Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Dünyadan Üstün
 
I. Dünya Əksikliyi

Dünya İnsanilik üstə Qurulmayıb – bu səbəbdən də Əksikdir.
Dünya İnam üstə Qurulmayıb – bu səbəbdən də Əksikdir.
Dünya İdrak üstə Qurulmayıb – bu səbəbdən də Əksikdir.
Dünya Mənəviyyat üstə Qurulmayıb – bu səbəbdən də Əksikdir.
Dünya İradə üstə Qurulmayıb – bu səbəbdən də Əksikdir.
İnsanın yaratdığı Dünya – İnsaniliyə yaramayıb.
Dünya İnsanilikdən əksik olub, – O, Özündən Üstün olmalıdır ki, İnsaniliyə Yarasın.
2. Xalq – Cəmiyyət

Cəmiyyəti Xalqın ayağına bağlayırlar.
Əslində Cəmiyyət xalqdan özünə ayaq düzəldib.
Xalq cəmiyyəti olmur – Xalq üstü cəmiyyət olur.
Ağalıq cəmiyyəti olur.
Nökərlik cəmiyyəti olur.
Təbəqə cəmiyyəti olur.
Özgəçilik cəmiyyəti olur.
Cəmiyyət Birlik yaratmır əslində – Yadlıq yaradır.
Ağalıq Yadlığı Yaradır.
Nökərlik Yadlığı Yaradır.
Təbəqə Yadlığı Yaradır.
Cəmiyyət – Özgəçilik Cəmi yaradır, – Birliyə Yad.
Cəmiyyət – İnsanları Birləşdirmir – Cəmləşdirir.
Yadlar cəmliyində – Birlik olmur.
Cəmiyyət adlı Dünyanı Yaradan İnsan – cəmiyyətdə əksilir.
Cəmiyyətdən Üstün olmaq Tələbi yaranır; – Dünyadan Üstün Dünya Tələbi yaranır.
Cəmiyyət Xalqa Yaramır; – Cəmlik Xalqa Yaramır, – Xalqa Birlik Yarayır – cəmiyyətdən Üstün.
3. Xidmət – Hakimiyyət

Hakimiyyəti Xalqa Xidmət sayırlar.
Əslində isə Hakimlik – özünə xidmətdir – xudbinlik əməlidir...
Hakimlik – xalq üzərində Ağalıqdır, xalqın Ağaya xidmətçiliyidir.
Ağalıq xidməti – xalq xidmətçiliyidir.
Hakimiyyət – xalq adından xalq üzərində Ağalıqdır – Ağalıq “xidmətidir”.
Hakimiyyət xidmətindən Nökərlik yaranır.
Nökər Ağaya xidmət eləyir və buna hakimiyyət xidməti deyirlər.
Hakimiyyətə Nökərlik xidməti göstərilir və bunu hakimiyyət xidməti sayırlar.
Hakimiyyətçilik – Ağalıqdır, ancaq bunu Fədakarlıq kimi qələmə verirlər.
Hakimiyyət – xidmət sayılanda – Nökərlik də Fədakarlıq sayılar.
Hakimiyyət – Nökərlik Tələbidir – Nökərlik “xidməti” – Tələbidir, Nökərlik “Xidməti”nin Təsdiqidir.
Hakimiyyət “xidməti” – Nökərlik “Xidməti” Yaradır.
Zaman keçdikcə Nökərliyin Biçimi dəyişir, ancaq Mahiyyəti Dəyişmir; o, Ağalığa xidmət olaraq qalır.
Zaman keçdikcə, Ağalığın Biçimi dəyişir, ancaq Mahiyyəti Dəyişmir; o Nökərlərin xidmətçiliyi olaraq qalır.
Hakimiyyət – xidmət deyil – xidmətçiliyə sahib olmaqdır.
Hakimiyyətçilik “xidmətindən” Təbəqəçilik yaranır.
Təbəqəçilik “xidməti” Adamları bir-birinə qarşı çevirir.
“Xidmət” Şər Yaradır; Adamlara Ziyançılıq “xidməti” göstərir;
Hakimiyyət Yadlaşmağa xidmət edir.
Yadlaşma İnsaniliyə qarşıdır.
Hakimiyyət İnsaniliyə Yaramır.
Hakimiyyəti Xidmətlə əvəz etmək gərək, – Xidmət – Fədakarlıq Tələb eləyir – Fədakarlığa Yetmək gərək.
4. Siyasət – Əxlaq

Siyasətin Əxlaqı Mənfəətdir...
Siyasət Mənfəətdən başqa Əxlaq tanımır.
Siyasət Mənfəət naminə bütün Əxlaqsız Vasitələrdən istifadə edir.
Siyasət – Oyundur; onun Məqsədi Udmaqdır.
Udmağa gərək olan nə varsa – Siyasətdə Əxlaqlı sayılır.
Siyasi “Əxlaq” – xüsusi Əxlaqdır;
Burada Xeyir – Mənfəətə bərabərdir.
Ədalət – Mənfəətə bərabərdir.
Həqiqət – Mənfəətə bərabərdir.
Siyasi “Mərifət” – xüsusi Mərifətdir.
Burada Mərifət Fürsətə bərabərdir.
Fürsəti əldən vermək – Mərifətsizlik sayılır.
Siyasət – Mənfəətə həsr olunan Oyundur.
Əxlaqa Zidd olanın Əxlaqlı görünməsidir.
Yalanın Həqiqət bilinməsidir.
Xudbinliyin Fədakarlıq bilinməsidir.
Riyakarlıq “məharətidir”.
Riyakar olmayan siyasətçi – sadəlövh sayılır.
“Siyasi Dostluq” – xüsusi “Dostluqdur”.
Mənfəətli, Təmənnalı Dostluqdur, – Dostluq Oyunudur; Dostluq vasitəsiylə Rəqibə qalib gəlmək üsuludur.
“Siyasi Məhəbbət” – xüsusi “Məhəbbətdir”, Mənfəətli Məhəbbətdir, – Məhəbbət Oyunudur; – Məhəbbət vasitəsiylə Rəqibə qalib gəlmək üsuludur.
“Siyasi Sədaqət” – xüsusi “Sədaqətdir”, Mənfəətli Sədaqətdir, – Sədaqət Oyunudur; – Sədaqət vasitəsiylə Rəqibə qalib gəlmək üsuludur.
“Siyasi Ləyaqət” – xüsusi “Ləyaqətdir”, Mənfəətli Ləyaqətdir, – Ləyaqət Oyunudur; – Ləyaqət vasitəsiylə Rəqibə qalib gəlmək üsuludur.
Siyasət – Rəsmiləşmiş Əxlaqsızlıqdır əslində.
Bəşər Siyasətə qapılıb, qatılıb.
Siyasət – Bəşəri pozur.
Siyasəti Ruhanilik əvəz etməlidir; Bəşər indiki səviyyəsindən Üstün olmalıdır – Sabahkı Dünya indiki Dünyadan Üstün olmalıdır.
5. Bəşər – Millət

Bəşəri yaşadan – Millətlərdir.
Bəşəri millətlərə qarşı qoyurlar.
Millətlərin bir-birinə qovuşması adıyla, Vahid Ümumbəşəri Dövlət adıyla – millətlərdən “azad olmaq” istəyirlər.
Milliliyi əksiltməklə Ümumbəşəriliyi zənginləşdirmək istəyirlər.
Əslində Bəşərin Zənginləşməsi, Yüksəlməsi – Millətlərin Zənginləşməsi, Yüksəlməsiylə bağlıdır.
Millət əksiləndə – Bəşər də Əksilir.
Millət Yüksəlirsə – Bəşər də Yüksəlir.
Millətlərdən Təcrid olunmuş Bəşər – Ölü Bəşərdir.

Beynəlmiləlçiliyi milliliyə qarşı qoyurlar.
Beynəlmiləlçiliyin Birinciliyindən – Milliliyin İkinciliyindən danışırlar.
Əslində Beynəlmiləlçilik – Millətlər Birliyi ideyasıdır.
Millətlər olmasa – Beynəlmiləlçilik olmaz.

Millətçiliyi lənətləyirlər, onu Zəbtçiliklə, Fəthçiliklə eyniləşdirirlər.
Əslində Millətçilik – Milləti Ali Dəyər saymaqdır.
Milləti Ali Dəyər saymaq – onu Bəşərə qarşı qoymaq deyil, Bəşərin Təməlini Ali Dəyər saymaqdır.
Bəşərin Təməli – Millətdir.
Bəşər – Millətlərin Birliyidir.

Birlik – Müxtəliflikdən Yaranır.
Müxtəlifsiz Birlik həvəsi yaşayır Dünyada.
Millətsiz Bəşər Yalanı yaşayır Dünyada.
“Dünya Vətənliyi” hədyanı yaşayır Dünyada; Kosmopolitizmi Dirildirlər; – Dünyanı Təməlindən Ayırırlar – Dünyaçılıq adıyla Vətənsizlik yaradırlar.

Bütün Bəşər bir Dövlətdə, bir Millətdə Birləşəcək deyirlər.
Bəşərə Ölüm Sabahı cızırlar.
Bəşərin Sabahı Bu gündən Üstün olmalıdır – Yüksələn Millətlər Bəşəri Yüksəltməlidir.
6. Mədəniyyət – Mənəviyyat

Mədəniyyət – Yüksək Bilik yaratdı, Yüksək Sənət yaratdı, Yüksək Maddiyyat yaratdı, Yüksək Varidat yaratdı, – Yüksək Mənəviyyat yaratmadı.
Vicdana Yetmədi
Təmənnasızlığa Yetmədi.
Fədakarlığa Yetmədi.
Mütləq İnama Yetmədi.
Mütləq İdraka Yetmədi.
Mütləq İradəyə Yetmədi.

Mədəniyyət – Sünilik yaratdı.
Süni Ünsiyyət yarandı.
Süni Səmimiyyət yarandı.
Duyğu Oyunu yarandı.
Davranış Oyunu yarandı.
Zahiri Daxilini Üstələdi.
Biçim Məzmunu Üstələdi.

Mədəniyyəti Mənəviyyata Yüksəltmək gərək – Mədəni Adamdan – Mənəvi İnsan Yetirmək gərək.
7. Pozğunluq – Qayda

Cəmiyyətin yaratdığı Qayda – əslində Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Ağalıq – Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Nökərlik – Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Təbəqəlik – Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Yadlaşma – Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Cəmiyyət Qaydalarında İnam Pozulur, İdrak Pozulur, Mənəviyyat Pozulur, İradə Pozulur.

Hakimiyyətin yaratdığı Qayda Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Hakimiyyətdə İnam Pozulur, İdrak Pozulur, Mənəviyyat Pozulur, İradə Pozulur.
Siyasətin yaratdığı Qayda Pozğunluqdur – İnsaniliyin Pozulmasıdır.
Siyasətdə İnam Pozulur, İdrak Pozulur, Mənəviyyat Pozulur, İradə Pozulur.
Cəmiyyət İnamında – İnam Pozulur – Pozğun İnam Yaranır.
Cəmiyyət İdrakında – İdrak Pozulur – Pozğun İdrak Yaranır.
Cəmiyyət Mənəviyyatında – Mənəviyyat Pozulur – Pozğun Mənəviyyat Yaranır.
Cəmiyyət İradəsində – İradə Pozulur – Pozğun İradə Yaranır.
Hakimiyyət İnamında – İnam pozulur – Pozğun İnam Yaranır.
Hakimiyyət İdrakında – İdrak Pozulur – Pozğun İdrak Yaranır.
Hakimiyyət Mənəviyyatında – Mənəviyyat Pozulur – Pozğun Mənəviyyat Yaranır.
Hakimiyyət İradəsində – İradə Pozulur – Pozğun İradə Yaranır.
Siyasət İnamında – İnam Pozulur – Pozğun İnam Yaranır.
Siyasət İdrakında – İdrak Pozulur – Pozğun İdrak Yaranır.
Siyasət Mənəviyyatında – Mənəviyyat Pozulur – Pozğun Mənəviyyat Yaranır.
Siyasət İradəsində – İradə Pozulur – Pozğun İradə Yaranır.

Cəmiyyətdən Üstün Qayda gərək – İnsaniliyə Yarayan – İnam üstə Yaradılan, İdrak üstə Yaradılan, Mənəviyyat üstə Yaradılan, İradə üstə Yaradılan – Hakimiyyətdən Üstün olan, Siyasətdən Üstün olan.
İnsanilik Qaydası gərək Dünyaya.
8. Demokratiya – Diktatura

Demokratiya – Qapalı Diktaturadır, Diktator Məzmununun Demokratiya Biçimində Qorunmasıdır.
Demokratiya Ağalığı Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir – Yaşadır.
Xalq Hakimiyyəti Ağalığı “xəlqiləşdirir”.
Demokratiya Təbəqəliyi Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir – Yaşadır.
Demokratiya Nökərçiliyi Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir – Yaşadır.
Demokratiya Yadlaşmanı Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir – Yaşadır.
Diktatura – Xalqı əzir, Demokratiya – Xalqı oynadır; Xalqı oynatmaq – Xalqı əzmək Üsulu olur əslində.
Xalq Parlamentə özünə Ağalar seçir; Xalq nümayəndələri – Xalq Ağaları olur.
Parlament – Demokratik Ağalar Yığnağıdır, – Ağalığın Demokratik Biçimidir.
“Xalq Hakimiyyəti” – xalq üzərində hakimiyyətdir.
Bazar İqtisadiyyatı Xalq üzərində Bazar Ağalığıdır.
Söz Azadlığı – Demokratik Ağalığı qoruyur – əslində Əsarəti qoruyur.
Demokratiya – Əsarətə yarayan Azadlıq Oyunudur.
Demokratik İnam – Ağalığa İnamdır, Nökərliyə İnamdır, Təbəqəçiliyə İnamdır, Yadlaşmaya İnamdır.
Demokratik İdrak – Yalanın Həqiqət Biçimində Təlqinidir.
Demokratik Mənəviyyat – Mənəviyyatsızlığın Mənəviyyat Biçimində Təlqinidir.
Demokratik İradə – Xalqı İradəsizləşdirmə Səyidir.
Demokratik Haqlar – Haqq Oyunundan başqa bir şey deyil.
Demokratiya əslində bircə haqq tanıyır: Maddi Bərabərsizlik Haqqı.
Bəşərə Xəlqi Birlik gərək – Demokratiyadan Üstün olan, Diktaturanı ləğv edən – İnsaniliyə xidmət edən.
9. Kütləvilik – Fərdilik

Kütləviliyi – Cəmiyyət Yaradır.
Ağalığa Kütləvilik gərəkdir.
Nökərliyə Kütləvilik gərəkdir.
Təbəqəliyə Kütləvilik gərəkdir.
Yadlaşmaya Kütləvilik gərəkdir.
İnamçılıq əvəzinə – Dinçilik.
İdrakçılıq əvəzinə – Cəfəngiyyatçılıq.
Mənəviyyatçılıq əvəzinə – Xurafatçılıq.
İradəçilik əvəzinə – İtaətçilik.
Kütləvilikdə Fərdilik itir.
Özünəməxsusluq, Bənzərsizlik itir.
Kütləvilik – Fərdsizlik Cəmidir.
Cəmiyyət – Fərdə qarşıdır, özünəməxsusluğa qarşıdır.
Xalq – Fərdlər Birliyidir.
Cəmiyyət – Xalqa qarşıdır.
Onun Məqsədi – Xalqı Kütləviləşdirməkdir, Xalqdan Kütlə yaratmaqdır.
Cəmiyyət Xalqdan Kütlə Yaratdı ki, Yaşasın.
Kütləvilik – Xalqın Cəmiyyətləşmə Halıdır, – onun Fərddən Ayrılması, özümlüyünü itirməsi halıdır.
Fərdlər Birliyi olan Xalq – Kütlədə özünü itirir.
Xalqla Cəmiyyət arasında Ziddiyyət Yaranır.
Xalq Fərdlərə əsaslanır, cəmiyyət Kütləyə.
Xalqı Kütləylə Eyniləşdirirlər – onu cəmiyyətləşdirirlər.
Əslində isə Cəmiyyət – Xəlqilik qarşısında Maniədir.
Xalq cəmiyyətdə özünü natam ifadə edir, cəmiyyət xalqın özünüifadəsinə mane olur, onu kütləviləşmə halına salır.
Cəmiyyət – xalqı rəiyyətləşdirir.
Rəiyyət – Xalq deyil – Kütlədir.
Məqsəd – Xalqı kütləvilik halından çıxarmaqdır, onu Fərdsizlik Bəlasından qurtarmaqdır, cəmiyyətdən Üstün olan Fərdlər Birliyini Təsdiq etməkdir.
10. Vətən – Qurum

Vətəni İctimai Qurumla eyniləşdirirlər – Yalan Yaradırlar.
Quldarlıq Vətəni olmur.
Feodallıq Vətəni olmur.
Kapitalist Vətəni olmur.
Sosialist Vətəni uydurmuşdular – Yaramadı.
Vətən – Müqəddəsləşən Yurddur.
Müqəddəs Quldarlıq olmur.
Müqəddəs Feodalçılıq olmur.
Müqəddəs Kapitalizm olmur.
Müqəddəs Sosializm Uydurmuşdular – Yaramadı.
Vətəndaşı Qurumdaşla eyniləşdirirlər – Vətənsevər – Qurumsevər olmur.
Quldarlıq sevən olmur.
Feodallıq sevən olmur.
Kapitalizm sevən olmur.
Sosializm sevənlər Yaranmışdı – Yaramadı.
Vətən – İnsaniliyin ifadəsidir.
Qurum – İnsaniliyi ifadə etmir.
– İnam ifadə eləmir.
– İdrak ifadə eləmir.
– Mənəviyyat ifadə eləmir.
– İradə ifadə eləmir.
Qurum ötəridir, Vətən – Əzəli.
Qurum keçicidir, Vətən – Əbədi.
Qurum sonludur, Vətən – Sonsuz.
Qurum qeyri-kamildir, Vətən – Kamil.
Vətən – Qurumdan Üstündür;
Vətəndaşlıq – Qurumdan Üstünlükdür;
Vətənsevərlik – Qurumdan Üstün olanı sevməkdir.
11. İdarəçilik – Rəiyyətçilik

İdarəçilik – Adamlardan Rəiyyət yaradır.
Rəiyyət – özünə sahib olmur; Rəiyyətə İdarəçilər sahib olurlar.
İdarəçilər – Rəiyyət İnamına sahib olurlar.
Rəiyyət İdrakına sahib olurlar.
Rəiyyət Mənəviyyatına sahib olurlar.
Rəiyyət İradəsinə sahib olurlar.
İdarəçilik – Rəiyyətin özünüidarə səlahiyyətini əlindən alır.
Rəiyyət – özünəməxsusluğunu itirir – o, əslində İdarəçiyə məxsus olur.
İdarəçilər Rəiyyətin özünəməxsusluğunu mənimsəyirlər.
İdarəçilər özümlüyü – Rəiyyət özümsüzlüyündən yaranır.
Rəiyyəti idarə edənlər – Rəiyyəti özümsüzləşdirirlər.
İdarəçilər Rəiyyəti özümsüzləşdirdikləri dərəcədə idarə edirlər.
İdarəetmə – özümsüzləşdirmə demək olur əslində.
Özümlüyü mənimsəyənlər və özümsüzləşənlər Təzadı yaranır – İnsaniliyə Zidd.
Rəiyyətçilikdən azad olmaq Tələbi yaranır: – İdarəçiliyin – özünüidarəylə əvəz olunması Tələbi yaranır – İnsaniliyə Uyğun.
12. Həyatçılıq – İdealçılıq

İdealdan Ayrılmış – Həyat yaradırlar.
Həyatdan Ayrılmış – İdeal Yaradırlar.
Həyatı İdealsızlaşdırırlar – İdealı Həyatsızlaşdırırlar.
Təzahürü Mahiyyətsizləşdirirlər Həyatçılar.
Hadisəni Mənasızlaşdırırlar.
Nisbi Xeyirə tapınırlar – Şərləşirlər.
Nisbi Ədalətə tapınırlar – Ədalətsizləşirlər.
Nisbi Həqiqətə tapınırlar – Yalanlaşırlar.
Nisbi İnama tapınırlar – İnamsızlaşırlar.
Nisbi İdraka tapınırlar – İdraksızlaşırlar.
Nisbi Mənəviyyata tapınırlar – Mənəviyyatsızlaşırlar.
Nisbi İradəyə tapınırlar – İradəsizləşirlər.
Mahiyyəti Təzahürləşdirirlər İdealçılar.
Mənanı Hadisəsizləşdirirlər.
Xeyiri gerçəklikdən Ayırırlar.
Həqiqəti gerçəklikdən Ayırırlar.
Ədaləti gerçəklikdən Ayırırlar.
İnamı gerçəklikdən Ayırırlar.
İdrakı gerçəklikdən Ayırırlar.
Mənəviyyatı gerçəklikdən Ayırırlar.
İradəni gerçəklikdən Ayırırlar.
Gerçəksizləşirlər.
Həyatçılıq və İdealçılıq Təzadından Ayrılmaq gərək, İdeallaşan Həyat və Həyatlaşan İdeal Üstünlüyünə çatmaq gərək.
13. Opportunizm – Avantürizm

Opportunizm – Gerçəkliyə Uyğunlaşır, – Avantürizm gerçəkliyi nəzərə almır.
Gerçəkliyə Uyğunlaşmaq – Gerçəklik Ağalığını qəbul etməkdir.
Gerçəkliyi nəzərə almamaq – Gerçəklik üzərində İnsanın Ağalıq cəhdidir – əslində.
Opportunist – gerçəkliyə qapılır;
Avantyurist – gerçəklik tanımır;
Opportunizmdə – gerçəklik İnsanın Ağası olur.
Avantürizmdə – İnsan gerçəkliyin Ağası olmaq istəyir.
Həm Opportunizm, həm Avantürizm – İnsansızlıqdır əslində.
Opportunizm – İnsana inanmır; Avantürizm – gerçəkliyə.
Hər ikisində Əksiklik Təsdiq olunur, Üstünlük Təsdiq olunmur.
Opportunizm – İnsanı əksildir, Avantürizm – gerçəkliyi.
Opportunizm İnsanı gerçəkliyin ayağına bağlayır – Avantürizm Gerçəkliyi İnsanın ayağına bağlayır.
Hər ikisində İnsan – gerçəklikdən Üstün olmaq əvəzinə – gerçəklikdən əksik olur.
Opportunizmdə Gerçəklik İnsanı əksildir, Avantürizmdə İnsan gerçəkliyi.
Avantyurist Üstünlüyü – əslində Yalançı Üstünlükdür – mahiyyətcə Əksiklikdir; gerçəkliyi nəzərə almamaq – gerçəklikdən Üstün olmaq deyil – gerçəklikdən əksik olmaqdır.
Opportunizm gerçəkliyi İnsaniliyə Yüksəltmək əvəzinə – İnsanı gerçəkliyə əksildir.
Avantürizm – gerçəkliyi İnsaniliyə Yüksəltmir, onu rədd edir; gerçəkliyi rədd etməklə – İnsan Yüksəlmir – əksilir.
Opportunist – gerçəklik naminə İnsanı əksildir, – Avantyurist – İnsan naminə gerçəkliyi.
Hər ikisində həm gerçəklik əksilir, həm İnsan.
Opportunizm əslində İnsansız Gerçəklik yaradır – həm gerçəkliyi, həm də İnsanı əksildir.
Avantürizm – gerçəkliksiz İnsan yaradır – həm gerçəkliyi, həm də İnsanı əksildir.
Bəşər Opportunizmlə Avantürizm arasında qalıb – bu səbəbdən də gerçəklikdən Üstün ola bilmir.
Gerçəklikdən Üstün olmaq üçün – həm Opportunizmi, həm də Avantürizmi aradan qaldırmaq gəgərk, Gerçəkliyi İnsaniliyə yüksəltmək gərək, İnsan üzərində Gerçəklik Ağalığını, Gerçəklik üzərində İnsan Ağalığını rədd etmək gərək; İnsaniliyə Yetən gerçəklik, Gerçəkliyi İnsaniliyə Yetirən İnsan yaratmaq gərək.
14. Əməl – Qiymət

Əməlin Qiyməti – Əməlin Daxilindədir.
Əməli Xaricdən Qiymətləndirirlər – Mükafatlandırırlar, Təltifləndirirlər.
Şöhrətçilik – Əməlçiliyi üstələyir.
Özgəçilik Özümlüyü üstələyir.
Mükafat üçün Əməl həvəsi hakim olur Adamlara.
Təltif üçün Əməl həvəsi hakim olur Adamlara.
Əməl – Zahiriləşir.
İnam – Zahiriləşir.
Mükafata, Təltifə həsr olunan İnam yaranır.
Mükafat ölçüsünə, Təltif ölçüsünə sığan əksik İnam yaranır.
Mükafata, Təltifə həsr olunan İdrak yaranır.
Təltif ölçüsünə, Mükafat ölçüsünə sığan əksik İdrak yaranır.
Mükafata, Təltifə həsr olunan Mənəviyyat yaranır.
Mükafat ölçüsünə, Təltif ölçüsünə sığan əksik Mənəviyyat yaranır.
Mükafata, Təltifə həsr olunan İradə yaranır.
Mükafat ölçüsünə, Təltif ölçüsünə sığan əksik İradə yaranır.
Mükafatçılıq Əməlçiliyi əksildir.
Əməl Vasitəyə çevrilir – Mükafat Məqsədə.
Daxili – Vasitəyə çevrilir, Zahiri – Məqsədə.
Mükafata həsr olunan Ədalət yaranır.
Mükafata həsr olunan Həqiqət yaranır.
Mükafata həsr olunan Xeyir yaranır.
Mükafatçılar – Mükafatdan böyük Ədalət tanımırlar.
Mükafatdan böyük Həqiqət tanımırlar.
Mükafatdan böyük Xeyir tanımırlar.
Əməl – Mükafatdan asılı olur.
Mahiyyət Təzahürdən asılı olur.
Məna Hadisədən asılı olur.
Qiymət – Əməli əksildir.
Mükafatçılıqda Əksilən Əməli – Əməlçiliyə Yüksəltmək gərək, – Əməli Yüksəltmək gərək.
15. Ailə – Ailəsizlik

Adamların çoxu Ailə qurur, həm də Adamların çoxu Ailəsizdir.
Çünki Ailə – cəmiyyəti Təqlid edir.
Çünki Ailədə çox vaxt Atalıq əvəzinə Ağalıq Təsdiq olunur; – Analıq əvəzinə Xanımlıq Təsdiq olunur.
Ata Evdə Ağalıq eləyir; Qadının, Evladın Ağası olmağa can atır.
Ailədə çox vaxt Xanımlıq Analığı əvəz eləyir; Qadın Ərinin, Evladının Xanımı olmağa can atır.
Ağalıq, Xanımlıq Ailəyə Yadlıq gətirir.
Ağalıq, Xanımlıq artdıqca – Ailədə Doğmalıq azalır.
Doğmalıq azaldıqca Evdə münaqişə artır.
Evladlar Valideynlərin “Ağa–Xanım” Halında böyüyürlər, həmin halı mənimsəyirlər. Ailədə “Ağa–Xanım” ənənəsi yaranır – Nəsildən Nəsilə keçən.
Ailə Adamları cəmiyyətdən qoruya bilmir – cəmiyyət münasibətləri Ailəyə daxil olur; cəmiyyət halı Ailə Həyatını müəyyən edir.
Ailəlilər – Ailəsizləşirlər.
Doğmalar – Yadlaşırlar.
Gərək Ailə – Özümləşsin, cəmiyyətə bənzəməsin – Atalıq Ağalıqdan Ayrılsın, Analıq Xanımlıqdan, Evlad – Rəiyyətçilikdən – İnsaniliyə Yarayan, İnsaniliyi Yaşadan Doğmalıq Yaransın.
16. Dəyişkənlik – Dəyişməzlik

Cəmiyyət daim dəyişir, ancaq Ağalıq Dəyişməz qalır.
Ağalığın Biçimi Dəyişir – Mahiyyəti Dəyişmir.
Cəmiyyət Mahiyyətcə Dəyişməz qalır.
Cəmiyyət daim Dəyişir, ancaq Nökərlik Dəyişməz qalır.
Nökərliyin Biçimi Dəyişir – Mahiyyəti Dəyişmir.
Cəmiyyət Mahiyyətcə Dəyişməz qalır.
Cəmiyyət daim Dəyişir, ancaq Təbəqəlik Dəyişməz qalır.
Təbəqəliyin Biçimi Dəyişir – Mahiyyəti Dəyişmir.
Cəmiyyət Mahiyyətcə Dəyişməz qalır.
Cəmiyyət daim Dəyişir, ancaq Yadlaşma Dəyişməz qalır.
Ydlaşmanın Biçimi Dəyişir – Mahiyyəti Dəyişmir.
Cəmiyyət Mahiyyətcə Dəyişmir.
Çünki Adam İnsaniliyə çatmır.
İnama çatmır.
İdraka çatmır.
Mənəviyyata çatmır.
İradəyə çatmır.
İnsan Dəyişməsə – Dünya Dəyişməz.
İnsan Ağalığı Daxilindən silməsə – Ağalıq Dünyadan silinməz.
İnsan Nökərliyi Daxilindən silməsə – Ağalıq Dünyadan silinməz.
İnsan Təbəqəliyi Daxilindən silməsə – Ağalıq Dünyadan silinməz.
İnsan Yadlaşmanı Daxilindən silməsə – Ağalıq Dünyadan silinməz.
Adamdan Üstün olan İnsan Yaranmalıdır ki, cəmiyyətdən Üstün olan Xəlqi Birlik Yaransın.
17. Maddiyyatçılıq – Təbiət

Maddiyyatçılıq – İnsanın Təbiət üzərində Ağalığını yaradır – İnsan Təbiətin Yağısına çevrilir.
Maddiyyatçılıq Təbiətə Ölüm Təhlükəsi gətirir – Təbiətin ölümü İnsanın ölümü deməkdir – əslində.
Maddiyyatçılıq İnsanın Təbiətə məhəbbətinin qarşısına sədd çəkir.
İnsanın Təbiətə qarşı Yırtıcılığı Aşkarlanır.
Təbiət üzərində Ağalıq – İnsanı Təbiətsiz Qalmaq Fəlakətiylə üzləşdirir.
İnsan Zənginləşdikcə – Yoxsullaşır.
Madddiyyatçılıq artdıqca – Təbiət əksilir – Təbiətə İdraklı münasibət, Mənəvi münasibət azalır; Zorakı İradə – İradəsizlik yaradır; – Təbiəti Dağıtmaq əslində İradəsizlikdir.
Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etmək gərək; Təbiətə Münasibətdə İnsaniliyə çatmaq gərək, İnsan-Təbiət Birliyinə Yüksəlmək gərək.
18. Biliksizlik – Bilik

Adam – Təzahürü Bilir – Mahiyyəti Bilmir.
Hadisəni Bilir – Mənanı Bilmir.
Nisbini Bilir – Mütləqi Bilmir.
Ötərini Bilir – Əzəlini Bilmir.
Keçicini Bilir – Əbədini Bilmir.
Sonlunu Bilir – Sonsuzu Bilmir.
Qeyri-Kamili Bilir – Kamili Bilmir.
Zahirini Bilir – Daxilini Bilmir.
Özgəliyi Bilir – Özümlüyü Bilmir.
Adamlığı Bilir – İnsanlığı Bilmir.
Adamın Biliyi – Mahiyyətcə Biliksizlikdir.
Adam Xeyiri Bilmir.
Ədaləti Bilmir.
Həqiqəti Bilmir.
Adam – Bilikli olduğu dərəcədə Biliksizdir.
İnsan Adamdan Üstün olmalıdır ki, Biliyə çatsın – Biliksizliyi ötsün.
19. Sünilik – Əsillik

Cəmiyyət – Süni Həyat Yaradır.
Ağalıq – Süni Sədaqət Yaradır.
Nökərlik – Süni Xidmət Yaradır.
Təbəqə – Süni Vəhdət Yaradır.
Yadlıq – Süni Cəmlik Yaradır.
Cəmiyyət İnamı – Süni İnamdır.
Cəmiyyət İdrakı – Süni İdrakdır.
Cəmiyyət Mənəviyyatı – süni Mənəviyyatdır.
Cəmiyyət İradəsi – Süni İradədir.
İctimailik – Sünilikdir.
Cəmiyyətdə Əsillik Həsrəti yaranır.
Əsil Sədaqət Həsrəti.
Əsil Xidmət Həsrəti.
Əsil Vəhdət Həsrəti.
Əsil İnam Həsrəti.
Əsil İdrak Həsrəti.
Əsil Mənəviyyat Həsrəti.
Əsil İradə Həsrəti.
Sünilikdən çıxmaq, Əsilliyə çatmaq üçün – cəmiyyətdən Üstün olmaq gərək.
Özgəçiliyi rədd edib, – özümləşmək gərək.
20. Köhnəlik – Təzəlik

Cəmiyyət Təzələnmir – bu səbəbdən də həmişə köhnədir.
Ağalıqsız cəmiyyət olmur – bu səbəbdən də cəmiyyət – Ağalıq qədər Köhnədir.
Nökərliksiz cəmiyyət olmur – bu səbəbdən də cəmiyyət – Nökərlik qədər Köhnədir.
Təbəqəsiz cəmiyyət olmur – bu səbəbdən də cəmiyyət – Təbəqəlik qədər Köhnədir.
Yadlıqsız cəmiyyət olmur – bu səbəbdən də cəmiyyət – Yadlıq qədər Köhnədir.
Cəmiyyət Köhnəliyi Qədimliyə qarşıdır – çünki Qədimlik həmişə Təzədir; cəmiyyət həmişə Köhnədir.
Qədimlik – Ülvidir, cəmiyyət – Bəsitdir.
İnam – həmişə Təzədir, Din daim Köhnədir.
Həqiqət – həmişə Təzədir, Cəfəngiyyat – daim Köhnədir.
Mənəviyyat – həmişə Təzədir, Xurafat – daim Köhnədir.
İradə – həmişə Təzədir, İtaət – daim Köhnədir.
Mütləq – daim Təzələnir, Nisbi – daim Köhnəlir.
Məna – daim Təzələnir, Hadisə – daim Köhnəlir.
Əzəli – daim Təzələnir, Ötəri – daim Köhnəlir.
Əbədi – daim Təzələnir, Keçici – daim Köhnəlir.
Sonsuz – daim Təzələnir, Sonlu – daim Köhnəlir.
Kamil – daim Təzələnir, Qeyri-Kamil – daim Köhnəlir.
Dünya çoxdan köhnəlib, ancaq Dünyadan Üstün olan İnsanlar Yoxdurlar ki, onu Təzələsinlər.
Dünyadan Üstün İnsanlar yarananda Dünya Təzələnəcək.

21. Yalan – Doğru

Cəmiyyəti Yaşadan – Yalandır.
Yalan olmasa – Cəmiyyət ölər.
Həqiqət cəmiyyəti öldürər.
Cəmiyyətin Təməli – Yalandır.
İnamı – Yalandır.
İdrakı – Yalandır.
Mənəviyyatı – Yalandır.
İradəsi – Yalandır.
Xeyiri – Yalandır.
Ədaləti – Yalandır.
Həqiqəti – Yalandır.
Doğru – Yalana qarşıdır; – bu səbəbdən də cəmiyyətə qarşıdır.
Doğru İnam – Yalançı İnama qarşıdır.
Doğru İdrak – Yalançı İdraka qarşıdır.
Doğru Mənəviyyat – Yalançı Mənəviyyata qarşıdır.
Doğru İradə – Yalançı İradəyə qarşıdır.
Doğru Ədalət – Yalançı Ədalətə qarşıdır.
Doğru Həqiqət – Yalançı Həqiqətə qarşıdır.
Doğru Xeyir – Yalançı Xeyirə qarşıdır.
Cəmiyyət Yalandan başqa Doğru tanımır.
Ağalığı Doğruldur.
Nökərliyi Doğruldur.
Təbəqəliyi Doğruldur.
Yadlaşmanı Doğruldur.
Cəmiyyət Yalandan Yaranıb – Cəmiyyəti Yalandan Qoruyur.
Cəmiyyətdən Üstün olan Doğruçuluq gərək Dünyaya – Yalanın Qənimi.

22. Qanun – Qanunsuzluq

Cəmiyyət Qanunları Qanunsuzluğu Təsdiq edir.
Ağalıq – Qanunsuzluqdur, cəmiyyət Qanunları Ağalığı Təsdiq edir.
Nökərlik – Qanunsuzluqdur, cəmiyyət Qanunları Nökərliyi Təsdiq edir.
Təbəqəlik – Qanunsuzluqdur, cəmiyyət Qanunları Təbəqəliyi Təsdiq edir.
Yadlıq – Qanunsuzluqdur, cəmiyyət Qanunları Yadlığı Təsdiq edir.
Cəmiyyət İnamı – Qanunsuzluqdur; cəmiyyət Qanunları həmin Qanunsuzluğu Təsdiq edir.
Cəmiyyət İdrakı – Qanunsuzluqdur; cəmiyyət Qanunları həmin Qanunsuzluğu Təsdiq edir.
Cəmiyyət Mənəviyyatı – Qanunsuzluqdur; cəmiyyət Qanunları həmin Qanunsuzluğu Təsdiq edir.
Cəmiyyət İradəsi – Qanunsuzluqdur; cəmiyyət Qanunları həmin Qanunsuzluğu Təsdiq edir.
Cəmiyyət – Qanunsuzluğu Qanunlaşdırır.
İnsanilik Hökmünə Yüksəlməli, Qanunsuzluğu rədd etməli, İnsanilik əsasında Yaşamalı, Yaratmalı.
23. Haqq – Haqsızlıq

Cəmiyyət – Haqsızlıq haqqına əsaslanır.
Ağalıq Haqqı – Haqsızlıqdır; cəmiyyət Ağalıq Haqsızlığını Haqq sayır.
Nökərlik Haqqı – Haqsızlıqdır; cəmiyyət Nökərlik Haqsızlığını Haqq sayır.
Təbəqə Haqqı – Haqsızlıqdır; cəmiyyət Təbəqə Haqsızlığını Haqq sayır.
Yadlaşma Haqqı – Haqsızlıqdır; cəmiyyət Yadlaşma Haqsızlığını Haqq sayır.
İnsaniliyə Zidd nə varsa – Haqsızlıqdır.
İctimai Xeyir İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai Ədalət İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai Həqiqət İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai İnam İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai İdrak İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai Mənəviyyat İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
İctimai İradə İnsaniliyə Ziddir; cəmiyyət onu Haqq sayır – Haqsızlıq Haqq sayılır.
Cəmiyyət “Haqqını” – İnsanilik Haqqıyla əvəz etmək – Haqqsızlığı rədd etmək, Haqqı Yüksəltmək – Haqqa Yüksəlmək gərək.
24. Nikbinlik – Təskinlik

İndiki Nikbinliklər – Mahiyyətcə Təskinliklərdir – çünki İnsaniliyə əsaslanmır.
Nikbinliyin meyarı – İnsanilikdir.
Dünya Təzələnməsə – Yaşamaz.
Adam – İnsaniləşməsə – Dünya Təzələnməz.
Dünya Özündən Üstün olmasa – Tükənər.
23 Arzu günü, Ata Ayı, 18-ci il. Bakı.
 
  Bugün 4 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol