Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Həqiqiət
 
HƏQİQƏTLƏR
İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...

Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

Birinci Bölüm:
Sənətə, Elmə, Fəlsəfəyə, Ruhaniyyata yönəlik
ATA SÖYLƏMLƏRİ – DƏYƏRLƏNDİRMƏLƏRİ
MÖMİNLİK ÇEŞİDLƏRİ

Katolisizm – Kilsə ibadəti.
Protestantizm –Şəxsi ibadət.
İslam – İlahi Qismət itaəti.

21 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.

RƏŞİD BEHBUDOV
İstedadlı Lotuydu – arsız, hiyləgər, yaltaq.

SÜLEYMAN RÜSTƏM
Manşırlanmış Şər nökəri, abırsız, idraksız, məddah, təmənnalı şüarşünas, pozğun boyunduruqpərəst, ehtiraslı xalqsatan.

MİRZƏ İBRAHİMOV
Şöhrət Aşiqi – həm oynadılan, həm oynadan, həm çalınan, həm çalan; həm sürünən, həm süründürən; əxlaq tanımayan, əqidə tanımayan – əxlaqlı tanınan, əqidəli tanınan.

13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.

MANQURTLUQ
Çingiz Aytmatovların daxilində bitən Ağac.

FƏALİYYƏT
Sovet ədəbiyyatı adamları yalana alışdırdı.

14 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.

TÖHFƏ
Zeynəb Xanlarovada sənət küçələşdi.

16 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı.

FƏRQ
Qız seçmək – Ticarətdir, Qız sevmək – Sevda.

VAQİF
Bambılı, ruspərəst molla, təbli şəhvət müəllimi.

PUŞKİN
Əxlaqsızlığıyla fəxr edən, murdar, çirkin, qafiyəçi.

18 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı.

RUHSUZLUQ
Avropa mədəniyyətində dressiləşmə ruhsuzluğu hökm sürür.

OYUNA SƏCDƏ
Kino-aktyorlardan Allah düzəldir Avropa – Oyunu ilahiləşdirir.

DÜNYASIZLIQ
Abırsızlıq – Dünyasızlıqdır. Avropalılar Dünyasızlaşırlar.

AVROPA NAŞILIĞI
Maddi Tərəqqi vasitəsiylə Səadətə çatmaq niyyəti.

MADDİYYATÇI QİYMƏTİ
Dünyanı maddiyyatla qiymətləndirdilər – Dünyanı qiymətdən saldılar.

AVROPA MÖMİNLİYİ
Əşyanı o qədər sevdilər ki, Əşyaya çevrildilər.

İCTİMAİ QİYMƏT
Bacarıq qazancla ölçüləndə əşyalaşır – satılır, alınır.
Bu baxımdan milyonçu, əslində əşyadır.

HƏQİQƏT
Ağalıqdan böyük Gədalıq yoxdur əslində.

AVROPA ZAHİRİLİYİ
Avropada Daxili Boşluq var – Zahiri Fəallıqla doldurulan.
Daxili Süstlük var – Zahiri Həşirlə pozulan.
Daxili Həqarət var – Zahiri Mədəniyyətlə pərdələnən.
Avropada şux murdarlıq var, süni təbiilik, cazibəli qəddarlıq var, mərhəm yağılıq var, yetkin oyunçuluq var.
Avropa sürətlə Mənadan qaçır.
“Yeni sosialistlər” Avropaya çatmağa tələsiyir.

NƏTİCƏ
Açıq-saçıqlıqda heyvan aşkar oldu.
Çılpaqlandıqca – bədənləşdilər.

19 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı.

AVROPA AQİBƏTİ
Avropada Vatikan var, Kilsə var – ancaq Avropalıların Allahı Maddiyyatdır.

MİRZƏ FƏTƏLİ AXUNDOV
Antişərq məfkurəli çar çinovniki, İmperiya nökərlərinin üfürdüyü köpük – Sənətkar olmayan, Filosof olmayan, Tənqidçi olmayan.

20 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı.

AVROPA ŞUXLUĞU
Həyanı özlərinə Yük eləmirlər.

GÜNƏŞSİZLİK
Melodiya – musiqinin Günəşidir.
Bu səbəbdən də yeni Qərb estradası – Günəşsizdir, çünki melodiyasızdır.

FƏRƏHSİZLİK
Arsız fərəh olmur – Arsızın Fərəhi olmur.

YAZIÇI NİFRƏTİ
Yazıçıların çoxu Əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləyirlər.

SOVET TƏNQİDÇİSİ
Ədəbi Hambal.

SOVET FİLOSOFU
Dövlət nökəri.

BOŞLUQ
Cəmiyyət nə yaradıbsa – Boş yaradıb, əslində böyük bir Boşluq yaradıb!
Dəhşətli Boşluğa düşüb İnsan – çıxa bilmir!

21 Dözüm günü, Şölə Ayı, 11-ci il. Bakı.

MÜASİR ƏDƏBİ QAZANLAR
İçəriləri boşdur – ona görə danqıldayırlar.

22 Mərhəm günü, Şölə Ayı, 11-ci il. Bakı.

ADSIZLAR
Aşıq Hökumətdən ad istəyir,
Xanəndə Hökumətdən ad istəyir,
Şair Hökumətdən ad istəyir,
Alim Hökumətdən ad istəyir –
Aşıq, Xanəndə, Şair, Alim adlarından iraq.

KONSERVATORİYA BEYNƏLMİLƏLÇİLİYİ
Azərbaycan xalq mahnılarını əcnəbisayaq oxumaq.

24 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı.

GÖZƏLLİK MÜSABİQƏSİ
Ruhani Eybəcərlik.

8 Murad günü, Od Ayı, 11-ci il. Bakı.

JURNALİZM ŞƏRİ
Həşirlik – Şərlikdir.

MƏTBUAT HƏQİQƏTSİZLİYİ
Gün Həqiqəti olmur, Ay Həqiqəti olmur, İl Həqiqəti olmur, Zaman Həqiqəti olmur – Həqiqət həmişəlikdir.
Bu səbəbdən də Mətbuat – Həqiqətsizdir.

9 İnam günü, Od Ayı, 11-ci il. Bakı.

HƏQİQƏT
Müasir Teatr əslində camaatı süniləşdirir, aktyorlaşdırır.

7 Arzu günü, Qürub Ayı, 11-ci il. Bakı.

DƏB
Mövcud olan – Var olmayan.

25 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.

HƏQİQƏT
Materializm Dünyanı Ayağı üstə qoymur – Ayağa salır.

HƏQİQƏT
Azərbaycan maarifçiləri (Axundov və s.) xalqı Yadlaşma yoluyla irəli aparırdılar, əslində uçuruma salırdılar.

HƏQİQƏT
İnqilabdan qabaqkı Azərbaycan millətçiləri çarizmə dözürdülər – bu, onların ən böyük fəlakəti idi – xalqa verilən.

HƏQİQƏT
Təzəliyi bizə özgələr gətirdi – bu səbəbdən də Təzəlik bizi özgələşdirdi.
23 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Şəhvətdə Həyat insanı oynadır –Məhəbbətdə İnsan Həyatı.

HƏQİQƏT
Şəhvətə yumulan Göz – Məhəbbətə açılır.

HƏQİQƏT
Məhəbbət – Şəhvətin üzünü ağardır, üstünü örtür.

HƏQİQƏT
Həyatın Rəmzi –Şəhvət.
Amalın Rəmzi – Məhəbbət.
Ailə – məhəbbətləşən Şəhvət, Amallaşan Həyat.

HƏQİQƏT
Sevda – İlahi münasibət kimi başlayır – cinsi münasibət kimi davam eləyir.
Həyat Sevdanı ilahilik taxtından salır – İnsanı Əksildir.
Ailə – cinsiliyə Atalıq, Analıq ülviliyi gətirir; cismani – ruhaniləşir, həyatın bəd əməli yarımçıq qalır; məhəbbət Ocağının közü sönmür.
24 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Gün görməyən – Günü görür.
Gün görən – Günü görməyir.

26 İnam günü, Qürub Ayı, 12-ci il. Bakı.

B.VAHABZADƏNİN “ŞƏHİDLƏR” POEMASI
Bugünün səviyyəsində Haray: Allahlı, Şeyxli, Xəlil Rzalı, Puşkinli...
29 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Təbiət – Zorakıdır. Zorla gətirir, Zorla aparır.

4 Ümid günü, Ata Ayı, 12-ci il. Bakı.

BƏDİİ HADİSƏ
Kədər Kosmetikası.

7 Qismət günü, Ata Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Adam – Zamanın Yavrusu.
İnsan – Zamanın Yağısı.

1Arzu günü,Xəzan Ayı, 12-ci il. Bakı.

VƏZİYYƏT
Ailə – Adamı Həyat üçün böyüdür – Amal üçün Böyütmür, bu səbəbdən də o, Adamlığı qoruyur, İnsanlıqdan qorunur.

RUHANİ PEDOQOQİKA
Tərbiyə – Zamanı ötmək.
Tərbiyəsizlik – Zamana uyğunlaşmaq.

3 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.

FƏRQ
Adam gözünü açanda – Cəmiyyət görür.
İnsan gözünü açanda – Ruhaniyyat görür.

4 Mərhəm günü,Xəzan Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Biclik – Ağlıəyrilik.

10 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı.

ƏLAQƏ
Estradada sevgi çoxaldıqca, Həyatda sevgi azalır.

9 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı.

ROKK HALLARI
“Bağırtıya qalan canım!”

xxx
“Ölmüşəm – gəlin meydimi götürün”.

1 Ümid günü, Qar Ayı, 12-ci il. Bakı.

BAYRAM BAYRAMOV AĞSAQQALLIĞI
Hökumətaltı Etika.

8 Qismət günü, Köçəri Ayı, 12-ci il. Bakı.

HƏQİQƏT
Heyvanat – İnsanın cismani qohumu.
Təbiət – İnsanın ruhani qohumu.

HƏQİQƏT
Dünya – gerçəkliyə bənzəməyən dərəcədə Mənalıdır.

HƏQİQƏT
Həmzələr – Koroğluların sadəlövhlüyüdür –
Əslində Həmzələr Yoxdur, Koroğlular Var.

HƏQİQƏT
Həyatda nə varsa – Ölümə qarşıdır.
Həyat özü isə – Ölümlə birdir.
30 Ümid günü, Çiçək Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Əyləncələrin Hamısı – Fərəhsizlikdən yaranıb.
Fərəh əyləncə deyil – Əməldir.

HƏQİQƏT
Əslində Kefdən böyük Fərəhsizlik yoxdur.
Kefcillər – Fərəhsizdirlər.

HƏQİQƏT
Abırsız Həqiqət olmur.
Abırlı Yalan olmur.

HƏQİQƏT
Gerçəklik – Ötərilik, Keçicilik, Nisbilik tərbiyə eləyir, əslində tərbiyəsizlik tərbiyə eləyir.

HƏQİQƏT
Həyat Ağı Qaradan seçmir.

2 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Məscid – O Dünyaxana, Cənnətxana, Cəhənnəmxana, Huri – pərixana, Qəzavü qədərxana.

VƏZİYYƏT
Muğam Ə.A.Vahidi diriltdi, Vahid Muğamı öldürür.

26 İnam günü, İşıq Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Bədbinlik – ən böyük təskinlikdir əslində.

HƏQİQƏT
Ekzistensializm – Quyunu görür, Quyuya düşür – çıxa bilmir.

HƏQİQƏT
Ekzistensializmdə Varlıq Yoxluğa bərabərdir.
Əslində isə VarlıqYoxluq Tanımır.

HƏQİQƏT
Ekzistensializm – Fəlsəfi Rokk-n-rol.

HƏQİQƏT
Cəfəngiyyat – Mənanın Yoxluğudur.
Ancaq Cəfəngiyyatın Cəfəngiyyat sayılması –
Mənanın Varlığıdır.

HƏQİQİƏT
Yaranan nə varsa – Yox olur.
Dünya yaranıbsa – Yox omalıdır.
Əslində – dünya yaranmayıb; bu səbəbdən də Yox olmur.
Allahın Dünyanı yaratması iddiası Dünyanın yox olması ehtimalını yaradır ki, bu – Yalandır.

HƏQİQƏT
İdeal Əsarəti olmur – Yalan əsarəti olur – Yalançı İdeal biçimində.
İdeasızlıq Azadlığı olmur – İdeal Azadlığı olur – Həqiqət biçimində.
30 Ümid günü, Od Ayı, 13-cü il. Bakı.

VƏZİYYƏT
Qərb Fəlsəfəsi Şərqləşdikcə – Şərq Siyasəti Qərbləşir

31 Dözüm günü, Od Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Cəmiyyət Xalqı ifadə eləmir.
Quldarlıq cəmiyyəti olub –
Quldarlıq Xalqı olmayıb.
Feodalizm cəmiyyəti olub –
Feodalizm Xalqı olmayıb.
Kapitalizm cəmiyyəti olub –
Kapitalizm Xalqı olmayıb.
Sosializm cəmiyyəti olub –
Sosializm Xalqı olmayıb.

HƏQİQƏT
Cəmiyyət – Təbəqələşmə, Sinifləşmə, İdarələşmə, Ağalaşma, Nökərləşmə – Yəni Antiinsanlaşma deməkdir.

1 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Adamlar ürəklərində Günahlarıyla qürrələnirlər.

HƏQİQƏT
Adamlar İblis Həqarətində Fərasət görür və ona Heyran olurlar.
Adamlar Ürəklərində İblisə gizli eşq gəzdirirlər.

HƏQİQƏT
Adamlar cəmiyyət adlı Yoxolmanı görmürlər – Ölüm adlı Yoxolmanı görürlər.

HƏQİQƏT
Adamlar ömrü boyu Yoxluq içində olurlar, ancaq Yoxluğu görmürlər – Ölüm ayağında onu görürlər və qorxurlar.

HƏQİQƏT
“Bugün Varam – Sabah Yox.” Deməli, Yoxsan.
Varlıq – Həmişəlikdir.

HƏQİQƏT
Şekspirin dillərə düşmüş “Olum ya Ölüm” sualında “Yox olmaqdan qorxmaq” duyğusundan başqa heç nə yoxdur.

11 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Hegeldə Mütləq Nisbiylə (Gerçəkliklə) barışır –
“Nisbi Mütləq” yaranır – əslində Mütləqsizlik yaranır.

HƏQİQƏT
Mahiyyət Təzahürdə Yox olsaydı – Təzahürə bərabər olardı və Təzahürün yoxluğu bilinməzdi.

HƏQİQƏT
Mahiyyət – gerçəklikdə Yoxluq tərzində aşkarlanır; ancaq Yox olmur, çünki Yoxluq gerçəkliyə aid olur, Mahiyyətə aid olmur.

HƏQİQƏT
Kant Fəlsəfəni elmləşdirir – yəni Mahiyyətdən ayırır və “Mahiyyətin dərk olunmazlığından” danışır.
Kant Fəlsəfənin elmləşdirilməsi əməliylə “Mahiyyətin dərk olunmazlığını” yaradır.
Elm – Gerçəkliyi ötə bilmir, Mahiyyətə çata bilmir.

HƏQİQƏT
Məna – Əşya deyil, cism deyil – bu səbəbdən də Obyekt deyil.
İnsan – Mənanı mənimsəmir, Mənaya qovuşur – bu səbəbdən Subyekt deyil.
Obyekt – Subyekt münasibətlərində gerçəklik dərk olunur, Dünyanın mənası dərk olunmur.....

HƏQİQƏT
Formal Məntiq Fikri qəlibə salır, Dialektik Məntiq azdırır...

14 Dözüm günü, Qürub Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Fixte İnsanla Dünyanı eyniləşdirir – əslində İnsanı böyütmür – kiçildir: çünki İnsan Dünyadan artıqdır – o, Dünyanın Dünyadan böyük Mənasını ifadə eləyir.

HƏQİQƏT
Kant Mənayla Gerçəkliyin Fərqini görür, lakin Mənanı İnsandan ayırır, onu dərk edilməz sayır; əslində isə Məna İnsanda təcəssüm olunur.

HƏQİQƏT
Dialektika Hegeli Mütləqdən ayırır, Mütləqə qarşı çevirir.

HƏQİQƏT
Hegeldə Təsdiq – Nisbidir, çünki Təsdiq olunan İnkar edilir; İnkar – Nisbidir, çünki İnkar edilən Təsdiq olunana qayıdır.
Əslində Hegeldə Mütləqin Mütləq vəziyyəti olmur – yalnız Nisbi vəziyyəti olur.

15 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Materialistlər üçün İnsan ən yaxşı Halda xüsusi Təbiətdir: – əslində isə İnsan Təbiətdən artıqdır – Təbiətin Vicdanı yoxdur.

HƏQİQƏT
İnsan özünü dərk edə bilər, ancaq cəmiyyət bu haqqı onun əlindən alır – cəmiyyətdə İnsan özünü dərk edə bilmir.
HƏQİQƏT
İnsanın bədəni – Təbiətin hissəsi.
İnsanın Ruhu – Təbiətin mənası.

HƏQİQƏT
Beyin – fikir yaratmır, Fikri əks etdirir.

HƏQİQƏT
Cismanilikdən Bədən yaranar, Ruh yaranmaz.

16 Qismət günü, Qürub Ayı, 13-ci il. Bakı.

VƏZİYYƏT
Müasir xristianlıq – Maddiyyata, Cismaniyə səcdəni, yəni əslində antixristianlığı qoruyur.

2 Arzu günü, Ata Ayı, 13-cü il. Bakı.

KÜTLƏVİ İNFORMASİYA
Mənəvi Goreşənlik.

6 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.

FƏRQ
İdeologiya – İdeyalar Sistemi.
İdeal – Mütləq İdeya.

8 İnam günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Dini İdeologiya – Allahçılıq.
Elmi ideologiya – Maddiyyatçılıq.
İctimai İdeologiya - Cəmiyyətçilik.
Hər üçü İdealsızlıq.

AZADLIQ
Adam Əsarətindən Azad olmaq.
Cəmiyyət əsarətindən Azad olmaq.
Özgə Dövlət Əsarətindən Azad olmaq.
Dünya Əsarətindən Azad olmaq.

10 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı.

MİLLİ ŞÜUR
Antiictimai Şüur – Təbəqələşməyə Zidd, Özgələşməyə Zidd, Hamılaşmaya Zidd – Cəmiyyətə Zidd.

HƏQİQƏT
Təbəqələşmə – Xalqa Ziddir.
Özgələşmə – Xalqa Ziddir.
Hamılaşma – Xalqa Ziddir.
Cəmiyyət Xalqa Ziddir.

HƏQİQƏT
Cəmiyyət Başçısı – Təbəqələşmə Başçısı, Özgələşmə Başçısı, Hamılaşma Başçısı – Antixalq Başçısı.

HƏQİQƏT
Cəmiyyət İnsani naqislik əsasında yaranıb, bu səbəbdən də İnsana yaramır.
HƏQİQƏT
Tarixən İqtisadi münasibətlər İnsani münasibətlərə Zidd olublar: İqtisadi münasibətlər naminə İnsanlar İnsani münasibətlərdən keçiblər. Iqdisadi Tərəqqi İnsanilik hesabına həyata keçib.

HƏQİQƏT
Ağa – Nökər əlaqələrini İnsani Naqislik yaratdı. Insani Naqislik – İqtisadiyyata yaradı və cəmiyyət onu yaşatdı.

HƏQİQƏT
Ağa – Nökər münasibətləri İstehsalata yarayıb – İqtisadi İnkişaf naminə İnsanilikdən keçiblər İnsanlar – Antiinsani Cəmiyyət yaradıblar.

İCTİMAİ HƏMRƏYLİK
Ağalar – Nökərlər Birliyi.

12 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Xalq – Mahiyyətdir, Əhali – Təzahür.
Xalq – Əhalidən artıqdır, böyükdür, yüksəkdir.

HƏQİQƏT
Xalq – Fərdiyyət, Ruhaniyyat Birliyi.

HƏQİQƏT
Xalq – Tükənməzdir, bu səbəbdən də Müəyyəndir.
Cəmiyyət – tükənəndir, bu səbəbdən də Qeyri-müəyyəndir.

HƏQİQƏT.
Maddiyyat əsasında yaranan Birlik – Cəmiyyət.
Ruhaniyyat əsasında yaranan Birlik – Xalq.

HƏQİQƏT
Kütləvilik – Zahiri Xəlqilik.
Fərdiyyət – Daxili Xəlqilik

HƏQİQƏT
Heç bir Sinif Xalqı ifadə eləmir.
Heç bir Təbəqə Xalqı ifadə eləmir.
Heç bir Cəmiyyət Xalqı ifadə eləmir.
Xalq – gerçəkliyi ötür; bu səbəbdən də Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir.

HƏQİQƏT
Siniflər Birliyi olmur – Siniflər Ayrılığı olur.
Təbəqələr Birliyi olmur – Təbəqələr Ayrılığı olur.
Xalq – Bütöv Mənadır.
Bu səbəbdən də Cəmiyyət – Xalqa qarşıdır.

HƏQİQƏT
Siyasət Zamanı ifadə eləyir və Zamanla bərabər ölüb gedir.
Ruhaniyyat Əbədiyyəti ifadə eləyir və daim yaşayır.

19 Mərhəm günü, Ata Ayı, 13-ci il. Bakı.

BƏŞƏR AQİBƏTİ
Maddi Tərəqqi – Ağalaşma – Nökərləşmə.
Ruhani Tərəqqi – İnsanlaşma.

20 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Bəşər dahi Sənət yarada bildi –
Ruhani Həyat yarada bilmədi.
Bəşər – İnsaniliyi vəsf edə bildi –
İnsanlaşa bilmədi.

HƏQİQƏT
Dahinin gəlişi – Əbədiyyətin Zamana gəlişidir – buna görə də o, əcayib görünür.

HƏQİQƏT
Dahini Zaman yaratmır – əbədiyyət yaradır; Zaman Dahini yarıtmır.

HƏQİQƏT
Vaxtında doğulan Dahi olmur, çünki Dahinin vaxtı – əbədilikdir.

HƏQİQƏT
Hər dövrün öz hakimi olur, Dahisi olmur.
Dahilər bütün dövrlər üçündür.

HƏQİQƏT
Böyüklük çox vaxt Dövrün acığına yaranır.

HƏQİQƏT
Sənətin inkişafını maddi tərəqqi müəyyən eləmir, qeyri-maddi amillər – Ruhani ənənə və dahilik müəyyən eləyir.

21 Murad günü, Ata Ayı, 13-cü il. Bakı.

TARİX
Ruhani Mahiyyətin İctimai Təzahürü.

22 İnam günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Lovğalıq – İtirilmiş Vüqar.

23 Arzu günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Sənət ən Mənasız Həyatdan danışanda belə, Mənadan danışır.

24 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı.

NİRVANA
Həqiqəti tapmaq.

29 İnam günü, Ata Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Mütləq Təzahür olmur –
Bu səbəbdən də O, Var olmur.
Nisbi Məna olmur –
Bu səbəbdən də O, Yox olmur.

DƏYİŞKƏNLİK – YOXLUQ
Həqiqət Dəyişilsə – Həqiqət olmaz;
Dəyişkənlik Həqiqətin Yoxluğudur.

Ədalət Dəyişilsə – Ədalət olmaz;
Dəyişkənlik Ədalətin Yoxluğudur.

Məhəbbət Dəyişilsə – Məhəbbət olmaz;
Dəyişkənlik Məhəbbətin Yoxluğudur.

Qeyrət Dəyişilsə – Qeyrət olmaz; –
Dəyişkənlik Qeyrətin Yoxluğudur.

Dəyişkənlik – Yoxluqdur.

HƏQİQƏT
Gerçəklikdə Yox olan Məna – İnsanda Var olur.

İDEAL
Gerçəklikdə Yox olan, İnamda, İdrakda, Mənəviyyatda, İradədə Var olan Əzəli, Əbədi, Sonsuz, Kamil Məna.

HƏQİQƏT
İdeal – Həyatın Mənası.
Gerçəklik – Mənanın Təzahürü.

HƏQİQƏT
Nisbi – Natam Mütləq deyil, AntiMütləqdir –
Natam Mütləq olmur.
Nisbi Xeyir – Natam Xeyir deyil, AntiXeyirdir –
Natam Xeyir olmur.
Nisbi Həqiqət – Natam Həqiqət deyil, AntiHəqiqətdir –
Natam Həqiqət olmur.
Nisbi Ədalət – Natam Ədalət deyil, AntiƏdalətdir –
Natam Ədalət olmur.
Nisbi Varlıq – Natam Varlıq deyil, Antivarlıqdır –
Natam Varlıq olmur.
Nisbilik – Yoxluqdur.

HƏQİQƏT
Adam – İnsan Gerçəkliyi – Yoxluğu.
İnsan – Adam Mahiyyəti – Varlığı.

HƏQİQƏT
Gerçəklik – Mahiyyət Yoxluğu.
Mahiyyət – Gerçəklik Varlığı.

Gerçəkliyi Var eləyən – Mahiyyətdir.
Mahiyyət – Gerçəklikdən artıqdır –
Bu səbəbdən də Yox olmur.

1 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Musiqini dinlərkən biz həyatla təzədən görüşürük və ölümdən əvvəl vidalaşırıq.

2 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Gerçəkliyin Mənası – Gerçəkliyə Yaddır.

HƏQİQƏT
İnsan – Mahiyyətlə Gerçəklik arasında Körpü.

3 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Zaman – Əbədiyyət Yoxluğu.
Əbədiyyət – Zaman Varlığı.

HƏQİQƏT
Daxili aləm Xarici aləmə qarşıdır əslində.
Daxili aləm – Mütləq yönlüdür;
Xarici aləm – Nisbi Yönlü.

HƏQİQƏT
Nisbi Azadlıq olmur, Keçici Azadlıq olmur, Sonlu Azadlıq olmur – Gerçəklik səviyyəsində Azadlıq olmur.
Azadlıq – Gerçıkliyi ötməkdir.

4 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Gerçəkliyin Əbədilik İmkanı yoxdur.
Bu səbəbdən də Gerçəklikdə Əbədilik İmkansız görünür.
Gerçəkliyin Sonsuzluq İmkanı yoxdur.
Bu səbəbdən də Gerçəklikdə Sonsuzluq İmkansız görünür.
Gerçəkliyin Kamillik İmkanı yoxdur.
Bu səbəbdən də Gerçəklikdə Kamillik İmkansız görünür.
Gerçəklikdə Varlıq – İmkansız görünür.

HƏQİQƏT
Cəmiyyət İnsanı müəyyənləşdirmir, Qeyri-müəyyənləşdirir.

HƏQİQƏT
Konkretlik – Mütləqilik.
Mücərrədlik – Nisbilik.

HƏQİQƏT
Cəmiyyətdə İnsan Mahiyyətsizləşir.
Bu səbəbdən də Cəmiyyətdə İnsani Mahiyyət axtarmaq – Mənasızdır.

HƏQİQƏT
Maşın – əslində cəmiyyət qaydaları əsasında qurulub.
İlk maşın – cəmiyyət olub, sonrakılar cəmiyyəti təqlid ediblər.
5 Murad günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Ölüm – gerçəkliyin Güzgüsü.

7 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Dünyanın əsil Özümlüyü – Mənadır...
Dünya Mənadan – yəni Özündən yaranıb.
Həyatın əsil Özümlüyü – Mənadır.
Həyat Mənadan – yəni Özündən yaranıb.
İnsanın əsil Özümlüyü – Mənadır.
İnsan Mənadan – yəni Özündən yaranıb.

HƏQİQƏT
Keçici nə varsa – Əbədidən yaranıb –
Əbədini heç kəs yaratmayıb, yoxsa o, Keçici olardı.
Sonlu nə varsa – Sonsuzdan yaranıb –
Sonsuzu heç kəs yaratmayıb, yoxsa o, Sonlu olardı.
Qeyri-kamil nə varsa – Kamildən yaranıb –
Kamili heç kəs yaratmayıb, yoxsa o, Qeyri-kamil olardı.

HƏQİQƏT
Yaradılan nə varsa – ölür.
Dünya yaradılmayıb – bu səbəbdən də ölmür.
Həyat yaradılmayıb – bu səbəbdən də ölmür.
Insanlıq yaradılmayıb – bu səbəbdən də ölmür.
Dünya Yaranıb – Dünyadakılar Dünyadan Yaradılıb.
Həyat Yaranıb – Həyatdakılar Həyatdan Yaradılıb.
İnsanlıq Yaranıb – Adamlar İnsanlıqdan Yaradılıb.
Yaranan – Ölmür..

HƏQİQƏT
Məna – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik.
Təzahür – Əvvəllik, Sonluluq, Keçicilik, Qeyri-kamillik.
Təzahür – Mənanın özgələşməsi.
21 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
İnam – Mütləq İdrak.
Elm – Nisbi İdrak.

22 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.

HƏQİQƏT
Dünya Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Həyat Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.
Insan Mahiyyətlə Bir yaranıb, sonra Mahiyyətdən ayrılıb – Gerçəkləşib.

HƏQİQƏT
Dünya – Mahiyyətlə Gerçəkliyin Birliyidir – yəni Mənayla Mənasızlığın Birliyidir; –
Mənayla Mənasızlığın Birliyi – Formal Birlikdir.

HƏQİQƏT
İnsan Mahiyyətin – Mütləqin Bəndəsi deyil, İfadəsidir.

HƏQİQƏT
Mahiyyət – İnsanda cəmləşən Dünyadan artıq Məna.

MƏNALAR
İnamın Mənası – Mütləq.
İdrakın Mənası – Həqiqət.
Mənəviyyatın Mənası – Vicdan.
İradənin Mənası – Kamillik.

HƏQİQƏT
Ölüm – Gerçəklik Yoxluğu

İNAM ATA

  Bugün 24 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol