Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Təməl
 
TƏMƏL

(25-ci Müqəddəs Kitab)

İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.

Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

1. TƏMƏLSİZLİK

Dünyanı Təməlsizləşdirirlər; Mahiyyətsizləşdirirlər, Mənasızlaşdırırlar Zamançılar.
Təməlsizlik Fəlsəfəsi yaradırlar, – Təməlsiz Fəlsəfə yaradırlar; Fəlsəfəni Mahiyyətsizləşdirirlər, Mənasızlaşdırırlar.
Dünyanı cismaniliyə, heyvaniliyə bərabər sayırlar; cəfəngiyyata, xurafata bağlayırlar.
Materializm adıyla, pozitivizm adıyla, freydçilik adıyla, nitsşeçilik adıyla, ekzistensializm adıyla, dinçilik adıyla Fəlsəfəsizlik Fəlsəfəsi yaradırlar.
Həyatı Təməlsizləşdirirlər; Mahiyyətsizləşdirirlər, Mənasızlaşdırırlar Zamançılar.
Həyatı Mahiyyətdən ayırırlar; Mahiyyətsiz Həyat Fəlsəfəsi yaradırlar; – Həyatı Həyatsızlaşdırırlar.
İnsanı Təməlsizləşdirirlər; Mahiyyətsizləşdirirlər, Mənasızlaşdırırlar Zamançılar.
Onu özündən ayırırlar, cismaniliyə, heyvaniliyə, cəfəngiyyata, xurafata bərabər sayırlar – İnsansızlaşdırırlar.
Təməlsizlik qururlar.
Dünyasızlıq, Həyatsızlıq, İnsansızlıq qururlar.
Mənasızlıq Fəlakəti qururlar.
2. DÜNYANIN TƏMƏLİ

Dünyanın Təməli – Mütləq Mənadır.
Dünya – özündən, öz Təməlindən yaranıb.
Dünya – öz Dünyalığından yaranıb.
Dünyanın Dünyalığı – Təməli, Mahiyyəti, Mənası Əzəlidir; yəni onun əvvəli yoxdur; o, həmişə olub – Dünyanın yox olan vaxtı olmayıb; bu səbəbdən də o, Yaradılmayıb.
Həmişə Var olan – yaradılmaz.
Dünyanın Dünyalıq boyda Özümlüyü Var.
Dünyanın Özümlüyü Əbədidir; – yəni onun sonu yoxdur; o, həmişə olacaq.
Dünyanın yox olan vaxtı olmayacaq.
Yox olmayanı yaratmaq olmaz.
Dünyalıq Əbədidir; Dünyanın Təməli, Mahiyyəti, Mənası Əbədidir; – Əbədi olanı yaratmaq olmaz.
Əbədi olan özündən yaranır.
Özündən yaranan – yaradılmaz.
Dünyanın əbədi Özümlüyü, Dünyalığı var.
Dünyanın Təməli, Mahiyyəti, Mənası Sonsuzdur; – yəni Dünyalığın həddi yoxdur, Səddi yoxdur.
Həddi olmayanı, Səddi olmayanı yaratmaq olmaz.
Dünya Özündən, öz Sonsuz Təməlindən yaranıb.
Dünyanın Sonsuz Özümlüyü– Dünyalığı var.
Dünya öz Kamil Təməlindən, Mahiyyətindən, Mənasından yaranıb.
Öz Təməlindən yarananı yaratmaq olmaz.
Dünyanın Kamil Özümlüyü – Dünyalığı var.
Dünya Dünyalığı – Əzəliliyi, Əbədiliyi, Sonsuzluğu, Kamilliyi yaşadır.
Dünyada Dünyadakılar yaşayır – Mahiyyətin, Mənanın Təzahürləri – nisbilər, ötərilər, keçicilər, sonlular, qeyri–kamillər.
Təzahürlər dəyişir, köhnəlir, yox olur; Mahiyyət dəyişmir, köhnəlmir, yox olmur, təzə Təzahürlər yaradır.
Dünyadakılar gedir, Dünya qalır; – çünki Dünyalıq qalır – Mahiyyət qalır, Məna qalır.
Dünyadakılar Dünyada qalmır;
Dünyalıq Dünyada qalır.
Təməl Dünyanı yaşadır.

3. HƏYATIN TƏMƏLİ

Həyatın Təməli – Həyatlıqdır; Mütləq Məna, Mahiyyətdir.
Mütləqilik – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillikdir.
Həyatı Həyatlıq yaşadır – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik.
Həyatlıq Əzəlidir – onun əvvəli yoxdur; Yox olan vaxtı olmayıb, – o, həmişə var olub.
Həyatlıq – Həyatın Əzəli Özümlüyüdür; Həyat özündən – öz Həyatlığından yaranıb.
Həyatı Əzəlilik yaşadır.
Həyatın Əzəli Həyatlığı var.
Həyatda Əzəlilik yaşayır.
Həyatda həm də Ötərilər – Təzahürlər yaşayır.
Ötərilər ötür, – Mahiyyət, Məna qalır.
Ötərilik ötür – Əzəlilik qalır.
Həyatdakılar gedir – Təməli Əzəli olan Həyat qalır.
Həyatda Həyatlıq yaşayır.
Həyatlıq – Həyatı yaşadır.
Həyatda Əzəli Həyatlıq yaşayır.
Həyatlıq – Əbədidir; onun sonu yoxdur, olmayacaq.
Həyat – özündən, öz Əbədi Həyatlığından yaranıb.
Həyatda Mahiyyətin, Mənanın Təzahürləri – Keçicilər yaşayır;
Keçicilər keçir – Mahiyyət qalır, Məna qalır.
Həyatda Əbədilik yaşayır.
Əbədilik – Həyatı yaşadır.
Həyatlıq adlı Həyat Təməli Sonsuzdur – Hədsizdir, Sədsizdir.
Həyat öz Sonsuz Mahiyyətindən, Mənasından yaranıb.
Həyatda Sonlular, Hədlilər, Sədlilər yaşayır.
Sonlular Sona çatır; Həyatın Həddi yoxdur, Səddi yoxdur; çünki Həyatlıq adlanan Təməlin, Mahiyyətin, Mənanın Həddi yoxdur, Səddi yoxdur.
Həyatda Sonsuz Həyatlıq yaşayır.
Həyatı Sonsuz Həyatlıq yaşadır.
Həyatın Təməli özündəndir.
Həyatın Həyatlıq adlı Sonsuz Təməli var; Həyatın Həyatlıq adlı Sonsuz Özümlüyü var.
Özündən Yaranan – Yaradılmaz.
Həyatlıq adlı Həyat Təməli Kamildir.
Həyat Həyatlıq adlı Kamil Təməldən yaranıb.
Həyatda Qeyri-Kamillər; Mahiyyət, Məna Təzahürləri yaşayır.
Qeyri-Kamillər gedir, Kamillər qalır.
Həyat özündə Kamil Həyatlığı yaşadır.
Həyatı Kamil Həyatlıq yaşadır.
Həyat Mütləq Təməl üstə durur.
4. İNSANIN TƏMƏLİ

İnsanın Təməli – İnsanlıqdır; İnsanlıq – İnam, İdrak, Mənəviyyat, İradə Birliyidir.
İnsan – öz İnsanlıq adlı Özümlüyündən yaranıb...
İnsanı İnsanlıq yaşadır.
İnsan özündə İnsanlığı yaşadır.
İnsanilik Adamdan üstündür.
Adam ötəridir; İnsanlıq – Əzəli.
Adam Keçicidir; İnsanlıq – Əbədi.
Adam sonludur; İnsanlıq – Sonsuz.
Adam qeyri-kamildir; İnsanlıq – Kamil.
Adam İnsanlığa çatmaq üçün özünü təzədən yaratmalıdır.
İnsanın Təməli – Daxildədir, Dərindədir.
İnsan – İnsanlığın Təzahürüdür, həm də daxilində Mütləq gəzdirəndir.
İnsandakı İnsanlıq dərindədir; – Adamlıq üzdədir; xalislik, insanlıq dərindədir; – naqislik, heyvanlıq üzdədir.
İndiki Səthilər naqisliyi, heyvanlığı “dərində tapırlar”, çünki üzdəkiləri dərinlik sayırlar: əslində isə adamdakı heyvan zahirdədir; adamdakı İnsan daxildə...
Daxilə endikcə İnsanlıq görünür, zahirdə dayandıqca heyvanlıq.
Bəşər səthi yaşayıb, bu səbəbdən də naqis yaşayıb. İnsan özünə çatmayıb, yetməyib, özündən aşağı yaşayıb, səthi şüur isə üzdəkini Mahiyyət sayıb, şəhvətdə İnsanlıq görüb, qorxuda İnsanlıq görüb – Əslində İnsandan uzaq düşüb.
Üzdə Mahiyyət axtarıb, Dayazlıqda Dərinlik axtarıb; İnsanı Təməlindən ayırıb.
İnsan öz İnsanlığından – İnam, İdrak, Mənəviyyat, İradə Birliyindən, Halından, Tələbindən yaranıb.
İnsanı İnsan eləyən, başqa canlılardan Fərqləndirən, Ayıran, onu Özünə çatdıran – İnamdır;
İnsan – İnam Yönlü Varlıqdır.
İnsanı İnsan eləyən, başqa canlılardan Fərqləndirən, Ayıran, onu Özünə çatdıran – İdrakdır;
İnsan – İdraklı Varlıqdır.
İnsanı İnsan eləyən, başqa canlılardan Fərqləndirən, Ayıran, onu Özünə çatdıran – Mənəviyyatdır;
İnsan – Dünyada yeganə Vicdanlı canlıdır.
İnsanı İnsan eləyən, başqa canlılardan Fərqləndirən, Ayıran, onu Özünə çatdıran – İradədir;
İnsan – Dünyada yeganə İradəli canlıdır.
İnsan Ruhani Varlıqdır.
Onun Mahiyyətə çatmaq imkanı var.
Bu imkanın gerçəkləşməsi Kamillik yaradır.

5. XALQIN TƏMƏLİ

Xalqın Təməli – Fərddir.
Xalq – Fərd Mahiyyətindən, Mənasından yaranıb.
Fərd Özünəməxsusluğunda, Bənzərsizliyində Xəlqi Mahiyyət yaşayır.
Xalq Varlığının Mahiyyəti, Mənası – Fərdiyyətdir.
Xalq – Fərd Təməli üzərində Yüksəlir.
Fərd Özünəməxsusluğunda, Bənzərsizliyində Xəlqi İnam yaşayır.
Özünəməxsusluq, Bənzərsizlik Xəlqi İnamı yaşadır.
Fərd Özünəməxsusluğunda, Bənzərsizliyində Xəlqi İdrak yaşayır.
Özünəməxsusluq, Bənzərsizlik Xəlqi İdrakı yaşadır.
Fərd Özünəməxsusluğunda, Bənzərsizliyində Xəlqi Mənəviyyat yaşayır.
Özünəməxsusluq, Bənzərsizlik Xəlqi Mənəviyyatı yaşadır.
Fərd Özünəməxsusluğunda, Bənzərsizliyində Xəlqi İradə yaşayır.
Özünəməxsusluq, Bənzərsizlik Xəlqi İradəni yaşadır.
Fərd yetişib Xalq olur.
Xalq Fərd yetkinliyindən yaranır.
Fərd Yetkinliyi – Fərdlər Birliyi yaradır: – Özünəməxsuslar, Bənzərsizlər Birliyi yaranır; Xalq – Özünəməxsusluğu, Bənzərsizliyi yaşadır.
Xalq – Özünəməxsuslar, Bənzərsizlər Birliyi deməkdir əslində.
Xəlqi Birlik – Özünəməxsusluqdan, Bənzərsizlikdən yaranır.
Hamılaşma – Xalqlaşmaya qarşıdır.
Fərdiyyətə qarşı çevrilmiş İnam – İnamsızlıqdır.
Fərdiyyətə qarşı çevrilmiş İdrak – İdraksızlıqdır.
Fərdiyyətə qarşı çevrilmiş Mənəviyyat – Mənəviyyatsızlıqdır.
Fərdiyyətə qarşı çevrilmiş İradə – İradəsizlikdir.
Fərdi İnam Böyüyüb Xəlqi İnam olur.
Fərdi İdrak Böyüyüb Xəlqi İdrak olur.
Fərdi Mənəviyyat Böyüyüb Xəlqi Mənəviyyat olur.
Fərdi İradə Böyüyüb Xəlqi İradə olur.
Fərd Böyüyüb Xalq olur.
Fərd toxumundan Xalq Ağacı Bitir.
Fərdsizlər Birliyi olmur – Fərdsizlər cəmi olur.
Xəlqi Zənginlik – Fərdi Zənginlikdir əslində.
Xalqa Yetməyən Fərd – Fərdsizlikdir;
Fərddən Yetirilməyən Xalq – Xalqsızlıqdır.
6. CƏMİYYƏTİN TƏMƏLİ

Cəmiyyətin Təməli – Ağalıqdır.
Cəmiyyət Ağalıq Təməlsizliyindən yaranıb.
Ağalıq İnsanlığa qarşıdır.
İnsan üzərində Ağalıq – İnsansızlıqdır əslində.
İnam üzərində Ağalıq – İnamsızlıqdır əslində.
İdrak üzərində Ağalıq – İdraksızlıqdır əslində.
Mənəviyyat üzərində Ağalıq – Mənəviyyatsızlıqdır əslində.
İradə üzərində Ağalıq – İradəsizlikdir əslində.
Ağalıq – Mahiyyətə, Mənaya qarşıdır.
Əzəli Ağalıq olmur.
Əbədi Ağalıq olmur.
Sonsuz Ağalıq olmur.
Kamil Ağalıq olmur.
Ağalıq Ədaləti olmur.
Ağalıq Həqiqəti olmur.
Ağalıq Xeyiri olmur.
Cəmiyyət Fərdiyyətə qarşıdır; Xalqa qarşıdır: Fərd üzərində Ağalıqdır, Xalq üzərində Ağalıqdır; Özünəməxsusluğa, Bənzərsizliyə qarşıdır; Özünəməxsusluq, Bənzərsizlik Birliyinə qarşıdır.
Ağalığı yaşadan əsarətdir.
Cəmiyyət – əsarət üstə qurulub.
Cəmiyyət – İnam əsarəti yaradır; –
əsarət İnamı yaradır.
İdrak əsarəti yaradır; –
əsarət İdrakı yaradır.
Mənəviyyat əsarəti yaradır; –
əsarət Mənəviyyatı yaradır.
İradə əsarəti yaradır; –
əsarət İradəsi yaradır.
Xeyir əsarəti yaradır; –
əsarət “Xeyri” yaradır.
Ədalət əsarəti yaradır; –
əsarət “Ədaləti” yaradır.
Həqiqət əsarəti yaradır; –
əsarət “Həqiqəti” yaradır.
Ağalıqdan Təbəqəlik yaranır; Təbəqəlikdən – Özgələşmə; Özgələşmədən – Yadlar cəmi...
Təməlsizlik üstə qurulan cəmiyyət – qurula-qurula dağılır.
Adamlıqdan yaranan – İnsanlığa yaramır.
7. TARİXİN TƏMƏLİ

Tarixin Təməli – Zordur.
Tarix Zor üstündə qurulub.
Zor – ölkələr Fəth eləyib, Dövlətlər, Səltənətlər qurub, xanimanlar dağıdıb, qan töküb; Qalibləri yüksəldib, Məğlubları alçaldıb; Zor – Adamı əyib, Adam Zora baş əyib; tarix Zorlular meydanı olub, Zoru Təsdiq edib.
Zor İnama sahib olub; – Zora İnam Yaranıb – Zor İnamı yaranıb.
Zor İdraka sahib olub; – İdrak Zora xidmət eləyib – Zor İdrakı yaranıb.
Zor Mənəviyyata sahib olub; – Mənəviyyat Zora xidmət eləyib – Zor Mənəviyyatı yaranıb.
Zor İradəyə sahib olub; – İradə Zora xidmət eləyib – Zor İradəsi yaranıb.
Zor – İnamı İnamsızlaşdırıb.
– İdrakı İdraksızlaşdırıb.
– Mənəviyyatı Mənəviyyatsızlaşdırıb.
– İradəni İradəsizləşdirib.
Zor Zülm yaradıb – Zor Ədaləti yaranıb.
Zor Şər yaradıb – Zor Xeyiri yaranıb.
Zor Yalan yaradıb – Zor Həqiqəti yaranıb.
Tarix – Adamlıq Aqibəti olub; – İnsanlıq Aqibəti olmayıb.
Nisbilik Aqibəti olub; – Mütləqilik Aqibəti olmayıb.
Mahiyyətə xidmət eləməyib – Təzahürə xidmət eləyib.
Əzəliliyə xidmət eləməyib – Ötəriliyə xidmət eləyib.
Əbədiliyə xidmət eləməyib – Keçiciliyə xidmət eləyib.
Sonsuzluğa xidmət eləməyib – Sonluluğa xidmət eləyib.
Kamilliyə xidmət eləməyib – Qeyri-Kamilliyə xidmət eləyib.
Tarix – Zorçuluq olub, Ruhçuluq olmayıb.
Ruhçular tarix boyu Zorçularla döyüşüb; Tarix Ruhçular Faciəsi törədib – Amansız, Aramsız.
Tarix – Zorçular meydanında Ruhçulara divan tutub...
Ruhçular Tarixlə döyüşüblər.
Zaman Dəyişib, Mühit Dəyişib, Şərait Dəyişib, əsrlər biri-birini əvəz edib, Tarix – Zorçuluğundan dönməyib.
Bəşər öz Tarixi Aqibətindən Ruhani Aqibətinə keçməlidir; Ruh Zoru əyməlidir – Adam İnsanlaşmalıdır.
8. İNAMIN TƏMƏLİ

İnamın Təməli – Mütləqdir.
İnam – Əzəliliyin, Əbədiliyin, Sonsuzluğun, Kamilliyin Təsdiqidir; – Təzahürlərin Mahiyyətini, Hadisələrin Mənasını ifadə eləyir.
Nisbilik İnamı olmur – Mütləqilik İnamı olur.
Ötərilik İnamı olmur – Əzəlilik İnamı olur.
Keçicilik İnamı olmur – Əbədilik İnamı olur.
Sonluluq İnamı olmur – Sonsuzluq İnamı olur.
Qeyri-Kamillik İnamı olmur – Kamillik İnamı olur.
Nisbi İnam olmur – Mütləq İnam olur.
Ötəri İnam olmur – Əzəli İnam olur.
Keçici İnam olmur – Əbədi İnam olur.
Sonlu İnam olmur – Sonsuz İnam olur.
Qeyri-Kamil İnam olmur – Kamil İnam olur.
İnam – Mütləqilik üstə qurulan Aqibət yaradır.
Əzəlilik üstə qurulan Aqibət yaradır.
Əbədilik üstə qurulan Aqibət yaradır.
Sonsuzluq üstə qurulan Aqibət yaradır.
Kamillik üstə qurulan Aqibət yaradır.
İnam – Dünyaya Dünyalığın gözüylə, Həyata Həyatlığın gözüylə, İnsana İnsanlığın gözüylə, Təzahürlərə Mahiyyətin, Hadisələrə Mənanın gözüylə baxır; Ötəridəki Əzəlini, Keçicidəki Əbədini, Sonludakı Sonsuzu, Qeyri-Kamildəki Kamili görür.
İnam – Gerçəkliyi ötür; Zamanı Mühiti, Şəraiti ötür.
Zaman səviyyəsində İnam olmur.
Mühit səviyyəsində İnam olmur.
Şərait səviyyəsində İnam olmur.
Cəmiyyət səviyyəsində İnam olmur.
İnam – Mütləqilik Tələbidir.
– Mütləq Ədalət Tələbidir.
– Mütləq Həqiqət Tələbidir.
– Mütləq Xeyir Tələbidir.
– Mütləq İdrak Tələbidir.
– Mütləq Mənəviyyat Tələbidir.
– Mütləq İradə Tələbidir.
İnam – Fikrin, Duyğunun, Əməlin Mütləqilik Yönüdür; – Mütləq Fikir, Mütləq Duyğu, Mütləq Əməl Tələbidir.
Mütləq Fikir – Mahiyyətə çatan Fikirdir.
Mütləq Duyğu – Mahiyyətə çatan Duyğudur.
Mütləq Əməl – Mahiyyətə çatan Əməldir.
İnam – Mütləq Fikir, Mütləq Duyğu, Mütləq Əməl Birliyidir.
İnam – Mütləqiliyə əsaslanan İnsanlaşma Yoludur.
İnam – Mütləqilikdən yaranır, Mütləqiliyi yaşadır.
9. İDRAKIN TƏMƏLİ

İdrakın Təməli – İnamdır.
İdrak – İnamdan başlayır.
İnanmasan – Dərk etməzsən.
Dünyanın mövcudluğuna inanmasan – Dünyanı dərk etməzsən.
Həyatın mövcudluğuna inanmasan – Həyatı dərk etməzsən.
İnsanın mövcudluğuna inanmasan – İnsanı dərk etməzsən.
Dünyanın Mahiyyətinə, Mənasına inanmasan – Dünyanı dərk etməzsən.
Həyatın Mahiyyətinə, Mənasına inanmasan – Həyatı dərk etməzsən.
İnsanın Mahiyyətinə, Mənasına inanmasan – İnsanı dərk etməzsən.
Əzəliliyə inanmasan – Əzəliliyi dərk etməzsən.
Əbədiliyə inanmasan – Əbədiliyi dərk etməzsən.
Sonsuzluğa inanmasan – Sonsuzluğu dərk etməzsən.
Kamilliyə inanmasan – Kamilliyi dərk etməzsən.
İnamdan başlayan İdrak – İnamı Təsdiq edir.
İnamsızlıq – əslində İdraksızlıqdır.
İdrak – İnamlıdır; İnam – İdraklıdır.
İdrak İnamdan doğur, İnamı doğruldur.
İdrak – Mütləqiliyi doğruldur.
– Əzəliliyi doğruldur.
– Əbədiliyi doğruldur.
– Sonsuzluğu doğruldur.
– Kamilliyi doğruldur.
– Mütləq Ədaləti doğruldur.
– Mütləq Həqiqəti doğruldur.
– Mütləq Xeyiri doğruldur.
– Mahiyyəti doğruldur.
– Mənanı doğruldur.
İdrak – Cəfəngiyyata qarşıdır; Cəfəngiyyat – İnamsızlıqdır əslində; İdrak – İnamsızlığa qarşıdır.
İdrak – Xülyaya qarşıdır; Xülya İnamsızlıqdır əslində; İdrak – İnamsızlığa qarşıdır.
İdrak – Yalana qarşıdır; Yalan – İnamsızlıqdır əslində; İdrak – İnamsızlığa qarşıdır.
İnamdan yaranan İdrak – İnamı yaşadır.
10. MƏNƏVİYYATIN TƏMƏLİ

Mənəviyyatın Təməli – Vicdandır.
Vicdan – Ədalət əsasında Yaşamaq Tələbidir.
– Həqiqət əsasında Yaşamaq Tələbidir.
– Xeyir əsasında Yaşamaq Tələbidir.
Vicdan – Dünyaya, Həyata, İnsana Ədalət əsasında Yanaşmaq Tələbidir.
Həqiqət əsasında Yanaşmaq Tələbidir.
Xeyir əsasında Yanaşmaq Tələbidir.
Vicdan Ədaləti, Həqiqəti, Xeyiri Yaşatmaq Tələbidir.
Vicdan – İnsanın özünə hakim olmaq Tələbidir; – Özünü Özünə tapşırması, yaşatması, yaratmasıdır.
Vicdan – İnsanın özündən asılılığıdır.
Vicdan – Mütləqilik Tələbidir.
– Əzəlilik Tələbidir.
– Əbədilik Tələbidir.
– Sonsuzluq Tələbidir.
– Kamillik Tələbidir.
– Dünyalıq Tələbidir.
– Həyatlıq Tələbidir.
– İnsanlıq Tələbidir.
– Mahiyyət Tələbidir.
– Məna Tələbidir.
– İnam Tələbidir.
– İdrak Tələbidir.
Mənəviyyat – Vicdandan yaranır; Vicdan – Mənəviyyatı yaşadır.
11. İRADƏNİN TƏMƏLİ

İradənin Təməli – Mənlikdir.
İradə – İnsanın Zaman Asılılığına qarşı durmasıdır.
– Mühit Asılılığına qarşı durmasıdır.
– Şərait Asılılığına qarşı durmasıdır.
– Cəmiyyət Asılılığına qarşı durmasıdır.
İradə – Mənliyin Təsdiqidir; o, Adamı İnsana çatdırır; Ədalətə çatdırır, Həqiqətə çatdırır, Xeyirə çatdırır; İnama, İdraka, Mənəviyyata çatdırır.
İnam İradəsi yaranır.
İdrak İradəsi yaranır.
Mənəviyyat İradəsi yaranır.
Ədalət İradəsi yaranır.
Həqiqət İradəsi yaranır.
Xeyir İradəsi yaranır.
İradə – İnsanın Kamilliyə yetmək Qətiyyətidir.
İradənin gücüylə Adam İnsan olur.
İdrak İradəsinin Gücüylə İnsan – Həqiqəti dərk edir.
İnam İradəsinin Gücüylə – Mütləqiliyə; Mənəviyyat İradəsinin Gücüylə Müqəddəsliyə çatır.
Ötəridə Əzəlini görmək – İdrak İradəsi əməlidir.
Keçicidə Əbədini görmək – İdrak İradəsi Əməlidir.
Sonluda Sonsuzu görmək – İdrak İradəsi əməlidir.
Qeyri-Kamildə Kamili görmək – İdrak İradəsi Əməlidir.
Dünyada Dünyalığı görmək – İdrak İradəsi Əməlidir.
Həyatda Həyatlığı görmək – İdrak İradəsi Əməlidir.
İnsanda İnsanlığı görmək – İdrak İradəsi Əməlidir.
Təzahürdə Mahiyyəti görmək – İdrak İradəsi Əməlidir.
Hadisədə Mənanı görmək – İdrak İradəsi Əməlidir.
Əzəliliyə Qovuşmaq – İnam İradəsi Əməlidir.
Əbədiliyə Qovuşmaq – İnam İradəsi Əməlidir.
Sonsuzluğa Qovuşmaq – İnam İradəsi Əməlidir.
Kamilliyə Qovuşmaq – İnam İradəsi Əməlidir.
Dünyalığa Qovuşmaq – İnam İradəsi Əməlidir.
Həyatlığa Qovuşmaq – İnam İradəsi Əməlidir.
İnsanlığa Qovuşmaq – İnam İradəsi Əməlidir.
Mahiyyətə Qovuşmaq – İnam İradəsi Əməlidir.
Mənaya Qovuşmaq – İnam İradəsi Əməlidir.
Əzəlilik əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Əbədilik əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Sonsuzluq əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Kamillik əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Dünyalıq əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Həyatlıq əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
İnsanlıq əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Mahiyyət əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Məna əsasında Yaşamaq – Mənəviyyat İradəsi Əməlidir.
Mənlikdən Yaranan İradə – Mənliyi yaşadır.
 
  Bugün 14 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol