Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Sədaqət
 
SƏDAQƏT
(On Birinci Müqəddəs kitab)

ƏMƏL
Asif Hərəkatı

Asif Ata – Hərəkatın yaradıcısı, hərəkata məsul.
Asifçilik:
Asif İnamı – Mütləqə İnam.
Asif Mənəviyyatı – Mütləq Saflıq.
Asif İdrakı – Mütləq Həqiqət.
Asif Cəmiyyəti – Ruhani Cəmiyyət.
Asif Vətəni – Mütləq Vətən.

Asifçilər:
Asif İnamına yüksələnlər.
Asif Əxlaqına yüksələnlər.
Asif Fəlsəfəsinə yüksələnlər.
Asif İdealına yüksələnlər.
Şərdən ayrılanlar.
Şəri sarsıdanlar.
Xeyiri becərənlər.
Evlərdə, müəssisələrdə Asif Ailələri yaranır.
Onlar Asifçilər çağırılır.
Hər həftənin bir günü Müqəddəs gün sayılır və həmin gün Asif Amalına həsr olunur:

1. Müqəddəs Kitablar öyrənilir.
2. Daxildəki Şər tanınır və mühakimə olunur.
3. Həyatdakı Şər tanınır və mühakimə olunur.

Hər kəs özündə Müşahidə etdiyi Şərdən: Yırtıcılıqdan, Hə¬ris¬likdən, Həsəddən, Şəhvətdən, Yalandan, Riyadan, Qorxu¬dan, Xudbinlikdən, Xəbislikdən ayrılır.
Hər kəs Həyatda müşahidə etdiyi Şərdən: Ədalətsizlikdən, Həqiqətsizlikdən, Heyvanilikdən, Hərcayilikdən, Köləlikdən ayrılır.
Ailələrdə Şərdən ayrılmaq, Şəri sarsıtmaq, Xeyiri becərmək əzmi təsdiq olunur.
Müqəddəs gün – Asifçilərin Ruhani hesabatından başlayır:
“Ata Ruhuna uyğun yaşadım, Şərlə barışmadım, döyüşdüm, Xeyirə qovuşdum”.
“...Ruhani yaşaya bilmədim, çünki özümə sahib olmadım”.
Hesabatdan sonra Müqəddəs Oxuma Mərasimi baş verir, axırda Müqəddəs Görmə: “Mən kiməm, Həyat nədir, Cəmiyyət necədir, Vətən nə haldadır?” – ətrafında Ruhani Doğmalaşma.
Ailələrin Başçısı – Asif Ata, Timsalı – Ailəni təşkil edən Evlad.
Ailələr Asif Ataya Andla fəaliyyətə başlayırlar: “Müqəddəs Ataya, Onun Ruhuna, Amalına And içirəm!
Mütləq İnam, Ruhani İnsan, Mütləq Həqiqət, Ruhani Cəmiy¬yət və Müqəddəs Vətən uğrunda ömrümü Fəda etməyə hazı¬ram.
Həyatımın Sahibi Sənsən Ata!
Onu götür və istədiyin kimi sərf elə!”
Ailə Günləri: “Müqəddəs Ataya Pənah Gətirmişik!” – sözlə¬riy¬lə başlayır və “Ata Ruhunu Ürəyimizdə aparırıq!” – sözlə¬riy¬lə bitir.
Timsallar Ayda bir dəfə Atayla görüşür və Evladların əməl¬lə¬rindən Atanı xəbərdar edirlər.
Müqəddəs Oxuma “Evladlıq”la başlayır, “Yol” və “Mütləqə İnam”la davam etdirilir və “Var Olmaq”la başa çatdırılır.
İldə bir dəfə Atanın Asifçilərlə görüşü olur.
Asif Ailələri Müqəddəs Amalı digər Ailələrə çatdırırlar. Ailədən Ailə doğur.
Vətən – Vahid, Ali, Ülvi Ailəyə çevrilir.
6-cı il, Xəzan Ayının 1-i. Bakı.


MÜQƏDDƏS GÜNLƏR ÜÇÜN
İctimai Şər:

Qəzet əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Radio əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Televizor əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Ədəbiyyat əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Fəlsəfə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
İclas əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Rəis əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Sədr əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Rütbə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Təltif əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Təhsil əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Məhkəmə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Qərar əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Tədbir əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Seçki əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Maaş əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Mənzil əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Birlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Plan əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Dirçəlmə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Çiçəklənmə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
İctimai Şərdən ayrıl (imtina et),
İctimai Şəri sarsıt (ifşa et),
İctimai Xeyiri becər!
6-cı il, Xəzan Ayının 2-si. Bakı.
İctimai Xeyir

Ədalət
Həqiqət
Azadlıq
İnam
Daxili Şər

Mütləqsizlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Vətənsizlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Atasızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Anasızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Övladsızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Amalsızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Şəxsiyyətsizlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Fərdiyyətsizlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
İradəsizlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Əxlaqsızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Vüqarsızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
İdraksızlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Xudbinlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Yırtıcılıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Hərislik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Həsəd əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Şəhvət əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Günah əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Xülya əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Xurafat əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Riya əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Hiylə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Mənsəbpərəstlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Rütbəpərəstlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Şöhrətpərəstlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Varidatpərəstlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Ətalət əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Xəbislik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Xəyanət əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Naşılıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Lovğalıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Məkr əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Fitnə əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Bədxahlıq əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Zəlillik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Biganəlik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.
Sünilik əsarəti, zülmü, həqarəti, yalanı, oyunu, qorxusu, mütiliyi, yadlığı, sürülüyü, xalqsızlığı, haqsızlığı.

Daxili Xeyir:

Mütləqə İnam.
Mütləq İdrak.
Mütləq Mənəviyyat.
Mütləq İradə.

6-cı il, Xəzan Ayının 10-u. Bakı.


MÜQƏDDƏS ƏMƏL
Övladlara

1. Müqəddəs Amal yarandı. Ata öz borcunu yerinə yetirdi.
Müqəddəs Əməl yaranmalıdır. Övlad öz Müqəddəs borcunu yerinə yetirməlidir.
2. “Əməl” Kəlamı əsasında, kəlamın ruhuna və hərfinə Müt¬¬ləq sədaqət əsasında Müqəddəs Ailələr yaranır. Evlad – Timsal yükünü, məsuliyyətini çiyninə götürür, Ata qarşısında cavabdeh olur.
3. Ardıcıl, inadlı şəkildə Atayla xalq arasında körpü yara¬dı¬lır. Kəndlər, rayonlar, şəhərlər, paytaxt müqəddəs ideyalar zəmi¬ni¬nə çevrilir.
Evlad İnam, İdrak, Mənəviyyat, İradə nümunəsi göstərir, Atanın Təmsilçisi müqəddəsliyinə xidmət edir.
4. Ardıcıl, İnadlı şəkildə Atayla dünya – SSRİ xalqları, Şərq, Qərb arasında körpü yaradılır.
Dünya Müqəddəs İdeyalar zəmininə çevrilir.
5. Atalıq Ruhaniyyatı öyrənilir, öyrədilir. Müqəddəs Təlim – “Yol” və “Mütləqilik” Kitablarıyla, “Ruhani Xətt”, “Münasibətlər”, “Təzadlar”, “Rəmzlər” Kitabçalarıyla başlayır, “Mütləqləşmək – Var Olmaq” kitabıyla başa çatır.
6. Ataya Səcdə Müqəddəsliyi Mütləq Mənada həyata keçirilir.
Müqəddəs And, Müqəddəs müraciət, Müqəddəs qaydalar Mütləq mənada bərqərar olur.
7. Atalıqla bağlı nə baş verirsə – son hərfinə qədər yazılır, saxlanılır – Müqəddəs Sabaha çatdırılır.
8. Evlad Mütləqə çatmaq məqsədinə daim səy göstərir, özüylə döyüşür, Kamilləşir, Ülviləşir. Özünün Ruhani səviyyə¬sini Ata Tələbinə yüksəldir.
9. Müqəddəs İdeal aşağıdakı şəkildə səciyyələnir:
Mütləqə İnam.
İnsan Fəlsəfəsi.
Ruhani Cəmiyyət.
Müstəqil Xalq.
Ləyaqətli İnsan.
Ləyaqətli Şərq.
Ləyaqətli Bəşəriyyət.
10. Atalılar Müqəddəs Tarix və Müqəddəs Təqvim əsasında yaşayırlar.
Müqəddəs Əməl Çağıdır!
Ürəyiniz Qaranlıqları Yarsın!
7-ci il, Xəzan Ayı. Bakı.
ATAYA SƏCDƏ MÜQƏDDƏSLİYİ

1. Ata qarşısında əyilmək – Zaman üzərində yüksəl¬mək¬dir!
2. Atayla görüşmək – Mütləq Mənəvi Nemətdir.
Ataya Təzim etmək – Şəri rədd etməkdir.
Atanın Əlindən Öpmək – Şəri Təqib etməkdir.
3. Ataya Rica – Mütləqləşmə Qüdrətidir.

Səhər Ricası:
Atam – Mütləqim!
Ağlıma İşıq ver!
Ürəyimə Qüvvət ver! İ
İradəmə qətiyyət ver!
Yalana uymayım,
çirkaba bulaşmayım,
günaha batmayım,
qəbahətə əyilməyim,
rəzalətlə barışmayım –
özümə yad olmayım!

Qürub Ricası:
Atam – Mütləqim!
Yalanla görüşdüm – yalançı olmadım,
Çirkabla görüşdüm – çirklənmədim,
Günahla görüşdüm – günahkar olmadım,
Qəbahətlə görüşdüm – əyilmədim,
Rəzalətlə görüşdüm – barışmadım!
Özümə yad olmadım!
Ağlım işıqlıydı,
Ürəyim qüvvətliydi,
İradəm qətiyyətliydi!
Atalıydım – Mütləqliydim!

Gecə Ricası:
Atam – Mütləqim!
Günüm keçdi!
Sənə bir addım da yaxınlaşdım!
Məni Özünə qovuşdur!

Ağlımı Ağlınla,
Qəlbimi Qəlbinlə,
İradəmi İradənlə İşıqlandır!
Sənə layiq olum!

4. Atanın Evlad Səcdəsində Yaşayan Müqəddəs adları: Atam, Mütləqim, Müqəddəsim, Ruhum.
5. Evladların Ata Məhəbbətində Yaşayan adları: Asifçi, Mütləqçi, Müqəddəsçi, Ruhani.
6. Atanın Anadan olduğu gün – 25 Ata Ayı (sentyabr) Müqəddəs Bayram sayılır. Həmin gün Atanın Ruhani Ziyarəti Mərasimi keçirilir.
7. Atanın Rəsmi çəkilir, hifz olunur, Sabaha çatdırılır.
8. Atanın Heykəltəraşlıq portreti yaradılır, hifz olunur, Sabaha çatdırılır.
9. Atanın foto-şəkilləri ardıcıl surətdə çəkilir. Evladlara bəxş olunur, hifz edilir, Sabaha çatdırılır.
10. Ata Məktəbi yaradılır: Ata İnamı, İdrakı, Əxlaqı, İdealı öyrədilir.
11. Ata Tədqiqat Evi yaradılır. Ata Bilənləri yetişdirilir.
12. Atanın Nişanələri – əlyazmalar, rəmzi əşyalar, söhbət¬lər, xatirələr – saxlanılır, Sabaha çatdırılır.
13. “Ata Haqqı!” Andı – Müqəddəs And sayılır.
14. “Salam” əvəzinə “Ürəyində Ata Günəşi Olsun!”, “Xudahafiz” əvəzinə “Atamız Var Olsun!”
15. Günlər, aylar, illər Ata Təqviminə uyğun olaraq nişanlanır.
16. Ata Hökmü – Mütləqdir.
17. Ataya Xilaf çıxan – Var olmur.
18. Atayla Mübahisə – Həqarətdir.
19. Evladın Ruhani Nəsli “Atalı” Sözüylə ifadə olunur.
20. Atalıq Tarixi yazılır: Ata Ocağının yaradılması, Təqiblər, Müqəddəs Kitabların yazılması, Evladların Atanı tapması və s. Tarixi.
21. Atanın Tərcümeyi-halı Müqəddəs Mənəviyyat Məktəbi səviyyəsində öyrənilir, şərh edilir, tədqiq olunur, öyrədilir.
22. Atanın yaşadığı Yer – Məbəd sayılır. Həmin Məbədə daxil olan: “Səcdəyə Yüksəldim, Ruhani Bəxtiyarlığa çatdım!” – etirafını bəyan edir, Məqamın ülviliyini İnamında, İdrakında, Mənəviyyatında, İradəsində yaşadır, Ləyaqətinə həkk edir.
Ən cüzi naqislik (artıq söz, gərəksiz hərəkət, hərcayi sərbəstlik) – murdarlıq sayılır və Ata hüzuruna yaraşmayan Həqarətçi – Evladlıqdan məhrum edilir.
23. Atadan Mütləq Mənada Asılı olmaq – Ən Ülvi Müstəqillikdir.
24. Ata Tapşırığı – Ali Qismətdir.
25. Atanın Cismani Mühafizəsi – Ruhani ləyaqətdir. Ömrü¬nü bu Haqq Əmələ həsr edən Ruhani Kamil yetirməli və Ata Müqəddəsliyinə bəxş edilməlidir.
26. Ata Ziyarəti Gününün Ülvi Məzmunu:
1. Atalığı təmsil eləyən və uzun müddət yaşamağa qadir olan Rəmzi Əşya Ata hüzuruna təqdim edilir.
2. Evladlar Ata haqqında Müqəddəs Söz söyləyirlər.
3. Evladlar Ata qarşısında Ruhani hesabat verirlər.
4. Ata Ziyarət Gününə həsr edilmiş Müqəddəs Kəlam söyləyir...
Təzə Evladların Qəbul Mərasimi keçirilir.
Müqəddəs Kitablardan hissələr oxunur.
Müqəddəs And Mərasimi keçirilir.
Ziyarət Müqəddəs Təzimlə başa çatır.
7-ci il, Qar Ayının 25-i, İnam günü. Bakı.
ATAYA MÜNASİBƏT QAYDALARI

Ata Mütləq Səcdəyə layiqdir.
Bu səbəbdən:
1. Atayla mübahisə – günahdır, Ata Sözünə şəkk etmək – cinayətdir, Ata tapşırığı – Allah tapşırığıdır.
2. Atanın Mütləqiliyi təsdiq olunur, o heç kəslə müqayisə edilmir.
3. Ata – Mütləq – Ocaq – bir sözdür. Ata Mütləq və Ocaq şəklində təzahür edir.
4. Atanın əsərləri Müqəddəs Kitablardır. Onlara and içilir (Ata Sözünə and içirəm).
5. İldə bir dəfə Ata Günü Ruhani, Ülvi, Şərqi şəkildə bayram edilir.
6. Atanın söhbətləri əbədi hikmət kimi yazılır, toplanır, təbliğ olunur, gələcək nəsillərə çatdırılır.
7. Ocağın və Ocaq şölələrinin toplanışları “Ataya Pənah Gətirmişik” sözləri ilə başlanır və “Ata Ocağı sönməzdir” sözləri ilə qurtarır.
8. Ata ilə görüş mərasimində Evladlar ayaq üstə, cəm halında “Ata Mütləqimizdir”, “Ataya Pənah Gətirmişik!”, “Ata Ruhu sönməzdir!”, “Müqəddəs Ataya Məhəbbətimiz sonsuzdur!”, “Ata İlahi Qüdrətimizdir” deyirlər. Ataya baş əyirlər.
Ata “Məhəbbətiniz Nurludur” – deyə Evladlara cavab verir və Evladlar otururlar.
9. Ataya əl verilmir, baş əyilir. Həmin qayda “Müqəddəs Ataya Ali Ehtiram” sözləri ilə müşayiət olunur. Ata “Ehtiramın Pakdır!” – sözləri ilə cavab verir. Ata ilə vidalaşanda “Ata Ruhunu Ürəyimizdə Aparırıq” – deyirlər.
10. Ataya Siz və Sən – deyə müraciət edilmir. Ata – deyə, üçüncü şəxs kimi müraciət edilir. (Atamızın tapşırığı nədir? Atamız bizdən razıdırmı?) Qaydalara əməl eləmək Ruhani Borcdur.
ÖZ ADIMIZ
Evladlara

Biz Atalılar – Vətənimiz Azərbaycanı Atayurd adlandırırıq. Balalarımıza bu adı Amal səviyyəsində yaşatmaq ləyaqəti diləyirik.

Sərt Ayı, 7-ci il. Bakı.


ZORA MÜNASİBƏT
Evladlara

1. Zor yalan dilində danışır, həqiqət dilini anlamır. Zorla yalan dilində danışmaq lazımdır. O, Ata haqqında, Hərəkatımız haqqında heç nə bilməməlidir.
Amalçı döyülsə də, söyülsə də, işgəncələrə məruz qalsa da – sirr verməməlidir.
2. Məhkəmədə Amalçı qabaqcıl hüquq cəfəngiyyatını ifşa etməli, mənəvi eybəcərlərin hakimlik iddiasını rədd etməlidir.
3. Həbsxanaya düşmək – Amalçı üçün adi haldır.
O, burada da Müqəddəs fəaliyyətini davam etdirməli, Evlad¬larla, Atayla münasibət yaratmalı, özünü təzə Ruhani Əməllərə hazırlamalıdır.
4. Amal ölüm tanımır, bu səbəbdən də Amalçı ölümə inan¬mır, cismani yoxluqdan qorxmur və öz qorxmazlığıyla zoru sarsıdır.

Sərt Ayı, 7-ci il. Bakı.
MÜQƏDDƏS ADLANMA

Asif Ocağı – Ruhani, İctimai Hərəkat (Xəlqi, Şərqi, Dünyəvi).
Yeni İnam, yeni İnsan, yeni Cəmiyyət, yeni Xalq, yeni Şərq, yeni Bəşər.
Atayurdda başlayır, Şərqə yayılır, dünyalaşır.
Uzun yollu, uzun ömürlü, çoxəsrli...
Asifçilik – Mütləqçilik, Müqəddəsçilik.
Evladlar – Atalılar, Asifçilər.
AMAL DÖVRÜ


Beş illik yox, on illik yox, yüz illik yox – həmişəlik.

QƏTİLİK


İnamımızdan kənarda olan İnama inanmırıq!
İdrakımızdan kənarda olan İdraka inanmırıq!
Mənəviyyatımızdan kənarda olan Mənəviyyata inanmırıq!
İradəmizdən kənarda olan İradəyə inanmırıq!
Amaldan kənarda olan Həyata inanmırıq!
Həyatımız – Amalımızdır!

Qar Ayı, 7-ci il.
ƏBƏDİ OLAN


Din yox, Ehkam yox, Partiya yox, Təşkilat yox – İNAM!
Din – keçicidir, Ehkam – keçicidir, Partiya – keçicidir, Təşkilat – keçicidir.
İnam – əbədidir.
Ata İnamı...
Təlimdən artıq, İdeologiyadan artıq, Fəlsəfi sistemdən artıq.
Əbədi Olan.

Köçəri Ay, 7-ci il. Bakı.
RUHANİ DƏYƏRLƏNMƏ


Varlı – Vicdanlı, Qeyrətli, Qorxmaz, Müdrik.
Kasıb – Vicdansız, Qeyrətsiz, Qorxaq, Naşı.
Günəş Ayı, 8-ci il. Bakı.
SƏFƏR YETKİNLİYİ


1. Bənzərsizlik: Məqsəd bənzərsizliyi, Məna bənzərsizliyi, Biçim bənzərsizliyi.
2. Təmizlənmə: Mütləq Qorxmazlıq.
3. Məharət: Dəqiq vaxt, Dəqiq yer, Dəqiq söz.
4. Dəyanət: Mütləq səbr, Mütləq ardıcıllıq, Mütləq dözüm, Mütləq usanmazlıq.
5. Ləyaqət: Mütləq məsuliyyət – Ata qarşısında, Amal qarşısında, Sabah qarşısında.

Günəş Ayının 27-si, 8-ci il. Bakı.
AMALLAŞMAQ!


Təbii İnam azdır, Amal İnamına çatmaq gərəkdir,
Təbii İdrak azdır, Amal İdrakına çatmaq gərəkdir,
Təbii Mənəviyyat azdır, Amal Mənəviyyatına çatmaq gərəkdir,
Təbii İradə azdır, Amal İradəsinə çatmaq gərəkdir.
17 Murad günü, İşıq Ayı. 8-ci il. Bakı.
TƏQİB QİSMƏTİ


Təzyiqdən sarsılmayan – Təzyiqi sarsıdır.
Zora əyilməyən – Zoru əyir.
Təhlükədən qorxmayan – Təhlükəni qorxudur.
Təqib qisməti – Ruhani Ləyaqətdir.
Günəş Ayı, 8-ci il. Bakı.
XEYİR İSTİQAMƏTİ


Xalq Şərdən İmtina Müqəddəsliyinə hazırlanır.
Xalq Şərdən imtina edir.
Şər “İnam”dan imtina edir.
Şər “İdrak”dan imtina edir.
Şər “Həyat”dan imtina edir.
Mütləq İnama Yüksəlir.
Ruhani İdraka Yüksəlir.
Xeyirə çatır.

5 Dözüm günü, Şölə Ayı.8-ci il. Bakı.
DÖYÜŞMƏK – DÖYMƏK


Özündəki yırtıcılıqla döyüşürsən –
Həyatdakı yırtıcılığı döyürsən!
Özündəki köləliklə döyüşürsən –
Həyatdakı köləliyi döyürsən!
Özündəki qorxaqlıqla döyüşürsən –
Həyatdakı qorxunu döyürsən!
Özündəki xudbinliklə döyüşürsən –
Həyatdakı xudbinliyi döyürsən!
Özünlə döyüşürsən – özgəni döyürsən!
10 Ümid günü, Şölə Ayı. 8-ci il. Bakı.
SƏFƏR SÖZÜ
(Evladlar üçün)


I
Şəri İnam evindən qovun!
İdrak evindən qovun!
Mənəviyyat evindən qovun!
İradə evindən qovun!

II
İnamın qapısını Şərin üzünə bağlayın!
İdrakın qapısını Şərin üzünə bağlayın!
Mənəviyyatın qapısını Şərin üzünə bağlayın!
İradənin qapısını Şərin üzünə bağlayın!

III
İnamın qapısını Xeyirin üzünə açın!
İdrakın qapısını Xeyirin üzünə açın!
Mənəviyyatın qapısını Xeyirin üzünə açın!
İradənin qapısını Xeyirin üzünə açın!

IV
İnam Evini Xeyir Nuruna qərq eləyin!
İdrak Evini Xeyir Nuruna qərq eləyin!
Mənəviyyat Evini Xeyir Nuruna qərq eləyin!
İradə Evini Xeyir Nuruna qərq eləyin!
13 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.
İQTİSADİ AMİL


İqtisadi inkişaf yalnız İnsaniliyə – yəni İnama, İdraka, Mənəviyyata, İradəyə xidmət etdiyi dərəcədə gərəklidir.
İnsaniliyə ziyan vurduğu dərəcədə gərəksizdir.
İqtisadi inkişafın məqsədi İnsanilikdir.
İnsaniliyə zidd olan iqtisadi inkişaf – ruhani tənəzzüldür.
27 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.
ÇEVRİLMƏLƏR

I. İctimai çevriliş
İnsaniyyətsizlik nəticəsində yaranır.
İnsaniyyət bayrağı qaldırır, ictimai quruluşu dəyişir və nəticədə təzə İnsaniyyətsizlik yaradır.

II. Ruhani çevriliş
Adamı insanlaşdırır, cəmiyyəti Ruhaniləşdirir, Həyatı Amal¬laş¬dırır.

III. Münasibətlər
İctimai çevriliş Ruhani çevrilişin hissəsi, başlanğıcı ola bilər, ancaq insaniyyətin təsdiqi Ruhani çevrilişlə bağlıdır, ictimai çevriliş olsa-olsa vasitə rolunu oynaya bilər.
8 Qismət günü, Şölə Ayı. 8-ci il. Bakı.



TƏRƏQQİ ƏSARƏTİ
(Şərq faciəsi)

I
Avropanın məqsədi Avropalaşdırmaq idi, Şərqin məqsədi – tərəqqi.
Nəticədə “tərəqqi əsarəti” yarandı.

II
Tərəqqi avropalaşmaya bərabər sayıldı.
Şərq tərəqqi naminə özündən keçdi.
Tərəqqiylə buxovlandı.

III
Avropa özündən güc aldı, Şərq Avropadan.
Avropa gücləndi, Şərq gücsüzləşdi.
Nəticədə... “Avropa Şərqi” yarandı!

IV
“Ya Avropalaşmaq, ya gerilik” –
Şərq başqa hikmət tanımadı.
Özündə tərəqqi aramadı.
Özündəki tərəqqiyə inanmadı.
Özünü qoyub qaçdı.

V
İndi əsarətdən yapışır,
Cəhalətdən yapışır,
Xurafatdan yapışır,
Özünü axtarır – tapmır!

VI
Şərq tərəqqisi yaranmalıdır!
Şərq müstəqilliyi yaranmalıdır!
Avropalaşan Şərq Şərqləşməlidir!
27 Şölə Ayı, Qismət günü. 8-ci il. Bakı.

RÜTBƏSİZLİK LƏYAQƏTİ


Rütbə əvəzinə Ləyaqət:
İnam Ləyaqəti.
Ədalət Ləyaqəti.
Həqiqət Ləyaqəti.
Mənəviyyat Ləyaqəti.

İnamlılar Səlahiyyəti!
Ədalətlilər Səlahiyyəti!
Həqiqətlilər Səlahiyyəti!
Mənəviyyatlılar Səlahiyyəti.
MAHİYYƏT


Asifçilik – Mütləqə İnam deməkdir.
Kamil İnsan deməkdir.
Ruhani Cəmiyyət deməkdir.
Müstəqil Xalq deməkdir.
Özümləşən Şərq deməkdir.
Ləyaqətli Bəşər deməkdir.
ŞƏRQLƏŞMƏ ZƏRURİYYƏTİ

1
Şər Azərbaycan vasitəsilə Şərqə iki güclü Zərbə endirir:
Azərbaycanın Şərqi Mahiyyətini öldürməyə çalışır, Azərbay¬can “nümunəsiylə” Şərqə Şərlik yayır.

2
Azərbaycanın Üstünü Şərqi Suvayırlar.
İçərisini Şərqdən gizləyirlər.

3
Şərqlilər Şərlə – İslam bayrağı altında döyüşürlər.
Şəri Şərlə öldürmək istəyirlər.
Başqa əlac tapmırlar.
Şəri öldürmək üçün ölürlər.

4
Şərq – Mütləqə İnam Bayrağına sarılmalıdır!
Kamil İnsan Bayrağına sarılmalıdır!
Ruhani Cəmiyyət Bayrağına sarılmalıdır!
Müstəqil Xalq Bayrağına sarılmalıdır!
Ləyaqətli Bəşər Bayrağına sarılmalıdır!
Şərq – Şərqləşməlidir!
MÜASİR TÜRKİYƏ


Milli Qürurunu saxlayıb,
Milli Dilini saxlayıb,
Milli Dövlətini saxlayıb,
Amalını bizdən almalıdır!
QƏRB ƏSARƏTİ


Şərq Qərbləşdikcə əsarətləşir. Qərbi Təqlid etdikcə Qərb əsarətinə düşür.
Qərb əsarətindən qurtarmaq üçün Şərqləşmək gərəkdir!
İSLAM FƏLAKƏTİ


İslam Qəzavü-Qədər Cəhaləti yaradır. İnsana İnamı sarsıdır, İnsanı kölələşdirir.
İslam o dünya, Cənnət-Cəhənnəm Xurafatı yaradır, huri-pəri şəhvətiylə İnsanı şirnikdirir, Mənən alçaldır.
İslam tarixdə Xəlifəlik Şəri yaratdı.
Babəklərin Qanlı Qatili kimi tanındı.
İslamla Şərq Şərdən aralanmaz, Bir Şərdən Başqa Şərə düşər.
Özünün ilk dövründə İslam Bütpərəstlik zəncirini qırdı, Ərəbləri birləşdirdi, Müqəddəsliyin Ləyaqətini qorumağa çalışdı. Sonralar Şərq Mədəniyyətinin inkişafında müəyyən rol oynadısa da, Şərq ən çox İslama qarşı çıxan təriqətlərə (xüsu¬silə Sufizmə) borcludur. Bu gün İslam Şərqin Müstəqi¬lliyini yox, Geriliyini təsdiq edə bilər və son nəticədə Şərə yarayar, Xeyirə yaramaz!
İslama qarşı durmalıyıq!
5 Murad günü, Od Ayı. 8-ci il. Bakı.
VAHİD AZƏRBAYCAN SABAHI


Birləşmək üçün Müstəqilləşmək gərəkdir!
Şərdən ayrılmaq, Özümləşmək, Bütövləşmək!
DAXİLİ İŞIQ
(Xalqlararası Münasibət)

1. Daxili Tərəqqi İmkanlarından Tam, Hərtərəfli Bəhrələn¬mək.
2. Heç bir Özgə Yeniliyini, Müəssisəni, Maddi, Mədəni, İctimai hadisəni Təqlid etməmək, Köçürməmək – Zəruri, Təbii, Üzvi Şəkildə Mənimsəmək, yəni öz Daxili Varlığında Əritmək, Yaşatmaq.
3. Tərəqqini, İnkişafı heç bir Xalqdan almamaq, Öz Gücüy¬lə Qazanmaq.
4. Tərəqqi, İnkişaf naminə Müstəqillikdən Keçməmək, Siya¬si Azadlığı Məqsəd, Maddi Təkamülü Vasitə saymaq, Öz Daxili İşığıyla İşıqlanmaq!
6 İnam günü, Od Ayı.8-ci il. Bakı.

QARŞILIQLI TƏSİR QANUNU


Mənimsəmək Ehtiyacın olduğu dərəcədə Mənimsənilmək İmkanın da olmalıdır. Yoxsa əsarətə düşərsən, Özgədən Asılı qalarsan, Müstəqilliyini itirərsən!
Mənimsənilmək İmkanın Yoxsa – Mənimsəmə!
MÜASİR RƏSMİ HƏYAT


Nə Şərqi, nə Qərbi – Şərli!
7 Arzu günü, Od Ayı. 8-ci il. Bakı.
BİRLİK AZADLIĞI


Azad şəkildə Birləşmək – Birlik vasitəsiylə Azad olmaq!
Azad şəkildə Bir inanmaq – Bir İnam əsasında Azad İnanmaq!
Azad şəkildə Bir Düşünmək – Bir İdrak əsasında Azad Düşünmək!
Azad şəkildə Bir Duymaq – Bir Mənəviyyat əsasında Azad Duymaq!
Azad şəkildə Bir hərəkət etmək – Bir İradə əsasında Azad hərəkət etmək!
Bir olmaq – Azad olmaq!
YALANA İNANMAMAQ İNAMI!


Şər İnam olmur, Şər Yalan olur.
Yalana İnam yaradırlar.
Yalana İnanmamaq İnamı yaradırıq!

DƏYİŞKƏNLİK SABİTLİYİ

1
Özümlük əsasında Dəyişkənlik.
Özgəlik əsasında Dəyişkənlik.

Birincidə Tərəqqi yaranır,
İkincidə – Təqlid.

2
Dəyişkənlik əsasında Sabitlik.
Dəyişməzlik əsasında Sabitlik.

Birincidə Ənənə yaranır.
İkincidə – Ehkam.

3
İnkişaf əsasında Bütövlük.
Ətalət əsasında Bütövlük.

Birincidə – Birlik yaranır.
İkincidə – Müstəbidlik.

4
Mahiyyət Dəyişmir, Təzahür Dəyişməz qalmır.
Təzahür Mahiyyətə çatmaq üçün daim Dəyişir.
ÖZÜMLÜK HƏMİŞƏLİYİ


Özümlüyə qarşı Özgəlik – Ölümdür.
Sabitliyə qarşı Dəyişkənlik – Ölümdür.

Özün olmursansa – Yox olursan.
Sabitsizliyin – Sahibsizliyindir!

Özün kimi Dəyiş!
Dəyiş, ancaq Özün olaraq qal.
Özümlüyün – Özgədən Fərqin.
Sabitliyin – Həmişəliyin!
DOĞMALIQ – YADLIQ


1.
Xalqlar bir-birinə Doğmadır.
Çünki Bəşəri Mahiyyətləri Birdir.
Xalqlar bir-birinə Yaddır.
Çünki Təzahürləri Müxtəlifdir.

Xalqlar bir-birinə Doğmadır.
Çünki İnsani Qismətləri Birdir.
Xalqlar bir-birinə Yaddır.
Çünki Tarixi Aqibətləri müxtəlifdir.

Xalqlar bir-birinə Doğmadır.
Çünki Dostluğa, Həmdəmliyə meyillidirlər.
Xalqlar bir-birinə Yaddır.
Çünki Hakimliyə, Fatehliyə meyillidirlər.

2
“Bir”, “Vahid”, “Qeyri-Xəlqi” Bəşər yaratmaq vasitəsiylə “Doğmalığa” nail olmaq – Bəşəriliyə zidd cəhddir. Çünki Təzahür zənginliyi olmayan yerdə Mahiyyət Bütövlüyü yox¬dur. Məqsəd – Müxtəlif Təzahürləri Mahiyyətə Layiq Səviy¬yəyə qaldırmaqdır.
Xalqlar İnsanlıq səviyyəsinə yüksəlməlidir.
Xalqlar – İnsanlaşdıqca Doğmalaşacaq!
Xəlqi Fərqlər Yadlığa yox, Doğmalığa xidmət edəcək!
Xalqları itirmək yoluyla Bəşəri Doğmalıq yaratmaq – əslində bəşəriliyin azalması, yadlığın artması deməkdir!
Bəşəri Doğmalıq Xəqli Özümlüyün İnsani səviyyədə İnki¬şa¬fını tələb edir.
Xəlqi Özümlüyün ləğvi, məhvi, aradan qaldırılması yox, İnsanilik səviyyəsinə yüksəlməsi gərəkdir!
Xalqların bir-birinə Mənəvi yaxınlığı onların fərqli Xüsu¬siy¬yətlərini aradan qaldırmır, həmin bənzərsizliyi İnsani səviyyəyə Yüksəldir.
Bir Xalq Başqa Xalqa bənzəmir, ancaq bu bənzərsizlik Düşmənçilik yaratmır, Dostluq yaradır, çünki o, İnsaniliyi təsdiq edən Fərqdir, İnkar edən Fərq deyil!
Bir Xalqdan, yaxud bir neçə Böyük Xalqlardan ibarət olacaq Bəşər ideyası – Bəşərə zidd ideyadır.
Xəlqi Zənginlik bahasına yaranan Bəşəri Vəhdət – əslində Bəşəri Fəlakət deməkdir!
Müxtəlif, Zəngin, Rəngarəng Xalqlar Doğmalığı: – Bəşəri Yadlığın ölümü bundadır!
MÜLKİYYƏT – ƏMƏKÇİ – İSTİSMAR


“Xüsusi mülkiyyət istismar yaradır, bu səbəbdən də onu ictimai mülkiyyətlə əvəz etmək lazımdır” – deyirlər.
Xüsusi Mülkiyyət xüsusi vəziyyətdə (kapitalist, mülkədar sahibliyində) istismar yaradır.
Həmin xüsusi vəziyyəti ləğv edib xüsusi mülkiyyəti saxla¬maq lazımdır.
Əks təqdirdə İctimai Mülkiyyət İstismarı peyda olur.

2
“Xüsusi İstismar” olduğu kimi, “Ümumi İstismar” da var.
Xüsusi İstismarda Əməkçi zəhmətinin bəhrəsini Xüsusi Şəxs – Kapitalist, Mülkədar mənimsəyir.
Ümumi İstismarda Əməkçi Zəhmətini İctimai Qüvvə – Dövlət mənimsəyir.
8 Ümid günü, Od Ayı, 8-ci.
 
  Bugün 25 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol