Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  İqtisadiyyat İnsansızlığı İqtisadiyyat İnsaniliyi
 

(Asif Ata)

İQTİSADİYYAT İNSANSIZLIĞI –
İQTİSADİYYAT İNSANİLİYİ
(30-cu Müqəddəs Kitab)


İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

İNSANSIZLIQ YÖNÜ

Natural İqtisadiyyatdan fərqli olaraq Sivilizasiyalı İqtisadiyyat Qazanc Tələbindən yaranıb, Adam Smitin təbirincə desək, Xudbinlikdən yaranıb – Ağalıq Tələbindən yaranıb.
Onu hərəkətə gətirən, inkişaf etdirən – Rəqabət Duyğusu olub, – İnsana xidmət etməli olan İqtisadiyyat əslində İnsansızlığa xidmət eləyib. İnsan, İqtisadiyyatı yaradıb – İqtisadiyyat İnsanı əsarətə salıb, onun Vaxtına, Ömrünə, Həyatına ağır yük kimi düşüb.
İqtisadiyyat İnsana yox, İnsan İqtisadiyyata tabe olub əslində: İnsanın İqtisadiyyatdan əzablı Asılılığı yaranıb.
İqtisadiyyat İnsanı arxasınca aparıb; İqtisadiyyat İnsaniləşməyib, İnsan İqtisadiləşib; İqtisadi Zülm – İctimai zülmün əsaslarından biri olub; İctimai-İqtisadi zülm bərqərar olub İnsan üzərində.
İqtisadiyyat – İnsanı yeyib.
II. ANTİİNSANİ MÜLKİYYƏT

Mülkiyyət İnsanın maddi Tələblərini ödəmək üçün yaranmayıb – Ağalıq Tələblərini ödəmək üçün yaranıb.
Mülkiyyətə Ağalar sahib olub – Əməkçi sahib olmayıb. Mülkiyyət vasitəsiylə Ağalar özgə əməyinə sahib olublar; özgə əməyi vasitəsiylə Qazanc əldə ediblər; Qazanc vasitəsiylə öz xudbin Ağalıq Tələblərini ödəyiblər.
İqtisadiyyatın üç əsasından biri olan Mülkiyyət (digərləri İstehsalat və Ticarətdir) – İnsaniliyi inkar edib, İnsansızlığı Təsdiq edib.
Quldarlıqda Əməkçi özü də Mülkiyyətə daxil idi: həm İqtisadiyyat, həm də İqtisadiyyatı yaradan İnsan Ağaya mənsub idilər.
İqtisadiyyat, Ağalığı hərtərəfli təmin edirdi. İqtisadiyyat artdıqca, Ağalıq da, Köləlik də artırdı.
İqtisadi İnkişaf, İnsansızlığı artırırdı.
Maddi nemətlər artdıqca – ədalətsizlik də artırdı.
Feodallar – Mülk Ağalarıydılar; Mülkə Ağalıq edirdilər; Ağalıqdan qazanc götürürdülər; Qazanc vasitəsiylə Ağalıqlarını artırırdılar; İqtisadiyyat Zülmə xidmət edirdi.
Zülmkar Mülkiyyət yaranırdı.
Kapitalizm – Varçılıq, Pulçuluq Mülkiyyəti yaratdı – Pulla yaranan və Pul yaradan; Pul Hakimiyyətini, Pulçu Hakimiyyətini Təsdiq edən, Vardan Zülm yaradan, İnsan əməyini satın alan Mülkiyyətçilik yaratdı.
Sosializm – Dövlət Mülkiyyəti yaratdı; Mülkiyyət, Dövlətin Fərd üzərində Ağalığına, Dövlət Zülmünə xidmət etdi; İqtisadiyyat artdıqca Dövlətin İnsan üzərində Ağalığı artdı; Əməkçinin Dövlətdə itməsi İqtisadiyyatdan başladı; İqtisadiyyat – Dövləti yüksəltdi, İnsanı əksiltdi. İnsanın yaratdığı – İnsanın başına bəla oldu.
İnsanın yaratdığı – İnsansızlığa yaradı.

III. ANTİİNSANİ İSTEHSALAT


İstehsalat əslində maddi zənginlik məqsədi güdmür – gəlir zənginliyi məqsədi güdür; yəni gəlir zənginliyi dərəcəsində maddi zənginlik yaradır; əməkçini gəlir alətinə çevirir.
Gəlir – istehsalatı inkişaf elətdirir; onu hərəkətə gətirir, tərəqqiyə çatdırır.
Əməkçi – gəlir alətinə çevrilir. Sahibkar Var qazanır – Var vasitəsiylə Əməkçiyə sahib olur – onu İstehsalat Ünsürünə çevirir. Əslində Sahibkar – Əməkçi – İstehsalat əlaqələri yox, Sahibkar – İstehsalat əlaqəsi yaranır, çünki Əməkçi istehsalata pərçimlənir, orada itir; istehsalatdan fərqlənmir; onun İnsani Mahiyyəti görünmür, bilinmir – yalnız istehsal xassəsi, funksiyası bilinir, görünür.
Əmək mənasızlaşır, öz cəzbini itirir, əməkçi dolanmaq üçün işləyir; özgə üçün işləyir – əmək özgələşir, istehsalat artdıqca – Sahibkarın Əməkçi üzərində hakimiyyəti artır. Zəhmət məbləği artdıqca Sahibkar, Ağalığını azaltmır, artırır; Əməkçini istehsalata daha çox bağlayır, onun Alətləşməsini, Ünsürləşməsini, Gəlirçiliyini möhkəmlədir; Sahibkar Əməkçini əlində daha möhkəm saxlayır, ondan daha səmərəli istifadə edir – zəhmət məbləği artdıqca Əməkçinin Sahibkardan Asılılığı artır.
İstehsalat – gəlir mənbəyinə, Əməkçi – gəlir vasitəsinə çevrilir.
Əməkçi – istehsalat yaradır, istehsalat vasitəsi ilə Sahibkar varlanır; Sahibkar varlandıqca Əməkçi – İstehsallaşır.
İstehsalat İnsaniliyə qarşı çevrilir.
Bu təməl halını süni surətdə – menecerlik vasitəsi ilə – idarəçinin əməkçi ilə insaflı rəftarı, davranışı, mərhəmliyi, “dostluğu”, qılığı ilə – yumşaltmaq cəhdi – mahiyyəti dəyişmir, daha da qabardır, çünki məqsəd əməkçinin İstehsallığını azaltmaq yox, əksinə – artırmaqdır; yəni menecerin səyi əməkçinin İstehsal Alətliyini, Ünsürlüyünü aradan qaldırmaq yox, daha da möhkəmləndirməkdir.
İstehsalat dəyişir – təkmilləşir; ancaq istehsalat Antiinsaniliyi yox olmur; o da təkmilləşir. Quldarlıq istehsalatında Qul – insan ayrılmırdı – açıq şəkildə istehsalatla bərabərləşirdi; onun Alətliyi, Ünsürlüyü bəyan edilirdi.
Antiinsanilikdən ürkən, utanan Quldar yox idi.
Feodallar Kəndlidə torpaq əkən, məhsul becərən Alət görürdülər; Kəndlinin taleyi bütünlüklə Feodaldan asılı idi; kəndli feodal üçün yaşayırdı əslində – feodal kəndliyə kəndli ömrünü pay verirdi – Kotançının Kotandan fərqi az idi – feodalın gözündə.
Kapitalizmdə fəhlə – istehsalatın hissəsi idi, istehsal alətləri ilə bir alınıb-satılırdı; istehsal vasitələrindən biri idi.
Sosializm sözdə, ayrı-ayrı hallarda, mükafatlarda, təltiflərdə əməkçini vəsf edirdi; ancaq İstehsalatın özündə sosializmin kapitalizmdən fərqi yox idi, fəhlə burada da istehsalat Alətiydi, Ünsürüydü; fərq yalnız Sahibkardaydı: kapitalizm istehsalatı Şəxsi Sahibkarın əlindəydi – sosialist istehsalatı – Dövlətin.
Hər ikisində İstehsalat Antiinsaniliyi hökm sürürdü.
İstehsalatda təkcə maddi nemətlər istehsal olunmur, həm də İnsansızlıq istehsal olunur.
IV. ANTİİNSANİ TİCARƏT

Ticarətin əsil məqsədi – maddiyyat bolluğu yaratmaq deyil, daha çox və daha baha qiymətə mal satmaq, daha çox Qazanc əldə etməkdir.
Ticarətdə İnsani münasibətlər rədd edilir – ticarətçi üçün İnsan – yalnız Qazanc mənbəyidir. İnsanın dəyəri burada Alıcılıq, Satıcılıq qabiliyyətiylə ölçülür.
Ticarətdə, Bazarçılıqda Qazanca hörmət İnsaniliyə hörməti rədd edir; İnsan – İnsana yalnız bir keyfiyyətdə – Qazanc götürmək keyfiyyətində görünür, bilinir.
Ticarət – Bazar – Qazanc meydanıdır; Bazarın Ağası – Puldur.
Bazarda İnsana hörmət əvəzinə – Pula hörmət təsdiq olunur – Pul Qüdrəti, Pul Üstünlüyü, Pul Hökmü bilinir, görünür.
Bazar – Pula xidmət eləyir; Pulçuluğa xidmət eləyir, Pulçunu böyüdür, Pulçuluğu böyüdür;
Ticarət artdıqca Pulçuluq artır.
Pulun qiyməti artdıqca – İnsanın qiyməti azalır.
Ticarət, Varın – Varlıq üzərində Ağalığıdır.
Burada İnsanilik qayğısına qalan, İnam qayğısına qalan, Ruh qayğısına qalan olmur.
Ticarət qəti Təmənnaçılıqdır.
Burada İnsani münasibətlər Əmtəələşir, hörmət, izzət, duyğu, mərhəmət itir.
Ticarət – yadlıq meydanıdır.
Satıcı – Alıcı münasibətləri – yad münasibətlərdir.
Ticarətin inkişafı – Yadlığı artırır.
Ticarət dəyişir, onun İnsansızlığı yox olmur – təkmilləşir.
Quldarlıqda Qul satılırdı – Qul bazarları quldarlıqdan çox yaşadı.
Burada Ticarət İnsansızlığı bütün çılpaqlığıyla üzə çıxırdı.
İnsan pula satılırdı, Pul İnsandan Üstün olurdu.
Feodalizm – Kəndlini Əmtəəyə çevirmişdi.
Kapitalizm – Fəhləni satın alırdı.
Sosializm Xalqı Əmtəələşdirmişdi.
Ticarətdə Varidatçılıqla İnsansızlıq qoşalaşır.
Ticarət – İnsanilik satıb – Varidat almaqdır.
V. ANTİİNSANİ İQTİSADİYYAT – CƏMİYYƏT

Antiinsani İqtisadiyyat – cəmiyyətdən yaranıb; – Cəmiyyətdə hökm sürən Ağalıq Antiinsaniliyindən, Təbəqəlik Antiinsaniliyindən, Özgəçilik Antiinsaniliyindən yaranıb.
Cəmiyyətdə hökm sürən Ağalıq – Mülkiyyət Ağalığını yaradıb, İstehsalat Gəlirçiliyini yaradıb, Ticarət qazanclığını yaradıb.
Cəmiyyət – Xudbinliyi yaşadıb; Xudbinlik – Antiinsani İqtisadiyyatı yaradıb.
Cəmiyyət Antiinsaniliyi – İqtisadiyyat Antiinsaniliyini yaradıb.
Cəmiyyətdə hökm sürən Antiinsani münasibətlər – Antiinsani Mülkiyyət, Antiinsani İstehsalat, Antiinsani Ticarət yaradıb.
Cəmiyyət – Adama xas olan Antiinsaniliyi yaşadıb – Ağalığı, Xudbinliyi, Rəqabətçiliyi, Qazanclığı; İqtisadiyyat – Cəmiyyət halına uyğun yaranıb.
Cəmiyyətə xas olan Təbəqəlik – Mülkiyyət Zəbtçiliyini, Qəsdçiliyini Yaradıb.
İqtisadiyyat Cəmiyyətdən yaranıb, Cəmiyyəti Təmsil eləyib – cəmiyyət İnsanın adamlıq səviyyəsindən yaranıb.
Cəmiyyətə xas olan özgəçilik – İqtisadiyyat özgəliyi – Mülkiyyət özgəliyi, İstehsalat özgəliyi, Ticarət özgəliyi – Yadlığı yaradıb. İqtisadiyyat Cəmiyyətə yarayıb, cəmiyyəti yaşadıb.
Adam İnsan olmayıb, Ağalığı, Xudbinliyi, Rəqabətçiliyi, Qazanclığı yaşadıb.
İqtisadiyyat – cəmiyyətçilik əsasında – Ağalıq, Xudbinlik, Rəqabət, Qazanclıq əsasında inkişaf edib.
İqtisadiyyat – cəmiyyəti əks etdirib.
Cəmiyyət – səthi dəyişilib, mahiyyətcə dəyişməyib – cəmiyyət Antiinsaniliyi dəyişməyib.
Bütün Quruluşlarda Ağalıq yaşayıb; – bütün İqtisadiyyatlarda Ağalıq yaşayıb.
Bütün Quruluşlarda Təbəqəlik yaşayıb; – bütün İqtisadiyyatlarda Təbəqəlik yaşayıb.
Bütün Quruluşlarda Özgəlik yaşayıb; – bütün İqtisadiyyatlarda Özgəlik yaşayıb.
Antiinsani İqtisadiyyatı – Antiinsani cəmiyyət yaradıb.
Cəmiyyətin İqtisadiyyatdan yaranması fikri – uydurmadır.
“Adam əvvəl yeyib, sonra cəmiyyət yaradıb” iddiası – yalançı sübutdur.
Cəmiyyət yaranandan sonra – Adam, cəmiyyət istədiyi kimi yeyib.
İqtisadiyyat bütüm çeşidlərdə cəmiyyətçidir – cəmiyyət ifadəçisidir.
VI. ANTİİNSANİ İQTİSADİYYAT – TƏBİƏT

Antiinsani İqtisadiyyat – Təbiəti yeyir: – onun Ahəngini pozur, havasını zəhərləyir, meşələrini qırır; dənizlərini, okeanlarını çirkaba qərq edir; Təbiətə zülm eləyir; Burada Adam Təbiətlə Doğmalığını, Qohumluğunu, daxili Birliyini unudur.
İqtisadiyyat böyüdükcə, Təbiətin ölüm təhlükəsi də böyüyür.
Antiinsani İqtisadiyyat, İnsanın Təbiətlə Ülvi Təmasına – Heyrətinə, Məhəbbətinə, Vəcdinə Yad olur.
Antiinsani İqtisadiyyat – Adamı Təbiətsizləşdirir.
Təbiət üzərində Ağalığın artması – son nəticədə İnsanın məğlubiyyətini hazırlayır.
Antiinsani İqtisadiyyat – Adamın Təbiətə xudbin münasibətini təsdiq edir.
Həyat mənbəyi olan Təbiət – İqtisadiyyatda Qazanc mənbəyinə çevrilir; Adam Təbiətdən gəlir götürür – Təbiət əmtəələşir.
Şiddətli sənayeləşmə – şiddətli təbiətsizləşmə təhlükəsi yaradır.
Təbiəti istehsalatdan qorumaq lazım olur.
Xudbinlik, Ağalıq, Qazanclıq, Rəqabət – Adamı Təbiətə qarşı qoyur: İnsanı yaşadan Təbiəti – Adam yaşamaqdan məhrum edir.
İqtisadiyyat – Təbiətə yırtıcı münasibəti gücləndirir və özünün tənəzzülünü hazırlayır.
Antiinsani İqtisadiyyat – Antitəbiətçilik yaradır – daim artan, güclənən, – fəlakətli təhlükəyə çevrilən.
VII. İNSANİLİK YÖNÜ

Adam Xudbinlikdən, Ağalıqdan, Rəqabətdən ayrılanda – İnsani iqtisadiyyat yaranacaq – İqtisadiyyat İnsaniliyə xidmət edəcək.
İnama Yetən İnsan – Xudbinliyi rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İdraka Yetən İnsan – Xudbinliyi rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
Mənəviyyata Yetən İnsan – Xudbinliyi rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İradəyə Yetən İnsan – Xudbinliyi rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İnama Yetən İnsan – Ağalığı rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İdraka Yetən İnsan – Ağalığı rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
Mənəviyyata Yetən İnsan – Ağalığı rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İradəyə Yetən İnsan – Ağalığı rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat insaniləşəcək.
İnama Yetən İnsan – Rəqabəti rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İdraka Yetən İnsan – Rəqabəti rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
Mənəviyyata Yetən İnsan – Rəqabəti rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
İradəyə Yetən İnsan – Rəqabəti rədd edəcək, İqtisadiyyatın Yönü dəyişiləcək, İqtisadiyyat İnsaniləşəcək.
Adam İnsaniliyə Yetəcək və İnsani İqtisadiyyat Yaradacaq. İnsani İqtisadiyyat İnsanlaşmadan başlayacaq.
VIII. İNSANİ MÜLKİYYƏT

Adam Ağalıqdan Ayrılanda – Əməkçinin Mülkiyyətdən Ayrılığı aradan qalxacaq – Əməkçi Mülkiyyəti yaranacaq.
Əməkçi üzərində Mülkiyyətçi Ağalığına son qoyulacaq – Əməkçilik – Mülkiyyətçilik Birliyi Təsdiq olunacaq – Mülkiyyətə Əməkçi sahib olacaq.
İnama Yetən İnsan – Mülkiyyət Ağasını, Mülkiyyətçilik Ağalığını rədd edəcək; – Mülkiyyət Əməkçisini, Əməkçi Mülkiyyətini Təsdiq edəcək.
İdraka Yetən İnsan – Mülkiyyət Ağasını, Mülkiyyətçilik Ağalığını rədd edəcək; – Mülkiyyət Əməkçisini, Əməkçi Mülkiyyətini Təsdiq edəcək.
Mənəviyyata Yetən İnsan – Mülkiyyət Ağasını, Mülkiyyətçilik Ağalığını rədd edəcək; – Mülkiyyət Əməkçisini, Əməkçi Mülkiyyətini Təsdiq edəcək.
İradəyə Yetən İnsan – Mülkiyyət Ağasını, Mülkiyyətçilik Ağalığını rədd edəcək; – Mülkiyyət Əməkçisini, Əməkçi Mülkiyyətini Təsdiq edəcək.
İnsani Mülkiyyət yaranacaq.
Ağa Mülkiyyəti, Mülkiyyət Ağalığı – İnamsızlığı – aradan qalxacaq.
Ağa Mülkiyyəti, Mülkiyyət Ağalığı – İdraksızlığı – aradan qalxacaq.
Ağa Mülkiyyəti, Mülkiyyət Ağalığı – Mənəviyyatsızlığı – aradan qalxacaq.
Ağa Mülkiyyəti, Mülkiyyət Ağalığı – İradəsizliyi – aradan qalxacaq.
Ağalığı daxilində öldürən İnsan İnsani Mülkiyyət yaradacaq.
IX. İNSANİ İSTEHSALAT

İnsan Xudbinlikdən Ayrılanda, istehsalatın məqsədi – Gəlirçilik yox – Xeyirçilik olur – İnsani İstehsalat yaranır.
İstehsalat İnsana yox, İnsan istehsalata sahib olur; İnsan – İstehsalat Aləti yox, İstehsalat sahibi olur. İnsan – istehsallaşmır, İstehsalat – İnsaniləşir.
Əməkçi İstehsalata yox, İstehsalat əməkçiyə tabe olur. İnama Yetən İnsan – İstehsalatı Gəlirçilikdən xilas edir, Xeyirçiliyə yüksəldir.
İdraka Yetən İnsan – İstehsalatı Gəlirçilikdən xilas edir, Xeyirçiliyə yüksəldir.
Mənəviyyata Yetən İnsan – İstehsalatı Gəlirçilikdən xilas edir, Xeyirçiliyə yüksəldir.
İradəyə Yetən İnsan – İstehsalatı Gəlirçilikdən xilas edir, Xeyirçiliyə yüksəldir.
Gəlir İstehsalatı – İnamsızlığı aradan qalxır.
Gəlir İstehsalatı – İdraksızlığı aradan qalxır.
Gəlir İstehsalatı – Mənəviyyatsızlığı aradan qalxır.
Gəlir İstehsalatı – İradəsizliyi aradan qalxır.
Əməyin əmtəələşməsi aradan qalxır.
Əməkçinin əmtəələşməsi aradan qalxır.
İnsanlaşma – İnsani İstehsalat yaradır.
X. İNSANİ MÜBADİLƏ

Xudbinlikdən, Ağalıqdan, Rəqabətdən Ayrılan İnsanda Mübadilənin Məqsədi Varidat yox, Rifah olacaq; Mübadilə Adamları Özgələşdirməyəcək, Yadlaşdırmayacaq, bir-birinə Yaxınlaşdıracaq.
Mübadilə – Pul Ağalığı yaratmayacaq – Maddi nemət Zənginliyi yaradacaq.
Mübadilə – Oyunçuluğunu itirəcək: Udan– Uduzan, Qazanan–İtirən Adamlar əvəzinə bir-birindən bəhrələnən İnsanlar münasibəti yaranacaq.
Adamların bir-birinə Xeyir vermək niyyəti bir-birindən Qazanc götürmək cəhdini üstələyəcək.
Ticarət əvəzinə İnsani Münasibətlərə xidmət eləyən zəruri Mübadilə yaranacaq.
Həmin Mübadilənin ən böyük Qazancı – İnsani münasibətlər olacaq.
İnsan Natural İqtisadiyyata qayıtmayacaq; ancaq Varidatçılıq Rifahçılıqla əvəz olunacaq.
İnama Yetən İnsan – Varidatçılığı qəbul etməz, Varidatın İnsan üzərində Ağalığını qəbul etməz, Varidat Xudbinliyini, Rəqabətini, Yadlığını, Yağılığını qəbul etməz – Rifah Zənginliyini – maddi tələblərin tam ödənilməsini qəbul edər.
İdraka Yetən İnsan – Varidatçılığı qəbul etməz, Varidat İnsan üzərində Ağalığını qəbul etməz, Varidatın Xudbinliyini, Rəqabətini, Yadlığını, Yağılığını qəbul etməz – Rifah Zənginliyini – maddi tələblərin tam ödənilməsini qəbul edər.
Mənəviyyata Yetən İnsan – Varidatçılığı qəbul etməz, Varidat İnsan üzərində Ağalığını qəbul etməz, Varidatın Xudbinliyini, Rəqabətini, Yadlığını, Yağılığını qəbul etməz – Rifah Zənginliyini – maddi tələblərin tam ödənilməsini qəbul edər.
İradəyə Yetən İnsan – Varidatçılığı qəbul etməz, Varidat İnsan üzərində Ağalığını qəbul etməz, Varidatın Xudbinliyini, Rəqabətini, Yadlığını, Yağılığını qəbul etməz – Rifah Zənginliyini – maddi tələblərin tam ödənilməsini qəbul edər.
Varidatçılığın yaratdığı Rifah – mahiyyətcə Rifahsızlıqdır – çünki İnsansızlıqdır.
İnsaniliyi rədd edən Rifah – Zülmdür.
İnsani Mübadilə Varidatçılıq İnsansızlığını rədd edir.
Varidatçılıq İnamsızlığını rədd edir.
Varidatçılıq Mənəviyyatsızlığını rədd edir.
Varidatçılıq İradəsizliyini rədd edir.
İnsani İqtisadiyyat – Ticarət İnsansızlığını İnsani Mübadiləylə əvəz edir.
XI. İNSANİ İQTİSADİYYAT – CƏMİYYƏT

Ağalıqdan Ayrılan cəmiyyət – İnsani İqtisadiyyat yaradacaq.
İnsani İqtisadiyyat Ruhani Cəmiyyəti təmsil edəcək.
Təbəqəlikdən Ayrılan cəmiyyət – İnsani iqtisadiyyat yaradacaq.
Özgəçilikdən Ayrılan cəmiyyət – İnsani iqtisadiyyat yaradacaq.
İnsani İqtisadiyyat Ruhani Cəmiyyəti təmsil edəcək.
İnama Yetən Cəmiyyət İnsani İqtisadiyyat yaradacaq.
İnam İqtisadiyyatı İnsaniləşdirəcək.
İdraka Yetən Cəmiyyət İnsani İqtisadiyyat yaradacaq.
İdrak İqtisadiyyatı İnsaniləşdirəcək.
Mənəviyyata Yetən Cəmiyyət İnsani İqtisadiyyat yaradacaq.
Mənəviyyat İqtisadiyyatı İnsaniləşdirəcək.
İradəyə Yetən Cəmiyyət İnsani İqtisadiyyat yaradacaq.
İradə İqtisadiyyatı İnsaniləşdirəcək.
İnsaniləşən Cəmiyyət – İnsani İqtisadiyyat yaradacaq.
XII. İNSANİ İQTİSADİYYAT – TƏBİƏT

İnsani İqtisadiyyat, Təbiətlə Əzəli Ahəngini bərpa edəcək; Təbiətlə İqtisadiyyat arasında Yadlıq, Yağılıq aradan qalxacaq; İnsan, Təbiəti öldürməyəcək – Yaşadacaq; Təbiətsizləşmə Təhlükəsi yox olacaq; İqtisadiyyat, Təbiətin Qənimi yox – Davamı olacaq.
İnama Yetən İnsan – Təbiətlə Doğmalaşacaq.
İnam – Təbiətlə Doğmalıq yaradacaq.
İdraka Yetən İnsan – Təbiətlə Doğmalaşacaq.
İdrak – Təbiətlə Doğmalıq yaradacaq.
Mənəviyyata Yetən İnsan – Təbiətlə Doğmalaşacaq.
Mənəviyyat – Təbiətlə Doğmalıq yaradacaq.
İradəyə Yetən İnsan – Təbiətlə Doğmalaşacaq.
İradə – Təbiətlə Doğmalıq yaradacaq.
İnsan – Təbiət Ayrılığına son qoyulacaq.
İnsan – Təbiət Birliyi Yaranacaq.


XIII. ZƏRURƏT

İqtisadiyyatın İnsaniləşməsi üçün – Adamın İnsanlaşması gərək.
16 Ümid günü, Qar Ayı, 17-ci il. Bakı.
(Yanvar, 1996-cı il).
 
  Bugün 3 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol