Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Mütləlik
 


Evladlarıma!
Mütləq Mahiyyətlisiniz!
Gerçək imkanları ötmək imkanına maliksiniz!
Mütləq İdraka sahib olmaq imkanına maliksiniz!
Mütləq Mənəviyyata sahib olmaq imkanına maliksiniz!
Mütləq İradəyə sahib olmaq imkanına maliksiniz!
Zaman – İnamsızdır! İnam yaratmalıyıq!
Zaman – İnsansızdır! İnsan yaratmalıyıq!
İnsan – Vətənsizdir! Vətən yaratmalıyıq!

Daxilinizdəki Mütləq Sizə yar olsun!
Etiqad


Mütləqə inanıram!
Yəni
Mütləq Həqiqətə inanıram!
Mütləq Ədalətə inanıram!
Mütləq Saflığa inanıram!
Mütləq Xeyirə inanıram!
Mütləq olana inanıram!

Mütləqə inanıram!
Yəni
Mütləq olmayan Həqiqəti Həqiqət saymıram!
Mütləq olmayan Ədaləti Ədalət saymıram!
Mütləq olmayan Saflığı Saflıq saymıram!
Mütləq olmayan Xeyiri Xeyir saymıram!
Mütləq olmayana inanmıram!

Mütləqə inanıram!
Yəni
Ömrümü Mütləq Həqiqətə həsr edirəm!
Mütləq Ədalətə həsr edirəm!
Mütləq Saflığa həsr edirəm!
Mütləq Xeyirə həsr edirəm!
Mütləqləşirəm!

Mütləq Həqiqəti Müqəddəs sayıram!
Mütləq Ədaləti Müqəddəs sayıram!
Mütləq Saflığı Müqəddəs sayıram!
Mütləq Xeyiri Müqəddəs sayıram!
Mütləqə səcdə qılıram!
Ləyaqət


Yalnız Sabit olan – Var olandır!
Dəyişən – Yoxdur!

Yalnız Bütöv olan - Var olandır!
Ziddiyyətli – Yoxdur!

Yalnız Kamil olan – Var olandır!
Qeyri-Kamil – Yoxdur!

İnsan dəyişən görünür –
Mahiyyət etibarilə o, Sabitdir.

İnsan ziddiyyətli görünür –
Mahiyyət etibarilə o, Bütövdür.

İnsan qeyri-kamil görünür –
Mahiyyət etibarilə o, Kamildir.

Dəyişkən – yaşamır!
Ziddiyyətli – yaşamır!
Qeyri-Kamil – yaşamır!

Özünü yenidən yarat.
Dəyişkəndin – Sabit ol!
Ziddiyyətliydin – Bütöv ol!
Qeyri-Kamildin – Kamil ol!
Yox idin – Var ol!
AMAL

Mütləqə İnam:


Yeri-göyü yaradan Allaha yox, xurafata yox, İnsanın, Həyatın, Dünyanın Mütləq Mahiyyətinə İnam.
Ruhani İdrak.


İnsan Fəlsəfəsi.
Kamil İnsan.


Mənəviyyat, Zəka və İradə kamilliyi.
Özüylə döyüş, İmtina Qətiyyəti, Mahiyyətə yüksəlmək Müqəddəsliyi.
Ədalətli cəmiyyət.


Ruhani Dövlət, özünüidarə ləyaqəti, fərdi əməkçi mülkiyyəti, imtiyaz bərabərliyi.
Vətən.


Müstəqil, qüdrətli, vahid.


Yol


Mənəvi İntibah – Mütləqə İnamın təsdiqi,
Kamil İnsanın yaranması.
İdraki İntibah – İnsan Fəlsəfəsinin təsdiqi.
Siyasi İntibah – Müstəqil Vətənin yaranması.
İctimai İntibah – Ruhani Dövlətin yaranması.

Vasitə


Atalığı öyrənmək.
Atalıq əsasında yaşamaq.
Atalığı öyrətmək.
Atalığı yaymaq.
Tələb


Mənəviyyat pətəyini qəbahətdən təmizlə!
Onu Saflıq balıyla doldur.

İdrak pətəyini yalandan təmizlə!
Onu Həqiqət balıyla doldur.

İradə pətəyini qorxudan təmizlə!
Onu cəsarət balıyla doldur.


İqbal


Şəhvətdən keçdim – Var oldum.
Həsəddən keçdim – Var oldum.
Yalandan keçdim – Var oldum.
Qorxudan keçdim – Var oldum.
Hərcayilikdən keçdim – Var oldum.
Hərislikdən keçdim – Var oldum.
Əsirlikdən keçdim – Var oldum.
Köhnə çaydan keçdim.
Təzə Sahilə çatdım.
Yenidən doğuldum.

Doğmalıq


Evladımı sevirəm.
Amalı ondan çox sevirəm.
Valideynimi sevirəm.
Amalı ondan çox sevirəm.
Yoldaşımı sevirəm.
Amalı ondan çox sevirəm.
Qardaşımı sevirəm.
Amalı ondan çox sevirəm.
Bacımı sevirəm.
Amalı ondan çox sevirəm.
Nəslimi sevirəm.
Amalı ondan çox sevirəm.
Bununla da evladıma, valideynimə, yoldaşıma, qardaşıma, bacıma, nəslimə layiq oluram.
Vətəndaşlıq


Əşyalarla həmvətən deyiləm.
Əyyaşlarla həmvətən deyiləm.
Xainlərlə həmvətən deyiləm.
Zaillərlə həmvətən deyiləm.

Amalımla həmvətənəm.
Sabahımla həmvətənəm.
Ölümsüzlük


Ölümü yaşadan qorxudur.
Ölümdən qorxmuram.
Bu səbəbdən də ölümsüzəm.

II. ATALIQ

Ata adına xristian kahinləri layiq deyil.
Çünki xristianlıqda Yalan Var.

Ata adına cəmiyyət başçıları layiq deyil.
Çünki cəmiyyət başçılığında Yalan Var.

Ata adına müasir ailə sahibləri layiq deyil.
Çünki müasir ailə sahibliyində Yalan Var.

xxx
Ata adına – Müqəddəs İnamlı İnsan layiqdir.
Ata adına – Müqəddəs İdraklı İnsan layiqdir.
Ata adına – Müqəddəs İradəli İnsan layiqdir.

xxx
Atalıq – Müqəddəs Bəxtiyarlıqdır!
Ona Müqəddəs İnsan layiqdir!


III. MÜTLƏQÇİ
Özümlük


Mən quru bədən deyiləm – Mütləqəm!
Mən quru bədən deyiləm – Amalam!
Mən quru bədən deyiləm – Sabaham!

Mütləqi sevirəm – Özümü sevirəm!
Amalı sevirəm – Özümü sevirəm!
Sabahı sevirəm – Özümü sevirəm!

Özümü sevirəm – Özümdən keçirəm!

Vüqar


Mütləqdən başqa heç nəyim yoxdur!
Amaldan başqa heç nəyim yoxdur!
Sabahdan başqa heç nəyim yoxdur!
Hamıdan varlıyam!
Qiymət


Ən böyük rütbəm – İnsan!
Ən böyük mükafatım – İnsanlıq!
Yetkinlik


Xəbisliyimi öldürdüm.
Hərisliyimi öldürdüm.
İblisliyimi öldürdüm.
Heyvanlığımı öldürdüm.
Avamlığımı öldürdüm.
Köləliyimi öldürdüm.
Kölgəliyimi öldürdüm.
Özümə Sahib oldum.
Məcnunluq


Eşqim – Amalım.
Aşiqliyim – Ömrüm.
Qətiyyət


Ya Mütləq, ya gerçək.
Mütləqi seçdim, gerçəkdən keçdim.

Yaşamaq
Gerçək dünya – Dünyanın kölgəsidir.
Gerçək həyat – Həyatın kölgəsidir.
Gerçək insan – İnsanın kölgəsidir.

Kölgə olmadım – Dünya oldum.
Kölgə olmadım – Həyat oldum.
Kölgə olmadım – İnsan oldum.
İnam


Dünyanı yaradan Allaha inanmadım!
Həyatı yaradan Allaha inanmadım!
İnsanı yaradan Allaha inanmadım!

Dünyada yaşayan Mütləqə inandım!
Həyatda yaşayan Mütləqə inandım!
İnsanda yaşayan Mütləqə inandım!
Müdriklik


Təzahürə uymadım – Mahiyyətə vuruldum.
Mahiyyətə qovuşdum. Mahiyyət oldum.
Barışmazlıq


Bədən gerçəkliklə barışır, ruh barışmır.
Bədən şərlə barışır, ruh barışmır.
Bədən günahla barışır, ruh barışmır.
Bədənlə barışmadım. Ruha tapındım.
Etiraf


Nisbini sevmədim – Mütləqi sevdim.
Həyatı sevmədim – Amalı sevdim.
Bugünü sevmədim – Sabahı sevdim.
Fədailik


Əzabım – ən böyük Sevincim.
Məğlubiyyətim – ən böyük Qələbəm.
Ölümüm – ən böyük Həyatım.
Həyat


Həyat – Mütləqə çatmır, Amala çatmır.
Bu səbəbdən də sevilmir.
Həyat – Mütləqə çatmır, Amala çatmır.
Bu səbəbdən də qurban verilir.
Həyat – Məqsəd deyil, vasitədir.
Məqsəd – Mütləqdir, Amaldır, Sabahdır.
Dünyam


O dünya səadətinə inanmadım.
Bu dünya səxavətinə küsənmədim.
Dünyam – Mütləqim, Amalım, Sabahım.
Nicat


Musa bəşəri aldatdı.
İsa bəşəri aldatdı.
Məhəmməd bəşəri aldatdı.
Yalana sığınan nicat – fəlakətdir.
Fəlakətdən xilas oldum.
Yalanı öldürdüm.
Allahsızlıq


Qorxunc Allah – Mütləq deyil – Şahdır.
Adil Allah – Mütləq deyil – Hakimdir.
Aqil Allah – Mütləq deyil – Loğmandır.
Allahların heç biri Mütləq deyil!
Mütləq – Dünyanın, Həyatın, İnsanın kamilliyi, sonsuzluğu, əbədiliyidir.
Mütləqi seçən – Allahdan keçir.
Xurafat


“Ölən – diriləcək!” – dedilər.
Ağlayan – güləcək!” – dedilər.
“Huri-pəri nəşəsi gələcək!” – dedilər.
İnsanı alçaltdılar.
Mükafat köləsi saydılar.
Şəhvət dəlisi saydılar.
Əslində cəzalandırdılar.
Ləyaqətini tapdaladılar.

“Xeyirin mükafatı var!” – dedilər.
“Xeyirin işrəti var!” – dedilər.
Xeyiri alçaltdılar.
Əslində cəzalandırdılar.
Ləyaqətini tapdaladılar.

Hər ikisində Mütləq təhqir olundu.
İnsandakı Mütləq!
Xeyirdəki Mütləq.
Ruhanilik


Dedilər: İnsanı Allah yaradıb.
İstehsalat yaradıb.
Şəhvət yaradıb.
Cəmiyyət yaradıb.

Dedim: İnsanı Ruh yaradıb.
İdrak yaradıb.
Mənəviyyat yaradıb.
İradə yaradıb.

Dedilər: İnsan Allahdan asılıdır.
İstehsalatdan asılıdır.
Şəhvətdən asılıdır.
Cəmiyyətdən asılıdır.

Dedim: İnsan Ruhdan asılıdır.
İdrakdan asılıdır.
Mənəviyyatdan asılıdır.
İradədən asılıdır.

xxx
Maddi mənafeyə güvəndilər.
Sinfi münaqişəyə güvəndilər.
Ruha güvəndim.
“Cəmiyyət dəyişməsə – insan dəyişməz!” – dedilər.
“İqtisadiyyat dəyişməsə – insan dəyişməz!” – dedilər.
“İnsan dəyişməsə – cəmiyyət dəyişməz!” – deyirəm.
“İnsan dəyişməsə – iqtisadiyyat dəyişməz!” – deyirəm.

Fərdi mülkiyyəti günahkar saydılar.
Ümumi mülkiyyətə ümid bağladılar.
İnsanı günahkar saydım.
İnsana ümid bağladım.
Ruhu əsas saydım.
Maddiyyatı əsas saymadım.
Ədalət


Xalqı Mütləq saydım.
Millətsiz bəşəriyyətə inanmadım.
Əfsanəyə uymadım.
Qəyyumluq mərhəmətini rədd etdim.
Mütilik nəzakətini rədd etdim.
“Özünə Sahib olmayan xalq – xalq deyil!” – dedim.

xxx
“Mülkiyyət əməkçinin olmalıdır!” – dedim.
Mülkədarın olmamalıdır!
Kapitalistin olmamalıdır!
Dövlətin olmamalıdır!

xxx
İnsanı İnsanın Sahibi saydım.
Vicdanı İnsanın Hakimi saydım.
Zor səlahiyyətini – insanlığa yaraşdırmadım.
İmtiyaz fərqini – insanlığa yaraşdırmadım.
xxx
Dövləti – Xalqın yaradıcısı saydım.
– Keşikçisi saydım.
– Təmsilçisi saydım.
– Ağası saymadım.

xxx
Başçını – İdrak zirvəsində gördüm.
– Mənəviyyat zirvəsində gördüm.
– İradə zirvəsində gördüm.
– Ağalıq zirvəsində görmədim.

xxx
İqtisadiyyatı İnsana tapşırdım –
İnsanı İqtisadiyyata tapşırmadım.

Əməyi İnsana tapşırdım –
İnsanı əməyə tapşırmadım.

Qanunu İnsana tapşırdım –
İnsanı qanuna tapşırmadım.

Nisbini Mütləqə tapşırdım –
Mütləqi Nisbiyə tapşırmadım.
Əxlaq


Xeyirləşmə. Ruhlaşma. Mütləqləşmə.
İman


Platonun İdeyaları kiçik göründü mənə.
Russonun Təbiiliyi kiçik göründü mənə.
Hegelin Mütləqi Nisbi göründü mənə.
İqtisadiyyat Allahına inanmadım.
Mütləqimi tapdım.
Mütləqimə inandım.

Zərdüştdən öyrəndim.
Buddadan öyrəndim.
Sufilərdən öyrəndim.
Hürufilərdən öyrəndim.
Şərqləşdim.

Mütləqimi tapdım.
Mütləqimə inandım.

İnamsızlıq gördüm – İnam yaratdım.
İdraksızlıq gördüm – İdrak yaratdım.
Mənəviyyatsızlıq gördüm – Mənəviyyat yaratdım.
İradəsizlik gördüm – İradə yaratdım.

Həyatda yaşamadım – Mütləqdə yaşadım.
Həyatda yaşamadım – Amalda yaşadım.
Həyatda yaşamadım – Sabahda yaşadım.
Mütləqimi tapdım.
Mütləqimə inandım.
Həqiqət


Mütləqin dərki.
Yəni
Dünyanın Dünyadan böyük Mənasının dərki.
Həyatın Həyatdan böyük Mənasının dərki.
İnsanın İnsandan böyük Mənasının dərki.
İdeal


Deyirlər: Mülkiyyət yox olanda,
İnsan var olacaq.
Deyirəm: İnsan Mütləqləşəndə,
İnsan var olacaq.
Deyirlər: Siniflər yox olanda,
İnsan var olacaq.
Deyirəm: İnsan Mütləqləşəndə,
İnsan var olacaq.

Deyirlər: Ümumi Həyat bərqərar olanda,
İnsan var olacaq.
Deyirəm: Mütləq İnsani həyat bərqərar olanda,
İnsan var olacaq.

Deyirlər: Maddiyyat bol olanda,
İnsan var olacaq.
Deyirəm: Mənəviyyat zəngin olanda,
İnsan var olacaq.

Deyirlər: Hamı maddi nemətlərdən
eyni dərəcədə bəhrələnəndə,
İnsan var olacaq.
Deyirəm: Hamı insaniləşəndə,
İnsan var olacaq.

İnsanın varlığını İnsandan kənarda axtarırlar.
İnsanın varlığını İnsanda görürəm.
Dəlil


Dedilər: Şərlə döyüşməyə Ordu gərək,
Silah gərək.
Dedim: Silahım – Ruhumdur.
Dedilər: Silah Ruhdan güclüdür.
Dedim: Silah Ruha təslim olacaq.
Dedilər: Nəyə görə?
Dedim: Çünki silahı yaradan insandır.

İzahat


Ruh anlayışında xurafat yoxdur.
Ruh – Mütləq İdrak, Mütləq Mənəviyyat və Mütləq İradənin vəhdətidir.
Mütləq İdrak – Mütləq Həqiqəti dərk edir.
Mütləq Mənəviyyat – Mütləq Saflıq yaradır.
Mütləq İradə – gerçəkliyi Amal (Mütləq Həqiqət və Mütləq Mənəviyyat) səviyyəsinə yüksəldir.

Müqəddəs Borc
Vəhşi daxilində.
Qatil daxilində.
Çirkab daxilində.
Zülmət daxilində.
Quldar daxilində.
Qul daxilində.
Mülkədar daxilində.
Kapitalist daxilində.
Müstəbid daxilində.
Zəlil daxilində.
Oğru daxilində.
Dönük daxilində.
Özünü inkar et, rədd et, mənən öldür.
Yenidən doğul.

xxx
Təbiətin balasısan!
Ananın balasısan!
Cəmiyyətin balasısan!
Şəraitin balasısan!
Özün deyilsən!
xxx
Özünün balansan!
Özünü yaradansan!
Özünsən!
xxx
Naqissən!
Hərissən!
Köləsən!
Özünə özgəsən!

xxx
Özünü döymüsən!
Özünü söymüsən!
Özünü böyütmüsən!
Özünsən!

xxx
Özünsən – Amala lazımsan!
Sabaha lazımsan!
Qəsdim


Özümlə döyüşürəm.
Başqalarını özümləşdirirəm.
Gerçəklikdən keçirəm –
Mütləqi seçirəm.
Gerçəkliyi – Mütləqləşdirirəm.
Tələb


Dünya məhvərindən çıxıb.
Əməkçi mülkiyyətdən ayrılıb.
Xalq müstəqillikdən ayrılıb.
Ürək İnamdan ayrılıb.
Ağıl İdrakdan ayrılıb.
Əməl Əxlaqdan ayrılıb.
Həyat Həyatilikdən ayrılıb.

Əməkçi – Mülkiyyətə qovuşmalıdır.
Xalq – Müstəqilliyə qovuşmalıdır.
Ürək – İnama qovuşmalıdır.
Ağıl – İdraka qovuşmalıdır.
Əməl – Əxlaqa qovuşmalıdır.
Həyat – Həyatiliyə qovuşmalıdır.

Ölüm- dirim Məsələsi


Dövləti olmayan Xalq – Xalq deyil!
Dünya siyasətində yeri olmayan Xalq – Xalq deyil!
Tarix meydanında yeri olmayan Xalq – Xalq deyil!
Dövlətsizlik bədnamlığından qurtarmalıyıq!
Zəmanəylə Mübahisə


“İnsan – İnsandır!” – deyirlər.
“Xəlqi Mahiyyətdən məhrum olan insan qeyri-insandır!” – deyirəm.
“Bəşər – birdir, vahiddir!” – deyirlər.
“Bəşər – xalqların vəhdəti kimi Var olandır!” – deyirəm.
“Xalqlar – birləşir!” – deyirlər.
“Xalqlar qoşalaşır!” deyirəm.
“Vahid bir xalq yaranacaq!” – deyirlər.
“Yeni-yeni xalqlar peyda olacaq!” – deyirəm.
“Millət – məhdudluq əlamətidir!” – deyirlər.
“Millət – sürülükdən ayrılmaq keyfiyyətidir!” – deyirəm.
“Millət – keçici hadisədir!” – deyirlər.
“Millət – bəşəri ləyaqətdir!” – deyirəm.
“Müxtəliflik – çətinlik törədir!” – deyirlər.
“Müxtəliflik – zənginlik yaradır!” – deyirəm.
“Bir dil, bir bəşər, bir ehkam – bəşərin sabahı budur!” – deyirlər.
“Dillər, xalqlar, mədəniyyətlər əlvanlığı – bəşərin sabahı budur!” – deyirəm.
“Bizim İnamımız gerçəkliyə əsaslanır!” – deyirlər.
“Mənim İnamım Ruha əsaslanır!” – deyirəm.
Ruh çoxa inanmır!
Müqəddəslik

Bəşər bədiyyat acı deyil!
Elm acı deyil!
Siyasət acı deyil!
Müqəddəslik acıdır.

Bədii Söz – Müqəddəs Sözü əvəz etmədi!
Elmi Söz – Müqəddəs Sözü əvəz etmədi!
Siyasi Söz – Müqəddəs Sözü əvəz etmədi!

Gözəl Söz söylədilər.
Dərin söz söylədilər.
Şirin söz söylədilər.
Müqəddəs Söz söyləmədilər.
Mütləq İdraka yüksəldən Söz!
Mütləq Mənəviyyata yüksəldən Söz!
Mütləq İradəyə yüksəldən Söz!

Dünyanı vəsf etdilər, ölçdülər-biçdilər, dəyişdilər.
Müqəddəs saymadılar.
Həyatı vəsf etdilər, ölçdülər-biçdilər, dəyişdilər.
Müqəddəs saymadılar.
İnsanı vəsf etdilər, ölçdülər-biçdilər, dəyişdilər.
Müqəddəs saymadılar.
Müqəddəs Söz söyləməliyik.
Söz – Amal.
Söz – Əməl.
Söz – Aqibət.
Müqəddəs Dünya yaratmalıyıq.
Müqəddəs Həyat yaratmalıyıq.
Müqəddəs İnsan olmalıyıq.

Vətən


Vətən – Qəribdir.
Özündən ayrı düşüb.
Özünü tapmalıdır.
Özünə çatmalıdır.
Bəxtiyarlıq


“Nisbidən başqa heç nə yoxdur!” – dedilər.
“Mütləqdən başqa heç nə yoxdur!” – dedim.
“Nəqdini qoyub nisyədən yapışırsan!” – dedilər.
“Nəqdi – yoxdur!” – dedim.
“Olanı qoyub olmayandan yapışırsan!” – dedilər.
“Olan – yoxdur!” – dedim.
“Məhv olacaqsan!” – dedilər.
“Var olacam!” – dedim.
IV. SABAHLI


Dünyadayam – Dünyasızam!
Həyatdayam – Həyatsızam!
İnsanlıyam – İnsansızam!

Çünki Dünya – Dünya deyil!
Çünki Həyat – Həyat deyil!
Çünki İnsan – İnsan deyil!
Sabahlıyam – bugündəyəm!

xxx
Dünya əvəzinə – Yoxluq!
Həyat əvəzinə – Yoxluq!
İnsan əvəzinə – Yoxluq!

xxx
Məhəbbət əvəzinə – məhəbbətsizlik!
Ədalət əvəzinə – ədalətsizlik!
Həqiqət əvəzinə – Həqiqətsizlik!
Böyüklük əvəzinə – Yekəlik.
Etiqad əvəzinə – Zor.
Etimad əvəzinə – Sürülük.
Dostluğu düşmənliyindən betər.
Doğmalığı yadlığından betər.

Dünya hamınındır və heç kəsin deyil!
Həyat hamınındır və heç kəsin deyil!
İnsan hamınındır və heç kəsin deyil!
Torpaq hamınındır və heç kəsin deyil!
Əmlak hamınındır və heç kəsin deyil!
Əxlaq hamınındır və heç kəsin deyil!

Hamı – dünyasızdır!
Hamı – həyatsızdır!
Hamı – İnsansızdır!
Hamı – Torpaqsızdır!
Hamı – Əmlaksızdır!
Hamı – Əxlaqsızdır!

xxx
Dövlət ağalığı.
Dövlət qəddarlığı.
Dövlət quldarlığı.

xxx
İnsan əvəzinə – ictimai münasibət!
İnsan əvəzinə – istehsalat ünsürü!
İnsan əvəzinə – kollektivin üzvü.

xxx
Fərdiyyətsiz cəmiyyət.
Şəxsiyyətsiz şəxsiyyət.

xxx
Asılı qalmaqda müstəqiləm.
Sözsüz qalmağa sözüm var.
Azad olmaqdan azadam.

xxx
Dünyanı Dünyasız qoymaq olmaz!
Həyatı Həyatsız qoymaq olmaz!
İnsanı İnsansız qoymaq olmaz!

xxx
Allah olmalıyam!
Heçdən dünya yaratmalıyam!
Heçdən Həyat yaratmalıyam!
Heçdən İnsan yaratmalıyam!
Sabahlıyam – bugündəyəm!
V. ZƏRURİYYƏT


İnsan sifəti həyalı olur.
Həyalı sifət yoxdur.
İnsan ürəyi inamlı olur.
İnamlı ürək yoxdur.
İnsan zəkası qanadlı olur.
Qanadlı zəka yoxdur.
İnsan ölüb, ancaq bəşər sağ görünür.

Təzə sifət gərəkdir.
Təzə ürək gərəkdir.
Təzə zəka gərəkdir.
Təzə insan gərəkdir.
Diri bəşər gərəkdir.

İnsan nura bənzəyər, insan kora bənzəyir.
İnsan dağa bənzəyər, insan daşa bənzəyir.
İnsan ölüb, ancaq bəşər sağ görünür.

Nurlu insan gərəkdir.
Məğrur insan gərəkdir.
Təzə insan gərəkdir.
Diri bəşər gərəkdir.

Göz görmək üçündür. Görən göz yoxdur.
Qulaq eşitmək üçündür. Eşidən qulaq yoxdur.
Dil danışmaq üçündür. Danışan dil yoxdur.
İnsan ölüb. Ancaq bəşər sağ görünür.

Təzə göz gərəkdir.
Təzə qulaq gərəkdir.
Təzə dil gərəkdir.
Təzə insan gərəkdir.
Diri bəşər gərəkdir.

İnsan əyilməz – Əyilməyən insan yoxdur!
İnsan sürülməz – Sürülməyən insan yoxdur!
İnsan alçalmaz – Alçalmayan insan yoxdur!
İnsan aldanmaz – Aldanmayan insan yoxdur!
İnsan ölüb. Ancaq bəşər sağ görünür.

Təzə insan gərəkdir.
Diri bəşər gərəkdir.
VI. QƏLƏBƏ


Gözəl Dünya yaratdılar – Dünya yox oldu.
Gözəl Həyat yaratdılar – Həyat yox oldu.
Gözəl İnsan yaratdılar – İnsan yox oldu.
Dövlət Mülkiyyətə sahib oldu.
Hakimiyyətə sahib oldu.
Fərdiyyətə sahib oldu.
Şəxsiyyətə sahib oldu.
İradəyə sahib oldu.
İdraka sahib oldu.
İnsan Dövlətdə itdi.
VII. GƏLƏCƏK
Dövləti Birlik əvəz edəcək!
Birlik Mülkiyyətə sahib olacaq.
Hakimiyyətə sahib olacaq.
Fərdiyyətə sahib olacaq.
Şəxsiyyətə sahib olacaq.
İdraka sahib olacaq.
İradəyə sahib olacaq.
İnsan Birlikdə itəcək!
Bəşər Səadətə çatacaq!
VIII. BUGÜNKÜLƏR


“Bizə oxşa!” – dedi naqis.
“Bizə oxşa!” – dedi xəbis.
“Bizə oxşa!” – dedi əyyaş.
“Bizə oxşa!” – dedi sərxoş.
“Bizə oxşa!” – dedi yaltaq.
“Bizə oxşa!” – dedi alçaq.

Bizik Dünya.
Bizik Həyat.
Bizik İnsan.
Bizik Çoxluq.
Bizik Hamı.

Birgə naqislər.
Birgə xəbislər.
Birgə əyyaşlar.
Birgə yaltaqlar.
Birgə alçaqlar.
Birgə Yoxlar.

Zəlillik kütlələşdi.
Satqınlıq kütlələşdi.
Azğınlıq kütlələşdi.

Namus təkləndi.
Qeyrət təkləndi.
Mərifət təkləndi.

Erkəklik kütlələşdi.
Kişilik təkləndi.

Dişilik kütlələşdi.
Qadınlıq təkləndi.

Əyrilik kütlələşdi.
Düzlük təkləndi.

Naşılıq kütlələşdi.
Müdriklik təkləndi.

Yamanlıq kütlələşdi.
Yaxşılıq təkləndi.

Bədxahlıq kütlələşdi.
Saflıq təkləndi.

İlanlıq kütlələşdi.
İnsanlıq təkləndi.

Dünya Şərlə doldu.
Xeyir təkləndi.

Qocalarınızda ağsaqqallıq öldü,
cavanlarınızda ismət!
Alimlərinizdə müdriklik öldü,
xadimlərinizdə ləyaqət!


Ölüsünüz!
İnamınız ölüb!
İdrakınız ölüb!
Əxlaqınız ölüb!
İradəniz ölüb!

Ölüsünüz!
Təltif adlı Nəsrullaha möhtacsınız!
Rütbə adlı Nəsrullaha möhtacsınız!
Varidat adlı Nəsrullaha möhtacsınız!
Şöhrət adlı Nəsrullaha möhtacsınız!
Ölüsünüz – xoşbəxtsiniz!
Ölü – ölmür.

Bir dən qədər torpağa gərək deyilsiniz!
Torpaqdan yemlənirsiniz!
Ancaq torpaq sizi hiss etmir!
Çünki yoxsunuz!

Yazdığınız kitablara düşürsünüz –
“Varıq!” – deyə.
Yazdığınız kitablar heç.
Heçə düşürsünüz!

Daxilinə enmirsən – çünki boşdur.
Ömrünü vərəqləmirsən – çünki vərəqlər ağdır.
Sevilmirsən – buna görə də lovğalanırsan!
Nailiyyətin yoxdur – buna görə də bağırırsan!
Dilin ağzına sığmır – çünki deməyə sözün yoxdur.

Atasızsan – Atalı görünürsən!
Evladsızsan – Evladlı görünürsən!
Kitabsızsan – Kitablı görünürsən!
Şeirsizsən – şeirli görünürsən!


Meyvən yoxdur – bağçalı görünürsən!
Aqibətin yoxdur – aqibətli görünürsən!
Dünənlə Sabah arasında boşluqsunuz!
İnam boşluğu!
İdrak boşluğu!
Mənəviyyat boşluğu!
İradə boşluğu!

“Sabah bizimdir!” – dedi bugünkülər.
“Sabah elə bizik!” – dedi bugünkülər.
Yalan söylədi bugünkülər.
Sabah – Yox olmaz!

Bəşər ölməliydi. Dirilməkçün.
Bugünkülərdə bəşər öldü.

İnsanlıq Vaxtı
“Fədakarlıq vaxtı deyil!” – dedilər.
“Müqəddəslik vaxtı deyil!” – dedilər.
“Ruhanilik vaxtı deyil!” – dedilər.

“Fədakarlıq vaxtı – İnsanlıq vaxtıdır!” – dedim.
“Müqəddəslik vaxtı – İnsanlıq vaxtıdır!” – dedim.
“Ruhanilik vaxtı – İnsanlıq vaxtıdır!” – dedim.
IX. YOXLAR


Vara səcdə qılırlar.
Var – heçdir.
Nişana səcdə qılırlar.
Nişan – heçdir.
Rütbəyə səcdə qılırlar.
Rütbə – heçdir.
Heçə səcdə qılırlar.
Allahları heçdir!
“Vicdanıma and olsun!” – deyir.
Vicdanı Yoxdur.
“Namusuma and olsun!” – deyir.
Namusu Yoxdur.
“Əqidəmə and olsun!” – deyir.
Əqidəsi Yoxdur.
Yoxa and içir.

Sevirlər – sevgi Yoxa çıxır.
Dostluq eləyirlər – dostluq Yoxa çıxır.
İgidlik göstərirlər – igidlik Yoxa çıxır.
Müdriklik göstərirlər – müdriklik Yoxa çıxır.
Ədalət yaradırlar – ədalət Yoxa çıxır.
Səadət yaradırlar – səadət Yoxa çıxır.

Yoxlar dəstəsi yarandı.
Yoxlar məclisi yarandı.
Yoxlar məktəbi yarandı.
Yoxlar bayramı yarandı.
Yoxlar mərasimi yarandı.
Yoxlar zadəganları yarandı.
Yoxlar rəiyyəti yarandı.
Var itdi, Yox qaldı.

Canavar azaldı.
İnsan canavarlaşdı.
İlan azaldı.
İnsan ilanlaşdı.
Heyvan azaldı.
İnsan Heyvanlaşdı.

Yoxa nifrətin yoxsa,
Hiddətin yoxsa,
Lənətin yoxsa,
Yoxsan!
 
  Bugün 1 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol