Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Özündən Yüksək
 
İLAHİLİK

I
Dünya özündə özündən Yüksək olanı gəzdirir.
Həyat özündə özündən Yüksək olanı gəzdirir.
İnsan özündə özündən Yüksək olanı gəzdirir.

II
Torpaqda Torpaqdan Yüksək olan Var.
Göydə Göydən Yüksək olan Var.
Dağda Dağdan Yüksək olan Var.
Ağacda Ağacdan Yüksək olan Var.
Çiçəkdə Çiçəkdən Yüksək olan Var.
Yolda Yoldan Yüksək olan Var.

III
Ömürdə Ömürdən Yüksək olan Var.
Ölümdə Ölümdən Yüksək olan Var.
İstəkdə İstəkdən Yüksək olan Var.
Niskildə Niskildən Yüksək olan Var.
Əzabda Əzabdan Yüksək olan Var.
Fərəhdə Fərəhdən Yüksək olan Var.

IV
Gözdə Gözdən Yüksək olan Var.
Dodaqda Dodaqdan Yüksək olan Var.
Üzdə Üzdən Yüksək olan Var.
Ürəkdə Ürəkdən Yüksək olan Var.
Səsdə Səsdən Yüksək olan Var.
Sözdə Sözdən Yüksək olan Var.
Ülfətdə Ülfətdən Yüksək olan Var.
Həsrətdə Həsrətdən Yüksək olan Var.
Heyrətdə Heyrətdən Yüksək olan Var.
Zamanda Zamandan Yüksək olan Var.
Məkanda Məkandan Yüksək olan Var.

V
Dünyada Dünyadan Yüksək olan – İlahilikdir.
Həyatda Həyatdan Yüksək olan – İlahilikdir.
İnsanda İnsandan Yüksək olan – İlahilikdir.

VI
Dünyadan kənarda İlahilik Yoxdur, – İlahilik Dünyanın özündədir.
Həyatdan kənarda İlahilik Yoxdur, – İlahilik Həyatın özündədir.
İnsandan kənarda İlahilik Yoxdur, – İlahilik İnsanın özündədir.

VII
Dünyanı yaradan Allah yoxdur.
Dünya – öz İlahiliyini yaradandır.

Həyatı yaradan Allah yoxdur.
Həyat – öz İlahiliyini yaradandır.

İnsanı yaradan Allah yoxdur.
İnsan – öz İlahiliyini yaradandır.

VIII
Allah İlahilikdən məhrumdur, – çünki Dünyadan aralıdır.
Allah İlahilikdən məhrumdur, – çünki Həyatdan aralıdır.
Allah İlahilikdən məhrumdur, – çünki İnsandan aralıdır.

IX
Allah Dünyanı görmür – bu səbəbdən də Dünyaya hökm eləyir – özündə özündən Yüksəyi gəzdirənə Hökm eləməzlər!
Allah Həyatı görmür – bu səbəbdən də Həyata hökm eləyir – özündə özündən Yüksəyi gəzdirənə Hökm eləməzlər.
Allah İnsanı görmür – bu səbəbdən də İnsana hökm eləyir – özündə özündən Yüksəyi gəzdirənə Hökm eləməzlər!

X
Dünya özünü unudur – özündəki özündən Yüksəyi unudur, – bu səbəbdən də Allahı özünə hökmran sayır.
Həyat özünü unudur – özündəki özündən Yüksəyi unudur, – bu səbəbdən də Allahı özünə hökmran sayır.
İnsan özünü unudur – özündəki özündən Yüksəyi unudur, – bu səbəbdən də Allahı özünə hökmran sayır.

XI
Dünya öz Yüksəkliyini unudur, – Özgə Yüksəkliyinə tapınır.
Həyat öz Yüksəkliyini unudur, – Özgə Yüksəkliyinə tapınır.
İnsan öz Yüksəkliyini unudur, – Özgə Yüksəkliyinə tapınır.

XII
İlahilik öz İşığıyla İşıqlanır – Dünyaya, Həyata, İnsana İşıq saçır – İşıqdan Yüksək.

XIII
Dünya özündə özündən Yüksəyi gəzdirdiyindən – özündən Yüksək olub.
Həyat özündə özündən Yüksəyi gəzdirdiyindən – özündən Yüksək olub.
İnsan özündə özündən Yüksəyi gəzdirdiyindən – özündən Yüksək olub.
Sirr Yaranıb, Sehr Yaranıb, – Dünya, Həyat, İnsan Sirrə, Sehrə qərq olub.
XIV
Dünyanı Dünyaya bərabər sayanlar – Dünyanı itirirlər – Dünyanın özündə gəzdirdiyi Yüksəkliyi itirirlər.
Həyatı Həyata bərabər sayanlar – Həyatı itirirlər – Həyatın özündə gəzdirdiyi Yüksəkliyi itirirlər.
İnsanı İnsana bərabər sayanlar – İnsanı itirirlər – İnsanın özündə gəzdirdiyi Yüksəkliyi itirirlər.

XV
Dünyadan Yüksək olan – Mənadır; Dünya – Mənadan yaranıb – Dünyadan Yüksək.
Həyatdan Yüksək olan – Mənadır; Həyat – Mənadan yaranıb – Həyatdan Yüksək.
İnsandan Yüksək olan – Mənadır; İnsan – Mənadan yaranıb – İnsandan Yüksək.

XVI
Dünya özündə öz Mənasını gəzdirir – özündən Yüksək!
Həyat özündə öz Mənasını gəzdirir – özündən Yüksək! İnsan özündə öz Mənasını gəzdirir – özündən Yüksək!

XVII
Dünya Mənadan Doğub, Mənalı Doğulub – Dünyadan Yüksək!
Həyat Mənadan Doğub, Mənalı Doğulub – Həyatdan Yüksək!
İnsan Mənadan Doğub, Mənalı Doğulub – İnsandan Yüksək!

XVIII
Bu səbəbdən də Dünyanın mənasına dalmaq –
Dünyadan Yüksəyə qalxmaqdır.
Həyatın mənasına dalmaq –
Həyatdan Yüksəyə qalxmaqdır.
İnsanın mənasına dalmaq –
İnsandan Yüksəyə qalxmaqdır.

XIX
Dünyada Dünyadan Yüksək – Dünyanın Mənasıdır ki, ölmür, itmir, sönmür, tükənmir, –
Dünyanın ölümsüzlüyü, itimsizliyi, sönməzliyi, tükənməzliyi!
Həyatda Həyatdan Yüksək – Həyatın Mənasıdır ki, ölmür, itmir, sönmür, tükənmir, –
Həyatın ölümsüzlüyü, itimsizliyi, sönməzliyi, tükənməzliyi!
İnsanda İnsandan Yüksək – İnsanın Mənasıdır ki, ölmür, itmir, sönmür, tükənmir, –
İnsanın ölümsüzlüyü, itimsizliyi, sönməzliyi, tükənməzliyi!

XX
Dünyadakı Dünyadan Yüksəyi dərk etmək üçün
İdrakdan Yüksək İdrak gərək!
Həyatdakı Həyatdan Yüksəyi dərk etmək üçün
İdrakdan Yüksək İdrak gərək!
İnsandakı İnsandan Yüksəyi dərk etmək üçün
İdrakdan Yüksək İdrak gərək!
İlahiliyi dərk etmək üçün İlahi İdrak gərək!

XXI
Dünyadakı Dünyadan Yüksəyi duymaq üçün
Duyğudan Yüksək Duyğu gərək!
Həyatdakı Həyatdan Yüksəyi duymaq üçün
Duyğudan Yüksək Duyğu gərək!
İnsandakı İnsandan Yüksəyi duymaq üçün
Duyğudan Yüksək Duyğu gərək!
İlahiliyi Duymaq üçün İlahi Duyğu gərək!

XXII
Dünyadakı Dünyadan Yüksəyi Təsdiq etmək üçün
İradədən Yüksək İradə gərək!
Həyatdakı Həyatdan Yüksəyi Təsdiq etmək üçün
İradədən Yüksək İradə gərək!
İnsandakı İnsandan Yüksəyi Təsdiq etmək üçün
İradədən Yüksək İradə gərək!
İlahiliyi təsdiq etmək üçün İlahi İradə gərək!

XXIII
Dünyanın mənası – Dünyadan Yüksəkdir – Dünyanın Yüksəkliyi elə bundadır.
Həyatın mənası – Həyatdan Yüksəkdir – Həyatın Yüksəkliyi elə bundadır.
İnsanın mənası – İnsandan Yüksəkdir – İnsanın Yüksəkliyi elə bundadır.
XXIV
Bu səbəbdən də
Görünən hələ Dünya deyil, Həyat deyil, İnsan deyil;
Bilinən hələ Dünya deyil, Həyat deyil, İnsan deyil.

XXV
Dünya özündə özündən Yüksək Mənanı gəzdirir, ancaq ona çatmır.
Həyat özündə özündən Yüksək Mənanı gəzdirir, ancaq ona çatmır.
İnsan özündə özündən Yüksək Mənanı gəzdirir, ancaq ona çatmır.

XXVI
Bu səbəbdən də
Dünyadakı hər bir Hadisənin özündən Yüksək Mənası var.
Həyatdakı hər bir Hadisənin özündən Yüksək Mənası var.
İnsandakı hər bir Hadisənin özündən Yüksək Mənası var.

XXVII
Bu səbəbdən də
Dünyanı dərk eləmək üçün
Dünyadan Yüksəyə qalxmalısan.
Həyatı dərk eləmək üçün
Həyatdan Yüksəyə qalxmalısan.
İnsanı dərk eləmək üçün
İnsandan Yüksəyə qalxmalısan.

XXVIII
Dünyanın özündən Yüksək olması –
Dünyanın İlahiliyidir.
Həyatın özündən Yüksək olması –
Həyatın İlahiliyidir.
İnsanın özündən Yüksək olması –
İnsanın İlahiliyidir.

XXIX
Bu səbəbdən də
Gerçəklik Dünyanı ifadə eləmir –
Dünya Gerçəklikdən Yüksəkdir.
Gerçəklik Həyatı ifadə eləmir –
Həyat Gerçəklikdən Yüksəkdir.
Gerçəklik İnsanı ifadə eləmir –
İnsan Gerçəklikdən Yüksəkdir.

XXX
İlahilik –
Dünyanın özündən Yüksək olmaq İmkanıdır.
Həyatın özündən Yüksək olmaq İmkanıdır.
İnsanın özündən Yüksək olmaq İmkanıdır.

İlahilik Dünyanın Həyatın, İnsanın
Əzəli, Əbədi Mənasıdır –
Dünyadan, Həyatdan, İnsandan Yüksək.

8 Qismət günü, Sərt Ay, 11-ci il.
Bakı.

DƏYİŞMƏZLİK

1
Dəyişən ölür.
Dünyanın mənası dəyişsəydi –
Dünya ölərdi.

2
Dəyişən tükənir.
Dünyanın mənası dəyişsəydi –
Dünya tükənərdi.

3
Məna dəyişmir – çünki Mütləqdir,
Nisbi Dəyişir.
Məna dəyişmir – çünki Kamildir,
naqis Dəyişir.
Məna dəyişmir – çünki Bütövdür,
natam Dəyişir.

4
Dünya nisbi Mənanın üstündə
dayana bilməzdi – Uçardı.
Dünya naqis Mənanın üstündə
dayana bilməzdi – Uçardı.
Dünya natam Mənanın üstündə
dayana bilməzdi – Uçardı.

5
Hər şey dəyişsəydi – heç şey olardı.

6
Həqiqət Dəyişsəydi –
Həqiqətsizliyə çevrilərdi.
Ədalət Dəyişsəydi –
Ədalətsizliyə çevrilərdi.
Ləyaqət Dəyişsəydi –
Ləyaqətsizliyə çevrilərdi.
Qeyrət Dəyişsəydi –
Qeyrətsizliyə çevrilərdi.

7
Nisbi Həqiqət olmur.
Naqis Həqiqət olmur.
Natam Həqiqət olmur.

8
Nisbi Ədalət olmur.
Naqis Ədalət olmur.
Natam Ədalət olmur.

9
Nisbi Ləyaqət olmur.
Naqis Ləyaqət olmur.
Natam Ləyaqət olmur.

10
Nisbi Qeyrət olmur.
Naqis Qeyrət olmur.
Natam Qeyrət olmur.

11
Dəyişməzliyə çatmaq üçün Dəyişilirsən.
Dəyişilirsən ki, Mənaya çatasan –
Dəyişilməyəsən! – Dəyişilməzliyi qoruyasan.

12
Vicdanı Dəyişkənlikdən qoruyursan –
Vicdanlı olursan.
Amalı Dəyişkənlikdən qoruyursan –
Amallı olursan.
Məhəbbəti Dəyişkənlikdən qoruyursan –
Məhəbbətli olursan.
İlqarı Dəyişkənlikdən qoruyursan –
İlqarlı olursan!

13
Vicdanını Dəyişmirsən,
Amalını Dəyişmirsən,
Məhəbbətini Dəyişmirsən,
İlqarını Dəyişmirsən.

14
Dünya Əzəli Dəyişməzdir,
çünki özülü Dəyişməzdir.

15
Dünyada Dəyişilən nə varsa – Dəyişməzdən aşağıdır.
Dəyişilən Fikirlər –
Dəyişməz Fikirdən aşağıdır.
Dəyişilən Əməllər –
Dəyişməz Əməldən aşağıdır.
Dəyişilən İdeallar –
Dəyişməz İdealdan aşağıdır.
Dəyişilən Qanunlar –
Dəyişməz Qanunlardan aşağıdır.

16
Yalnız Dəyişməz – Mənaya çatır,
Dəyişilən – Mənaya çatmır.


17

Dünya daim təzələnir,
Məna daim təzə qalır.
Bu səbəbdən də Dünya mənalı təzələnir;
Məna dəyişsəydi – Dünya mənasızlaşardı.

18
Dünya təzələnir, məna köhnəlmir.
Dəyişməzlik – Əbədi təzəlikdir.
Dünya buna çatmır,
bu səbəbdən də daim təzələnir.
Dünya Mənadan aşağıdır,
Ona görə dəyişkəndir.
Dünya Dəyişməz məna üzərində Dəyişir,
Ona görə də Yıxılmır.

19
Dünyanı Dəyişən Mənaya
Etibar etmək olmazdı.

20
Dəyişən – köhnəlir, köhnəlməyən – Dəyişmir.
Əvvəlin Axırı var, Əzəlin Axırı yoxdur.
Sonlunun Sonu var, Sonsuzun Sonu yoxdur.
Dəyişməyən – köhnəlmir.
Dünya Mənaca Dəyişmir,
Bu səbəbdən də köhnəlmir.

21
Köhnə Dövran olur, köhnə Dünya olmur,
çünki Dünyanın mənası dəyişmir, –
Dəyişməzlikdə Köhnəlik olmur.

Köhnə Adam olur, köhnə Bəşər olmur,
çünki Bəşərin mənası dəyişmir, –
Dəyişməzlikdə Köhnəlik olmur.

Köhnə Ağac olur, köhnə Təbiət olmur,
çünki Təbiətin mənası dəyişmir, –
Dəyişməzlikdə Köhnəlik olmur.

22
Köhnəlik Dəyişkənlikdən yaranır,
Dəyişkənlik Köhnəlik yaradır.

23
Hadisələr dəyişir, köhnəlir, ölür;
Məna dəyişmir, köhnəlmir, ölmür:
Dəyişmədən Təzə qalır,
Köhnəlmədən – Qədimləşir, –
Dünyaya Dayaq olur.

24
İnsanilik Mənaya bənzəyir –
Dünyaya bənzəmir.
Həqiqət Mənaya bənzəyir – Dünyaya bənzəmir:
dəyişmir, köhnəlmir, ölmür.
Ədalət Mənaya bənzəyir – Dünyaya bənzəmir:
dəyişmir, köhnəlmir, ölmür.
İnam Mənaya bənzəyir – Dünyaya bənzəmir:
dəyişmir, köhnəlmir, ölmür.
Məhəbbət Mənaya bənzəyir – Dünyaya bənzəmir:
dəyişmir, köhnəlmir, ölmür.

25
Hərcayilik Mənaya bənzəmir –
Dünyaya bənzəyir:
Həqiqətsizlik Mənaya bənzəmir –
Dünyaya bənzəyir:
dəyişir, köhnəlir, ölür.
Ədalətsizlik Mənaya bənzəmir –
Dünyaya bənzəyir:
dəyişir, köhnəlir, ölür.

İnamsızlıq Mənaya bənzəmir –
Dünyaya bənzəyir:
dəyişir, köhnəlir, ölür.

Məhəbbətsizlik Mənaya bənzəmir –
Dünyaya bənzəyir:
dəyişir, köhnəlir, ölür.

26

Dəyişkənlər Dünyası Mənasız Dünyadır.
Dünyanın Mənası Dəyişsə – Dünya ölər.
9 Murad günü, Sərt Ay, 11-ci il.
Bakı.
 
  Bugün 3 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol