Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Haqq
 

Haqq – İnsaniliyi Təsdiq edir. Hüquq Adamlığı qoruyur.
İnsanilik – Mütləq Xeyir deməkdir; Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə...
Adamlıq – Cəmiyyətçilik deməkdir; Ağalıq – Nökərlik, Təbəqələşmə, Özgələşmə, Hamılaşma.
Haqq – Gerçəkliyi Amala Yüksəldir.
Hüquq – Gerçəkliyi Qoruyur.
Haqq – Mənanı İfadə eləyir; Hüquq – Təzahürü. Bu səbəbdən də Haqq – Nisbilik tanımır, Hüquq – Mütləqilik.
Hüquq – Mütləq Ədalət tanımır; Hüquqi Ədalət – Nisbi Ədalətdir, Keçici Ədalətdir, Ötəri Ədalətdir, Sonlu Ədalətdir, Qeyri-Kamil Ədalətdir, yəni Gerçəklik səviyyəsində Ədalətdir.
Bəşərin gerçəklik səviyyəsi – Cəmiyyətdir.
Hüquq – ictimai ədalət tanıyır, ictimai həqiqət tanıyır, bu səbəbdən də əslində Ədalət tanımır, həqiqət tanımır.
Çünki Nisbi Ədalət – Ədalət deyil.
Keçici Ədalət – Ədalət deyil.
Ötəri Ədalət – Ədalət deyil.
Qeyri-Kamil Ədalət – Ədalət deyil.
Sonlu Ədalət – Ədalət deyil.
Nisbi Həqiqət – Həqiqət deyil.
Keçici Həqiqət – Həqiqət deyil.
Ötəri Həqiqət – Həqiqət deyil.
Qeyri-Kamil Həqiqət – Həqiqət deyil.
Sonlu Həqiqət – Həqiqət deyil.
Hüquq Gerçəkliyi qoruyur, bu səbəbdən də Həqiqətə çatmır, Ədalətə çatmır; yəni – Hüquq gerçəklik səviyyəsində Ədaləti qoruyur, Həqiqəti qoruyur; Gerçəklik səviyyəsində isə Ədalət yoxdur, Həqiqət yoxdur.
Hüquq – Gerçəklikdən üstün ola bilmir, bu səbəbdən də Ədalətə çata bilmir, Həqiqətə çata bilmir.
Bu səbəbdən də Hüquq Qanunları – nisbi Qanunlardır, natam Qanunlardır, ötəri Qanunlardır, keçici Qanunlardır, qeyri-kamil Qanunlardır, sonlu Qanunlardır.
Bu səbəbdən də hüquq cinayəti aradan qaldıra bilmir; cinayəti aradan qaldırmaq üçün gerçəklikdən üstün olmaq gərək; çünki gerçəklik cinayəti öldürmür, yaşadır; – əslində Şər Xeyir nisbiliyindən yaranır.
Haqq – İnsaniliyi Təsdiq edir, Mütləq Xeyiri Təsdiq edir; – Sonsuzu, Kamili, Əzəlini, Əbədini, Gerçəklikdən Üstün olanı – bu səbəbdən də Ədalətə çatır, Həqiqətə çatır.
Hüquq Adamlıq haqqını qoruyur, əslində isə Adamlıq haqqı yoxdur; çünki nisbi Haqq olmur, Mahiyyətcə hüquq – olmayanı qoruyur.
Haqq – İnsanlıq Hüququnu qoruyur; əslində isə İnsanlıq Hüququ yoxdur, İnsanlıq Haqqı var – çünki Nisbi İnsanlıq olmur; mahiyyətcə Haqq – Olanı qoruyur.
Gerçəklikdə Hüquq – Olan bilinir, Haqq – olmayan; – yəni gerçəklikdə Hüquq Olur, gerçəkliyin Üzərində Haqq Olur.
Bu səbəbdən də Hüquqi İnam – Nisbi İnamdır.
Hüquqi İdrak – Nisbi İdrakdır.
Hüquqi Mənəviyyat – Nisbi Mənəviyyatdır.
Hüquqi İradə – Nisbi İradədir.
Hüquqi İnam – İctimai İnamdır, Cəmiyyət İnamıdır; – Ağalığa əsaslanan, Nökərliyə əsaslanan, Təbəqələşməyə əsaslanan, Özgələşməyə əsaslanan.
Hüquqi İnam – özünü haqq kimi təqdim eləyir, əslində isə Nisbi – Mütləq ola bilməz, İctimai – Ruhani ola bilməz.
Hüquqi İdrak – İctimai İdrakdır, Cəmiyyət İdrakıdır – Ağalığa əsaslanan, Nökərliyə əsaslanan, Təbəqələşməyə əsaslanan, Özgələşməyə əsaslanan; Şərait, Zaman, Mühit səviyyəsində.
Hüquqi Mənəviyyat – İctimai Mənəviyyatdır, Cəmiyyət Mənəviyyatıdır – Ağalığa əsaslanan, Nökərliyə əsaslanan, Təbəqələşməyə əsaslanan, Özgələşməyə əsaslanan; Şərait, Zaman, Mühit səviyyəsində.
Hüquqi İradə – İctimai İradədir, Cəmiyyət İradəsidir – Ağalığa əsaslanan, Nökərliyə əsaslanan, Təbəqələşməyə əsaslanan, Özgələşməyə əsaslanan; Şərait, Zaman, Mühit səviyyəsində.
Hüququn Məqsədi Gerçəkliyi qorumaqdır, ancaq Gerçəklik Dəyişkəndir, bu səbəbdən də Hüquq Gerçəkliyi qoruya bilmir, Dəyişən Gerçəkliklə birgə özü də dəyişməli olur.
Haqq İnamı – İnsanilik İnamıdır; yəni Mütləqilik İnamı; bu səbəbdən də o, Mütləq İnamdır – Əzəli, Əbədi, Sonsuz, Kamil – Cəmiyyətə qarşı duran – yəni Ağalığa, Nökərliyə, Təbəqələşməyə, Hamılaşmaya, Özgələşməyə qarşı duran.
Hüquq – Adamı cəmiyyətə tapşırır, Haqq – özünə. Nəticədə Hüquq Adamı Adamlıqda saxlayır, Haqq onu İnsaniliyə Yüksəldir.
Hüquq – Cəmiyyət alətidir, Haqq – Ruhaniyyat Tələbi.
Hüququn Haqqı – Cəzadır.
Haqqın Hüququ – İnam.
Hüququn Hakimi – Cəmiyyətdir, Haqqın Hakimi – İnsan özü.
Hüquqda Adamı Cəmiyyət mühakimə eləyir; Haqda Adam özü.
Hüquqda İnsana Cəmiyyət Sahib olur, Haqda İnsan özü.
Hüququn Məqsədi – canini cəzalandırmaqdır; Haqqın Məqsədi – cinayəti öldürmək.
Hüquq – Caniləri edam edə bilir, ancaq Cinayəti öldürə bilmir.
Haqqın Məqsədi Mütləqdir – Cinayəti yox etmək.
İnsan özünün hakimi olmayınca – cinayət ölməyəcək.
Özünə Sahib olmaq – Özünə Hakim olmaq deməkdir əslində.
Din – Haqdan uzaqdır, Hüquqa yaxındır: Göydəki Ağalığı – Allahlığı, Yerdəki Nökərliyi – Bəndəliyi qoruyur; Adamları cəhənnəmlə Qorxuzur, Cəzalandırır; Təbəqələşməni, Özgələşməni, Hamılaşmanı – Cəmiyyətçiliyi yaşadır.
Din – Haqdan uzaqdır, çünki Mütləqilik Yaradılmır – Özündən yaranır.
Din – İnsan tanımır, çünki İnsandakı Mütləqliyi tanımır, Dində İnsan Özünün Sahibi deyil – Quldur, Qismətə tabedir; Özündən asılı deyil, Allahdan asılıdır. Din – İnsan üzərində Mənəvi hökmranlıqdır, ruhani cəmiyyətçilikdir.
Hüquqla Din qoşadır – Hüquq Haqdan aşağı, Din Haqqa qarşıdır.
2. HƏYAT HAQQI

Hüquqda Həyat haqqı – Can haqqıdır; Haqda – İnsanilik Haqqı; yəni Hüquq – Canı qoruyur, Haqq – Bütöv İnsanı.
Hüquq Canı Canidən qoruyur, Haqq – İnsanı Adamlıqdan.
Hüquq – cismani ölüm tanıyır təkcə,
Haqq – Ruhani ölüm tanıyır həm də.
Hüquq İnsanı ondan kənardakı Canavardan qoruyur; Haqq ondakı Canavardan.
Hüquq İnsanı ondan kənardakı İlandan qoruyur; Haqq ondakı İlandan.
Hüquq İnsanı ondan kənardakı Tülküdən qoruyur; Haqq ondakı Tülküdən.
Haqq əmindir ki, Adam İnsan olmasa, Adamın həyatına Qəsd edəcək, Qatilliyin Kökü Adamın daxilindədir – Adam özündəki Canavarı öldürməsə – başqasını öldürəcək; özündəki İlanı öldürməsə – başqasını çalacaq; özündəki Tülkünü öldürməsə – başqasını aldadacaq.
Hüquq – nəticəni cəzalandırır, Haqq – səbəbi.
Hüquqda Həyat Haqqı Cəmiyyət Haqqıdır; Haqda Mənəvi Kamillik Haqqı.
Adam Kamil olmayınca, yəni İnsan olmayınca başqasının həyatına Qəsd edəcək; İnsan öz həyatına Sahib olmayınca, hakim olmayınca başqasının həyatına Qəsd edəcək.
Qəsdçilik – Adam İşidir, İnsan İşi deyil. İnsan özündəki Qəsdçiliyi öldürməsə, Başqasına Qəsd edəcək.
Hüquq – Cəmiyyətçidir; Haqq – Ruhçu.
Haqq əmindir ki, Ağalıq – mahiyyətcə Qəsdçilikdir, Nökərlik – mahiyyətcə Qəsdçilikdir, Təbəqələşmə – mahiyyətcə Qəsdçilikdir, Hamılaşma – mahiyyətcə Qəsdçilikdir, Özgələşmə – mahiyyətcə Qəsdçilikdir, Cəmiyyət – Qəsdçidir, İnsaniliyə Qəsd edəndir.
Haqq bilir ki, öldürmənin yüz əməli var, cana Qəsdlə bitmir öldürmə: – İnsanın Mənəvi Kamillik Haqqına Qəsd etmək də Öldürmədir; İnamsızlıq, İdraksızlıq, Mənəviyyatsızlıq, İradəsizlik də – Öldürmədir.
Canı qorumaq və candakı Mütləqiliyi qorumamaq – Canı Qətl qarşısında qoymaqdır əslində – Candakı Canavar Canı öldürəcək.
Hüquq Zahiridə qalır – Daxilə enmir; Qatil cəzalanır – Qətl yaşayır – çünki Qətlçilik ölmür.
Həyat Haqqını qorumaq üçün – Qətlçiliyi öldürmək gərək, burada Cəzaçı Adam özü olmalıdır.
Adamdan kənardakı Cəzaçı – Adamdakı Canavarlığa qalib gələ bilməz, Adamdakı İlanlığa qalib gələ bilməz, Adamdakı Tülkülüyə qalib gələ bilməz.
Qəsdçiliklə Döyüş İnsanın öz Daxili İşi olmalıdır; – Haqq İşi Daxili İşdir əslində.
Bu səbəbdən də Hüquq əslində Canı da qoruya bilmir; Həyat Haqqı Cəmiyyətdə qorunmur; Qəsdçilik qadağan edilir, cəzalandırılır, ancaq ləğv olunmur; çünki Qəsdçiliyin kökü Daxildədir, Zahirdə deyil; Qəsdçiliyin ölümü də Daxili Əməldir, Zahiri Əməl deyil.
Hüquq – Həyat Haqqını qoruya bilmir, çünki Həyat haqqı – İnsanilik Haqqıdır; İnsan isə – özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Cəmiyyətdən, Şəraitdən, Mühitdən Üstün olan, Mütləqə can atan və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır.
Bu səbəbdən də Həyat Haqqı – əslində Ali Həyat Haqqı deməkdir.
Hüquq – Həyatı qoruyur, yəni İnsanın Adam səviyyəsini qoruyur, – yəni İnsanı nisbi mənada qoruyur – əslində qorumur, çünki Adam İnsan olmayınca – Qəsdçilik yaşayacaq – Qəsdçilik yaşadıqca – Qəsd olacaq.
Hüquq İnsanı Cəmiyyət səviyyəsində qoruyur – yəni əslində qorumur; çünki Cəmiyyət Adamlığa yarayır – İnsanlığa yaramır. Adamlıqsa – Qəsdçiliyi yaşadır – Qəsdçilik yaşadıqca – Qəsd olacaq.
Hüquq İnsanı Şərait səviyyəsində qoruyur – yəni əslində qorumur, çünki Şərait Adamlığa yarayır – İnsanlığa yaramır.
Adamlıqsa – Qəsdçiliyi yaşadır – Qəsdçilik yaşadıqca – Qəsd olacaq.
Hüquq İnsanı Mühit səviyyəsində qoruyur – yəni əslində qorumur, çünki Mühit Adamlığa yarayır – İnsanlığa yaramır.
Adamlıqsa – Qəsdçiliyi yaşadır – Qəsdçilik yaşadıqca – Qəsd olacaq.
Haqq İnsanı İnsanilik səviyyəsində qoruyur: İnsanı dəyişdirir; Adamı İnsana Yüksəldir; Özüylə döyüşdürür, Özümləşdirir; Onu Qəsdçilikdən qurtarır – Qəsdçiliyin kökünü kəsir.
Hüquq – İnsan haqqını elan edir, ancaq Müharibəni rədd edə bilmir. Müharibə – Ölüm həyatıdır, Öldürmək işidir.
Müharibəni Həyatdan silə bilməyən hüquq – Həyat haqqını qoruya bilmir əslində.
Müharibəni həyatdan silmək üçün onu Mənəviyyatdan silmək gərək, bu isə Haqq İşidir, Hüquq İşi deyil.
Həyat Haqqı – Hüquqa sığmır; Həyat Haqqını qorumaq üçün İnsanlaşmaq gərək.
Həyat Haqqı – İnsanlaşma Haqqı deməkdir əslində.
Dində Həyat İnsandan ayrılır; bütünlüklə Allaha tapşırılır; Mahiyyətcə inkar edilir; Din qatilliyi lənətləyir; ancaq dində İnsan Həyatı Allahın İradəsinə pərçimlənir; Allah Haqqı əslində Həyat Haqqını rədd edir:
Hər şey Allahın əlindədir, o cümlədən İnsan Həyatı – istəsə verər, istəsə alar.
Din – fəlakətli Haqsızlıq yaradır; – dində İnsan öz həyatına Sahib ola bilmir, hakim ola bilmir.
3. AZADLIQ HAQQI

Hüquq – Azadlığı Həyat səviyyəsində qoruyur: – İnsana Yüksəlməyən Adam özündə Canavarı yaşadır, İlanı yaşadır, Tülkünü yaşadır: Azadlıq Haqqı – mahiyyətcə Canavarlıq Haqqı olur, İlanlıq Haqqı olur, Tülkülük Haqqı olur.
Hüquq – Adamdan Mənəvi Kamillik Tələb etmir, Özüylədöyüş tələb etmir: bu səbəbdən də o, əslində Canavarlığı qoruyur, İlanlığı qoruyur, Tülkülüyü qoruyur.
Hüququn Adama verdiyi Azadlıq – əslində Canavarlığa verilən Azadlıq olur; İlanlığa verilən Azadlıq olur; Tülkülüyə verilən Azadlıq olur.
Haqq – Azadlığı İnsanilik səviyyəsində qoruyur – Mənəvi Kamillik Tələbi səviyyəsində, Adamın İnsana Yüksəlməsi Tələbi səviyyəsində.
Haqda İnsan özündəki Canavardan, İlandan, Tülküdən xilas olur.
Haqq Adamdakı Canavar azadlığını, İlan azadlığını, Tülkü azadlığını rədd edir.
İnsan olmadan Azad olmaq – əslində Əsarətdir; Azad olmaq üçün – İnsan olmaq gərək.
Hüquq – Azadlığı Cəmiyyət səviyyəsində qoruyur – yəni Ağalıq–Nökərlik, Təbəqələşmə, Hamılaşma, Özgələşmə səviyyəsində.
Əslində isə Ağalıq – Nökərlik səviyyəsində Azadlıq – Əsarətdir.
Hüquq Azadlıq adı altında Əsarəti qoruyur.
Tarixi gedişatda Ağalığın–Nökərliyin adı dəyişir, biçimi dəyişir – Mahiyyəti dəyişmir.
Hüquq Azadlıq adı altında Ağalıq– ökərliyi qoruyur.
Təbəqələşmə səviyyəsində Azadlıq – Əsarətdir.
Hüquq Azadlıq adı altında Əsarəti qoruyur.
Tarixi gedişatda Təbəqələşmənin adı dəyişir, biçimi dəyişir – Mahiyyəti dəyişmir.
Hüquq Azadlıq adı altında Təbəqələşməni qoruyur.
Hamılaşma səviyyəsində Azadlıq – Əsarətdir.
Hüquq Azadlıq adı altında Əsarəti qoruyur.
Tarixi gedişatda Hamılaşmanın adı dəyişir, biçimi dəyişir – Mahiyyəti dəyişmir.
Hüquq Azadlıq adı altında Hamılaşmanı qoruyur.
Özgələşmə səviyyəsində Azadlıq – Əsarətdir.
Hüquq Azadlıq adı altında Əsarəti qoruyur.
Tarixi gedişatda Özgələşmənin adı dəyişir, biçimi dəyişir – Mahiyyyəti dəyişmir.
Hüquq Azadlıq adı altında Özgələşməni qoruyur.
Haqq – Azadlığı İnsanilik səviyyəsində qoruyur – yəni Ağalığı, Nökərliyi, Təbəqələşməni, Hamılaşmanı, Özgələşməni rədd edir.
Hüquq – Cəmiyyət qoruyucusudur; Haqq – İnsan yaradıcısı.
Din – Allahdan başqa Azad Varlıq tanımır; bütün digər Varlıqlar Dində Allahın əsarəti altındadırlar.
İnsan – Dində Bəndədir, Quldur. Bəndə, Qul – Azad ola bilməz.
Allah – Dünyanın Ağasıdır; Ağalıq olan yerdə Azadlıq ola bilməz.
Bu baxımdan, Din – Haqqa qarşıdır, Hüquqla qoşadır – Cəmiyyətçiliklə Allahçılıq bir-birinə Təndir.
4. BƏRABƏRLİK HAQQI

Hüquqda Adamlar Qanun qarşısında Bərabərdirlər; – bu, əslində Bərabərsizlikdir, çünki Qanun – Cəmiyyətçiliyi ifadə edir; Cəmiyyət – Ağalıq-Nökərlik deməkdir; Ağalıq-Nökərlik olan yerdə Bərabərlik yoxdur; Cəmiyyət – Təbəqələşmə deməkdir; Təbəqələşmə olan yerdə Bərabərlik yoxdur; Cəmiyyət – Hamılaşma deməkdir; Hamılaşma olan yerdə Bərabərlik yoxdur; Cəmiyyət – Özgələşmə deməkdir; Özgələşmə olan yerdə Bərabərlik yoxdur.
Qanun qarşısında Bərabər olmaq – əslində Bərabər olmamaqdır.
Hüquqi Bərabərlik – Bərabərsizliyi qoruyur.
Haqda İnsan – İnsanilik qarşısında Bərabərdir: bu səbəbdən də Haqq – Cəmiyyətçiliyə qarşıdır: Ağalıq-Nökərliyi, Təbəqələşməni, Hamılaşmanı, Özgələşməni rədd edir.
Haqq – Şəxsiyyətin Mütləqiliyini, – Şəraitdən, Mühitdən, Cəmiyyətdən üstünlüyünü, Mütləqə meylini və Mütləqləşməyə qadirliyini təsdiq edir.
Haqq həm də Adamlardan Ruhani Kamillik Tələb edir və bu səbəbdən də Ruhani Bərabərliyi rədd edir: Haqda Naşı Kamilə, Xalis Naqisə Bərabər deyil.
Haqda Ruhaniyyatın Maddi ölçüsü, Maddi əvəzi olmur; Ruhaniyyatı Maddiyyatla ölçmək günahdır; Ruhaniyyatın qiyməti – Ruhaniyyatın özüdür; Ruhani Əməli – Maddiyyatla dəyərləndirmək – Ruhaniyyatı alçaltmaqdır; Ruhçuluğun Ruhani dəyəri var – Maddi dəyəri yoxdur: Maddiyyat Ruhaniyyata bərabər deyil, Ruhaniyyat öz işığıyla işıqlanır, Maddiyyatı İşıqlandırır.
Bəşərin böyük fəlakətlərindən biri – Ruhaniyyatı Maddiyyatla ölçmək, dəyərləndirməkdir: Kamil Şəxsiyyət – Varidatla, Mal-dövlətlə fərqlənmir, Ruhani Qüdrətlə fərqlənir; Varidatla, Mal-dövlətlə, İmtiyazla fərqlənmək – Kamilliyə ziddir. Mahiyyətcə cəmiyyət Ruhani Kamilliyə qarşıdır; çünki Maddiyyat, İmtiyaz fərqində Ruhaniyyat alçalır.
İnamçı Varidata, Mal-dövlətə, İmtiyaza xidmət eləmir – İnama xidmət eləyir; İnamın Var-dövlət, İmtiyaz adlı Qazancı olmur; İnamçının Qazancı – İnam özüdür.
Bu səbəbdən də Cəmiyyət səviyyəsində İnamçılıq olmur və Hüquq Yalançı İnamçılığı qoruyur əslində.
İdrakçı Varidata, Mal-dövlətə, İmtiyaza xidmət eləmir – İdraka xidmət eləyir; İdrakın Var-dövlət, İmtiyaz adlı Qazancı olmur; İdrakçının Qazancı – İdrak özüdür.
Bu səbəbdən də Cəmiyyət səviyyəsində İdrakçılıq olmur və Hüquq Yalançı İdrakçılığı qoruyur əslində.
Mənəviyyatçı Varidata, Mal-dövlətə, İmtiyaza xidmət eləmir – Mənəviyyata xidmət eləyir; Mənəviyyatın Var-dövlət, İmtiyaz adlı Qazancı olmur; Mənəviyyatçının Qazancı – Mənəviyyat özüdür.
Bu səbəbdən də Cəmiyyət səviyyəsində Mənəviyyatçılıq olmur və Hüquq Yalançı Mənəviyyatçılığı qoruyur əslində.
İradəçi Varidata, Mal-dövlətə, İmtiyaza xidmət eləmir – Ruhani Kamilliyə xidmət eləyir; İradənin Var-dövlət, İmtiyaz adlı Qazancı olmur; İradəçinin Qazancı – Ruhani Kamillikdir.
Bu səbəbdən də Cəmiyyət səviyyəsində İradəçilik olmur və Hüquq Yalançı İradəçiliyi qoruyur əslində.
Ruhaniyyatı Maddiyyatla dəyərləndirirlər, endirirlər – Mənəvi pozğunluğun səbəblərindən biri budur.
Ruhaniyyat Maddiyyat vasitəsiylə yox, Maddiyyat üzərində Yüksəlir.
Kommunizm – maddi bərabərlik əsasında İnsaniliyə çatmaq istəyir.
Cəmiyyətdə hökm sürən təzadlı maddi bərabərsizlik İnsaniliyə ziddir; ancaq maddi bərabərsizliyin ləğviylə yaranan İnsanilik arzusu – Xülyadır.
Çünki maddi bərabərlik özü-özlüyündə İnsan yaratmır: yəni Adamdakı Canavarı, İlanı, Tülkünü öldürmür; Cəmiyyətdəki Ağalığı-Nökərliyi, Təbəqəliyi, Hamılaşmanı, Özgələşməni aradan qaldırmır; – yəni Maddi bərabərlik özü-özlüyündə İnsanı dəyişmir; İnsan dəyişməsə – İnsanilik yaranmaz; Maddi bərabərliyin hökm sürdüyü həyat Anti-İnsani ola bilər.
Maddi bərabərliyin İnsan həyatında rolu şəksizdir, ancaq maddi bərabərliyin İnsani Həyat, yəni Ruhani Həyat yaradacağına İnam – Xülyadır.
Ruhani Varlıq olan İnsanı – maddiyyat dəyişdirə bilməz, onu yalnız İnsan özü dəyişdirə bilər; İnsan dəyişməsə – İnsani Həyat, Ali Həyat yaranmaz; İnsan özünü dəyişdirməsə – Dünya dəyişməyəcək, – İnsani Həyat, Ali Həyat yaranmayacaq; İnsani Həyat yaranmasa – İnsan həyatdan bezəcək, Həyatla Ölüm arasında Fərq azalacaq.
Bütün cəmiyyətlərə xas olan maddi bərabərsizlik – Ağalıq-Nökərliklə, Təbəqələşmə, Hamılaşma ilə, Özgələşməylə təndir: ancaq onun ləğvi – hələ İnsaniliyin təsdiqi deyil: Adam İnsan olmayınca – İnsanilik bərqərar olmaz.
Dində İnsanlar – Bəndələr – Qullar Allah qarşısında bərabərdirlər; ancaq bu bərabərlik gerçəkdəki, cəmiyyətdəki bərabərsizliyə qarşı deyil, onu rədd etmir; Allah qarşısındakı bərabərlik nə Ağalığı-Nökərliyi, nə Təbəqələşməni, nə Hamılaşmanı, nə də Özgələşməni inkar etmir; Din – Adamları Mənəvi Kamilliyə çağırır – ancaq Ağalıq adlı Mənəvi naqisliyi inkar eləmir; Nökərlik adlı Mənəvi naqisliyi inkar eləmir; Hamılaşma adlı Mənəvi naqisliyi inkar eləmir; Təbəqələşmə adlı Mənəvi naqisliyi inkar eləmir; Özgələşmə adlı Mənəvi naqisliyi inkar eləmir; bu səbəbdən onun Mənəvi Kamillik çağırışında həqiqət yoxdur.
İnsanlar bir-birinə Mahiyyət baxımından bərabərdirlər: hər bir İnsan – Mütləqilik daşıyıcısıdır; öz daxili imkanı baxımından Cəmiyyətdən Üstündür, Şəraitdən Üstündür, Mühitdən Üstündür, Mütləqə – yəni Əzəliyə, Əbədiyə, Sonsuza, Kamilə meyl eləyən və Mütləqləşməyə qadir olandır.
İnsanlar bir-birindən Fərqlidirlər, həm də İnsanlıq adlanan Vahid Mənanın Təzahürüdürlər.
5. MÜSTƏQİLLİK HAQQI

Hüquq Cəmiyyət səviyyəsində Müstəqillik tanıyır, – bu səbəbdən də Müstəqillik tanımır əslində, çünki Ağalıq-Nökərlik Dairəsində Fərdiyyət Müstəqilliyi olmur, Xalq Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi olmur; Təbəqəlik Dairəsində Fərdiyyət Müstəqilliyi olmur, Xalq Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi olmur;
Hamılaşma Dairəsində Fərdiyyət Müstəqilliyi olmur, Xalq Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi olmur;
Özgələşmə Dairəsində Fərdiyyət Müstəqilliyi olmur, Xalq Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi olmur;
Fərdiyyət Müstəqilliyi – Özünəməxsusluğu – Ağalığa qarşıdır, Nökərliyə qarşıdır, Təbəqələşməyə, Hamılaşmağa, Özgələşməyə qarşıdır.
Hüquq Fərdiyyət Müstəqilliyini elan edir; ancaq onu Həyata keçirmir: Fərdiyyət Müstəqilliyinə qarşı Ağalıq dayanır Cəmiyyətdə, Nökərlik dayanır; Təbəqələşmə, hamılaşma, Özgələşmə dayanır.
Hüquq Cəmiyyəti qoruyur; bu səbəbdən də Fərdiyyət Müstəqilliyini qorumur – Fərdi Qeyri-Müstəqilliyi qoruyur.
Hüquqda Xalq Müstəqilliyinə qarşı Ağalıq-Nökərlik dayanır; Təbəqələşmə, Hamılaşma, Özgələşmə dayanır.
Hüquqda Xalq Müstəqilliyi elan edilir, əslində isə Xalq Qeyri-Müstəqilliyi təsdiq olunur.
Hüquqda Dövlət Müstəqilliyinə qarşı Ağalıq-Nökərlik dayanır: Hüquq Ağa Dövlətlər – Rəiyyət Dövlətlər mövcudluğunu qoruyur. Aşağı Dövlətlərin Yüksək Dövlətlərdən Asılılığını təsdiq edir; Rəiyyət Dövlətlər, Aşağı Dövlətlər – Ağa Dövlətlər, Yüksək Dövlətlər tərəfindən hamılaşdırılır, Özgələşdirilir.
Hüquq Dövlət Müstəqilliyini elan edir, əslində Dövlət Qeyri-Müstəqilliyini qoruyur.
Haqq Müstəqilliyi İnsanilik səviyyəsində qoruyur: yəni Ağalığa, Nökərliyə, Hamılaşmaya, Özgələşməyə, Təbəqələşməyə qarşı çıxır, bu səbəbdən də Fərdiyyət Müstəqilliyini qoruyur, Dövlət Müstəqilliyini qoruyur.
Haqda Fərd üzərində Ağalıq rədd olunur, Təbəqəlik rədd olunur, Hamılaşma rədd olunur, Özgələşmə rədd olunur – Fərd özünə sahib olur, hakim olur.
Haqda Xalq üzərində Ağalıq rədd olunur, Təbəqəlik rədd olunur, Hamılaşma rədd olunur, Özgələşmə rədd olunur – Xalq özünə sahib olur, hakim olur.
Haqda bir Dövlətin başqa Dövlət üzərində Ağalığı, bir Dövlətin başqa Dövlətdən asılılığı rədd olunur.
Din Fərdi Müstəqillik tanımır – Dində Fərdiyyət yoxdur – Bəndə var; Din Xəlqi Müstəqillik tanımır – Dində Xalq əvəzinə Bəndələr cəmi var; Din Dövlət Müstəqilliyi tanımır – Dində Dövlət Allah İradəsinin təsdiqidir.
Dində Allahdan başqa Müstəqil olan yoxdur.
Haqq Dinə qarşıdır – çünki Müstəqil Fərd, Müstəqil Xalq, Müstəqil Dövlət qoruyucusudur; – Müstəqilliyi Cəmiyyətdən və Dindən qoruyandır. Haqq İnsaniliyi qoruyur; bu səbəbdən də Müstəqilliyi qoruyur.
Hüquq – Şərait səviyyəsində Müstəqillik tanıyır; Şərait səviyyəsində Müstəqillik olmur əslində, nisbi müstəqillik Müstəqillik deyil; ötəri, keçici, qeyri-kamil müstəqillik Müstəqillik deyil.
Hüquq – Şəraiti qoruyur, bu səbəbdən də Müstəqilliyi qorumur.
Fərdiyyət Şəraiti ötür; bu səbəbdən də Şərait səviyyəsində Fərdi Müstəqillik olmur, Fərdi Müstəqillik elanı olur.
Şərait səviyyəsində Fərdi Müstəqillik – Qeyri-Müstəqillikdir əslində.
Şərait – Müstəqillik həddidir, onu aşmaq gərək.
Şərait səviyyəsində Xəlqi Müstəqillik olmur, Xəlqi Müstəqillik elanı olur.
Şərait səviyyəsində Xəlqi Müstəqillik – Qeyri-Müstəqillikdir əslində.
Şərait səviyyəsində Dövlət Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi elanı olur.
Şərait səviyyəsində Dövlət Müstəqilliyi – Qeyri-Müstəqillikdir əslində.
Hüquq – Mühit səviyyəsində Müstəqillik tanıyır, bu səbəbdən də əslində Müstəqillik tanımır: çünki Nisbi Müstəqillik – Müstəqillik deyil.
Hüquq – Mühiti qoruyur, bu səbəbdən də Müstəqilliyi qorumur.
Fərdiyyət Mühiti ötür; bu səbəbdən də Mühit səviyyəsində Fərdi Müstəqillik olmur, Fərdi Müstəqillik elanı olur.
Mühit səviyyəsində Fərdi Müstəqillik – Qeyri-Müstəqillikdir əslində.
Mühit səviyyəsində Xəlqi Müstəqillik olmur, Xəlqi Müstəqillik elanı olur.
Mühit səviyyəsində Xəlqi Müstəqillik – Qeyri-Müstəqillikdir əslində.
Mühit səviyyəsində Dövlət Müstəqilliyi olmur, Dövlət Müstəqilliyi elanı olur.
Mühit səviyyəsində Dövlət Müstəqilliyi – Qeyri-Müstəqillikdir əslində.
Haqq – Şəraiti ötür, Mühiti ötür – Əzəliyə, Əbədiyə, Sonsuza, Kamilə çatır.
Hüquq Müstəqilsizliyi – Adamın Şəraitdən, Mühitdən Asılılığını qoruyur.
Haqq Müstəqilliyi – İnsanın Şəraitdən, Mühitdən Üstünlüyünü qoruyur.
6. MÜLKİYYƏT HAQQI

Hüquq səviyyəsində Mülkiyyət Haqqı – Ağalıq haqqıdır əslində – yəni Sahibkarın Əməkçi üzərində Ağalığının Haqqıdır; – Mülkiyyyətə Əməkçi Sahib olmur; Sahibkarlıq – Əməkdən ayrılır; Mülkiyyətə Zəhmətkeş Əməyini mənimsəyən sahib olur – Kapitalist, Mülkədar, Dövlət; Hüquq Əməkçi Mülkiyyətsizliyini qoruyur əslində; Hüququn qoruduğu Sahibkarlıq – Əməkçi Mülkiyyətsizliyinə əsaslanır.
Hüquq səviyyəsində Mülkiyyət haqqı – Təbəqə haqqıdır əslində; – Hüququn qoruduğu Mülkiyyət Yüksək Təbəqəyə xidmət eləyir: Əməkçi Aşağı Təbəqə sayılır, Əməyi mənimsəyən – Yuxarı Təbəqə; Əməkçi – Əməyindən tam bəhrələnə bilmir; Sahibkar Özgə Əməyindən bəhrələnir; eybəcər bir tarazlıq yaranır və hüquq həmin natarazlığı qoruyur.
Hüquq səviyyəsində Mülkiyyət – Əməkçinin Mülkiyyətsizlik əsasında Hamılaşması, Özgələşməsidir.
Cəmiyyətdə Əməkçi adlanan Rəiyyət yaranır, Əmək özgələşir; Əməkçiyə yox, Sahibkara xidmət eləyir; Hüquq eybəcər Ədalətsizliyi qoruyur: Əməkçi Cəmiyyətin əlavəsinə çevrilir.
Haqda – Mülkiyyət Haqqı – Əmək Haqqıdır; Mülkiyyətə Əməkçi sahib olmalı, Əməkçi üzərində Ağalıq aradan qalxmalı, Əmək – Zəhmətkeşə xidmət etməli, Əməkçi Sahibkarlığı yaranmalı, Əməkçiylə Mülkiyyət arasında Yadlıq aradan qalxmalıdır.
Kapitalizmdə Mülkiyyət haqqı – Var haqqıdır; Kapitalist – Əməkçini Satın alır və satır əslində, Sahibkar Əməkçiyə əşya kimi baxır; mahiyyətcə onu alır və satır; kapitalist – tacirdir əslində: – bir vaxt qul tacirləri olan kimi, indi Əməkçi tacirləri var: kapitalist – Əməkçi taciridir, əməyi mənimsəmək – mahiyyətcə Əməkçini mənimsəməkdir; əməkdən qazanc götürmək – əslində Əməkçidən qazanc götürməkdir.
Hüquq – kapitalist mülkiyyətini qoruyur; kapitalistin Əməkçi ticarətini qoruyur.
Sosializmdə Mülkiyyət Haqqı – Zor haqqıdır; burada Mülkiyyət Sahibkardan alınıb Zorla Dövlətə verilir; əslində burada Zorakı Dövlət Kapitalizmi yaranır, Dövlət özü kapitalist olur: Əmək, Əməkçi Dövlət tərəfindən mənimsənilir; yenə də mülkiyyət əməkçidən ayrılır, əməkçi mülkiyyətsizliyi bərqərar olur. Hüquq sosialist Mülkiyyətini qoruyur – Dövlət Kapitalizmini qoruyur.
Haqq – Var Haqqını və Zor Haqqını rədd eləyir; əmək Haqqını, Əməkçi Haqqını, Əməkçi Mülkiyyətini təsdiq eləyir.
Hüquq – Kapitalist Mülkiyyətini xüsusi mülkiyyət adı altında qoruyur; sosialist mülkiyyətini ictimai mülkiyyət adı altında qoruyur.
Haqq – Əməkçi Mülkiyyətini tanıyır – əməyin yaratdığı mülkiyyəti tanıyır; Varın yaratdığı Mülkiyyəti yox, Zorun yaratdığı Mülkiyyəti yox.
Din – mülkiyyətə münasibətdə Ağalıq haqqını qoruyur; Təbəqə haqqını qoruyur, Hamılaşmanı, Özgələşməni qoruyur: Yoxsullara Mərhəmətə çağırır, ancaq Yoxsulluğa qarşı döyüşmür; Halallığa çağırır, ancaq Pulçuluq, Varidatçılıq Haramlığına qarşı döyüşmür; əməyin, əməkçinin mənimsənilməsinə qarşı döyüşmür: insaniliyə çağırır, ancaq antiinsani münasibətlərə qarşı çıxmır; – əməkçi mülkiyyətsizliyini qoruyur əslində.
Kommunizm – ictimai mülkiyyət haqqını təsdiq edir, əslində isə ictimai mülkiyyət əməkçi mülkiyyətsizliyini aradan qaldırmır, başqa biçimdə bərqərar edir; hamıya məxsus olan mülkiyyət heç kəsə məxsus olmur; Mülkiyyətə Dövlət sahib olur – Əməyi, Əməkçini mənimsəyən; Əməkçi üzərində təzə Ağalıq yaranır – Dövlət Ağalığı.
Xüsusi Mülkiyyət adı altında Əməkçi üzərində Şəxsi Ağalıq gizlənir; İctimai Mülkiyyət adı altında Dövlət Ağalığı.
Kapitalist Hüququ – Kapitalizmin Mahiyyətini gizlədir; Sosialist Hüququ – Sosializmin Mahiyyətini.
Haqq – Kapitalizmə qarşıdır, Sosializmə qarşıdır.
Mülkiyyətə, Əməkçiyə münasibətdə Var ilə Zor arasında Fərq azalır: Kapitalist Mülkiyyətə Varla Sahib olur – mahiyyətcə burada Var elə Zor deməkdir; Mahiyyətcə kapitalist Mülkiyyətə Zorla sahib olur – Var biçimində Zorla; Mülkiyyəti Varla almaq, yaxud Zorla almaq – bir şeydir mahiyyətcə.
Sosialist – Mülkiyyətə Zorla Sahib olur; əslində burada Zor elə Var deməkdir; Zor burada Var olur; Varın gördüyü işi görür; Zor biçimli Varla sahib olur Mülkiyyətə: Zorakı Var, Varlı Zor vasitəsiylə.
Haqq Zorakı Vara qarşıdır, Varlı Zora qarşıdır; əməkçinin tərəfindədir; mülkiyyəti Var edənin tərəfindədir; hər cür Zora qarşıdır – o cümlədən Var Zoruna.
7. ŞƏXSİYYƏT HAQQI

Hüquq – Şəxsiyyəti Cəmiyyətə tapşırır – Cəmiyyət isə Şəxsiyyət üzərində Ağalıq deməkdir – Təbəqələşmə Şəxsiyyətə qarşıdır, Hamılaşma Şəxsiyyətə qarşıdır, Özgələşmə Şəxsiyyətə qarşıdır.
Cəmiyyətə Şəxsiyyət gərək deyil – rəiyyət gərəkdir.
Şəxsiyyət – İnam haqqı deməkdir; Cəmiyyət – Şəxsiyyət İnamı üzərində Ağalıqdır.
Şəxsiyyət – İdrak haqqı deməkdir; Cəmiyyət – Şəxsiyyət İdrakı üzərində Ağalıqdır.
Şəxsiyyət – Mənəviyyat haqqı deməkdir; Cəmiyyət – Şəxsiyyət Mənəviyyatı üzərində Ağalıqdır.
Şəxsiyyət – İradə haqqı deməkdir; Cəmiyyət – Şəxsiyyət İradəsi üzərində Ağalıqdır.
Cəmiyyət – Şəxsiyyətsizlik həddidir – onu aşmaq gərək.
Hüquq – Cəmiyyətin Şəxsiyyət üzərində Ağalığını qoruyur.
Haqq – Şəxsiyyəti İnsaniliyə tapşırır: Onu cəmiyyət Ağalığından, Təbəqələşməsindən, Hamılaşmasından, Özgələşməsindən qoruyur, onun Ruhani Ləyaqətini təsdiq edir.
Haqq – Cəmiyyətin Şəxsiyyət üzərində İnam Ağalığına, İdrak Ağalığına, Mənəviyyat Ağalığına, İradə Ağalığına qarşı durur.
Hüquqda Şəxsiyyət haqqı – əslində Cəmiyyət haqqı olur, – Cəmiyyətin Şəxsiyyət üzərində Haqqı olur.
Cəmiyyət Şəxsiyyəti qorumur, alətləşdirir; Şəxsiyyət özünü Cəmiyyətdən qorumalı olur.
Haqda Şəxsiyyət haqqı Şəxsiyyətin Cəmiyyətdən qorunmaq haqqı olur.
Ağalıq – Şəxsiyyət haqqının inkarıdır; Ağalıq olmayan yerdə – Cəmiyyət yoxdur; bu səbəbdən də Şəxsiyyət haqqı – Cəmiyyətə qarşıdır; cəmiyyətçiliklə şəxsiyyətçilik bir-birinə ziddir.
Nökərlik – Şəxsiyyət haqqının inkarıdır;
Nökərlik olmayan yerdə – Cəmiyyət yoxdur; bu səbəbdən də Şəxsiyyət haqqı – Cəmiyyətə qarşıdır; cəmiyyətçiliklə şəxsiyyətçilik biri-birinə ziddir.
Təbəqəlik – Şəxsiyyət haqqının inkarıdır;
Təbəqəlik olmayan yerdə – Cəmiyyət yoxdur; bu səbəbdən də Şəxsiyyət haqqı – Cəmiyyətə qarşıdır; cəmiyyətçiliklə şəxsiyyətçilik bir-birinə ziddir.
Kapitalist Pulçuluğu – Şəxsiyyət haqqının inkarıdır; Şəxsiyyəti nəzərə alan Pulçuluq, Gəlirçilik olmur; Kapitalizm Şəxsiyyət haqqını elan edir, əslində isə onu pulla satın alır; Pulçu – Şəxsiyyəti görmür – gəliri görür.
Kapitalizmdə Şəxsiyyət haqqı – gəlir haqqıdır – Şəxsiyyətə qarşı çevrilən.
Sosialist Zorçuluğu – Şəxsiyyət haqqının inkarıdır; Şəxsiyyətin Zora tapşırılmasıdır; Sosializmdə Cəmiyyət Ağalığı azalmır, artır; – Təbəqələşmə biçimini dəyişir, Mahiyyətini dəyişmir; hamılaşma şiddətlənir, Özgələşmə bərqərar olur. Sosializmdə Şəxsiyyət üzərində Zor hakimliyi təsdiq olunur.
Haqq – Pulçuluğu, Zorçuluğu rədd edir, bu səbəbdən də Şəxsiyyəti qoruyur.
Din – Şəxsiyyəti Allah hakimliyinə pərçimləyir; Dində – Şəxsiyyət Özümlükdən məhrum olur: – Aqibət Özümlüyündən məhrum olur – onun Aqibətini Allah təyin edir; İdrak Özümlüyündən məhrum olur – onun həyatını Allahın İdrakı müəyyən edir; Mənəviyyat Özümlüyündən məhrum olur – onun Mənəviyyatını Allah müəyyən eləyir; İradə Özümlüyündən məhrum olur – onun ömrü Allah İradəsinə tabe olur: Dində İnsan tam Şəxsiyyətsizləşir.
Haqq – Şəxsiyyət üzərində Ağalıqların bütün çeşidlərini rədd edir; Din – Haqqa qarşıdır – Şəxsiyyət haqqına qarşıdır; Dini Haqq – Haqsızlıqdır əslində.
Şərait səviyyəsində Şəxsiyyət haqqı olmur; Şəxsiyyət haqqı – Şəraiti ötür.
Hüquq – Şəraitdən kənarda Şəxsiyyət haqqı tanımır; bu səbəbdən də – əslində Şəxsiyyət haqqı tanımır.
Mühit səviyyəsində Şəxsiyyət haqqı olmur; Şəxsiyyət haqqı – Mühiti ötür.
Hüquq – Mühitdən kənarda Şəxsiyyət haqqı tanımır; bu səbəbdən də əslində Şəxsiyyət haqqı tanımır.
Hüquq səviyyəsində – Haqq olmur; Haqq Hüquqdan Artıqdır, Böyükdür, Yüksəkdir, – Hüquq üzərində Yüksələndir.
8. VƏTƏNDAŞLIQ HAQQI

Hüquqda Vətəndaşlıq – Cəmiyyətçilik ifadə eləyir, Yurdçuluq, Xalqçılıq ifadə eləmir: Yurdçuluq, Xalqçılıq – Cəmiyyətçilik deyil: Cəmiyyətçilər – Nisbidirlər, Keçicidirlər; Xalq, Yurd – Mütləqdir, Əbədidir: Quldarlıq Cəmiyyəti olur – Quldarlıq Xalqı, Yurdu olmur; Feodalçılıq Cəmiyyəti olur – Feodallıq Xalqı, Yurdu olmur; Kapitalist Cəmiyyəti olur – Kapitalist Xalqı, Yurdu olmur; Sosialist Cəmiyyəti olur – Sosialist Xalqı, Yurdu olmur. Hüquqda Vətəndaşlıq – Cəmiyyətdaşlıq, Dövlətdaşlıq olur əslində və Mahiyyətcə Xalqçılıqdan, Yurdçuluqdan ayrılır: Ağalıq – Xalqçılığa, Yurdçuluğa Ziddir; Nökərlik – Xalqçılığa, Yurdçuluğa Ziddir; Təbəqəlik – Xalqçılığa, Yurdçuluğa Ziddir; Hamılaşma – Xalqçılığa, Yurdçuluğa Ziddir; Özgələşmə – Xalqçılığa, Yurdçuluğa Ziddir.
Haqda – Vətəndaşlıq – Xalqçılıq, Yurdçuluq ifadə eləyir, bu səbəbdən də Ağalığa, Nökərliyə, Hamılaşmaya, Özgələşməyə qarşıdır.
Hüquq səviyyəsində Vətəndaşlıq haqqı – Nisbidir, çünki Ağalıq Dairəsində Haqdır; Təbəqəlik, Hamılaşma, Özgələşmə Dairəsində Haqqdır.
Hüquq səviyyəsində Söz haqqı – Ağalıq Dairəsində, Təbəqəlik, Hamılaşma, Özgələşmə Dairəsində Söz Haqqıdır; Mahiyyətcə Söz Haqının Yoxluğudur.
Hüquq səviyyəsində Fikir Haqqı – Ağalıq Dairəsində, Təbəqələşmə, Hamılaşma, Özgələşmə Dairəsində Fikir Haqqıdır; Mahiyyətcə Fikir Haqqının Yoxluğudur.
Hüquq səviyyəsində Etiqad Haqqı – Ağalıq Dairəsində, Təbəqələşmə, Hamılaşma, Özgələşmə Dairəsində Etiqad Haqqıdır; Mahiyyətcə Etiqad Haqqının Yoxluğudur.
Vətəndaşlıq Haqqı – Vətəndaşlıq Borcu tələb edir.
Hüquqda Vətəndaşlıq Borcu Ağalıq Dairəsində gerçəkləşir, bu səbəbdən də əslində Vətəndaşlıq haqqına qarşı olur: Cəmiyyət Nökərlik Borcu yaradır – Haqqa Zidd; Təbəqə Borcu yaradır, Hamılaşma, Özgələşmə Borcu yaradır – Haqqa Zidd.
Hüquqda Haqq ilə Borc arasında keçilməz sədd yaranır.
Haqq – Nökərlik borcunu, Təbəqələşmə, Hamılaşma, Özgələşmə Borcunu rədd edir; Xalqçılıq, Yurdçuluq Borcunu təsdiq edir; Haqq ilə Borc arasında Birlik yaranır; Haqq – Borc olur, Borc – Haqq.
Hüquq səviyyəsində Vətəndaşlıq – Cəmiyyətləşmək olur; Haqq səviyyəsində Özümləşən Xalq, Yurd – Xalqlaşan, Yurdlaşan Özümlük olur.
Cəmiyyətləşib Xalqa ziyan vermək olar; – əslində Xəlqi, Yurdçu cəmiyyət olmur, özümləşən Xalq, Yurd – Xalqlaşan, Yurdlaşan Özümlük – Cəmiyyət üzərində Yüksəlir.
Hüquqda Vətəndaşlıq Haqqı Şərait, Mühit, Zaman çərçivəsində həyata keçirilir; – Şərait çərçivəsində, Mühit çərçivəsində, Zaman çərçivəsində Haqq – Nisbi Haqdır, əslində Haqsızlıqdır: çünki Haqqın Varlığı onun Mütləqiliyindədir, Əbədiliyində, Kamilliyindədir; Nisbi Hüquq olur, ancaq Nisbi Haqq olmur; Keçici Hüquq olur, ancaq Keçici Haqq olmur; Qeyri-Kamil Hüquq olur, ancaq Qeyri-Kamil Haqq olmur; Dəyişkən Hüquq olur, ancaq Dəyişkən Haqq olmur.
Hüquq Şəraitə uyğunlaşır, Mühitə uyğunlaşır, Zamana uyğunlaşır; Haqq – Şəraiti, Mühiti, Zamanı ötür.
Din – Vətəndaşlıq Haqqı tanımır – Allah Haqqı tanıyır – Bəndə Borcu tanıyır. Dində Allah – Haqlıdır, Bəndə – Borclu; Allah – Hökmdardır, Bəndə – Rəiyyət; Dində İlahi Həyat – Mahiyyətcə İctimai Həyatdır: burada Vətəndaş Allah qarşısında Haqsızdır.
Hüquq – Vətəndaşlıq tanımır – Dövlətdaşlıq tanıyır; Din – Vətəndaşlıq tanımır – Allahdaşlıq tanıyır.
Haqq – Vətəndaşlıq tanıyır; yəni – Xalqçılıq, Yurdçuluq tanıyır.
9. HƏQİQƏT HAQQI

Hüquq – Həqiqət tanımır, çünki Gerçəklik səviyyəsində Həqiqət olmur – Cəmiyyət səviyyəsində Həqiqət olmur; Zaman səviyyəsində Həqiqət olmur; Şərait səviyyəsində Həqiqət olmur; Mühit səviyyəsində Həqiqət olmur; – Ötəri Həqiqət olmur, Keçici Həqiqət olmur, Nisbi Həqiqət olmur, Sonlu Həqiqət olmur, Qeyri-Kamil Həqiqət olmur; Əzəli Həqiqət olur, Əbədi Həqiqət olur, Mütləq Həqiqət olur, Sonsuz Həqiqət olur, Kamil Həqiqət olur.
Yalnız Mütləq olan Həqiqidir; Həqiqət Haqqı – əslində Mütləqilik Haqqıdır – Gerçəklikdən Üstün, Cəmiyyətdən Üstün, Zamandan Üstün, Şəraitdən Üstün, Mühitdən Üstün.
Hüquq – Gerçəklik səviyyəsində “Həqiqəti” qoruyur; – əslində Həqiqətsizliyi qoruyur; Zaman səviyyəsində “Həqiqəti” qoruyur, – əslində Həqiqətsizliyi qoruyur; Mühit səviyyəsində “Həqiqəti” qoruyur, – əslində Həqiqətsizliyi qoruyur; Şərait səviyyəsində “Həqiqəti” qoruyur, – əslində Həqiqətsizliyi qoruyur; Cəmiyyət səviyyəsində “Həqiqəti” qoruyur, – əslində Həqiqətsizliyi qoruyur.
Hüquq Ağalıq “Həqiqətini” qoruyur – Həqiqətsizliyi qoruyur; Nökərlik “Həqiqətini” qoruyur – Həqiqətsizliyi qoruyur; Təbəqə “Həqiqətini” qoruyur – Həqiqətsizliyi qoruyur; Hamılaşma “Həqiqətini” qoruyur – Həqiqətsizliyi qoruyur; Özgələşmə “Həqiqətini” qoruyur – Həqiqətsizliyi qoruyur.
Həqiqət Haqqı – Gerçəkliklə Ruhani Döyüş tələb edir; Hüquq – Gerçəkliyi qoruyur; – bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Həqiqət Haqqı – Cəmiyyətlə Ruhani Döyüş tələb edir; Hüquq – Cəmiyyəti qoruyur, bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Həqiqət Haqqı – Zamanla Ruhani Döyüş tələb edir; Hüquq – Zamanı qoruyur, bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Həqiqət Haqqı – Şəraitlə Ruhani Döyüş tələb edir; Hüquq – Şəraiti qoruyur, bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Həqiqət Haqqı – Mühitlə Ruhani Döyüş tələb edir; Hüquq – Mühiti qoruyur, bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Din Həqiqət Haqqı tanımır; Yalan Haqqı, Cəfəngiyyat Haqqı tanıyır; Cəfəngiyyata, Yalana İnam aşılayır – Həqiqətsiz İnamdır, Həqiqətsizliyə İnamdır.
Bu səbəbdən də Həqiqət Haqqı Dinə qarşıdır; Yalana qarşı, Cəfəngiyyata qarşı durmayan Həqiqət yoxdur.
Həqiqət Hüquq səviyyəsindəki Haqqa qarşıdır, yəni Haqsızlığa qarşıdır.
Həqiqət Haqqı – Mütləqilik Haqqıdır – Hüquqdan Üstün, Dinə Zidd.
Haqq özünü Həqiqətdə tapır; Hüquq Həqiqətə Yüksəlmir, bu səbəbdən də Haqqa çatmır.
Həqiqət Mütləq İnam Tələb eləyir; Hüquq – Nisbi İnamı qoruyur; bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Nisbi İnamda Yalan var; İnam Mahiyyətcə Yalana qarşıdır; bu səbəbdən də Nisbi İnam – İnamsızlıqdır əslində.
Həqiqət Mütləq İdrak Tələb eləyir; Hüquq – Nisbi İdrakı qoruyur; bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Nisbi İdrakda Yalan var; İdrak Mahiyyətcə Yalana qarşıdır; bu səbəbdən də Nisbi İdrak – İdraksızlıqdır əslində.
Həqiqət Mütləq Mənəviyyat Tələb eləyir; Hüquq – Nisbi Mənəviyyatı qoruyur; bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Nisbi Mənəviyyatda Yalan var; Mənəviyyat Mahiyyətcə Yalana qarşıdır; bu səbəbdən də Nisbi Mənəviyyat – Mənəviyyatsızlıqdır əslində.
Həqiqət Mütləq İradə Tələb eləyir; Hüquq – Nisbi İradəni qoruyur; bu səbəbdən də Həqiqətə qarşı çıxır.
Nisbi İradədə Yalan var; İradə Mahiyyətcə Yalana qarşıdır; bu səbəbdən də Nisbi İradə – İradəsizlikdir əslində.
Bu səbəbdən də Həqiqət Haqqı – Barışmazlıq Haqqı olur; Həqiqətin Gerçəkliklə, Zamanla, Şəraitlə, Mühitlə Barışmazlığı Haqqı olur.
Həqiqət – Haqq Ölçüsüdür.
Həqiqət Haqqı – Mütləqilik Tələbidir.

10. ƏDALƏT HAQQI

Hüquq – Ədalət tanımır, çünki Gerçəklik səviyyəsində Ədalət olmur; Cəmiyyət səviyyəsində Ədalət olmur; Zaman, Şərait, Mühit səviyyəsində Ədalət olmur; – Nisbi Ədalət olmur; Keçici, Ötəri, Sonlu, Qeyri-Kamil Ədalət olmur; Ağalıq-Nökərlik səviyyəsində, Təbəqələşmə, Hamılaşma, Özgələşmə səviyyəsində Ədalət olmur; Cəmiyyətçi Ədalət olmur; Şəraitçi, Zamançı, Mühitçi Ədalət olmur.
Zamanı, Şəraiti, Mühiti, Cəmiyyəti qoruyan Hüquq – əslində Ədalətsizdir.
Haqq – Ədaləti təsdiq edir – çünki Gerçəkliyi ötüb – Mənaya çatır; Nisbini ötüb – Mütləqə çatır; Ötərini ötüb – Əzəliyə çatır; Keçicini ötüb – Əbədiyə çatır; Sonlunu ötüb – Sonsuza çatır; Qeyri-Kamili ötüb – Kamilə çatır; Ağalığı-Nökərliyi, Təbəqələşməni, Hamılaşmanı, Özgələşməni rədd edir.
Ədalət – Haqq səviyyəsində Təsdiq olunur.
Hüquq Ədalət Haqqını elan edir; ancaq həyata keçirmir; əslində ona qarşı çıxır.
Ədalət – Mütləq Azadlıq deməkdir – Gerçəklikdə Mütləq Azadlıq yoxdur – Nisbi Azadlıq var; Nisbi Azadlıq – Əsarətdir – yəni ədalətsizlikdir əslində; bu səbəbdən də Ədalət Gerçəkliyi ötür – Gerçəkliyi qoruyan hüququ ötür.
Ədalət – Mütləq Bərabərlik deməkdir; Gerçəklikdə, Cəmiyyətdə, Zamanda, Şəraitdə, Mühitdə Mütləq Bərabərlik yoxdur – Nisbi Bərabərlik var; Nisbi Bərabərlik – Bərabərsizlikdir əslində; bu səbəbdən də Ədalət Gerçəkliyi ötür; Zamanı, Şəraiti, Mühiti, Cəmiyyəti ötür.
Ədalət – Mütləq Müstəqillik deməkdir; Gerçəklikdə, Cəmiyyətdə, Zamanda, Şəraitdə, Mühitdə Mütləq Müstəqillik yoxdur – Nisbi Müstəqillik var; Nisbi Müstəqillik – Asılılıqdır əslində; bu səbəbdən də Ədalət Gerçəkliyi ötür; Zamanı, Şəraiti, Mühiti, Cəmiyyəti ötür.
Ədalət – Mütləq Həqiqət deməkdir; Gerçəklikdə, Cəmiyyətdə, Zamanda, Şəraitdə, Mühitdə Mütləq Həqiqət yoxdur – Nisbi Həqiqət var; Nisbi Həqiqət – Həqiqətsizlikdir əslində; bu səbəbdən də Ədalət Gerçəkliyi ötür; Zamanı, Şəraiti, Mühiti, Cəmiyyəti ötür.
Ədalət – Mütləq Xeyir deməkdir; Gerçəklikdə, Cəmiyyətdə, Zamanda, Şəraitdə, Mühitdə Mütləq Xeyir olmur – Nisbi Xeyir olur; Nisbi Xeyir – Xeyirsizlikdir əslində; bu səbəbdən də Ədalət gerçəkliyi ötür; Zamanı, Şəraiti, Mühiti, Cəmiyyəti ötür.
Gerçəklik səviyyəsində – Zaman, Mühit, Şərait, Cəmiyyət səviyyəsində Haqq olmur – Hüquq olur; Haqq Hüququ ötür.
Ədalətli Cəmiyyət olmur; çünki Cəmiyyət Ədalətsizlik üzərində – Ağalıq, Nökərlik, Təbəqələşmə, Hamılaşma, Özgələşmə üzərində qurulub.
Ədalətli Hüquq olmur, çünki Hüquq – Cəmiyyəti qoruyur.
Ədalət – Mütləq İnama əsaslanır; bu səbəbdən Gerçəklik səviyyəsində İnama – Zaman, Şərait, Mühit, Cəmiyyət İnamına qarşıdır.
Hüquq – Gerçəkliyə, Cəmiyyətə, Zamana, Şəraitə, Mühitə uyğunlaşır; Ədalət onları ötür; bu səbəbdən də Ədalətli Hüquq olmur – Ədalətli Haqq olur.
Ədalət – Mütləq İdraka əsaslanır; bu səbəbdən də Gerçəklik səviyyəsində İdraka – Zaman, Şərait, Mühit, Cəmiyyət İdrakına qarşıdır.
Hüquq – Gerçəkliyə, Cəmiyyətə, Zamana, Şəraitə, Mühitə uyğunlaşır; Ədalət onları ötür.
Ədalət – Mütləq Mənəviyyata əsaslanır; bu səbəbdən də Gerçəklik səviyyəsində Mənəviyyata – Zaman, Şərait, Mühit, Cəmiyyət Mənəviyyatına qarşıdır.
Hüquq – Gerçəkliyə, Cəmiyyətə, Zamana, Şəraitə, Mühitə uyğunlaşır; Ədalət onları ötür.
Ədalət – Mütləq İradəyə əsaslanır; bu səbəbdən də Gerçəklik səviyyəsində İradəyə – Zaman, Şərait, Mühit, Cəmiyyət İradəsinə qarşıdır.
Hüquq – Gerçəkliyə, Cəmiyyətə, Zamana, Şəraitə, Mühitə uyğunlaşır; Ədalət onları ötür.
Ədalət – Gerçəkliklə, Cəmiyyətlə, Zamanla, Mühitlə, Şəraitlə Ruhani Döyüş Tələb edir;
Hüquq – onları qoruyur, bu səbəbdən də Ədalət hüquqa qarşı olur.
Ədalətli Hüquq olmur – Ədalətli Haqq olur.
Hüquq – Haqqa qədərki Ədalətdir, əslində Ədalətsizlikdir.
Hüquq – Ədaləti qorumur, Gerçəkliyi Ədalətdən qoruyur; Cəmiyyəti Ədalətdən qoruyur; Zamanı, Şəraiti, Mühiti Ədalətdən qoruyur.
Din – Ədalət tanımır, çünki Qismətçilik adlı Ədalət yoxdur – Ədalətsizlik var; Cənnətçilik adlı Ədalət yoxdur – Ədalətsizlik var; Cəhənnəmçilik adlı Ədalət yoxdur – Ədalətsizlik var; Yalan adlı Ədalət yoxdur – Ədalətsizlik var; Cəfəngiyyat adlı Ədalət yoxdur – Ədalətsizlik var.
Din İnsanı Alçaldır – Ədalət İnsanı Ucaldır.
Haqq – Gerçəklik, Cəmiyyət, Zaman, Mühit, Şərait, Hüquq, Din üzərində Ucalır.
11. XEYİR HAQQI

Hüquq – Xeyir tanımır – Fayda tanıyır, Qazanc tanıyır; yəni Gerçəklik səviyyəsində Xeyir tanıyır; Cəmiyyət səviyyəsində Xeyir tanıyır; Ağalıq səviyyəsində, Nökərlik səviyyəsində, Təbəqəlik səviyyəsində, Özgələşmə səviyyəsində, Hamılaşma səviyyəsində, Zaman, Şərait, Mühit səviyyəsində Xeyir tanıyır; Xeyirin qazancı – Xeyir özüdür; Nisbi Xeyir olmur, Keçici Xeyir olmur, Ötəri Xeyir olmur, Sonlu Xeyir olmur, Qeyri-Kamil Xeyir olmur – Mütləq Xeyir olur; bu səbəbdən də Xeyir – Gerçəkliyi ötür, Cəmiyyəti ötür, Şəraiti, Zamanı, Mühiti ötür; Hüquq – Gerçəkliyi qoruyur; Cəmiyyəti, Şəraiti, Zamanı, Mühiti qoruyur; – bu səbəbdən də Xeyirə qarşıdır Mahiyyətcə.
Haqq – Xeyiri qoruyur, yəni Xeyir Mütləqiliyini qoruyur, Xeyirin – Gerçəklikdən, Cəmiyyətdən, Şəraitdən Zamandan, Mühitdən Üstünlüyünü qoruyur; Xeyir Haqqı – Gerçəkliklə, Cəmiyyətlə, Şəraitlə, Mühitlə, Zamanla Ruhani Döyüş Haqqı olur.
Xeyir – İnsaniliyin Təsdiqi deməkdir – Gerçəklikdə İnsanilik Təsdiq olunmur – Adamlıq Təsdiq olunur; Cəmiyyətdə İnsanilik Təsdiq olunmur – Cəmiyyətçilik Təsdiq olunur – Ağalıq, Nökərlik, Təbəqələşmə, Özgələşmə Təsdiq olunur; Şəraitdə – Xeyir Təsdiq olunmur – Şəraitçilik Təsdiq olunur; Şəraitə uyğunlaşan Xeyir olmur – Qazanc olur, Fayda olur; Zamanda – Xeyir Təsdiq olunmur – Zamançılıq Təsdiq olunur; Zamana uyğunlaşan Xeyir olmur – Fayda olur, Qazanc olur; Mühitdə – Xeyir Təsdiq olunmur – Mühitçilik Təsdiq olunur; Mühitə uyğunlaşan Xeyir olmur – Fayda olur, Qazanc olur.
Hüquq Xeyiri qorumur – Gerçəkliyi qoruyur – Gerçəkliyi Xeyirdən qoruyur əslində – Zamanı, Mühiti, Şəraiti Xeyirdən qoruyur.
Hüquq – Xeyir Haqqı tanımır; Ağalıq Xeyiri – əslində Şərdir; Nökərlik Xeyiri – əslində Şərdir; Təbəqələşmə, Hamılaşma, Özgələşmə Xeyiri – əslində Şərdir; Gerçəklik Xeyirdən qazanc götürür; Cəmiyyət Xeyirdən qazanc götürür; Şərait, Mühit, Zaman Xeyirdən qazanc götürür; Xeyir – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə Mütləq Həqiqət, Mütləq Ədalət Birliyidir;
İnamın Qazancı – İnam Özüdür; İdrakın Qazancı – İdrak Özüdür; Mənəviyyatın Qazancı – Mənəviyyat Özüdür; İradənin Qazancı – İradə Özüdür; Ədalətin Qazancı – Ədalət Özüdür; Həqiqətin Qazancı – Həqiqət Özüdür.
İnam adlı Qazanc olmur – Xeyir olur; İdrak adlı Qazanc olmur – Xeyir olur; Mənəviyyat adlı Qazanc olmur – Xeyir olur; İradə adlı Qazanc olmur – Xeyir olur; Ədalət adlı Qazanc olmur – Xeyir olur; Həqiqət adlı Qazanc olmur – Xeyir olur.
Din – Xeyir tanımır – İnsanı Qul sayan Xeyir olmur – Şər olur; Cəhənnəmçilik, Cənnətçilik, Qismətçilik adlı Xeyir olmur – Şər olur; Xurafat adlı Xeyir olmur – Şər olur; Yalan adlı Xeyir olmur – Şər olur; Cəfəngiyyat adlı Xeyir olmur – Şər olur.
Hüquq – Şəri lənətləyir – aradan qaldırmır, çünki Şərsiz Gerçəklik olmur – Adamlıq olmur.
Hüquq – Gerçəkliyi qoruyur – Şəri qoruyur – Nisbini, Keçicini, Ötərini, Sonlunu, Qeyri-Kamili qoruyur; Şərsiz Cəmiyyət olmur; Hüquq Cəmiyyəti qoruyur; Ağalığı, Nökərliyi, Təbəqələşməni, Hamılaşmanı, Özgələşməni qoruyur – Şəri qoruyur; Şərsiz Şərait olmur, Mühit olmur, Zaman olmur – Hüquq Şəraiti, Mühiti, Zamanı qoruyur – Şəri qoruyur; Gerçəklikdə Yalansız, Xurafatsız, Cəfəngiyyatsız İnam olmur, İdrak olmur, Mənəviyyat olmur, İradə olmur – Hüquq Gerçəklik səviyyəsində İnamı qoruyur, İdrakı, Mənəviyyatı, İradəni qoruyur; Yalanı, Xurafatı, Cəfəngiyyatı qoruyur – Şəri qoruyur.
Haqq – Xeyiri Gerçəklikdən, Cəmiyyətdən, Şəraitdən, Mühitdən, Zamandan qoruyur.
Xeyir özü ən böyük Haqdır; Haqq – Xeyir vasitəsiylə özünü qoruyur əslində.
12. VİCDANÇILIQ

Haqq – İnamda yaşayır, İdrakda yaşayır, Mənəviyyatda yaşayır, İradədə yaşayır, Vicdanda yaşayır; – Haqla İnsan Birləşir; Haqq – İnsan demək olur; Haqsızlıq – Ölüm sayılır; İnsansızlıq – Həyatsızlıq – Haqsızlıq bilinir; İnsan Haqq səviyyəsində yaşayır: Ömrünü Haqq üstündə kökləyir, qurur; Haqq – İnsanın Suyu olur, Havası olur, Nəfəsi olur; Haqlaşan İnsan yaranır; Haqq – Varlıq demək olur; Haqsızlıq – Yoxluq; Haqq – Özümlük olur; İnsan – Haqq Birliyində Özgə hakimliyi rədd olunur; İnsanın Zahiri Qadağalara, Cəzalara ehtiyacı olmur.
Həyat Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Həyat haqqı demək olur.
Azadlıq Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Azadlıq Haqqı demək olur.
Bərabərlik Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Bərabərlik Haqqı demək olur.
Müstəqillik Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Müstəqillik Haqqı demək olur.
Mülkiyyət Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Mülkiyyət Haqqı demək olur.
Şəxsiyyət Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Şəxsiyyət Haqqı demək olur.
Vətəndaşlıq Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Vətəndaşlıq Haqqı demək olur.
Həqiqət Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Həqiqət Haqqı demək olur.
Ədalət Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Ədalət Haqqı demək olur.
Xeyir Haqqı – Vicdan Haqqı olur – yəni İnsanla Bir olur – İnsan elə Xeyir Haqqı demək olur.
Gerçəklikdə Təsdiq olunmayan Haqq – İnsanda Təsdiq olunur, çünki İnsan Gerçəklikdən Üstündür; özündə Mütləq gəzdirəndir; Cəmiyyətdə Təsdiq olunmayan Haqq – İnsanda Təsdiq olunur, çünki İnsan Gerçəklikdən Üstündür, özündə Mütləq gəzdirəndir; Vicdan – Ağalığı İnsanın Daxilindən silməyə qadirdir; Nökərliyi İnsanın Daxilindən silməyə qadirdir; Təbəqələşməni İnsanın Daxilindən silməyə qadirdir; Hamılaşmanı İnsanın Daxilindən silməyə qadirdir; Özgələşməni İnsanın Daxilindən silməyə qadirdir. Şəraitdə Təsdiq olunmayan Haqq İnsanda Təsdiq olunur, çünki İnsan Şəraitdən Üstündür; Zamanda Təsdiq olunmayan Haqq İnsanda Təsdiq olunur, çünki İnsan Zamandan Üstündür; Mühitdə Təsdiq olunmayan Haqq İnsanda Təsdiq olunur, çünki İnsan Mühitdən Üstündür.
Vicdanda Haqq Evi – İnsanın Daxili Dünyasıdır; İnsanı Daxili Dünya idarə edir; İnam, İdrak, Mənəviyyat, İradə Haqsızlığa qarşı Birləşir; – yəni Haqq İnsanla Birləşir – Haqsızlığa qarşı.
Vicdan – Dinə qarşıdır, çünki Qismətçiliyə qarşıdır; Qismətçilik – İnsandakı Mütləqiliyin inkarıdır; Din – İnamın inkarıdır; Yalan – Həqiqətin inkarıdır; Cəfəngiyyat – İdrakın inkarıdır; Cənnətçilik, Cəhənnəmçilik – Ləyaqətin inkarıdır.
Haqqın Məkanı – İnsanilikdir; Dinin Məkanı – İnsansızlıq.
Haqla İnsan Birləşəndə – Vicdançılıq Yaranır.
13. MƏQSƏD

Hüququn Haqla əvəz olunması:
İnsanların Hüququ ötüb – Haqqa çatması.
 
  Bugün 2 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol