Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Hallar
 
1.Gerçəklik-Mən

Gerçəkliyi ötmək-Gerçəkliyi Uydurmaq deyil, Mənalandırmaqdır.

Gerçəkliyə uyğunlaşmaq - Gerçəkliyi Yüksəltmək deyil, Əskiltməkdir, onu Mənadan Ayırmaqdır.

Gerçəkliyi Uydurmaq–onu gözəlləşdirmək deyil, Cəfəngləşdirməkdir-Mənanı Cəfəngiyyatla əvəz etməkdir.


2.Həqiqət

Müqəddəslik - Ruhani Azadlıq İzharıdır.

Din –Əsarəti Müqəddəsləşdirir.

Bu səbəbdən də Din əslində Əsarət Azadlığıdır.


3.Əsarətdən Əsarətə

Gerçəklikdə Əsarətə düçar olan Adam Təxəyyüldə Azadlığa can atır, ancaq nəticədə Təxəyyül Gerçək əsarəti əks eləyir, təsdiq edir.

Gerçəklikdə əsarətdən çıxa bilməyən Adam Təxəyyüldə də Əsarətdən çıxa bilmir.


4. Həqiqət

Müqəddəslik –Hadisənin Mənaya yetməsidir.

Dini «Müqəddəslik»də Hadisə Cəfəngiyyata yetir.

Din –Müqəddəsliyi Cəfəngləşdirir.


5.Həqiqət

Din-Müqəddəsləşən Əsarətdir.


6.Hallar Gedişi

İnsan –Dində Uydurmaya Uyur.

Elmdə-Gerçəkliyi Tanıyır.

Fəlsəfədə-Mahiyyətə, Mənaya üz tutur.

İnamda –Həqiqətə Yetir; Həqiqət Gerçəklik və Mahiyyət - Məna Birliyidir.


7.Fərq

Adam -Yalansız Yaşaya bilmir.

İnsan-Yalanla Yaşaya bilməz.


8.Yaşamaq-Ölmək

Keçmişi ötmək - keçmişi öldürmək deyil, təzələməkdir.

Təzələnən yaşayır.

Keçmişi Təkrarlamaq – Keçmişi yaşatmaq deyil, Köhnəltməkdir.

Köhnələn –Ölür.


9.Keçmişi Yaşadan

Qədimlik-Keçmişin Təzələnməsidir, bu səbəbdən də Yaşamasıdır.

Qədimlik olmasa, Keçmiş ölər.

Qədimlik keçmişi Təzələyir və bugündə Yaşadır.


10.Ölümcül Təhlükə

Bəşər Dünyadan çıxa bilmir.

Bu, Ölümcül Təhlükədir.

Təzələnməyən – ölür.

Bəşər Dünyadan çıxmasa, ölər.


11.Əlaqə

Təzələnmək İnsaniliyə Yetməkdir.

Dəyişirsən ki, İnsaniliyə Yetəsən.

İnsaniliyə yetirsən ki, Dəyişməyəsən.


12.Təzələnmə Düsturu

Təzələnməyə qədər Dəyişmək!

Təzəliyi Dəyişməmək!


13.Dəyişkənlik-Dəyişməzlik

Dəyişkənlikdən Mütləq Mahiyyət Uydururlar.

Əslində Dəyişkənlik Köhnəliyi əvəz etməkdir.

İnsanilik – köhnəlmir, ona çatmaq gərək, onda qalmaq gərək.

Dəyişən Zaman olur, Şərait olur, Mühit olur - Dəyişən İnsanilik olmur.

Çox şey dəyişir - İnsanilik dəyişmir.

Çox şey köhnəlir - İnsanilik köhnəlmir.

Mütləq Dəyişkənlik Ehkamı İnamsızlıq İdeyasıdır.

Əgər Dünyada hər şey köhnəlirsə, deməli, İnanmalı bir şey yoxdur.

Əslində isə Dünyada köhnəlməyən Dünyalıq var.

Həyatda köhnəlməyən Həyatlıq var.

İnsanda köhnəlməyən İnsanilik var.

Dünyalığı köhnəlməyən Dünyaya İnanmaq gərək.

Həyatlığı köhnəlməyən Həyata İnanmaq gərək.

İnsaniliyi köhnəlməyən İnsana İnanmaq gərək.


14.Köhnə Əqidəsizlik

İndikilər Əqidələrini tez dəyişdilər, ancaq təzələnmədilər, Köhnə Əqidəsizlər sırasına qatıldılar.


15.İdraki hadisələr

Rasionalizm - Zəkaçılıqdır ki, İdrakı Duyğusuzlaşdırır.

İrrasionalizm - Ehtirasçılıqdır, İdrakı Zəkasızlaşdırır.

Hər ikisi Cəfəngiyyata Yarayır.

Cəfəngiyyat – Rasional Duyğusuzluğun əvəzi olur; İrrasional Zəkaçılıqdan güc alır.

Mütləqçilik –İdrakı İnamlaşdırır, onda Cəfəngiyyata Yer qalmır.


16. Fəlsəfə-Din

Fəlsəfənin Məqsədi - Dünyanın, Həyatın, İnsanın Mahiyyətini dərk etməkdir.

Dinin Məqsədi - Dünyanın, Həyatın, İnsanın Mahiyyətini rədd etməkdir.

Bu səbəbdən də Fəlsəfənin Dinə qulluq etməsi onun intiharıdır. Mahiyyəti dərk etməli olanın –Mahiyyəti rədd etməsi ölümdür.


17.İnamsız Zəkaçılar

Allahı Uydurmağın lazımlığını elan edən Fransız Zəkaçıları (o cümlədən Volter) - İnsan Zəkasına İnanmırdılar əslində.

Uydurmaya Ehtiyacı olan Zəka - Naqisdir.

Zəkaçılar - Zəkaya İnamsızlıq göstərirdilər.


18. Həqiqət

Həqiqət - təkcə Düzgünlük deyil.

Həqiqət –Düzgünlüyün Mahiyyətlə, Mənayla Birliyidir.

Həqiqət – Mahiyyətli, Mənalı Düzgünlükdür.


19.Elmçilik-Fəlsəfəçili

«Elm-Fəlsəfəni əvəz edəcək»-dedilər.

Elm-Fəlsəfəni əvəz edə bilməz, çünki Gerçəklik haqqında Biliklər-Mahiyyət haqqında həqiqəti əvəz edə bilməz.

«Fəlsəfə Elmləşməlidir»-dedilər Pozitivistlər və Fəlsəfəni Mücərrəd Elmşünaslığa çevirdilər.

Fəlsəfə-Dünyaya, Həyata, İnsan Mahiyyətinə Universal Baxışdır.

Fəlsəfəni Universal Baxışdan məhrum etmək – onu Özündən eləməkdir-Özgələşdirməkdir.


20. Cəmiyyətçilik – Fəlsəfə

Marksistlər Fəlsəfəni Cəmiyyətləşdirdilər.

Mahiyyətsizlikdə Mahiyyət axtardılar - Fəlsəfəni Mahiyyətsizləşdirdilər.


21.Bənzərsiz Aqibət

Fəlsəfənin neçə min illik tarixi var, ancaq onun Təşəkkülü hələ sona çatmayıb, o daimi Təşəkküldədir.

Bu baxımdan Fəlsəfə Bənzərsizdir.

İnama Yetməklə onun İmkanları Zənginləşəcək, Bəşərə Təsiri artacaq, İnsanilik Əməlində rolu güclənəcək.

Fəlsəfəyə söykənən İnam, İnama Yüksələn Fəlsəfə Birliyindən İnsanlaşma İşığı yayılacaq Ömürlərə - Fəlsəfi İnam Həqiqəti, İnam Fəlsəfəsi Həqiqəti.


22.Dindən Artıq

Zərdüştçülük –Xüsusi Dindir.

Zərdüşüt Allahı –Hürmüzd İnsanlığa Ağalıq eləmir, Xidmət eləyir.

Hürmüzd Hünəri – həm Hürmüzdün özünü, həm də İnsanlığı Ucaldır.

Bu səbəbdən də Zərdüştçülük - Ocaqçılara, İnamçılara Yaxındır-İnsançılığında Dindən artıqdır.


23. Gedişat

20-ci əsr Fəlsəfəni özündən ayırmaq cəhdlərilə seçilir.

Fəlsəfədən Fəlsəfəsizlik Quraşdırdılar.

Ancaq Quraşdırmalar Fəlsəfəni əvəz edə bilmədi, Həyatda Fəlsəfi Boşluq yarandı və İnam Fəlsəfəsi onu doldurdu.

Əsrin Sonunda əsrin Əskikliyi aradan qalxdı.


24. İnsançılıq Mərhələləri

Avropa İntibahı - Allahın Kölgəsində.

Hürufilik - Allaha bərabər.

Marksizm - Ümumiçilikaltı.

Ocaqçılıq - İnsanilik Ucalığında .


25.Cəfəngiyyat «İdrakı»

Dini Fəlsəfə - Cəfəngiyyat «İdrakı»dır.

Allahı İdrak Yoluyla tanımaq – Cəfəngiyyatdır.


26. Dünyanın Əsası

«Dünyanın əsası – Maddidədir» - demək, Dünyanı Əsassız saymaqdır; çünki Mənasız əsas olmur.

«Dünyanın əsası - İdeyadır» - demək, Dünyanı Fikirlə Eyniləşdirməkdir. Fikir isə Mənanın özü deyil, İfadəsidir.

«Dünyanın əsası–Dünyalıqdır» - demək, Dünyanı əsaslı saymaqdır-Maddidən Üstün, İdeyadan Üstün.


27. Dünyalıq Tələbi

Dünyada Dünyalıq Tələbi Yaşayır: Kainatçılıq Tələbi, Həyatlıq Tələbi, İnsanlıq Tələbi.

Dünyanı Dünyalıq Tələbi Yaşadır.


28. Hökmdar Qanunları

Dini Əfsanələrin heç biri heyrətdən Yaranmayıb, hamısı hökmdən Yaranıb.

Dini Əfsanələr - Hökmdar Qanunlarıdır əslində.


29. İnsaniliyə Qədər

Müdriklik – Cəfəngiyyatı Yer üzündən silə bilmədi, çünki Cəfəngiyyat Müdrik bilindi.

Müdriklik - Ağalığı Yer üzündən silə bilmədi, çünki Ağalıq Müdrik bilindi.

Müdriklik –Təbəqəliyi Yer üzündən silə bilmədi, çünki Təbəqəlik Müdrik bilindi.

Müdriklik - Yağılığı Yer üzündən silə bilmədi, çünki Yağılıq Müdrik bilindi.

Müdriklik Ağalığa Yaradı - İnsaniliyə çatmadı.


30. Həqiqət

Həqiqi müdriklik - İdraklı İnamdır, İnamlı İdrakdır; İnamlı, İdraklı, Mənəviyyatdır; İnamlı, İdraklı, Mənəviyyatlı İradədir - Müdriklik halı.


31.Bəşər halı

Bəşər – Adam Halındadır, bu səbəbdən də Halı Qarışıqdır.

Bəşər İnsan Halına Ucalmalıdır ki, Halı Durulsun.


Çiçək Ayı, 19-cu il. Bakı.
Aprel 1997-ci il.
 
  Bugün 15 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol