Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Sazlığımız
 
SAZÇILIĞIMIZ – TANRIÇILIĞIMIZ



1. Göy Yolu



Türklərin Tanrısı Göy idi.

Ucalıq Tanıyırdılar, Ucalığa Tapınırdılar Türklər.

Saz – Türkün Göy Yoluydu. Türk Sazında Göylə Birləşirdi – Bir olurdu.



2. «Ruhani»



Türk Tanrısını Oxşayırdı, Tanrısının başına dolanırdı.

Tanrı Türkün həm Babasıydı, həm Balasıydı.

Tanrısını əzizləyirdi Türk.

Əzizlədikcə, oxşadıqca həsrəti artırdı, heyrəti artırdı, – alışırdı, yanırdı.

Alışdıqca, yandıqca Tanrıya çatmaq qətiyyəti artırdı.

Ehtiras Ehtizazlaşırdı.

Ruh Rəqs eləyirdi və Uçurdu.

Tanrısına çatırdı və Alovlanırdı.



3. «Yanıq Kərəm»



Türk aramsız Tanrı Oduna Yanırdı.

Sinəsində Od közərirdi.

Həsrətdə, heyrətdə qovrulurdu.

Əzab işığına Qərq olurdu.

Yanar İşıq olurdu – Yana-yana qalırdı.



4. «Cəlili»



Havalanırdı Türk Ucalıq Şövqündən.

Sitəmlə birləşirdi Şövq.

Sitəmli Şövq yaranırdı hava-hava dalğalanan.

Ruhun Təlatümü başlayırdı – Yanğılı, Ağrılı.

Yanğılı Şövq yaranırdı, Yanğın Şövqü yaranırdı – havalanan.





5. «Misri»



Dəyanət gərək olurdu Tanrıçıya.

Qətiyyət Tələb olunurdu.

Oxşama səslənirdi Dəyanətdə.

Nəvaziş səslənirdi, Zəriflik səslənirdi Möhtəşəmlikdə.

Yanğılı, Ağrılı Dəyanət yaranırdı.

Qılınc şaqqıltısı səslənirdi Dəyanətdə, həm də ləlimək.

İstəkliyə çatmaq dəyanəti səslənirdi Yanğılı, Ağrılı.

Yanğı Dəyanəti yaranırdı.

Oxşama Dəyanəti yaranırdı.

Zəriflik Dəyanəti yaranırdı.

Dəyanət alışıb-yanırdı.



6. «Qaraçı»



Göy cəzbinə çağırılır Türk; – Göy cəzbinə çağırır.

Çağırıldıqca çağırır.

Qətiyyətlə çağırılır, çağırır.

Aramsız çağırılır, çağırır.

Yandıra-yandıra çağırılır, çağırır.

Yanğıya çağırılır, çağırır.

Ağrıya çağırılır, çağırır.

Yanğı çağırır.

Ağrı çağırır.

7. Saz – Zərdüştçülük



Göy – İşıq məskənidir. Sazın Tanrısı – Göydür.

Zərdüştlə Qohumdur Saz – Hürmüzd İşığına Təndir.

Yana-yana, Yandıra-yandıra İşıqlandırır.



8. Saz – Xürrəmdinlik



Sazın Göy adlı Fərəhi var – Ağrılı, Yanğılı.

Ucalıq adlı Fərəhi var – Ağrılı, Yanğılı.

Saz – Ülvi Fərəh Yoludur – Ağrılı, Yanğılı; – Fərəhə gedən yoldur;

Fərəhli Yanmaqdır; – Dəyanət İşığıdır, – Fərəhidir.

9. Saz – Qorqudluq



Tanrıya çatmaq – Müdriklikdir.

Saz Tanrıya çatır.

Saz – Od Ruhludur; Qorqud – Od Ruhlu deməkdir,

Qorqud – Ozandır; Göylə – Ucalıqla Təmasdır.



10. Saz – Hürufilik



İnsan – Allahdır, çünki İnsan Ucalığa çata bilir; Göyləşə, İşıqlaşa bilir.

Tanrıya çatanın – Tanrılığı özündədir. Tanrıya çatmaq özünə çatmaqdır.

11. Saz – Füzulilik



Saz – Eşq İşığıdır. Saz və Füzulilik eyni Ahəng üstə köklənib.

Hər ikisi Göy Heyrətlisi, Göy həsrətlisidir.



12. Saz – Muğam



Muğam – İlahiliyə qovuşmaq Yoludur; – Saz – Tanrıya qovuşmaq Yolu…

Mahiyyət – Birdir.

Hər ikisi – Ehtizazlıdır; Ağrılıdır, Yanğılıdır; – Hər ikisində İnsan Göyləşir.



13. Göylük Səsi



Sazda Türk Tanrıçılığı səslənir; Xurafatdan uzaq, Cəfəngiyyatdan uzaq – Ülvi, Atəşin, Göylü.





3 Çiçək Ayı, 15-ci il. Bakı.

(aprel, 1993).
 
  Bugün 5 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol