Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  insanilik imkanı
 

(ASİF ATA)
İNSANİLİK İMKANI
(26-cı Müqəddəs Kitab)
İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

1. İNSANİLİK – MÜTLƏQİLİK

İnsanilik – Mütləqiliyin ifadəsidir.
Ancaq Adam nisbi yaşayır.
Mütləq yaşayışı İmkansız sayır, Nisbiliklə barışır.
Əslində isə İnsanın Mütləq yaşamaq İmkanı var.
O bu imkanı görmür, bilmir, Bu imkana inanmır.

Mütləq Yaşamaq üçün – Gərgin yaşamaq gərək.
Adam – Asan Yaşamağa can atır.
Mütləq Yaşamaq üçün – Dərin yaşamaq gərək.
Adam – Səthi Yaşamağa can atır.
Mütləq Yaşamaq üçün – Özünü tam ifadə etmək gərək.
Adam özünü natam ifadə edir.
Mütləq Yaşamaq üçün – Adam İnsan olmalıdır.
Mütləq Yaşamaq üçün – Adam İnsanilik İmkanına Yetməlidir.
Adam İnsanilik İmkanına Yetmir; Mütləqilik ona İmkansız görünür, bilinir. O, nisbilik həddində qalır; həmin həddən, səddən Artıq İmkan görmür, bilmir.
Mütləq Yaşamaq – Mütləq İnama Yetməkdir.
Adam Mütləq İnama Yetmir; Nisbi İnamda qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq İdraka Yetməkdir.
Adam Mütləq İdraka Yetmir; Nisbi İdrakda qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq Mənəviyyata Yetməkdir.
Adam Mütləq Mənəviyyata Yetmir; Nisbi Mənəviyyatda qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq İradəyə Yetməkdir.
Adam Mütləq İradəyə Yetmir; Nisbi İradədə qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq Xeyirə Yetməkdir.
Adam Mütləq Xeyirə Yetmir; Nisbi Xeyirdə qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq Ədalətə Yetməkdir.
Adam Mütləq Ədalətə Yetmir; Nisbi Ədalətdə qalır, onunla barışır – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Mütləq Həqiqətə Yetməkdir.
Adam Mütləq Həqiqətə Yetmir; Nisbi Həqiqətdə qalır, onunla barışır; – İnsanilik İmkanından əksik yaşayır.
Mütləq Yaşamaq – Əzəliyə Yetməkdir.
Adam Əzəliyə Yetmir; Ötəridə qalır, onunla barışır – İnsanilik İmkanından əksik olur.
Mütləq Yaşamaq – Əbədiyə Yetməkdir.
Adam Əbədiyə Yetmir; Keçicidə qalır, onunla barışır – İnsanilik İmkanından əksik olur.
Mütləq Yaşamaq – Sonsuzluğa Yetməkdir.
Adam Sonsuzluğa Yetmir; Sonluda qalır, onunla barışır – İnsanilik İmkanından əksik olur.
Mütləq Yaşamaq – Kamilliyə Yetməkdir.
Adam Kamilliyə Yetmir; qeyri-kamillikdə qalır, onunla barışır – İnsanilik İmkanından əksik olur.
İnsanilik İmkanına Yetmək üçün Adam İnsan olmalıdır, Adamlıq həddini ötməlidir – Adamlıqdan Artıq olmaq İmkanına Yetməlidir...
Adamın Özümlüyü İnsanlıqdır.
Özünə çatmaq üçün – Adam özündən Artıq olmalıdır, Adam həddindən İnsan İmkanına Yüksəlməlidir.
2. İNSAN – ZAMAN

İnsanı Zamanın Məhsulu sayırlar.
Əslində isə Zamanı Adam yaradır – Zaman Adamın məhsuludur.
İnsan Zamandan Artıqdır.
İnsan öz naqisliyini Zamanın üzərinə yıxır; bunun özü elə naqislikdir; çünki İnsan heç bir Zamanda Zamana bərabər deyil, hər bir Zamanda onun Zamandan Artıq olmaq İmkanı var.
Bu İmkan görünmür, bilinmir; İnsan Zamana bərabər sayılır; onun naqisliyi Zaman naqisliyi görünür, bilinir.
Əslində isə İnsanın ən naqis Zamanda belə Kamil yaşamaq İmkanı var.
Əslində Zaman naqisliyi – İnsan naqisliyidir; Zaman – İnsan naqisliyinin məhsuludur; İnsanda naqis olmamaq İmkanı var; İnsan naqis olmasa, Zaman naqisliyi olmaz – İnsan Zaman naqisliyinə qalib gələr.
Naqis Zamandan çıxmağın bir Yolu var: İnsanın Zamanla eyniləşməməsi; onun Zamandan Artıq olmaq İmkanının gerçəkləşməsi.
Ən pis zamanda belə, İnsan yaxşı olmalıdır ki, Zamanı dəyişsin.
Dünyanın yaxşı Zamanı olmayıb, amma pis zamanlarda yaxşı adamlar olub, onlar pis zamanları ötüb keçiblər; pis Zamanlarda yaxşı olublar – Hünər elə budur.
Hünər İnsanın pis Zamanlarda Yaxşı olmasıdır, Yaxşılığını qorumasıdır, Zaman naqisliyinə qarşı durmasıdır. Zaman naqisliyi həddindən çıxmasıdır, son nəticədə onu dağıtmasıdır.
Bu baxımdan, İnsanın Ruhani Hünər İmkanı həmişə var; bunu görmək gərək, bilmək gərək, buna Yetmək gərək.
İnsanilik – Mütləqilikdir, Zaman Nisbilikdən yaranıb; İnsanın Adam səviyyəsindən yaranıb.
İnsanda İnsanilik İmkanı bütün Zamanlarda Var; Zamandan Artıq olmaq İmkanı, Zamanı dəyişmək İmkanı bütün Zamanlarda Var.
İnsan gərək Zamanla bərabərləşməsin, ona təslim olmasın, Zamandan Artıq olduğunu Təsdiq etsin, İnsanilik İmkanına Yetsin; Zəmanə Adamı olmasın – İnsan olsun.
İnsanilik – Əzəlilikdir, Zaman Ötərilikdən yaranıb;
İnsanda İnsanilik İmkanı bütün Zamanlarda Var;
Zamandan Artıq olmaq İmkanı, Zamanı dəyişmək İmkanı bütün Zamanlarda Var.
İnsanilik – Əbədilikdir, Zaman – Keçicilikdən yaranıb;
İnsanda İnsanilik İmkanı bütün Zamanlarda Var;
Zamandan Artıq olmaq İmkanı, Zamanı dəyişmək İmkanı bütün Zamanlarda Var.
İnsanilik – Sonsuzluqdur; Zaman – Sonluluqdan yaranıb; İnsanda İnsanilik İmkanı bütün Zamanlarda Var;
Zamandan Artıq olmaq İmkanı, Zamanı dəyişmək İmkanı bütün Zamanlarda Var.
İnsanilik – Kamillikdir, Zaman – Qeyri-kamillikdən yaranıb; – İnsanda İnsanilik İmkanı bütün Zamanlarda Var.
Zamandan Artıq olmaq İmkanı, Zamanı dəyişmək İmkanı bütün Zamanlarda Var.
Zaman Xeyiri – Nisbi Xeyirdir; İnsan gərək Nisbi Xeyirlə yaşamasın, barışmasın; Mütləq Xeyirlə yaşasın, hünər göstərsin; İnsanilik İmkanına Yetsin.
Zaman Ədaləti – Nisbi Ədalətdir; İnsan gərək Nisbi Ədalətlə yaşamasın, barışmasın; Mütləq Ədalətlə yaşasın, hünər göstərsin; İnsanilik İmkanına Yetsin.
Zaman Həqiqəti – Nisbi Həqiqətdir; İnsan gərək Nisbi Həqiqətlə yaşamasın, barışmasın; Mütləq Həqiqətlə yaşasın, hünər göstərsin; İnsanilik İmkanına Yetsin.
İnsan gərək Əməllərində, Fikirlərində, Duyğularında Zaman Həddini aşsın, İnsanilik İmkanına Yetsin.
Naqis Zamanı İnsan özü yaradır; bu onun günahıdır, İnsan günahını yumalıdır – Zamana əyilməməlidir – Zamanı əyməlidir.
İnsanda İnsanilik Var – bu səbəbdən də onun Zamandan artıq olmaq İmkanı var; bu İmkana Yetmək gərək.

3. İNSAN – ŞƏRAİT

İnsanı Şəraitin Məhsulu sayırlar.
Əslində isə Şəraiti Adam yaradır, Şərait Adamın məhsuludur.
Şərait Adam nisbiliyindən yaranıb; İnsan Mütləqilik İmkanına malikdir; bu səbəbdən də Şəraitdən Artıqdır, – İnsanilik İmkanı Şərait İmkanından Artıqdır – ona Yetmək gərək.
Şəraitə bərabər İnsanilik olmur; bu səbəbdən Şəraitlə bərabərləşmək – İnsanilikdən əksik olmaqdır.
Şəraitlə bərabərləşmək – özgələşməkdir əslində.
Kamil Şərait olmur – kamil İnsan olur; kamil İnsan naqis şəraitdə yaşayır, – Şəraitdən Artıq yaşayır, şəraitin Ziddinə yaşayır.
Kamillik – Şərait Naqisliyinə qarşı çevrilir; kamilliyə yetən şəraitdən artıq olur.
Naqis Şəraitin naqis Adam yetirməsi iddiası – Yalandır.
Naqis Şəraitə uyğunlaşan, onunla barışan, ona Təslim olan – naqis olur, naqis şəraitdən Artıq olan, Artıq yaşayan, naqis şəraitə qarşı duran – Kamil olur.
İnsanda Şəraitə uyğunlaşmamaq, onunla barışmamaq, ona qarşı durmaq İmkanı – bütün şəraitlərdə Var; – çünki İnsanilik bütün şəraitlərdə Var.
Heç bir Şərait İnsanilik İmkansızlığı yaratmır, İnsaniliyə Yetmək İmkanı bütün şəraitlərdə Var; bunu İnsan özüylə Şəraitə gətirir; amma Adam gerçəkləşdirə bilmir.
Adam – İnsan ola bilməyəndə – Şəraitlə bərabərləşir; Adamın insan olması üçün – onun Şəraitdən Artıq olması gərəkdir.
Adam Gücü – Şərait Gücündən əksik olur.
İnsan Gücü – Şərait Gücündən artıq olur.
Adam Gücü – İnsaniliyə Yetmir.
İnsan Gücü – İnsaniliyə Yetir.
Şərait Adamı – İnsan ola bilmir.
Şərait İnsanı olmur.
İnsanilik Şəraitə qarşı durur.
Şərait Mütləq İnam tanımır, Nisbi İnam tanıyır.
İnsanilik Mütləq İnama yetir; İnsan Şərait İnamıyla barışmır; Mütləq İnama can atır, İnsanilik İnsana Mütləq İnama Yetmək İmkanı yaradır; Adam bu İmkanı gerçəkləşdirə bilmir; nisbi İnamla yaşayır.
İnsanilik İmkanından əksik yaşayır.
Şərait Mütləq İdrak tanımır, Nisbi İdrak tanıyır.
İnsanilik Mütləq İdraka yetir; İnsan Şərait İdrakıyla barışmır; Mütləq İdraka can atır, İnsanilik İnsana Mütləq İdraka Yetmək İmkanı yaradır; Adam bu İmkanı gerçəkləşdirə bilmir; – nisbi İdrakla yaşayır.
İnsanilik İmkanından əksik yaşayır.
Şərait Mütləq Mənəviyyat tanımır, Nisbi Mənəviyyat tanıyır.
İnsanilik Mütləq Mənəviyyata yetir; İnsan Şərait Mənəviyyatıyla barışmır; Mütləq Mənəviyyata can atır, İnsanilik İnsana Mütləq Mənəviyyata Yetmək İmkanı yaradır; Adam bu İmkanı gerçəkləşdirə bilmir.
İnsanilik İmkanından əksik yaşayır.
Şərait Mütləq İradə tanımır, Nisbi İradə tanıyır.
İnsanilik Mütləq İradəyə yetir; İnsan Şərait İradəsiylə barışmır; Mütləq İradəyə can atır, İnsanilik İnsana Mütləq İradəyə Yetmək imkanı yaradır; Adam bu İmkanı gerçəkləşdirə bilmir.
İnsanilik İmkanından əksik yaşayır.
Şərait – Ötəriliyi ifadə edir.
İnsanilik İnsanda Əzəliyə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Ötəri yaşayır.
Şərait İnsanı olmur; İnsan Şəraitdən Artıq olur.
Şərait – Keçiciliyi ifadə edir.
İnsanilik İnsanda Əbədiyə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Keçici yaşayır.
Şərait İnsanı olmur; İnsan Şəraitdən Artıq olur.
Şərait – Sonlunu ifadə edir.
İnsanilik İnsanda Sonsuzluğa Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Sonlu yaşayır.
Şərait İnsanı olmur; İnsan Şəraitdən Artıq olur.
Şərait – Qeyri-Kamilliyi ifadə edir.
İnsanilik İnsanda Kamilliyə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Qeyri-Kamil yaşayır.
Şərait İnsanı olmur, İnsan Şəraitdən Artıq olur.
Şərait Xeyiri – Nisbi Xeyirdir.
İnsanilik İnsanda Mütləq Xeyirə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Nisbi Xeyirlə yaşayır.
Şərait İnsanı olmur, İnsan Şəraitdən Artıq olur.
Şərait Ədaləti – Nisbi Ədalətdir.
İnsanilik İnsanda Mütləq Ədalətə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Nisbi Ədalətlə yaşayır.
Şərait İnsanı olmur, İnsan Şəraitdən Artıq olur.
Şərait Həqiqəti – Nisbi Həqiqətdir.
İnsanilik İnsanda Mütləq Həqiqətə Yetmək İmkanı yaradır.
Adam bu İmkanı gerçəkləşdirə bilmir.
Şərait adamı – Nisbi Həqiqətlə yaşayır.
Şərait İnsanı olmur, İnsan Şəraitdən Artıq olur.
Şəraiti Adam yaradır.
Adam yaratdığına Təslim olur.
Adam İnsan olmayınca, İnsanilik İmkanına Yetməyincə Özü olmur.
Şərait Adamı – Özünü itirmiş Adamdır; Özünə Yetmək üçün o, Şəraitdən Artıq olmalıdır – İnsan olmalıdır.
4. İNSAN – MÜHİT

İnsanı Mühitin məhsulu sayırlar – əslində Mühiti Adam yaradır.
Mühit Adamlıq səviyyəsindən yaranır; bu səbəbdən də İnsan Mühitdən Artıqdır.
İnsanilik Mütləqilikdir.
Mütləqilik səviyyəsində Mühit olmur; Nisbilik səviyyəsində Mühit olur; bu səbəbdən də İnsanın Mühitdən artıq olmaq İmkanı Var – Mühitlə bərabərləşməmək, barışmamaq, İnsaniliyə Yetmək İmkanı Var; Ancaq bu imkan gerçəkləşmir, Adam Mühitlə barışır, bərabərləşir; İnsanilik İmkanına Yetmir; Mühitə uyğun yaşayır; Mühitləşir; Mühit Adam naqisliyini yaşadır.
İnsanilik – Mütləq İnamdır.
Mütləq İnam səviyyəsində Mühit olmur; nisbi, ötəri, keçici, sonlu, qeyri-kamil İnam səviyyəsində Mühit olur; – İnsanın Mühitdən Artıq olmaq İmkanı Var; Ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq İnama Yetmir, Mühitdən Artıq ola bilmir – İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
Mühit Həddindən, Səddindən çıxmaq üçün Adamın İnsanilik İmkanı Var; ancaq onun həmin İmkanı gerçəkləşdirmək Qüdrəti yoxdur; bu səbəbdən də o, Mühit Həddindən, Səddindən çıxa bilmir; Mühiti dəyişdirmək üçün Adamın İnsanilik İmkanı Var; ancaq Adamın həmin İmkanı gerçəkləşdirmək Qüdrəti olmur; bu səbəbdən də Mühit Adamı özünə ram edir, əsarətə salır; Adama hakim olur.
İnsanilik – Mütləq İdrakdır.
Mühit Mütləq İdrak tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil İdrak tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq İdraka Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
İnsanilik – Mütləq Mənəviyyatdır.
Mühit – Mütləq Mənəviyyat tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil Mənəviyyat tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq Mənəviyyata Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir, – Mühit Adam əksikliyini yaşadır.
İnsanilik – Mütləq İradədir.
Mühit – Mütləq İradə tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil İradə tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq İradəyə Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
İnsanilik – Mütləq Xeyirdir.
Mühit – Mütləq Xeyir tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil Xeyir tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq Xeyirə Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
İnsanilik – Mütləq Ədalətdir.
Mühit – Mütləq Ədalət tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil Ədalət tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq Ədalətə Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
İnsanilik – Mütləq Həqiqətdir.
Mühit – Mütləq Həqiqət tanımır; Nisbi, Ötəri, Keçici, Sonlu, Qeyri-kamil Həqiqət tanıyır. İnsanın Mühitdən Artıq olmaq, İnsaniliyə Yetmək İmkanı Var; ancaq bu İmkan Gerçəkləşmir;
Adam Mütləq Həqiqətə Yetmir, Mühitdən Artıq ola bilmir, İnsanilik İmkanından əksik yaşayır, Mühitləşir – Mühit Adam əksikliyini yaşadır.
Adam Mühitdə özündən əksik yaşayır – ancaq onun Mühitdən artıq olmaq imkanı Var.
Adamın Adamdan artıq olmaq – İnsan olmaq İmkanı var.
Adamın İnsanilik İmkanı Var – Özündən Artıq, Mühitdən Artıq.
 
  Bugün 12 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol