Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Ata-ocaq gün sırası
 
Ata -Ocaq Günsırası

İnam Ata özünün Ruhaniyyat Ocağını yaratmaqla, bəşər tarixində İnsanilik Erasının başlanğıcını qoyub. Təbii ki, bu İnsanilik Erası öz ilsıra və günsırası (tarix və təqvimi) ilə addımlamalı idi. Beləliklə, Ocaq günsırası (təqvimi) 1.1.1.-ci ildən (miladi tarixlə 1979-cu il martın 1-dən) hesablanır. Ata tərəfindən yaradılan bu Günsırada aylar təbiətin fəsillərinə uyğun halı, həftənin günləri isə insanın ruhani məqamlarını ifadə edir. Aylarda günlərin sayı miladi Günsırada olduğu kimidir. Ocağın ay və günlərinin hər biri ruhani mahiyyət daşıyır.
I ay Günəş (mart) – Əzəli, Əbədi, Sonsuz, Kamil İşıq; Həyatın yenilənməsi anlamındadır.
Çiçək ayı (aprel) – təbiətin çiçəklənməsi, sevgi nəğmələri ilə bəzənməsi – zəriflik, gözəllik, təmizlik rəmzidir.
İşıq ayı (may) – günün uzanması, təbiətin bolluca işıqlanması, işıqlı, qızmar günlərə qapı açması; içdən işıqlanmaq, ruhani fərəhə çatmaq rəmzidir.
Şölə ayı (iyun) – bu ayda təbiət günəşin şöləsinə bürünür. Şölələnməyin rəmzi anlamı Ruhani İşığa bürünməkdir.
Od ayı (iyul) – bu ay odlu olur. Od – arınma, işıqlanma, saflaşma rəmzidir.
Qürub ayı (avqust) – yayın qürub etməsi, sona yaxınlaşması – odun, şölənin payız qüssələri ilə əvəzlənməyə doğru gedişidir.
Ata ayı (sentyabr) – Sentyabrın 25-i Asif Atanın doğulduğu gündür. Ocaq Ataya Səcdə üzərində qurulub.
Xəzan ayı (oktyabr) – yarpaqların saralması və tökülməsi, təbiətin yeni mərhələyə qədəm qoyması anlamındadır.
Yağış ayı (noyabr) – adətən noyabrda yağış çox yağır. Bunun kədər-fərəh qarışıq duyğu bolluğu, duyğu yağışı anlamı da var.
Sərt ayı (dekabr) – adından göründüyü kimi, havanın sərtləşməsi, qışın soyuq və kəskin mühitinin başlanmasıdır.
Qar ayı (yanvar) – yanvarda qar yağır, yaxud yağmalıdır, yağması gözlənilir… Qar da Təmizlik rəmzidir.
Köçəri ayı (fevral) – ilin başa çatması və köçməsi anlamındadır.

Həftənin günləri:


I. Arzu (Bazar ertəsi)
II. Ümid (Çərşənbə axşamı)
III. Dözüm (Çərşənbə)
IV. Mərhəm (Cümə axşamı)
V. Qismət (Cümə)
VI. Murad (Şənbə)
VII. İnam (Bazar)

İnsanın bütün halları Arzudan başlanır. Arzudan Ümid yaranır. Ümid Dözüm tələb edir. Dözüm Mərhəm yaradır. Mərhəmdən Qismət yaranır. Bizdə Qismət Aqibətdir – Mənadan doğulan. Aqibət Bütövləşir, Murad hasil olur. Murada yetmək İnam yaradır. İnamla həftə başa vurulur. İnam həm də Atanın Adıdır…
Göründüyü kimi, Ocaq Günsırası təbiət və İnsanın Mahiyyəti üstə yaranıb: aylar təbiət üstə, günlər hal üstə.
 
  Bugün 12 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol