Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Dədəd Qoroqudluğumuz-ağsaqqallığımız
 
DƏDƏ QORQUDLUĞUMUZ –

AĞSAQQALLIĞIMIZ



I. BİRLİK



Dədə Qorqud Dünyası vardı: Dünya Dədə Qorqudluydu.

Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı, Söz söyləyirdi.

Dədə Qorqudlu Dünyada Loğman var idi. Qeybdən xəbər verən var idi; Ad qoyan var idi, Elçilik eləyən var idi; Qopuz çalan, Boy boylayan, Söz söyləyən var idi.

Ağsaqqallıqla Dünya Bir olmuşdu, bu səbəbdən də Dünya sanballıydı.

…Birlik Dağıldı, Dünya Ağsaqqalsız qaldı, Ağsaqqal Dünyasız.





2. DƏDƏ QORQUD DÜNYASI –

QORQUDLU DÜNYA



Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilər var idi; Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınlar, Buğaclar, Uruzlar, Beyrəklər, İmranlar kimi Oğullar var idi.

Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilərin, Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınların, Buğac, Uruz, Beyrək, İmran kimi Oğulların – Qorqud kimi Ağsaqqalı vardı.

Dədə Qorqud Dünyası – Qorqudlu Dünya Məliklər həqarətinə – Qeyrətsizliyinə, Zalımlığına qarşıydı, Namusa Qıyanlara qarşıydı.

Salur Qazanlıydı, Qaraca Çobanlıydı Dədə Qorqud, Burlaxatınlı, Banıçiçəkliydi, Buğaclıydı, Beyrəkliydi Dədə Qorqud.

Dədə Qorqudluydu – Salur Qazanlar, Qaraca Çobanlar, Burlaxatınlar, Banıçiçəklər, Buğaclar, Beyrəklər…

Dədə Qorqud Dünyası yaratmışdı Qazanları, Çobanları… Qazanlar, Çobanlar Dünyası yaratmışdı Dədə Qorqudu.





3. DƏDƏ QORQUD DÜNYASIZLIĞI –

QORQUDSUZ DÜNYA



Dədə Qorqud Dünyası, Qorqudlu Dünya Uçdu: Ədavətdən, Küdurətdən – Aruzların Qazanlara Xəyanətindən.

Dirsələrin Yağı hiyləsinə uymalarından – İçəridən, daxildən uçdu birlik.

Qorqud Dünyasız qaldı, Dünya Qorqudsuz.

Bəy ərənlər, xatınlar getdilər – Dədə Qorqud Yalqız qaldı.

Dədə Qorqud getdi – Dünya Yetim qaldı.





4. VARİSLİK



Koroğlu Dünyası vardı – Dünya Koroğlusu Vardı.

Koroğlunun Dəlilər Dünyası vardı.

Dəlilərin Koroğlu Atası vardı.

Çənlibel Birlik Məkanıydı.

Koroğlu həm də Qoroğluydu – Od ruhundan Yaranmışdı.

Dəlilər Koroğlunun Oduna qalanmışdılar.

Koroğlunun Dəlilər adlı Dünyası vardı; Koroğlu Dəlilərin Dünyasıydı.

Həmzələşən Dünya Koroğluya qıydı. Koroğlu Dünyasız qaldı, Dünya Koroğlusuz.



5. HƏSRƏT



Loğmanlığını Alimlər daşıdılar. Qopuzunu Aşıqlar çaldılar: Qeybinə xurafat Yiyələndi, Boyunu boyaçılar boyladılar, Sözünü dilbazlar söylədilər.

Bütöv Dağ parçalandı.

Ağsaqqallıq əvəz olundu, Ağsaqqallığın əvəzi olmadı.

Ağsaqqallıq əvəzsizliyi Təsdiq olundu.

Ağsaqqallıq həsrəti yarandı…



6. FƏLAKƏT



YALANÇI Atalar yarandı: – Hökmdarlar, Xurafatçılar, Hakimlər, Sədrlər, Rəislər.

Yalançı Atalardan dəhşətli Atasızlıq yarandı.

Yalançı Atalar Dünyasında hamı Dünyasız qaldı.

Yalançı Atalıq Fəlakəti, Dəhşəti, Zilləti Yarandı.





7. QƏBAHƏT



Dədələr – gədələşdilər, bu səbəbdən də Balalar Dədəsizləşdilər – Dədəsizlər sürətlə özgələşdilər: Yadlıq Doğmalıq sayıldı, Doğmalıq Yadlıq – Ağsaqqal həqarəti aləmi bürüdü.
Yağılara qaldı Dünya!





8. ATASIZLIQ EHKAMI



Dədəsizlik Fəlsəfiləşdi.

Millətlərin bir-birinə qovuşmasından danışdılar, Vahid Bəşəriyyətdən danışdılar, Vahid Dildən, Mədəniyyətdən danışdılar. Ümumiçilik çağırdılar.

Atasızlığa qovuşdururdular İnsanları, Atasızlıq Ehkamlaşırdı.

Atasızlar Dünyası yaradırdılar.




9. ZƏRURİYYƏT



Atalıq Dünyaya qayıtmalıdır.

Dünya Atalığa çatmalıdır.

Ağsaqqallıq Ağalığı əvəz etməlidir.

Adam – İnsanlaşmalıdır!



13 Od Ayı, 14-cü il.

(iyul, 1992).
 
  Bugün 13 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol