Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Ölçü
 
DƏYİŞMƏZLİK



Dünyada hər şey dəyişir, ancaq Dünyanın Mənası Də-

yişmir.

İdrakın Məqsədi Dünyanın Dəyişməz Mənasına çat-

maqdır.

Hadisələr dəyişkəndir, ancaq hadisələrin Mahiyyəti dəyişmir.

İdrakın Məqsədi Hadisələrin Dəyişməz Mahiyyətinə çatmaqdır.

Dəyişkənliyi zahiri gözlə görmək olur, Dəyişməzliyi görmək üçün daxili göz gərək.

İdrak – Daxili Gözdür.

Dəyişkən Zaman olur, Mühit olur, Şərait olur, dəyişkən həqiqət olmur; yəni Zaman, Mühit, Şərait dairəsində həqiqət olmur; Həqiqət Zamandan, Şəraitdən, Mühitdən Üstündür.

Zaman Həqiqəti Yalandır – çünki Zaman dəyişir, Həqiqət dəyişmir.

Mühit Həqiqəti Yalandır – Mühit dəyişir, Həqiqət də-

yişmir.

Şərait Həqiqəti Yalandır – Şərait dəyişir, Həqiqət dəyişmir.

Zamançılıq – əslində Həqiqəti Əzəlilikdən, Əbədilikdən, Sonsuzluqdan Təcrid etməkdir; - naşılar bunu Konkretlik adlandırırlar; əslində isə o, Yoxsulluqdur; Yoxsul Həqiqət olmur – Həqiqət həmişə Zəngindir.

Mühitçilik – əslində Həqiqəti Əzəlilikdən, Əbədilikdən, Sonsuzluqdan Təcrid etməkdir; - naşılar bunu Konkretlik adlandırırlar; əslində isə o, Yoxsulluqdur; Yoxsul Həqiqət olmur – Həqiqət həmişə Zəngindir.

Şəraitçilik – əslində Həqiqəti Əzəlilikdən, Əbədilikdən, Sonsuzluqdan Təcrid etməkdir; - naşılar bunu Konkretlik adlandırırlar; əslində isə o, Yoxsulluqdur; Yoxsul Həqiqət olmur – Həqiqət həmişə Zəngindir.

Bir Dövrün Həqiqəti olmur, bütün Dövrlərin Həqiqəti olur; çünki heç bir Dövr Əbədi deyil, Əbədi olmayan Həqiqət yoxdur.

Dəyişkənlik – Yoxluq Yoludur.

Gerçəklikdə Hadisələr Yoxluq Yoluna düşürlər, Yox olurlar.

Mahiyyət, Məna Yox olmur; Hadisələr ölür – Hadisələrin Mənası qalır.

Dəyişən ölür, Dəyişməz qalır.

Varlıq – Dəyişməz Məna və Dəyişən Hadisələr Birliyidir.

İdrakın Məqsədi Dəyişən Hadisələrin Dəyişməz Mənasına çatmaqdır; Dəyişkənliyin Dəyişməzliyini dərk etməkdir; Yoxa çıxanın Varlığını dərk etməkdir; Gözün görmədiyini görməkdir; Dünyaya daxili gözlə baxmaqdır.

Yoxluğa aparan Dəyişkənlik Dünyanı Təməlindən qopara bilmir; Təməl – sarsılmır, dəyişmir; Dünyadakılar Çay kimi axırlar; Dünyanın Mahiyyəti Dağ kimi möhkəm dayanır.

İdrak Təmələ – Mənaya çatır; Dəyişkən Dünyada Də-

yişməz Məna tapmaq – İdrakın Məqsədi budur.

Dəyişkən nə varsa – əslində Qeyri-həqiqidir.

Dəyişkən Məhəbbət – əslində qeyri-həqiqi Məhəbbətdir.

Dəyişkən Dostluq – əslində qeyri-həqiqi Dostluqdur.

Dəyişkən Etiqad – əslində qeyri-həqiqi Etiqaddır.

Dəyişkən Xeyir – əslində qeyri-həqiqi Xeyirdir.

Dəyişkən Ədalət – əslində qeyri-həqiqi Ədalətdir.

Kamilliyə çatana qədər Adam dəyişir, ancaq Kamillik Dəyişməzdir; Kamillik dəyişərsə – Naqisləşər.

Qeyri-Kamillik Dəyişkəndir, Kamillik – Dəyişməz.

Adam Dəyişkəndir – İnsan Dəyişməz.

Adam Məhəbbəti Dəyişkəndir; İnsan Məhəbbəti – Də-

yişməz.

Adam Dostluğu Dəyişkəndir; İnsan Dostluğu – Dəyişməz.

Adam Etiqadı Dəyişkəndir; İnsan Etiqadı – Dəyişməz.

Adam Xeyiri Dəyişkəndir; İnsan Xeyiri – Dəyişməz.

Adam Ədaləti Dəyişkəndir; İnsan Ədaləti – Dəyişməz.

«Eyni çaya iki dəfə girmək olmaz» – deyirlər; ancaq sabit, müəyyən özünəbənzərliyi olmayan çay – çay deyil – Yoxluqdur.

Dəyişkənlik Fəlsəfəsi (Dialektika) – Dünyaya səthi, zahiri münasibətdir, üzdəkini görməkdir; zahiri göz əməlidir – daxili göz əməli deyil; Mənadan, Mahiyyətdən ayrılmaqdır, təməlsizlikdir.

Həqiqət Dəyişməzliyi Ehkamçılığa qarşıdır; çünki Ehkam –Dəyişilməz Yalan deməkdir; - Yalan Dəyişilməzliyidir, Həqiqət Dəyişilməzliyi deyil.

Həqiqət – Ehkama qarşıdır, çünki Yalana qarşıdır.

Ehkam – İdrakı buxovlayır; Həqiqət – Ehkam Buxovunu qırır.

Dəyişməz Həqiqət – Dəyişməz Ehkamı aradan qaldırır.

Həqiqət – Dəyişməzlik dərkidir və bu səbəbdən də Dəyişməzdir.



2. BÜTÖVLÜK



Həyatda hər şey Ziddiyyətlidir, Həyatın Mahiyyəti isə Bütövdür.

İdrakın Məqsədi – Həyatın Bütöv Mahiyyətinə çatmaqdır.

Hadisələr Ziddiyyətlidir, Məna – Bütövdür.

İdrakın Məqsədi – Hadisələrin Bütöv Mənasına çat-maqdır.

Ziddiyyətli nə varsa – Qeyri-həqiqidir.

Ziddiyyətli Xeyir – Qeyri-həqiqi Xeyirdir.

Ziddiyyətli Ədalət – Qeyri-həqiqi Ədalətdir.

Ziddiyyətli İnam – Qeyri-həqiqi İnamdır.

Ziddiyyətli İdrak – Qeyri-həqiqi İdrakdır.

Ziddiyyətli Mənəviyyat – Qeyri-həqiqi Mənəviyyatdır.

Ziddiyyətli İradə – Qeyri-həqiqi İradədir.

Gerçəklik – Ziddiyyətlidir, Gerçəkliyin Mənası Bütövdür.

Bu səbəbdən də Həqiqət Gerçəklikdən Üstündür.

Gerçəklik – Ziddiyyətlidir, Həqiqət – Bütöv.

Keçici Ziddiyyətlidir; Əbədi – Bütöv.

Ötəri Ziddiyyətlidir; Əzəli – Bütöv.

Sonlu Ziddiyyətlidir; Sonsuz – Bütöv.

Qeyri-Kamil Ziddiyyətlidir; Kamil – Bütöv.

Keçici Həqiqət olmur, Ötəri Həqiqət olmur, Sonlu Həqiqət olmur, Qeyri-Kamil Həqiqət olmur.

Dünya Ziddiyyətlidir; Həqiqət – Bütöv.

İdrak Ziddiyyəti görür, bilir; - ancaq Ziddiyyətdə dayanmır – Bütövə çatır.

Ziddiyyətdə Dünyanın Mənadan Aşağı olması görünür, bilinir; Həqiqətdə – Dünyanın Mənası.

Mahiyyətlə Təzahür arasında Ziddiyyət var: Mahiyyət Bütövdür; Təzahür – Ziddiyyətli.

İdrak Təzahürü görür, bilir; - ancaq Təzahürdə dayanmır, ondan Yüksəkdə olan Mahiyyətə çatır.

Dünyadakı – Ziddiyyətlidir, Mənadakı – Bütöv.

Dünyada Xeyir-Şər Ziddiyyəti var – Mütləq Xeyir Bütövdür, Ziddiyyətsizdir.

İdrak Xeyir-Şər Ziddiyyətini görür, bilir; - ancaq onda dayanmır, Mütləq Xeyirə Yüksəlir.

Dünyada Ədalət-Ədalətsizlik Ziddiyyəti var – Mütləq Ədalət Bütövdür, Ziddiyyətsizdir.

İdrak həmin Ziddiyyəti görür, bilir; - ancaq onda dayanmır, Mütləq Ədalətə Yüksəlir.

Dünyada İnam-İnamsızlıq Ziddiyyəti var; İdrak bu Ziddiyyəti görür, bilir; ancaq onda dayanmır - Mütləq İnama çatır.

Dünyada Mənəviyyat-Mənəviyyatsızlıq Ziddiyyəti var; İdrak bu Ziddiyyəti görür, bilir; ancaq onda dayanmır, Mütləq Mənəviyyata çatır.

Dünyada İradə-İradəsizlik Ziddiyyəti var; İdrak bu Ziddiyyəti görür, bilir; ancaq onda dayanmır, Mütləq İradəyə çatır.

Cəmiyyət Ziddiyyətlidir – Həqiqət Bütöv, bu səbəbdən də Həqiqət Cəmiyyəti ötür.

Din – Həqiqətə Ziddir.

Dünya – Mahiyyətdən Aşağıdır, bu səbəbdən də Ziddiyyətlidir.

İdrakın Məqsədi – Mahiyyətin Dərkidir, - yəni Bütövlüyün Dərkidir.

Ziddiyyətdə dayanıb qalan İdrak – nisbidir, naqisdir.

Ziddiyyəti görmək asandır – Ziddiyyətlərin arxasındakı Bütövlüyü görmək çətindir.

Ziddiyyət Fəlsəfəsi (Dialektika) Gerçəkliyi görür – Mahiyyəti görmür; Hadisəni görür – Mənanı görmür; bu səbəbdən də Həqiqətə çatmır.

Ziddiyyət – Dünyanın Mənadan əskik olmasıdır.

Həqiqət – Dünyadan Artıq olan Bütöv Mənaya çatır.



3. MÜSTƏQİLLİK



Hadisələr Biri-birindən asılıdır; Mahiyyət – Müstəqildir.

Hadisələrin heç biri tam özü olmur, başqasına keçir; onların müəyyənliyi, özünəməxsusluğu nisbi səciyyə daşıyır.

Məna – Mütləq dərəcədə müəyyəndir.

Gerçəklikdə Xeyir Şərə keçir, Şər Xeyirə; bu səbəbdən də Xeyirin Müəyyənliyi Nisbidir – haradasa Xeyir elə Şərdir, Xeyir Şərdən asılıdır; Şərə qarşı olan Xeyir həm də Şərdən bəhrələnir; Şərdən ayrı Xeyir tanımır Gerçəklik – Bu səbəbdən də Xeyirin Müstəqilliyi tam olmur.

İdrakın Məqsədi – Mütləq Xeyiri dərk etməkdir; bu səbəbdən də o, Gerçəklik səviyyəsində Xeyiri ötməli, Məna səviyyəsində Xeyirə çatmalıdır.

Gerçəklikdə Ədalətlə Ədalətsizlik arasında möhkəm Sədd olmur: Ədalət Ədalətsizliyə keçir; Ədalətsizlik – Ədalət bilinir, Ədalətsizləşir.

İdrakın Məqsədi – Mütləq Ədaləti dərk etməkdir; bu səbəbdən də o, Gerçəklik səviyyəsində Ədaləti ötməli, Məna səviyyəsində Ədalətə çatmalıdır.

Gerçəklikdə Həqiqətlə Yalan arasında möhkəm Sədd olmur: Həqiqət Yalanlaşır; Yalan – Həqiqət bilinir, Həqiqət Yalanla birgə yaşayır.

İdrakın Məqsədi – Mütləq Həqiqəti dərk etməkdir; bu səbəbdən də o, Gerçək Həqiqəti ötməli, Məna səviyyəsində Həqiqətə çatmalıdır.

Həyatda İnamla İnamsızlıq arasında möhkəm Sədd olmur: İnam İnamsızlığa keçir; İnamsızlıq – İnam bilinir, İnam İnamsızlıqla birgə yaşayır.

İdrakın Məqsədi – Mütləq İnamı dərk etməkdir; Gerçək İnam səviyyəsini ötmək, Məna səviyyəsində İnam səviyyəsinə çatmaqdır.

Həyatda Mənəviyyatla Mənəviyyatsızlıq arasında möhkəm Sədd olmur: Mənəviyyat Mənəviyyatsızlığa keçir; Mənəviyyatsızlıq – Mənəviyyat bilinir, Mənəviyyat Mənəviyyatsızlıqla birgə yaşayır.

İdrakın Məqsədi – Mütləq Mənəviyyatı dərk etməkdir; bu səbəbdən də Gerçək Mənəviyyatı ötmək, Məna səviyyəsində Mənəviyyata çatmaqdır.

Həyatda İradəylə İradəsizlik arasında möhkəm Sədd olmur: İradə İradəsizliyə keçir; İradəsizlik – İradə bilinir, İradəylə İradəsizlik birgə yaşayır.

İdrakın Məqsədi – Mütləq İradəni dərk etməkdir; bu səbəbdən də Gerçək İradəni ötmək, Məna səviyyəsində İradəyə çatmaqdır.

Həyatda Ağ – tam Ağ olmur – həm də Qara olur; Təzə – tam Təzə olmur – həm də Köhnə olur; Bugün – tam Bugün olmur – həm də Dünən olur; Ləyaqət – tam Ləyaqət olmur – həm də Qəbahət olur; Cəsarətlə Qorxu qoşalaşır, Mərhəmətlə Nifrət qoşalaşır, Müdrikliklə Naşılıq qoşalaşır.

Asılılıq Fəlsəfəsinin (Dialektikanın) əksliklərin vəhdəti adlandırdığı hal – Gerçəklik halıdır; İdrak onu duyur, görür, bilir; ancaq onda dayanmır, qalmır; Məna halına – Əsillik, Xalislik, Müstəqillik halına çatır.

İdrakda – Əsillik, Xalislik, Müəyyənlik dərk olunur.

Qeyri-Müəyyən Həqiqət olmur.

Şərə keçən Xeyir – Qeyri-Həqiqi Xeyirdir.

Ədalətsizliyə keçən Ədalət – Qeyri-həqiqi Ədalətdir.

İnamsızlığa keçən İnam – Qeyri-həqiqi İnamdır.

İdraksızlığa keçən İdrak – Qeyri-həqiqi İdrakdır.

Mənəviyyatsızlığa keçən Mənəviyyat – Qeyri-həqiqi Mənəviyyatdır.

İradəsizliyə keçən İradə – Qeyri-həqiqi İradədir.

Gerçəklik səviyyəsində Həqiqət olmur, Məna səviyyəsində Həqiqət olur.

Dünya Xeyiri Şərə, Ədaləti Ədalətsizliyə, Həqiqəti Yalana, İnamı İnamsızlığa, İdrakı İdraksızlığa, Mənəviyyatı Mənəviyyatsızlığa, İradəni İradəsizliyə, Ağı Qaraya, Ləyaqəti Qəbahətə, Müdrikliyi Naşılığa bağlayır.

İdrak bu Mahiyyətə zidd Bağı qırır: Əsilliyi, Müəyyənliyi, Xalisliyi təsdiq edir.



4. MÜTLƏQİLİK



Həyatda hər şey Nisbidir, Məna – Mütləqdir.

İdrakın Məqsədi – Mənaya çatmaqdır.

Nisbilik – Natamlıq deməkdir.

Həyatdakı Xeyir – natamdır; İdrakın Məqsədi – Natam Xeyiri ötmək, Tam Xeyirə çatmaqdır.

Həyatdakı Ədalət – natamdır; İdrakın Məqsədi – natam Ədaləti ötmək, Tam Ədalətə çatmaqdır.

Həyatdakı Həqiqət – natamdır; İdrakın Məqsədi – natam Həqiqəti ötmək, Tam Həqiqətə çatmaqdır.

Həyatdakı İnam – natamdır; İdrakın Məqsədi – natam İnamı ötmək, Tam İnama çatmaqdır.

Həyatdakı Mənəviyyat – natamdır; İdrakın Məqsədi – natam Mənəviyyatı ötmək, Tam Mənəviyyata çatmaqdır.

Həyatdakı İradə – natamdır; İdrakın Məqsədi – natam İradəni ötmək, tam İradəyə çatmaqdır.

Həyatdakı Kamillik – natamdır; İdrakın Məqsədi – natam Kamilliyi ötmək, Tam Kamilliyə çatmaqdır.

Həyatdakı Müdriklik – natamdır; İdrakın Məqsədi – natam Müdrikliyi ötmək, Tam Müdrikliyə çatmaqdır.

Nisbilik – keçicilik deməkdir.

Həyatdakı Xeyir – keçici Xeyirdir; İdrakın Məqsədi – keçici Xeyiri ötmək, Əbədi Xeyirə çatmaqdır.

Həyatdakı Ədalət – keçici Ədalətdir; İdrakın Məqsədi – keçici Ədaləti ötmək, Əbədi Ədalətə çatmaqdır.

Həyatdakı Həqiqət – keçici Həqiqətdir; İdrakın Məqsədi – keçici Həqiqəti ötmək, Əbədi Həqiqətə çatmaqdır.

Həyatdakı İnam – keçici İnamdır; İdrakın Məqsədi – keçici İnamı ötmək, Əbədi İnama çatmaqdır.

Həyatdakı Mənəviyyat – keçici Mənəviyyatdır; İdrakın Məqsədi – keçici Mənəviyyatı ötmək, Əbədi Mənəviyyata çatmaqdır.

Həyatdakı İradə – keçici İradədir; İdrakın Məqsədi – keçici İradəni ötmək, Əbədi İradəyə çatmaqdır.

Həyatdakı Kamillik – keçici Kamillikdir; İdrakın Məqsədi – keçici Kamilliyi ötmək, Əbədi Kamilliyə çatmaqdır.

Həyatdakı Müdriklik – keçicidir; İdrakın Məqsədi – keçici Müdrikliyi ötmək, Əbədi Müdrikliyə çatmaqdır.

Nisbilik – sonluluq deməkdir.

Həyatdakı Xeyir – sonlu Xeyirdir; İdrakın Məqsədi – sonlu Xeyiri ötmək, Sonsuz Xeyirə çatmaqdır.

Həyatdakı Ədalət – sonlu Ədalətdir; İdrakın Məqsədi – sonlu Ədaləti ötmək, Sonsuz Ədalətə çatmaqdır.

Həyatdakı Həqiqət – sonlu Həqiqətdir; İdrakın Məqsədi – sonlu Həqiqəti ötmək, Sonsuz Həqiqətə çatmaqdır.

Həyatdakı İnam – sonlu İnamdır; İdrakın Məqsədi – sonlu İnamı ötmək, Sonsuz İnama çatmaqdır.

Həyatdakı Mənəviyyat – sonlu Mənəviyyatdır; İdrakın Məqsədi – sonlu Mənəviyyatı ötmək, Sonsuz Mənəviyyata çatmaqdır.

Həyatdakı İradə – sonlu İradədir; İdrakın Məqsədi – sonlu İradəni ötmək, Sonsuz İradəyə çatmaqdır.

Həyatdakı Kamillik – sonlu Kamillikdir; İdrakın Məqsədi – sonlu Kamilliyi ötmək, Sonsuz Kamilliyə çatmaqdır.

Həyatdakı Müdriklik – sonlu Müdriklikdir; İdrakın Məqsədi – sonlu Müdrikliyi ötmək, Sonsuz Müdrikliyə çatmaqdır.

Nisbilik – qeyri-kamillik deməkdir.

Həyatdakı Xeyir – qeyri-kamil Xeyirdir; İdrakın Məqsədi – qeyri-kamil Xeyiri ötmək, Kamil Xeyirə çatmaqdır.

Həyatdakı Ədalət – qeyri-kamil Ədalətdir; İdrakın Məqsədi – qeyri-kamil Ədaləti ötmək, Kamil Ədalətə çatmaqdır.

Həyatdakı Həqiqət – qeyri-kamil Həqiqətdir; İdrakın Məqsədi – qeyri-kamil Həqiqəti ötmək, Kamil Həqiqətə çatmaqdır.

Həyatdakı İnam – qeyri-kamil İnamdır; İdrakın Məqsədi – qeyri-kamil İnamı ötmək, Kamil İnama çatmaqdır.

Həyatdakı Mənəviyyat – qeyri-kamil Mənəviyyatdır; İdrakın Məqsədi – qeyri-kamil Mənəviyyatı ötmək, Kamil Mənəviyyata çatmaqdır.

Həyatdakı İradə – qeyri-kamil İradədir; İdrakın Məqsədi – qeyri-kamil İradəni ötmək, Kamil İradəyə çatmaqdır.

Həyatdakı Kamillik – qeyri-kamillikdir; İdrakın Məqsədi – qeyri-kamilliyi ötmək, Kamilliyə çatmaqdır.

Həyatdakı Müdriklik – qeyri-kamil Müdriklikdir; İdrakın Məqsədi – qeyri-kamil Müdrikliyi ötmək, Kamil Müdrikliyə çatmaqdır.

Zaman – nisbi Vaxtdır əslində – keçici, sonlu, qeyri-kamil.

İdrak Zamanı ötür, Zaman səviyyəsində Xeyiri, Ədaləti, Həqiqəti, İnamı, Mənəviyyatı, İradəni, Kamilliyi, Müdrikliyi ötür.

Şərait – nisbi Amildir əslində – keçici, sonlu, qeyri-kamil.

İdrak – Şəraiti ötür, Şərait səviyyəsində Xeyiri, Ədaləti, Həqiqəti, İnamı, Mənəviyyatı, İradəni, Kamilliyi, Müdrikliyi ötür.

Mühit – nisbi Birlikdir əslində – keçici, sonlu, qeyri-kamil.

İdrak – Mühiti ötür, Mühit səviyyəsində Xeyiri, Ədaləti, Həqiqəti, İnamı, Mənəviyyatı, İradəni, Kamilliyi, Müdrikliyi ötür.

Cəmiyyət – nisbi Qurumdur əslində – keçici, sonlu, qeyri-kamil.

İdrak – Cəmiyyəti ötür, Cəmiyyət səviyyəsində Xeyiri, Ədaləti, Həqiqəti, İnamı, Mənəviyyatı, İradəni, Kamilliyi, Müdrikliyi ötür.

Həyat Mütləqə çatmır, İdrak – çatır.

Nisbilik Fəlsəfəsi (Dialektika) İdrakı Nisbiliyə pərçimləyir; onu Mahiyyətindən ayırır; Nisbiliyi Mütləqləşdirir, Mütləqi Nisbiləşdirir.

İdrak Nisbini görür, bilir; ancaq onda dayanmır, qalmır; Mütləqə Yüksəlir; İdrakilik – Mütləqilikdir əslində.
25 İnam günü, Od Ayı, 5-ci il. Bakı.
İyul, 1993-cü il.
 
  Bugün 18 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol