiz Müdriklik Yaradırlar – Müdriksizliyə çatırlar.
Müdriklik Hünərdir.
II. Hünər – Müdriklik

Gerçəkliyi ötmək Hünəri.
Nisbiliyi ötmək Hünəri.
İtaətçiliyi rədd etmək Hünəri.
Qismətçiliyi rədd etmək Hünəri.
Cənnətçiliyi rədd etmək Hünəri.
Cəhənnəmçiliyi rədd etmək Hünəri.
Cəfəngiyyatçılığı rədd etmək Hünəri.
Zamançılığı rədd etmək Hünəri.
Şəraitçiliyi rədd etmək Hünəri.
Mühitçiliyi rədd etmək Hünəri.
Ağaçılığı rədd etmək Hünəri.
Təbəqəçiliyi rədd etmək Hünəri.
Yağıçılığı rədd etmək Hünəri.
Hünər Müdrikliyi.
III. Həqiqət

Hünərsiz Müdriklik yoxdur, Müdriklik – Hünərdir.
12. Mənlik

Dinçilikdə Yaşamıram – İnsançılıqda Yaşayıram.
Pulçuluqda Yaşamıram – Ruhçuluqda Yaşayıram.
Özgəlikdə Yaşamıram – Özümlükdə Yaşayıram.
İtaətçiliyə qarşı – İşıqçıyam.
Qismətçiliyə qarşı – Yenilməzəm.
Cəfəngiyyatçılığa qarşı – Həqiqətçiyəm.
Dünyasızlığa qarşı – Dünyalıyam.
Həyatsızlığa qarşı – Həyatlıyam.
İnsansızlığa qarşı – İnsanlıyam.
Qədimlikdə Yaşayıram.
Sabahlıqda Yaşayıram.
13. Sabahsızlıqdan çıxmaq

Adamlığın Sabahı Yoxdur, çünki Adamlıq İnsana Yaramır – İnsan Yarananda Adamlıq İnsaniliklə əvəz olunmalıdır.
Nisbi İnamın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Nisbi İnam Mütləq İnamla əvəz olunmalıdır.
Nisbi İdrakın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Nisbi İdrak Mütləq İdrakla əvəz olunmalıdır.
Nisbi Mənəviyyatın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Nisbi Mənəviyyat Mütləq Mənəviyyatla əvəz olunmalıdır.
Nisbi İradənin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Nisbi İradə Mütləq İradəylə əvəz olunmalıdır.
Cəmiyyətçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Cəmiyyətçilik aradan qalxmalıdır.
Ağaçılığın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Ağaçılıq aradan qalxmalıdır.
Nökərçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Nökərçilik aradan qalxmalıdır.
Təbəqəçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Təbəqəçilik aradan qalxmalıdır.
Dinçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Dinçilik aradan qalxmalıdır.
İtaətçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda İtaətçilik aradan qalxmalıdır.
Qismətçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Qismətçilik aradan qalxmalıdır.
O Dünyaçılığın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda O Dünyaçılıq aradan qalxmalıdır.
Cənnətçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Cənnətçilik aradan qalxmalıdır.
Cəhənnəmçiliyin Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Cəhənnəmçilik aradan qalxmalıdır.
Cəfəngiyyatçılığın Sabahı Yoxdur, çünki İnsana Yaramır – İnsan Yarananda Cəfəngiyyatçılıq aradan qalxmalıdır.
İnsan Yaranmasa, Bəşərin Sabahı Yaranmaz.
İnsan Yarananda Bəşərin Sabahı Yaranacaq.
14. Mənəviyyat Göylüyü

Mənəviyyat – Vicdan İdarəçiliyidir.
Dövlət İdarəçiliyi deyil.
Din İdarəçiliyi deyil.
Zaman İdarəçiliyi deyil.
Şərait İdarəçiliyi deyil.
Mühit İdarəçiliyi deyil.
Vicdan İnsanı Əyrilikdən, Zalımlıqdan, Harınlıqdan, Haramlıqdan Qoruyur.
Əxlaq – Vicdan Hüququdur əslində.
Mənəviyyat – Təmənnasızlıqdır.
Təmənnalı Mənfəət olur – Təmənnalı Mənəviyyat olmur.
İndikilər Təmənnalı Mənəviyyat uydururlar.
Təmənnalı Mənəviyyata söykənirlər, sığınırlar.
Təmənnasızlıq Göyə çəkilib – Yer Təmənnaya Bürünüb.
Mənəviyyat – Gerçəklikdən Ucadır, Gerçəkliyi Ucaltmalıdır.
Mənəviyyat – Fədakarlıqdır – Gerçəkliyi Ucaltmaq Fədakarlığıdır.
İşıq Ayı, 19-cu il. Bakı.
 
  Bugün 4 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol