Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Əxlaq
 
(24-cü Müqəddəs Kitab)

İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.

Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

I. MÜTLƏQİLİK

Əxlaq – Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqət əsasında Yaşamaq Tələbidir.
Mütləq Xeyir – İnsanilik deməkdir.
Mütləq Ədalət – İnsaniliyin Təsdiqi deməkdir;
Mütləq Həqiqət – İnsaniliyin Dərki deməkdir.
İnsanilik – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradədir.
Əxlaqilik – Mütləqilik Tələbidir əslində.
Əxlaqlı olmaq – Nisbidən Üstün olmaqdır; Həyatdan Üstün olmaqdır; Gerçəklikdən Üstün olmaqdır; Cəmiyyətdən Üstün olmaqdır; Adamdan Üstün olmaqdır.
Həyat – Mütləq Xeyir tanımır; Əxlaq – Həyata Mütləq Xeyiri tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Xeyir tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Xeyiri tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Xeyir tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Xeyiri tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Xeyir tanımır; Əxlaq – Adama Mütləq Xeyiri tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Ədalət tanımır; Əxlaq – Həyata Mütləq Ədaləti tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Ədalət tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Ədaləti tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Ədalət tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Ədaləti tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Ədalət tanımır; Əxlaq – Adama Mütləq Ədaləti tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Həqiqət tanımır; Əxlaq – Həyata Mütləq Həqiqəti tanıdır; Həyatdan Üstün olur; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Həqiqət tanımır; Əxlaq – Gerçəkliyə Mütləq Həqiqəti tanıdır; Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Həqiqət tanımır; Əxlaq – Cəmiyyətə Mütləq Həqiqəti tanıdır; Cəmiyyətdən Üstün olur; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Həqiqət tanımır; Əxlaq – Adama Mütləq Həqiqəti tanıdır; Adamdan Üstün olur; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Əxlaqlı – Həyatda Həyatdan Üstün yaşayır, Gerçəklikdə Gerçəklikdən Üstün yaşayır; Cəmiyyətdə Cəmiyyətdən Üstün yaşayır; Adamı İnsana Yüksəldir.
Olana uyğun yaşamır, Olmalıya uyğun yaşayır. Bu səbəbdən də Əxlaq Yerin Göyü olur əslində. Ona Yetmək Çətin olur, Ağır olur; – Göyə Yüksəlmək qədər Çətin, Ağır.
Ancaq Əxlaqdan hamıya pay düşür; Hamı Əxlaqa Yüksəlməsə də, hamı Əxlaqdan bəhrələnir; Əxlaq vasitəsiylə zənginləşir, artır, böyüyür; əvvəlki halından, səviyyəsindən fərqlənir.
Əxlaqa Yüksəlmək – hünər istəyir: həmin hünərdən hamı bəhrələnir.
İnsanda İnsaniliyə çatmaq Tələbi var – Əzəli, Əbədi, Sonsuz, Kamil, yəni Mütləqiliyə çatmaq; Nisbidən Üstün olmaq, Həyatdan Üstün olmaq, Gerçəklikdən Üstün olmaq, Cəmiyyətdən Üstün olmaq, Adamdan Üstün olmaq Tələbi. İnsanda İdeal əsasında yaşamaq Tələbi var.
Bu Tələblər İnsanın Ruhani Təbiətindən yaranıb.
İnsan Ruhani Təbiətə malikdir; onu başqa canlılardan fərqləndirən budur.
Bu səbəbdən də o, Mütləqiliyə can atır.
Əxlaq – İnsanın Ruhani Təbiətinin Təsdiqidir.
Əxlaqda İnsan Ruhanilik əsasında yaşayır; – yəni Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə əsasında.
Həyat – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Həyata tanıdır, Həyat üzərində Yüksəlir, Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Gerçəkliyə tanıdır, Gerçəklik üzərində Yüksəlir, Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Cəmiyyətə tanıdır, Cəmiyyət üzərində Yüksəlir, Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İnam tanımır; Əxlaq Mütləq İnamı Adama tanıdır, Adam üzərində Yüksəlir, Adamı Yüksəldir.
Həyat – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İdrak tanımır; Əxlaq Mütləq İdrakı Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq Mənəviyyat tanımır; Əxlaq Mütləq Mənəviyyatı Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Həyat – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Həyata tanıdır; Həyat üzərində Yüksəlir; Həyatı Yüksəldir.
Gerçəklik – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Gerçəkliyə tanıdır; Gerçəklik üzərində Yüksəlir; Gerçəkliyi Yüksəldir.
Cəmiyyət – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Cəmiyyətə tanıdır; Cəmiyyət üzərində Yüksəlir; Cəmiyyəti Yüksəldir.
Adam – Mütləq İradə tanımır; Əxlaq Mütləq İradəni Adama tanıdır; Adam üzərində Yüksəlir; Adamı Yüksəldir.
Əxlaqlı – Nisbidə Nisbidən Üstün yaşayır; Həyatda Həyatdan Üstün yaşayır; Gerçəklikdə Gerçəklikdən Üstün yaşayır; Cəmiyyətdə Cəmiyyətdən Üstün yaşayır, Adamı İnsana çatdırır.
Əxlaq – Mütləqilik Tərzidir – İnsanilikdən Yaranan.
2. HƏYATDAN ÜSTÜN

Həyat (Bioloji mövcudluq) – Özünümühafizə, Yaşayış uğrunda döyüş, Yırtıcı İnstinktlər meydanıdır.
Əxlaq – Həyatdan Üstündür.
İnsanilikdə Həyatdan Üstün olmaq Keyfiyyəti var; həmin Keyfiyyət – Əxlaqı yaradıb.
İnsanilikdə Həyatdan Üstün olmaq Tələbi var; həmin Tələb – Əxlaqı yaradıb.
İnsanilik – Ruhani Təbiət deməkdir; Ruhani Təbiət İnsanın Həyatdan Üstünlüyünü yaradır.
Əxlaqda İnsan öz Həyatdan Üstün Həyatını yaradır.
Əxlaqda Həyatüstü Həyat yaranır.
Mütləq Yönlü İnsan Həyatdan Üstün olur.
Adam Həyatda mövcud olur; Əxlaqda İnsana Yüksəlir.
Həyat – Adamın cismaniliyini mühafizə edir; Əxlaq – Adamı İnsaniliyə – Mütləq Xeyirə, Mütləq Ədalətə, Mütləq Həqiqətə çatdırır.
Həyatın Məqsədi Adamın cismaniliyini müəyyən məqama qədər (ölümə qədər) qorumaqdır; bu, nisbi Xeyirdir.
Əxlaqın Məqsədi Adamı İnsaniliyə çatdırmaqdır; bu, Mütləq Xeyirdir.
Həyat Mövcudluğunda Adam başqa canlılardan Fərqlənmir; Özünə çatmır.
Əxlaq – Adamı Kamilliyə çatdırır.
İnsanilik – Kamillik deməkdir əslində…
Həyat – Yaşayış uğrunda Qəddar, Yırtıcı Döyüş deməkdir.
Yırtıcılıq – Şərdir; Həyat – həmin Şəri yaşadır.
Əxlaqın Məqsədi onu məhv etməkdir.
Həyatın yaşatdığını Əxlaq məhv edir.
İnsanın Ruhani Təbiəti həyata qarşı çıxır.
Həyat – İnstinktlərlə yaşayır; İnstinktləri yaşadır.
Əxlaq – İnstinktlərin üzərində Yüksəlir.
Yaşayış uğrunda Yırtıcı Döyüş – Ədalət tanımır; Həyat Ədalət yaratmır.
Güclünün Gücsüz üzərində Yırtıcılıq “Haqqı”nda Ədalət yoxdur.
Ədaləti Əxlaq yaradır – Mütləqiliyə çatdırır.
İnstinkt səviyyəsində Həqiqət olmur; Həqiqət Tələbini İnsanın Ruhani Təbiəti yaradır; İnsanın Təbiətdən Üstünlüyü yaradır.
Həyat – Mütləqilik tanımır, bu səbəbdən də İnsanilik tanımır.
Həyatda Nisbi olmayan hadisə yoxdur.
Həyat – mühafizə etdiyi Adamı gec-tez öldürür.
Adam Həyat əsasında mövcud olur və ölür; ancaq İnsan Əxlaq əsasında yaşayır. Adam Əxlaqda İnsaniləşir; Mütləqçilik tanımayan Həyat Əxlaqa qarşıdır; əslində Mütləqilik əsasında Yaşamalı olan İnsan – Həyatdan Üstün olmalıdır.
Adam Həyatdan Üstün olmasa – İnsaniləşə bilməz.
Bu baxımdan İnsanın Həyatdan Üstünlüyü labüddür.
Əxlaq həmin Zərurətdən yaranıb.
Həyat – İnam yaratmır, çünki Nisbi İnam olmur.
Əxlaq – İnam yaradır, çünki Mütləqiliyi Təsdiq edir.
Həyat – İdrak yaratmır, çünki Nisbi İdrak olmur.
Əxlaq – İdrak yaradır, çünki Mütləqiliyə əsaslanır.
Həyat – Mənəviyyat yaratmır, çünki Nisbi Mənəviyyat olmur.
Əxlaq – Mənəviyyat yaradır, çünki Mütləqiliyə əsaslanır.
Həyat – İradə yaratmır, çünki Nisbi İradə olmur.
Əxlaq – İradə yaradır, çünki Mütləqiliyə əsaslanır.
Nisbi İnam olmur; ancaq adamlar nisbi İnamlarla – yəni əslində İnamsızlıqlarla yaşayırlar; Əxlaq – İnsanı Mütləq İnama qovuşdurur; Adamı İnsana Yüksəldir.
Mütləqilik Tələbi olan Əxlaq – İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi İdrak olmur; ancaq adamlar Nisbi İdrakla – yəni əslində İdraksızlıqla yaşayırlar; Əxlaq – İnsanı Mütləq İdraka qovuşdurur; İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi Mənəviyyat olmur; ancaq adamlar nisbi Mənəviyyatla – yəni əslində Mənəviyyatsızlıqla yaşayırlar; Əxlaq – İnsanı Mütləq Mənəviyyata Qovuşdurur; İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi İradə olmur; ancaq adamlar Nisbi İradəylə – yəni əslində İradəsizliklə yaşayırlar. Əxlaq – İnsanı Mütləq İradəyə qovuşdurur; İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi Xeyir olmur; Adamlar Nisbi Xeyirlə – yəni əslində Xeyirsizliklə yaşayırlar; Əxlaq – İnsanı Mütləq Xeyirə qovuşdurur; İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi Ədalət olmur; Adamlar Nisbi Ədalətlə – yəni əslində Ədalətsizliklə yaşayırlar; Əxlaq – İnsanı Mütləq Ədalətə Qovuşdurur; İnsanı Həyat üzərində Yüksəldir.
Nisbi Həqiqət olmur; Adamlar Nisbi Həqiqətlərlə – yəni əslində Həqiqətsizliklə yaşayırlar; Əxlaq – İnsanı Mütləq Həqiqətə Qovuşdurur; onu Həyat üzərində Yüksəldir.
Əxlaq Həyat üzərində Həyat qurur – İnsani, Mütləq.
3. GERÇƏKLİKDƏN ÜSTÜN

Gerçəklik – Nisbilik, Ötərilik, Keçicilik, Qeyri-Kamillik Halıdır.
Mütləq Gerçəklik olmur; Əzəli Gerçəklik olmur; Əbədi Gerçəklik olmur; Kamil Gerçəklik olmur.
Bu səbəbdən də Gerçəklik səviyyəsində Əxlaq olmur; Əxlaq Gerçəklikdən Üstün olur; Gerçəklik üzərində Yüksəlir.
Gerçəklik – Zaman, Şərait, Mühit həddində cərəyan edir.
Zaman həddində Əxlaq olmur; Əxlaq Zamandan Üstün olur – Zaman üzərində Yüksəlir.
Əxlaqlı – Zamanda Zamandan Üstün yaşayır.
Şərait həddində Əxlaq olmur; Əxlaq Şəraitdən Üstün olur – Şərait üzərində Yüksəlir.
Əxlaqlı – Şəraitdə Şəraitdən Üstün yaşayır.
Mühit həddində Əxlaq olmur; Əxlaq Mühitdən Üstün olur – Mühit üzərində Yüksəlir.
Əxlaqlı – Mühitdə Mühitdən Üstün yaşayır.
Zaman Əxlaqı Nisbi Əxlaqdır – mahiyyətcə Əxlaqsızlıqdır; Əxlaq – Zaman Əxlaqına qarşı durur; onunla döyüşür, onu rədd edir.
Şərait Əxlaqı Nisbi Əxlaqdır – mahiyyətcə Əxlaqsızlıqdır; Əxlaq – Şərait Əxlaqına qarşı durur; onunla döyüşür, onu rədd edir.
Mühit Əxlaqı Nisbi Əxlaqdır – mahiyyətcə Əxlaqsızlıqdır; Əxlaq – Mühit Əxlaqına qarşı durur; onunla döyüşür, onu rədd edir.
Gerçəklik – Mütləq Xeyir tanımır, Nisbi Xeyir tanıyır – Mahiyyətcə Xeyirsizlik tanıyır; Əxlaq – Mütləq Xeyirə Yüksəlir; Gerçək Xeyir üzərində Yüksəlir; Mütləqilik adlanan Xeyirə Yüksəlir.
Gerçəklik – Mütləq Ədalət tanımır, Nisbi Ədalət tanıyır – Mahiyyətcə Ədalətsizlik tanıyır; Əxlaq – Mütləq Ədalətə Yüksəlir; Gerçək Ədalət üzərində Yüksəlir; Mütləqilik adlanan Ədalətə Yüksəlir.
Gerçəklik – Mütləq Həqiqət tanımır, Nisbi Həqiqət tanıyır – Mahiyyətcə Həqiqətsizlik tanıyır; Əxlaq – Mütləq Həqiqətə Yüksəlir; Gerçək Həqiqət üzərində Yüksəlir; Mütləqilik adlanan Həqiqətə Yüksəlir.
Gerçəklik – Mütləq İnam tanımır, Nisbi İnam tanıyır – Mahiyyətcə İnamsızlıq tanıyır; Əxlaq – Mütləq İnama Yüksəlir; Gerçək İnam üzərində Yüksəlir; Mütləqilik adlanan İnama Yüksəlir.
Gerçəklik – Mütləq İdrak tanımır, Nisbi İdrak tanıyır – Mahiyyətcə İdraksızlıq tanıyır; Əxlaq – Mütləq İdraka Yüksəlir; Gerçək İdrak üzərində Yüksəlir; Mütləqilik adlanan İdraka Yüksəlir.
Gerçəklik – Mütləq Mənəviyyat tanımır, Nisbi Mənəviyyat tanıyır – Mahiyyətcə Mənəviyyatsızlıq tanıyır; Əxlaq – Mütləq Mənəviyyata Yüksəlir; Gerçək Mənəviyyat üzərində Yüksəlir; Mütləqilik adlanan Mənəviyyata Yüksəlir.
Gerçəklik – Mütləq İradə tanımır, Nisbi İradə tanıyır – Mahiyyətcə İradəsizlik tanıyır; Əxlaq – Mütləq İradəyə Yüksəlir; Gerçək İradə üzərində Yüksəlir; Mütləqilik adlanan İradəyə Yüksəlir
Əxlaq – Adamlıq adlanan Nisbilikdən, Ötərilikdən, Keçicilikdən, Qeyri-Kamillikdən Üstün olur, İnsaniliyə Yüksəlir, – İnsanilik adlanan Kamilliyə Yüksəlir.
Zaman, Şərait, Mühit öz Nisbi Əxlaqını – mahiyyyətcə Əxlaqsızlığını əsil Əxlaq kimi Təqdim edir; Əxlaq Gerçək Əxlaqın əsilsizliyini göstərir; Əxlaqın Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz Xeyirini – əslində Xeyirsizliyini əsil Xeyir kimi Təqdim edir; Əxlaq Gerçək Xeyirin əsilsizliyini göstərir; Xeyirin Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz Ədalətini – əslində Ədalətsizliyini əsil Ədalət kimi Təqdim edir; Əxlaq Gerçək Ədalətin Ədalətsizliyini göstərir; Ədalətin Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz Həqiqətini – əslində Həqiqətsizliyini əsil Həqiqət kimi Təqdim edir; Əxlaq Gerçək Həqiqətin Həqiqətsizliyini göstərir; Həqiqətin Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz İnamını – əslində İnamsızlığını əsil İnam kimi Təqdim edir; Əxlaq Gerçək İnamın İnamsızlığını göstərir; İnamın Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz İdrakını – əslində İdraksızlığını əsil İdrak kimi Təqdim edir; Əxlaq Gerçək İdrakın İdraksızlığını göstərir; İdrakın Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz Mənəviyyatını – əslində Mənəviyyatsızlığını əsil Mənəviyyat kimi Təqdim edir; Əxlaq Gerçək Mənəviyyatın Mənəviyyatsızlığını göstərir; Mənəviyyatın Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Zaman, Şərait, Mühit öz İradəsini – əslində İradəsizliyini əsil İradə kimi Təqdim edir; Əxlaq Gerçək İradənin İradəsizliyini göstərir; İradənin Zamandan, Şəraitdən, Mühitdən Üstünlüyünü təsdiq edir.
Əxlaq – Gerçəklikdən Üstünlük əsasında, – Gerçəklik üzərində Qurulur.
4. CƏMİYYƏTDƏN ÜSTÜN

Cəmiyyət Ağalıq üzərində qurulub.
Əxlaq – Ağalığı rədd edir, bu səbəbdən də Cəmiyyətdən Üstündür.
Ağalığı Təsdiq edən Əxlaq yoxdur – Cəmiyyətdən Üstün olmayan Əxlaq yoxdur.
Cəmiyyət Nökərlik üzərində qurulub.
Əxlaq Nökərliyi rədd edir, bu səbəbdən də Cəmiyyətdən Üstündür.
Nökərliyi Təsdiq edən Əxlaq yoxdur – Cəmiyyətdən Üstün olmayan Əxlaq yoxdur.
Cəmiyyət Təbəqələşmə əsasında qurulub.
Əxlaq Təbəqələşməni rədd edir, bu səbəbdən də Cəmiyyətdən Üstündür.
Təbəqələşməni Təsdiq edən Əxlaq yoxdur – Cəmiyyətdən Üstün olmayan Əxlaq yoxdur.
Cəmiyyət Özgələşmə əsasında qurulub.
Əxlaq Özgələşməni rədd edir, bu səbəbdən də Cəmiyyətdən Üstündür.
Özgələşməni Təsdiq edən Əxlaq yoxdur – Cəmiyyətdən Üstün olmayan Əxlaq yoxdur.
Cəmiyyət Siyasət əsasında qurulub.
Siyasət Əxlaq tanımır.
Siyasət – Əxlaqsız vasitələrlə həyata keçirilən Məqsəddir.
Əxlaqsız vasitələrlə gerçəkləşən Məqsəd – Əxlaqsız Məqsəddir əslində.
Əxlaqlı Məqsəd – Əxlaqsız vasitə yarada bilməz.
Əxlaqsız vasitələrlə həyata keçən Məqsədi – Cəmiyyət Əxlaqlı sayır; əslində bu, Cəmiyyətin Əxlaqsızlığıdır, Cəmiyyətin öz Əxlaqsızlığını Əxlaq kimi təqdim etməsi, təlqin etməsidir.
Siyasət – əslində Əxlaqdan keçməkdir, Əxlaqla oynamaqdır, Əxlaqla pərdələnmək, Əxlaqda gizlənməkdir.
Cəmiyyət – Əxlaq əsasında yox, siyasət əsasında qurulub.
İctimai Əxlaq – Əxlaqsızlıqdır əslində, çünki Ağalığa xidmət etmək – Əxlaqsızlıqdır; Nökərliyə xidmət etmək – Əxlaqsızlıqdır; Təbəqələşməyə xidmət etmək – Əxlaqsızlıqdır; Özgələşməyə xidmət etmək – Əxlaqsızlıqdır.
İctimai Xeyir – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan Xeyirdir – əslində Şərdir.
İctimai Ədalət – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan Ədalətdir – əslində Ədalətsizlikdir.
İctimai Həqiqət – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan Həqiqətdir – əslində Yalandır.
İctimai İnam – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan İnamdır – əslində İnamsızlıqdır.
İctimai İdrak – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan İdrakdır – əslində İdraksızlıqdır.
İctimai Mənəviyyat – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan Mənəviyyatdır – əslində Mənəviyyatsızlıqdır.
İctimai İradə – Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Özgələşməyə yarayan İradədir – əslində İradəsizlikdir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni Əxlaqi hadisə kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin Əxlaqsızlığını göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni İnam hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin İnamsızlığını göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni İdrak hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin İdraksızlığını göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni Mənəviyyat hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin Mənəviyyatsızlığını göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni İradə hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin İradəsizliyini göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni Xeyir hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin Şərliyini göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni Ədalət hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin Ədalətsizliyini göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Cəmiyyət – Ağalığı, Nökərliyi, Təbəqələşməni, Özgələşməni Həqiqət hadisəsi kimi Təqdim edir, Təlqin edir.
Əxlaq – Ağalığın, Nökərliyin, Təbəqələşmənin, Özgələşmənin Həqiqətsizliyini göstərir, Cəmiyyət üzərində Yüksəlir.
Əxlaq – Cəmiyyət Əxlaqsızlığına Zidd olan Ruhanilik əsasında Qurulur.
 
  Bugün 9 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol