Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  İnam Fəlsəfəsi
 
I. İNAM HƏQİQƏTİ

İdrak İnamdan başlayır.
Dünyanın Var olmasına İnanırsan və Dünyanı dərk etməyə səy göstərirsən.
Həyatın Var olmasına İnanırsan və Həyatı dərk etməyə səy göstərirsən.
İnsanın Var olmasına İnanırsan və İnsanı dərk etməyə səy göstərirsən.
İdrak – İnam Yoludur əslində.
İnam – İdraka təkan verən Qüvvətdir, həm də İdrakın Ümdə xassəsi, keyfiyyəti, cəhətidir; İdrak – İnamla başlayır, davam edir və nəticələnir...
İnam İdrakın bütün mərhələlərində mövcud olur: İnamsız Qavrama olmur, Təsəvvür olmur, Təfəkkür olmur, Mühakimə olmur, Nəzəriyyə olmur.
İnam Qavramanın, Təsəvvürün, Təfəkkürün, Mühakimənin, Nəzəriyyənin daxili Keyfiyyətinə çevrilir.
Qavrama – Qavranılana və Qavramaya İnam Tələb eləyir.
Təsəvvür – Təsəvvür olunana və Təsəvvürün özünə İnam Tələb eləyir.
Təfəkkür – Dərk olunana və Təfəkkürün özünə İnam Tələb eləyir.
Mühakimə – Mühakimə Predmetinə və Mühakimənin özünə İnam Tələb eləyir.
Nəzəriyyə – Nəzəriyyə Obyektinə və Nəzəriyyənin özünə İnam Tələb eləyir.
Həqiqətin Dərki – Həqiqətə və İdrakın özünə İnam Tələb eləyir
Həqiqətin Dərki Həqiqətə İnamdan başlayır və Həqiqətin Təsdiqi Həqiqətə İnamın Təsdiqi olur əslində.
İnam – Həqiqət Yönüdür.
İnanmasan – Dərk etməzsən.
Həqiqəti Təfəkkür yoluyla dərk edirsən və nəticədə Həqiqətə İnamı Təsdiq edirsən.
Təfəkkürün Dəlillər, Mühakimələr, Təhlillər, Sintezlər Zənginliyi İnam Zəruriliyini azaltmır. İdraki Zənginlik İdraka İnam yaradır: İnanmayınca Dərk eləmirsən, Dərk elədikcə – İnanırsan.
İdrak İnamla başlayır – İnamla nəticələnir.
İnam – İdraka əsaslanır.
Əsil İnam – İdrak xassəli, keyfiyyətli, təbiətli olur; ona görə də xülyadan, xurafatdan azad olur.
İdrak – İnamı cəfəngiyyatdan qoruyur.
İnamdan başlayan, İnamla irəliləyən, İnamla nəticələnən İdrak – İnamı qoruyur – İdraklı İnam, İnamlı İdrak yaranır.
İdrak – Həqiqəti Dərk eləyir, İnam – onu Təsdiq eləyir.
İdrak – İnam Yönlü olduğu dərəcədə Həqiqət Yönlü olur.
İnam – İdrak Yollu olduğu dərəcədə Həqiqət Yollu olur.
İnam – İdrakı Həqiqətə Yönəldir.
İdrak – İnamı Yalandan qoruyur.
İdrak – İnamdan ayrılanda – Yolsuzlaşır.
İnam – İdrakdan ayrılanda – Dinləşir.
İnam – İdrakın Həqiqət Yönüdür və İnsanın Həqiqətə qovuşmaq Aqibətidir.
İnamsız Fəlsəfələr – Aqnostiklik – əslində İdraksızlıq Fəlsəfələridir.
Cəfəngiyyata qarşı Şübhə – Həqiqətdir.
Həqiqətə qarşı Şübhə – Cəfəngiyyatdır.
Fəlsəfə tarixi cəfəngiyyatla doludur.
İnam Fəlsəfəsi gərək İdraka – İnam Həqiqətini dərk edən, Yalançı İnama – Dinə, Xurafata qarşı çıxan, İnama gərək olan, İnamla Yüksələn.
II. VARLIQ
Mahiyyət – İnam

Mahiyyətin Dərki – Mahiyyətə İnamdan başlayır.
İnanırsan ki, Hadisələrin Mahiyyəti, Mənası var.
İdrak Mahiyyətə İnam Yoluyla gedir.
Mahiyyət İdrakda Qavranır, Təsəvvür edilir, Təhlil edilir, Sintez olunur (Ümumiləşir).
Mahiyyətə İnamdan başlayan İdrak Mahiyyətin Dərkiylə nəticələnir.
Mahiyyət İnam üstə dərk olunur.
İdrak – Mahiyyətin xüsusiyyətlərini, keyfiyyətlərini, təbiətini aşkara çıxarır, Mahiyyətə İnamı doğruldur.
İnam İnsanda Fitri Yön kimi yaranır.
İnsan Dünyaya İnamla gəlir.
İnam – İdrakı Həqiqətə yönəldir.
Qavramada Mahiyyət Hadisələr Nişanında görünür. Hadisələrin Mahiyyət Nişanəsi olduğuna İnanırsan. Qavramanın Həqiqiliyinə İnanırsan.
İnam Qavramada Fəal iştirak edir.
Təsəvvürdə Qavrama Dərinləşir, Müəyyənləşir. Qavramanın Dərinləşməsinə, Müəyyənləşməsinə İnanırsan.
İnam Təsəvvürdə Fəal iştirak edir.
Təfəkkürün Təhlil səviyyəsində Mahiyyət Hadisələrdən ayrılır, Mahiyyətin Hadisələrdən Fərqi dərk olunur – onun Hadisələrdən Artıq, Böyük, Yüksək olması dərk olunur.
Dünyanın Mənadan yarandığı bilinir – Dünyaya İnam Təsdiq olunur.
İnamın dediyini İdrak təsdiq edir.
Dünya Mənasızlıqla dolduqda belə, Mənalıdır.
Bu Həqiqəti ən ilkin İnam söyləyir.
İdrak – İnamı Təsdiq edir.
Təfəkkürün Sintez səviyyəsində Mahiyyət–Hadisə Birliyi dərk olunur.
Mahiyyət Hadisədən Artıqdır, Yüksəkdir, Böyükdür; lakin Hadisələrdən kənarda Mahiyyət yoxdur; Mahiyyət Hadisələrin daxilində mövcuddur, xaricində mövcud deyil, yəni hadisələr özlərindən – öz Mənalarından yaranıblar.
Sintezdə İnam mühüm rol oynayır.
Sintezin Həqiqiliyinə İnanırsan – Sintezin dediyi Həqiqətə İnanırsan.
İdrakın bütün səviyyələrində, pillələrində, mərhələlərində Duyğular rol oynayır.
Duyğulardan, Hisslərdən, Ehtiraslardan məhrum olan İdrak səviyyəsi, pilləsi, mərhələsi rasionalizm uydurmasıdır.
İdrak həm də İdrak Duyğusu, Hissi, Ehtirası deməkdir; o, Dərketmə Duyğusundan, Hissindən, Ehtirasından yaranıb.
İdrakın bütün Səviyyələri, Pillələri, Mərhələlərində Duyğular, Hisslər, Ehtiraslar fəal rol oynayırlar.
Qavrama – Ağıl əməli olduğu kimi, Duyğu, Hiss, Ehtiras əməlidir.
Təsəvvür – Ağıl əməli olduğu kimi, Duyğu, Hiss, Ehtiras əməlidir.
Təhlil – Ağıl əməli olduğu kimi, Duyğu, Hiss, Ehtiras əməlidir.
Sintez – Zəka əməli olduğu kimi, Duyğu, Hiss, Ehtiras əməlidir.
İdrakda təkcə Ağıl, Zəka iştirak etmir, həm də Mənəviyyat və İradə iştirak edir.
Bu baxımdan İnam İdrakdan ayrılmır.
Mənəviyyatsız İnam olmur. İradəsiz İnam olmur. İnamsız İdrak olmur...
İnsanilik – Məna Yönlüdür.
Dünya nə qədər Mənasız görünsə də, İnsan onda Məna axtarır və tapır; görünənlə, bilinənlə kifayətlənmir; görünəndən, bilinəndən kənara çıxır, Genişliyə, Dərinliyə varır, Mənaya çatır.
“Dünya – Fanidir, Puçdur” – deyəndə belə, Fanilikdən, Puçluqdan xali olan Dünyaya İnamını itirmir; onu Xəyalında yaradır; Fani Dünyaya qarşı İdeal Dünyanı qoyur.
Bu səbəbdən İnamsız Fəlsəfə əslində süni Fəlsəfədir, yəni İnsaniliyin Mahiyyətinə Yad olan Fəlsəfədir.
Varlığın Mahiyyətinə İnam olmayan yerdə İdrak yoxdur.
Mahiyyəti dərk etmək üçün Mahiyyətə İnanmaq gərək.
Mahiyyəti dərk etmək üçün İdrakın özünə İnanmaq gərək.
Mahiyyəti dərk etmək üçün İnam əməli gərək.
Mahiyyəti dərk etmək üçün İdrak əməli gərək.
İnam Əməli İdrak Əməli yaradır, İdrak Əməli İnam Əməlini yaşadır.
İdrak – Dünyanın Dünyalıq adlı Mahiyyətinə, Mənasına İnamı doğruldur.
Həyatın Həyatlıq adlı Mahiyyətinə, Mənasına İnamı doğruldur.
İnsanın İnsanlıq adlı Mahiyyətinə, Mənasına İnamı doğruldur.
Mahiyyətin Dərki Mahiyyətə İnamı Doğruldur.
Təzahür – İnam

Təzahürün Dərki Mahiyyətə İnamdan başlayır.
Mahiyyətə İnanmasan, Təzahürü dərk etməzsən.
Təzahürü Dərk eləmək – Təzahürün Mahiyyətini dərk eləməkdir.
Təzahürə İnanmaq – Təzahürün Mahiyyətinə İnanmaqdır əslində.
Mahiyyət Təzahürdə gerçəkləşir. Təzahür Mahiyyətdən doğur.
Qavramada Təzahür bilinir, Təsəvvürdə müəyyənləşir, Təhlildə – Sintezdə Mənalanır.
Qavrama İnamdan Başlayır və İnamı Təsdiq edir.
Təsəvvür İnamdan Başlayır və İnamı Təsdiq edir.
Təhlil İnamdan Başlayır və İnamı Təsdiq edir.
Sintez İnamdan Başlayır və İnamı Təsdiq edir.
Təzahürlə Məna arasında Təzad var.
Təzahür Ötəridir – Mahiyyət Əzəlidir.
Gərək Ötəridə Əzəlini görəsən. Gərək Ötəridəki Əzəliyə İnanasan.
İnam – İdrakı qabaqlayır; – İdrak – İnamı Təsdiq edir.
Qavramada Ötəri bilinir, Təsəvvürdə müəyyənləşir, Təhlildə – Sintezdə Əzəliliyə çatır.
Təzahür Keçicidir – Mahiyyət Əbədidir.
Gərək Keçicidə Əbədini görəsən. Gərək Keçicidəki Əbədiyə inanasan.
İnam – İdrakı Qabaqlayır; İdrak – İnamı Təsdiq edir.
Qavramada Keçici bilinir, Təsəvvürdə müəyyənləşir, Təhlildə – Sintezdə Əbədiliyə çatır.
Təzahür Sonludur – Mahiyyət Sonsuzdur.
Gərək Sonluda Sonsuzu görəsən. Gərək Sonludakı Sonsuza İnanasan.
İnam – İdrakı Qabaqlayır; İdrak – İnamı Təsdiq edir.
Qavramada Sonlu bilinir, Təsəvvürdə müəyyənləşir, Təhlildə – Sintezdə Sonsuzluğa çatır.
Təzahür Qeyri-Kamildir – Mahiyyət Kamildir.
Gərək Qeyri-Kamildə Kamili görəsən. Gərək Qeyri-Kamildəki Kamilə İnanasan.
İnam – İdrakı Qabaqlayır; İdrak – İnamı Təsdiq edir.
Qavramada Qeyri-Kamil bilinir, Təsəvvürdə müəyyənləşir, Təhlildə – Sintezdə Kamilliyə çatır.
İdrak – İnamı Doğruldur.
Mənasızlıq –Yoxluqdur əslində. Mahiyyətsiz Təzahür olmur.
Dünya adlı Təzahürün Dünyalıq adlı Mahiyyəti var.
Həyat adlı Təzahürün Həyatlıq adlı Mahiyyəti var.
İnsan adlı Təzahürün İnsanlıq adlı Mahiyyəti var.
Təzahür olan yerdə Mahiyyət olmalıdır. Bu Həqiqəti ilkin İnam söyləyir. İdrak həmin İnamı Doğruldur.
Mahiyyət Təzahürdən Üstündür, Artıqdır, Böyükdür – həm də Təzahürün Daxilindədir, xaricində deyil.
Çünki Mahiyyətin Təzahürdən Üstünlüyü keyfiyyət Üstünlüyüdür – kəmiyyət Üstünlüyü deyil.
Əslində Bir Mahiyyətə Dünya boyda, Dünya sayda Təzahürlər – Hadisələr sığır.
Dünya boyda, Dünya sayda Hadisələr bir Mahiyyəti Aşkarlayır.
Dünyalıq adlı Mahiyyət Dünya boyda, Dünya sayda Təzahürlərdə gerçəkləşir. Vahid Məna Müxtəlif Təzahürlərdə aşkarlanır. Müxtəlif Təzahürlərin heç biri və hamısı bir yerdə Mahiyyətə bərabər deyil.
Təzahürlə Mahiyyət arasında Təzad yaranır.
İnsanilikdə həmin Təzad aşkarlanır.
Ancaq İnsanilikdə həm də Mahiyyətlə Təzahür arasında Birlik aşkarlanır; həmin Birliyə İnam yaranır.
Bu İnam Təzahürün dərkini hazırlayır, başlayır. Beləliklə də İnam İdraka təkan verir, İdrakın bütün səviyyələrində, pillələrində, mərhələlərində onunla Bir olur; İdrak İnamla başlanır, İnamla nəticələnir; Təzahürün dərki vasitəsiylə Mahiyyətə İnam Təsdiq olunur.
Mütləqilik – Inam

Mütləqin Dərki Mütləqə İnamdan başlayır.
İnanırsan ki, Nisbi Dünya Mütləq Mahiyyəti, Mənası var.
İnanırsan ki, Nisbi hadisələrlə dolu olan Dünya Mütləqə əsaslanır; – əgər Nisbi varsa – Mütləq də Var.
Dünya Gedişatında, Ahəngində, Qaydasında, Tükənməzliyində Mütləq yaşayır. Nisbiliklə dolu olan Dünyanı Yoxluqdan Mütləq qurtarır.
Dünyadakılar Tükənir – Dünya Tükənmir.
İnanırsan ki, Nisbi Həyatın Mütləq Mahiyyəti, Mənası Var.
Həyat Gedişatında, Qaydasında, Tükənməzliyində Mütləq yaşayır. Nisbilərlə dolu olan Həyatı Yoxluqdan Mütləq qurtarır.
Nisbi Həyatın Mütləq Təməli Var.
İnanırsan ki, Nisbi İnsanın Mütləq Mahiyyəti, Mənası Var.
Nisbiliklə dolu olan İnsanın Təməli Mütləqdir. Mütləq Təməl İnsanı Yoxluqdan qurtarır.
İnanırsan ki, Mahiyyətcə Dünya özündən Artıqdır, Böyükdür, Yüksəkdir.
İnanırsan ki, Mütləq Ədalət Var – Dünyalıq, Həyatlıq, İnsanlıq adlanan – Hadisələrdəki Nisbi Ədalətdən Artıq, Böyük, Yüksək.
Inanırsan ki, Mütləq Həqiqət Var – Dünyalıq, Həyatlıq, İnsanlıq adlanan – Hadisələrdəki Nisbi Həqiqətdən Artıq, Böyük, Yüksək.
Inanırsan ki, Mütləq Xeyir Var – Dünyalıq özü Mütləq Xeyirdir.
Dünya Hadisələrindəki Nisbi Xeyirdən Artıq, Böyük, Yüksək Xeyir Var – Dünyalıq adlanan.
İnam üstə qurulur Mütləqin dərki, İnam üstə köklənir, İnama Yönəlir İdrak, İnamı Təsdiq edir.
İdrakın hər Pilləsində, Mərhələsində, Səviyyəsində İnam yaşayır: İdrak İnamla başlayır, İnamla davam eləyir, İnamla nəticələnir.
Qavramada Mütləq – Hadisələr Nişanında bilinir; Təsəvvürdə Nişanlıq müəyyənləşir: Təhlildə Mütləq Hadisələrdən Ayrılır: Sintezdə Mütləqlə Hadisələrin Təzadlı Birliyi Təsdiq olunur.
İnamla başlayan İdrak – İnam yaradır.
Bilirsən ki, Dünyanın Mütləqiliyi Özündədir, Daxilindədir; Özündən kənarda, xaricdə deyil.
Dünya – özündən, öz Mütləqiliyindən yaranıb.
Bilirsən ki, Həyatın Mütləqiliyi Özündədir, Daxilindədir; Özündən kənarda, xaricdə deyil.
Həyat – Özündən, öz Mütləqiliyindən yaranıb.
Bilirsən ki, İnsanın Mütləqiliyi Özündədir, Daxilindədir; Özündən kənarda, xaricdə deyil.
İnsan – Özündən, öz Mütləqiliyindən yaranıb.
Mütləqin Dərkindən Həqiqi Nikbinlik Doğur.
Mütləqiliyə malik olan Dünya məhv olmaz.
Mütləqiliyə malik olan Həyat məhv olmaz.
Mütləqiliyə malik olan Bəşər məhv olmaz.
Mütləq Ədalət Təməlli Dünya, Həyat, İnsan – Ədalətsizliyə Qatılmaz, Qapılmaz; ən Ədalətsiz, Dəhşətli Zamanlarda, Məqamlarda Ədaləti görə bilmək gərək; Ədalətsizliyin Qələbəsinə, Ədalətin Məğlubiyyətinə İnanmamaq gərək.
Mütləq Həqiqət Təməlli Dünya, Həyat, İnsan – Həqiqətsizliyə Qatılmaz, Qapılmaz; ən Həqiqətsiz, Dəhşətli Zamanlarda, Məqamlarda Həqiqəti görə bilmək gərək; Yalanın Qələbəsinə, Həqiqətin Məğlubiyyətinə İnanmamaq gərək.
Mütləq Xeyir Təməlli Dünya, Həyat, İnsan – Şərə Qatılmaz, Qapılmaz; ən Şərli, Dəhşətli Zamanlarda, Məqamlarda Xeyiri görə bilmək gərək; Şərin Qələbəsinə, Xeyirin Məğlubiyyətinə İnanmamaq gərək.
İnanmaq və Dərk etmək ki, Mütləqilik Varlığın Əsasıdır; Hadisə Mahiyyətə, Mənaya görə Var olur əslində.
Nisbi – Mütləqə görə Var olur.
Mütləqdən, Mahiyyətdən, Mənadan məhrum olan nə Varsa – o, Yoxluqdur.
Hadisələri Var edən – Onların Mənasıdır.
Nisbi Hadisələrin Mənası – Mütləqdir.
Nisbilər Yox olur. Onların Mənası Yox olmur.
Hadisələr Yox olur – ancaq onların Gedişatı, Nizamı, Qaydası məhv olmur; Hadisələr məhv olur – Hadisələr Axarı məhv olmur.
Həyatdakılar məhv olur – Həyat Axarı məhv olmur.
Bəşərdəkilər məhv olur – Bəşər Axarı məhv olmur.
Dünya, Həyat, Bəşər – Dünyalıq, Həyatlıq, Bəşərlik adlanan Mütləq Ədalət üstə dayanır, bu səbəbdən də məhv olmur; Mütləq Həqiqət üstə dayanır, Mütləq Xeyir üstə dayanır və bu səbəbdən də məhv olmur.
Dünyadakılar, Həyatdakılar, Bəşərdəkilər Nisbi Ədalətlə, Nisbi Həqiqətlə, Nisbi Xeyirlə yaşayırlar, ancaq Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq Xeyir istəyindən əl çəkmirlər.
Çünki Dünya, Həyat, İnsan Təməli bu İstəyi qoruyur.
Bəşər Nisbi Ədalətlə barışa bilməz, çünki o, öz Mütləq Təməlindən ayrıla bilməz; Nisbi Həqiqətlə barışa bilməz – öz Mütləq Təməlindən ayrıla bilməz; Nisbi Xeyirlə barışa bilməz – öz Mütləq Təməlindən ayrıla bilməz.
Dünyaya İnam – Dünyalığa İnam deməkdir əslində.
Həyata İnam – Həyatlığa İnam deməkdir əslində.
İnsana İnam – İnsanlığa İnam deməkdir əslində.
Mütləqə İnam Yoluyla gedən İdrak – Mütləqə İnamı Təsdiq edir.
İnam – İdraklaşır; İdrak – İnamlaşır.
 
  Bugün 27 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol