Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  İnsana Yaranmaq
 

(ASİF ATA)

İNSANA YARAMAQ
(36-cı Müqəddəs Kitab)
İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

1. CƏMİYYƏTİ QORUYAN

Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur.
Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində.
Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb.
Ağalıq meylindən, ehtirasından yaranıb.
Cəmiyyətin Ağalıqdan yaranması o qədər də bilinmir, görünmür, gizlədilir, pərdələnir, ancaq əslində cəmiyyəti yaradan ağalıq olub.
Cəmiyyət ən çox Ağalıqdan yaranıb – cəmiyyət Ağalıq hökmündən, Tələbindən yaranıb, – Adamların bir qismi Ağa olmaq istəyiblər və cəmiyyət yaranıb – xalq üzərində hakimiyyət yaranıb – sonralar onu xalq hakimiyyəti adlandırıblar.
Cəmiyyət Nökərlik üçün yaranıb – adamların çox qisminin rəiyyətləşməsi – ağalara xidmət etməsi üçün yaranıb – ancaq xalq üçün yaranan bilinib, görünüb.
Cəmiyyətin Nökərlik üçün yaranması gizlənilib, pərdələnib, – nökər nökər çağrılmayıb – Xalq çağrılıb, Vətəndaş çağrılıb.
Cəmiyyət Qanunları – Nökərliyi qoruyub, nökərliyi yaradıb; – xalqı qoruyan görünüb, bilinib.
Cəmiyyət – Təbəqəçilik üçün yaranıb – Yüksək Təbəqənin Aşağı Təbəqə üzərində Hakimiyyəti üçün – ancaq xalq üçün yaranan görünüb, bilinib; Cəmiyyət Qanunları Təbəqəçiliyi qorumaq üçün yaranıb, – Təbəqəçilik Qanunları olublar əslində.
Cəmiyyət yaşadıqca Təbəqəçilik yaşayıb – cəmiyyət Təbəqəçiliyi yaşadıb.
Xalqı Qoruyan bilinən, görünən Cəmiyyət Qanunları insanlar arasında Yadlığı qoruyub əslində.
Cəmiyyət yaşadıqca Yadlıq yaşayıb, – cəmiyyət, Yadlığı yaşadıb.
Cəmiyyət Azadlıq Qanunu elan edib – Ağalıq Azadlığını, Nökərlik Azadlığını, Təbəqəlik Azadlığını, Yadlıq Azadlığını Təsdiq edib.
Azadlıq Qanunu Əsarəti qoruyub.
Cəmiyyət, Bərabərlik Qanunu elan edib – Ağalıq Bərabərsizliyini, Nökərlik Bərabərsizliyini, Təbəqəlik Bərabərsizliyini, Yadlıq Bərabərsizliyini Təsdiq edib.
Bərabərlik Qanunu Bərabərsizliyi qoruyub.
Cəmiyyət, Ədalət Qanunu icad edib – Ədalətsizliyi Təsdiq edib. Ədalətsizlik Ədalət adıyla Təsdiq olunub.
Ədalət Qanunları yaşadıqca, Ədalətsizlik yaşayıb.
Cəmiyyət Qanunları Cəmiyyətə yarayıb – İnsana yaramayıb.
2. İNSANİLİK ƏVƏZSİZLİYİ

Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir. Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur.
Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir.
Adam İnsan olmayınca cinayət ölmür, yaşayır; – Cəmiyyət, Adamı İnsandan eləyir; bu səbəbdən də cinayəti yaşadır.
Cinayətin Qəbahət mənbəyi yaşadıqca özü də yaşayır.
Cinayətin cəzasından qorxursan, Qatilliyindən, Haramlığından, Vəhşiliyindən, Namussuzluğundan çəkinirsən, Qorxu İnsaniliyini əvəz edir; –
Daxildən dəyişmirsən, İdrakın, Mənəviyyatın dəyişmir, vicdana qovuşmursan, cəza səni cinayətdən çəkindirir, səndəki qəbahəti daxilindən silmirsən, daxilində yaşadırsan.
Cəmiyyət Qanunları İnsaniliyi əvəz edə bilmir.
Qadağa Kamilliyi əvəz edə bilmir.
Cinayətkar cəzalanır, cinayət yaşayır.
Qatil olmursan, çünki qorxursan, Qatilliyin isə daxilində yaşayır, Qorxu səni Qatillikdən çəkindirir – ancaq Qatilliyi daxilindən silmir, Qanunlar səni cəzalandırır; – sən özünü dəyişmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, baş kəsəcək.
İnsaniliyin əvəzi yoxdur.
Cəza İnsaniliyi əvəz etmir.
Haramçı olmursan, çünki qorxursan, qorxu səni haramçılıqdan çəkindirir, ancaq haramçılığı daxilindən silmirsən, Qanunlar səni cəzalandırır – sən özünü dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, harama qatılacaq. Cəza İnsaniliyi əvəz eləmir.
Vəhşiliyini buxovlayırsan; çünki cəzadan qorxursan. Vəhşiliyin daxilində yaşayır – Qorxu səni Vəhşilikdən çəkindirir; sən özünü daxildən dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, vəhşilikdən xilas olmayacaq.
Cəza İnsaniliyi əvəz eləmir.
Namussuzluğunu cilovlayırsan, çünki Cəzadan qorxursan: namussuzluq isə daxilində yaşayır. Qorxu səni namussuzluqdan çəkindirir; – sən özünü daxildən dəyişdirmirsən.
Nə qədər Adam İnsan olmayıb, o, namussuzluq çirkabından çıxmayacaq.
Cəza İnsaniliyi əvəz eləmir.
İnsana İnsanilik Qanunları gərəkdir.
3. XƏSTƏLİK – SAĞLAMLIQ

Cəmiyyət, İnsanı cismən və ruhən xəstələndirir; orqanizmi sarsıdır, ruhu pozur.
Xəstəliklərin əsas səbəbi – cəmiyyətdir.
Ağalıq – Adamı xəstələndirir.
Nökərlik – Adamı xəstələndirir.
Təbəqəlik – Adamı xəstələndirir.
Yadlıq – Adamı xəstələndirir.
Ağalıq – Bədəni sarsıdır, Ruhu əzir.
Nökərlik – Bədəni sarsıdır, Ruhu əzir.
Təbəqəlik – Bədəni sarsıdır, Ruhu əzir.
Yadlıq – Bədəni sarsıdır, Ruhu əzir.
Ağalıq – İnsani Münasibətlər Ahəngini pozur; Münasibətlər Ahəngsizliyi İnsanın ömrünə ağır Yük kimi düşür, onu cismən, ruhən əzir.
Nökərlik – İnsani Münasibətlər Ahəngini pozur; Münasibətlər Ahəngsizliyi İnsanın ömrünə ağır Yük kimi düşür, onu cismən, ruhən əzir.
Təbəqəçilik – İnsani Münasibətlər Ahəngini pozur; Münasibətlər Ahəngsizliyi İnsanın ömrünə ağır Yük kimi düşür, onu cismən, ruhən əzir.
Yadlıq – İnsani Münasibətlər Ahəngini pozur; Münasibətlər Ahəngsizliyi İnsanın ömrünə ağır Yük kimi düşür, onu cismən, ruhən əzir.
Xəstəliklərin əsil Dərmanı İnsanilikdir.
Sağlam Həyat Ağalıqdan Təmizlənmək Tələb edir.
Nökərlikdən Təmizlənmək Tələb edir.
Təbəqəçilikdən Təmizlənmək Tələb edir.
Yadlıqdan Təmizlənmək Tələb edir.
Cəmiyyət, Adamı – rəiyyətləşdirir; – Rəiyyətləşmə – xəstəlik mənbəyidir, xəstəliklərin çoxu ondan yaranır.
Cəmiyyət, Adamı – bəndələşdirir; – Bəndələşmə – xəstəlik mənbəyidir, xəstəliklərin çoxu ondan yaranır.
Cəmiyyət, Adamı Əşyalaşdırır; – Əşyalaşma – xəstəliklərin mənbəyidir, xəstəliklərin çoxu ondan yaranır.
Cəmiyyət, Adamı qorxuzur; Qorxu – xəstəlik mənbəyidir, xəstəliklərin çoxu ondan yaranır.
Xəstəliklər – İnsansızlıqdan yaranır – İnamsızlıqdan, İdraksızlıqdan, Mənəviyyatsızlıqdan, İradəsizlikdən.
Cəmiyyətdə Adam İnsansızlıqla əhatə olunur – İnsansızlıq, Adamı – xəstələndirir.
Xəstə İnsansızlığa qarşı – sağlam İnsanilik gərəkdir.

4. İNSANİ QANUNLAR

Cəmiyyət Qanunları İnsani Qanunlarla əvəz olunmalıdır.
Cəmiyyət Qanunları İnam Qanunuyla əvəz olunmalıdır – Dünyanın, Həyatın, İnsanın Mütləq Mahiyyətinə İnam Qanunuyla.
Cəmiyyət Qanunları İdrak Qanunuyla əvəz olunmalıdır – İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Ruhaniliyi Qanunuyla.
Cəmiyyət Qanunları Mənəviyyat Qanunuyla əvəz olunmalıdır. Vicdan Hakimliyi – Təmənnasızlıq və Fədakarlıq Qanunuyla.
Cəmiyyət Qanunları İradə Qanunuyla əvəz olunmalıdır.
İnsanın Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən Üstünlüyü Qanunuyla.
İnsanilik Qanunu – İnsana Yarayır – İnsanı Yaradır.
17 Ümid günü, Sərt Ayı, 18-ci il. Bakı.
(Dekabr, 1996-cı il).
 
  Bugün 14 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol