Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Kamilləşmə əməli
 

(ASİF ATA)
KAMİLLƏŞMƏ ƏMƏLİ
(32-ci Müqəddəs Kitab)


1. TANIMA – MAHİYYƏTƏ YETMƏ

Kamilləşmə – Tanımadan Başlayır.
Gərək Biləsən ki, Dünyanın – Dünyalıq adlı Mahiyyəti Var – Dünya öz Mahiyyətindən Yaranıb.
Gərək Mahiyyəti Dərk edəsən, Duyasan, Mahiyyətə Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, Həyatın – Həyatlıq adlı Mahiyyəti Var – Həyat öz Mahiyyətindən Yaranıb.
Gərək Mahiyyəti Dərk edəsən, Duyasan, Mahiyyətə Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, İnsanın – İnsanilik adlı Mahiyyəti Var – İnsan öz Mahiyyətindən Yaranıb.
Gərək Mahiyyəti Dərk edəsən, Duyasan, Mahiyyətə Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, İnsan Mahiyyəti Bütövdür, Vahiddir, İnsan Təbiəti isə Ziddiyyətlidir, Qarışıqdır, – Təbiəti Mahiyyətə Yüksəltmək gərək.
Kamilləşmə – Mahiyyətə Yetmək deməkdir – əslində.
Gərək Biləsən ki, İnsan özündə Mütləqilik gəzdirir; – gərək bu həqiqəti Dərk edəsən, Duyasan, ona Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, İnsan Mahiyyət etibarilə Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstündür; bu həqiqəti Dərk edəsən, duyasan, ona Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, İnsan Mahiyyətcə Mütləqiliyə meyl edən Varlıqdır; gərək bu həqiqəti Dərk edəsən, Duyasan, ona Əməl edəsən – Yetəsən.
Gərək Biləsən ki, İnsan Mahiyyətcə Kamilləşməyə qadir olan Varlıqdır, gərək bu həqiqəti Dərk edəsən, Duyasan, ona Əməl edəsən – Yetəsən.
Gərək biləsən ki, İnsan Təbiətində Xeyirlə yanaşı Şər də var; Xeyirə əsaslanıb Şərlə Döyüşmək gərək – Bütöv Xeyirləşmək – Şərdən Azad olmaq gərək.
Gərək Biləsən ki, İnsan Təbiətində Canavarlıq var; onunla Döyüşmək – ondan Azad olmaq gərək.
Gərək Biləsən ki, İnsan Təbiətində İlanlıq var; onunla Döyüşmək – ondan Azad olmaq gərək.
Gərək Biləsən ki, İnsan Təbiətində Tülkülük var; onunla Döyüşmək – ondan Azad olmaq gərək.
Tanıma – Kamilləşmənin Təməlidir...
Dünyanı, Həyatı, İnsanı tanımasan – Kamilləşməzsən...
2. ÖZÜNDƏKİ CANAVARLA DÖYÜŞ

İnsanda Canavarlıq Var – İnsana qarşı, Təbiətə qarşı, Dünyaya qarşı Yırtıcılıq Var, Harınlıq Var, Həsəd Var, Qəsd, Zəbt, Hakimiyyət, Kin-Küdurət Amansızlığı Var.
Canavarlıqla Döyüş – Canavarlığı Əməlsizləşdirməkdir.
Canavarlığın hökmünə əməl etməməkdir.
Yırtıcılığı Əməlsizləşdirməkdir.
Yırtıcılığı Əməlsiz Qoymaqdır.
Yırtıcılığı daxildən Qovmaq üçün onu Əməlsiz Qoymaq gərək.
Yırtıcılığa Tabe olmamaq gərək, onu Əməldən salmaq – Əməlsizləşdirmək gərək.
Hərisliyin – Harınlığın hökmünə əməl etməmək gərək.
Hərisliyi-harınlığı Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Həsəd Ehtirasına Əməl etməmək, onu Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Qəsd Ehtirasına Əməl etməmək, onu Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Zəbtçilik Ehtirasına Əməl etməmək, onu Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Hakimiyyət Ehtirasına Əməl etməmək, onu Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Kin-küdurət Ehtirasına Əməl etməmək, onu Əməlsiz qoymaq – Əməlsizləşdirmək gərək.
Yırtıcılıq Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Hərislik-harınlıq Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Həsəd Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Qəsd Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Zəbtçilik Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Hakimiyyətçilik Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Kin-küdurət Əməlləşdikcə – Güclənir; Əməlsizləşdikcə – Zəifləyir.
Əməl Canavarlıq halını Yaşadır, Əməlsizlik – öldürür.
Yırtıcılığa Əməl etməmək – İradə Əməlidir.
Hərisliyə-harınlığa Əməl etməmək – İradə Əməlidir.
Qəsdçiliyə Əməl etməmək – İradə Əməlidir.
Zəbtçiliyə Əməl etməmək – İradə Əməlidir.
Həsədə Əməl etməmək – İradə Əməlidir.
Hakimiyyətçiliyə Əməl etməmək – İradə Əməlidir.
İnsan özündəki canavarlıqla İradə Əməli vasitəsiylə döyüşür: Canavarlığı Əməlsiz qoyur – Kamilliyə doğru İrəliləyir.
3. ÖZÜNDƏKİ TÜLKÜYLƏ DÖYÜŞ

İnsanda Tülkülük Var – İnsana, Həyata, Dünyaya qarşı Riyakarlıq Var, Ziyançılıq Var, Yalançılıq Var, Yalmançılıq Var, Saxtalıq Var.
Özündəki Riyakarlığı Əməlsizləşdirmək gərək:
Riyakarlığın Hökmünü rədd etmək, onu Əməldən salmaq gərək.
Riyakarlığı yaşadan – Riyakarlığa Əməl etməkdir.
Riyakarlığa Əməl etməmək – İradə Əməlidir.
Riyakarlıq əməlləşdikcə Yaşayır – Əməlsizləşdikcə – Ölür.
Riyakarlıq Halını – Riyakarlıq Əməli Yaşadır.
Əməlsizləşən Riyakarlıq – Ölür.
İradə Əməli Riyakarlığı öldürür.
Özündəki Ziyançılığı Əməlsizləşdirmək gərək.
Ziyançılığın Hökmünə Əməl etməmək gərək.
Ziyançılığı Əməlsiz qoymaq gərək.
Ziyançılığı Əməlsiz qoymaq – İradə Əməlidir.
Ziyançılıq halını – Ziyançılıq Əməli yaşadır.
Əməlsizləşən Ziyançılıq – Ölür.
İradə Əməli Ziyançılığı öldürür.
Özündəki Yalançılığın hökmünü rədd etməlisən, onu Əməlsizləşdirməlisən.
Yalançılıq halını – Yalançılıq Əməli Yaşadır.
Yalançılıq halını – Yalançılıq Əməlindən məhrum etməlisən.
Yalançılığı Əməldən salmaq – İradə Əməlidir.
Əməlsiz Yalançılıq – Ölür.
İradə Əməli – Yalançılığı öldürür.
Özündəki Yalmançılığı Əməlsizləşdirmək gərək.
Yalmançılıq halını yaşadan Yalmançılıq Əməlidir.
Yalmançılığın hökmünə Əməl etməmək, onu hökmsüz qoymaq gərək.
Yalmançılıq halını – Yalmançılıq Əməli yaşadır. Əməlsiz Yalmançılıq – Ölür.
İradə Əməli Yalmançılığı öldürür.
Özündəki Saxtalığı Əməlsizləşdirmək gərək.
Saxtalığın hökmünü Əməlsiz qoymaq gərək.
Saxtalığı Əməlsizləşdirmək – İradə Əməlidir.
Saxtalıq halını Saxtalıq Əməli Yaşadır.
Əməlsizləşən Saxtalıq – Ölür.
İradə Əməli – Saxtalığı öldürür.
Kamilləşmə Gücü – İrsiyyətdən Üstündür; ona Qalib gəlməyə Qadirdir; İnsan özüylə Döyüş vasitəsiylə özünü Yaradır – İnsaniliyə Yaramaq səviyyəsinə Yüksəlir.
İnsan Özündəki Tülküylə İradə Əməli vasitəsiylə Döyüşür: – Tülkülüyü Əməlsiz qoyur – Kamilliyə doğru İrəliləyir.
4. ÖZÜNDƏKİ İLANLIQLA DÖYÜŞ

İnsanda İlanlıq Var – Dünyaya, Həyata, İnsana qarşı Zəhərçilik, Çalğıçılıq, Zalımlıq, Yağılıq, Bədçilik Var.
Gərək Zəhərçiliyin hökmünə Əməl eləməyəsən, – Zəhərçiliyi Əməlsizləşdirəsən.
Zəhərçilik halını Yaşadan – Zəhərçilik Əməlidir.
Zəhərçilik Əməlsizləşəndə ölür.
Zəhərçiliyi Əməlsizləşdirmək – İradə Əməlidir.
İradə Əməli Zəhərçiliyi öldürür.
İlan – çalmasa – ölər.
Gərək Çalğıçılığın hökmünə Əməl eləməyəsən, – Çalğıçılığı Əməlsizləşdirəsən.
Çalğınçılığı Əməlsizləşdirmək – İradə Əməlidir.
İradə Əməli Çalğınçılığı öldürür.
Gərək Zalımlığın hökmünə Əməl eləməyəsən, – Zalımlığı Əməlsizləşdirəsən.
Zalımlıq Əməlsizləşəndə – Ölür.
Zalımlığı Əməlsizləşdirmək – İradə əməlidir.
İradə Əməli Zalımlığı öldürür.
Gərək Yağılığın hökmünə Əməl eləməyəsən – Yağılığı Əməlsizləşdirəsən.
Yağılıq Əməlsizləşəndə – Ölür.
Yağılığın Əməlsizləşməsi – İradə Əməlidir.
Yağılıq halını – Yağılıq Əməli Yaşadır.
İradə Əməli – Yağılığı öldürür.
Gərək Bədçiliyin hökmünə Əməl eləməyəsən.
Gərək Bədçiliyi Əməlsiz qoyasan.
Bədçilik halını – Bədçilik Əməli Yaşadır.
Bədçiliyi Əməlsizliklə öldürmək gərək.
İnsan Özündəki İlanla – İradə Əməli vasitəsiylə döyüşür – İlanlığı Əməlsiz qoyur – Kamilliyə doğru İrəliləyir.
5. ÖZÜNDƏKİ İNSANSIZLIQLA DÖYÜŞ

İnsanı İnsan eləyən İnamdır.
Ancaq İnsanda İnamla Yanaşı, İnamsızlıq da Yaşayır.
İnamsızlıq – İnsana qarşıdır; İnsansızlıq İnsaniliyə qarşıdır.
Gərək İnamsızlığı Əməlsizləşdirəsən, onu Anlayasan, Duyasan – Rədd edəsən.
İnamsızlığı Əməlsizləşdirmək üçün İdrak Əməli gərək, Hissiyyat Əməli gərək, İradə Əməli gərək.
İnamsızlığın Hökmünə Əməl etməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – İnamsızlığı öldürür.
İnsanı İnsan eləyən – İdrakdır.
Ancaq İnsanda İdrakla Yanaşı, – İdraksızlıq da Yaşayır.
İdraksızlıq – İdraka qarşıdır; İnsansızlıq – İnsana qarşıdır.
Onu Əməlsizləşdirmək gərək – Anlamaq, Duymaq – Rədd etmək gərək.
İdraksızlığa qarşı İdrak, Hissiyyat, İradə Əməli gərək.
İdraksızlığın hökmünə Əməl eləməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – İdraksızlığı öldürür.
İnsanı İnsan eləyən – Mənəviyyatdır.
Ancaq İnsanda Mənəviyyatla Yanaşı, Mənəviyyatsızlıq da Yaşayır.
Mənəviyyatsızlıq – Mənəviyyata qarşıdır;
İnsansızlıq – İnsana qarşıdır.
Onu Əməlsizləşdirmək gərək – Anlamaq, Duymaq – Rədd etmək gərək.
Mənəviyyatsızlığa qarşı İdrak, Hissiyyat, İradə Əməli gərək.
Mənəviyyatsızlığın hökmünə əməl eləməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – Mənəviyyatsızlığı öldürür.
İnsanı İnsan eləyən – Vicdandır.
Ancaq İnsanda Vicdanla Yanaşı, Vicdansızlıq da Yaşayır.
Vicdansızlıq – Vicdana qarşıdır; İnsansızlıq – İnsana qarşıdır.
Onu Əməlsizləşdirmək gərək – Anlamaq, Duymaq – Rədd etmək gərək.
Vicdansızlığa qarşı – İdrak, Hissiyyat, İradə Əməli gərək.
Vicdansızlığın hökmünə əməl eləməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – Vicdansızlığı öldürür.
İnsanı İnsan eləyən – Təmənnasızlıqdır.
Ancaq İnsanda Təmənnasızlıqla Yanaşı, Təmənnaçılıq da Yaşayır.
Təmənnaçılıq – Təmənnasızlığa qarşıdır; – İnsansızlıq – İnsaniliyə qarşıdır.
Təmənnaçılığı Əməlsizləşdirmək gərək – Anlamaq, Duymaq – Rədd etmək gərək.
Təmənnaçılığa qarşı – İdrak, Hissiyyat, İradə Əməli gərək.
Təmənnaçılığın hökmünə Əməl etməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – Təmənnaçılığı öldürür.
İnsanı İnsan eləyən – Fədakarlıqdır.
Ancaq İnsanda Fədakarlıqla Yanaşı, Xudbinlik də Yaşayır.
Xudbinlik – Fədakarlığa qarşıdır; İnsansızlıq – İnsaniliyə qarşıdır.
Gərək Xudbinliyi Əməlsizləşdirəsən – Anlayasan, Duyasan – Rədd edəsən – burada İdrak, Hissiyyat və İradə əməli gərəkdir.
Xudbinliyin hökmünə əməl etməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – Xudbinliyi öldürür.
Fədakarlıq – Cəsarət istəyir.
Ancaq İnsanda Cəsarətlə Yanaşı – Qorxu da Yaşayır.
Qorxu – Cəsarətə qarşıdır; İnsansızlıq – İnsana qarşıdır.
Gərək Qorxunu Əməlsizləşdirəsən – onu Anlayasan, Duyasan – Rədd edəsən, bunun üçün İdrak, Hissiyyat, İradə Əməli gərək.
Qorxunun hökmünə Əməl etməmək – İnsanilik Əməli Tələb edir.
İnsanilik Əməli – Qorxunu öldürür.
İnsanı İnsan eləyən – İradədir.
Ancaq İnsanda İradəylə Yanaşı, İradəsizlik də Yaşayır.
Gərək İradəsizliyi Əməlsizləşdirəsən – Anlayasan, Duyasan – Rədd edəsən – bunun üçün İdrak, Hissiyyat, İradə Əməli gərəkdir.
İradəsizliyin hökmünə əməl etməmək – İnsanilik Əməlidir.
İnsanilik Əməli – İradəsizliyi öldürür.
İnsan Özündəki İnsansızlıqla İnsanilik Əməliylə Döyüşür, İnsansızlığı Əməlsiz qoyur, Kamilliyə doğru İrəliləyir.
6. MÜTLƏQ TƏLƏB

Kamilləşmə Əməli – Naqisliyi Əməlsizləşdirmək Əməlidir – Müdriklik və Hünər Tələb edən.
Od Ayı, 18-ci il. Bakı.
(İyul 1996-cı il).
 
  Bugün 6 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol