Xəbər no:9 10-işıq ayı 33-cü il (10.05.2011)
   
  İNSANLAŞIN - İNSANLAŞDIRIN !
  Adamlıq-İnsanlıq
 
1. ÖLƏN – ÖLMƏYƏN

Diş düşür.
Sifət qırışır.
Bədən çürüyür.

Ruh düşmür.
Ruh qırışmır.
Ruh çürümür.

Adam ölür.
İnsan ölmür.
2. HƏYAT XİDMƏTİ

Adam ölümə layiqdir.
Ancaq Adamın İnsan olmaq imkanı var.
Ölüm İnsana yaraşmır.
Bu səbəbdən də Həyat Adamdakı İnsanı öldürməyə çalışır.
Həyat ölümə xidmət göstərir.
3. HEYVANLIQ – İNSANLIQ

Cinsi münasibət vasitəsilə Adam cismani Ata olur.
Cinsi münasibət vasitəsilə Adam cismani Ana olur.

Cismani Ata olmaq üçün Adam əvvəlcə heyvan olur.
Cismani Ana olmaq üçün Adam əvvəlcə heyvan olur.

Ruhani Atada heyvan ölür.
Ruhani Anada heyvan ölür.

4. FƏRQ

I
Həyat Adamı olur – həyat İnsanı olmur.
Amal İnsanı olur – amal Adamı olmur.

II
Adam – heyvan təzadı olmur,
İnsan – heyvan təzadı olur.

III
Adam heyvandan fərqlənir,
İnsan heyvana qarşı durur.

IV
Ömrün çox hissəsində – Adam Heyvana yaxın olur, az hissəsində – İnsana.

V
Adam Heyvana bənzəyir, İnsan özünə.

VI
Həyat Heyvana Yarayır, adamı Yarıdır, İnsana Yaramır.
5. AZLIQ

Hər Adamda bir az İnsanlıq var!
Ancaq bu “bir az” o qədər azdır ki!
6. SƏCİYYƏLƏR
Adam – Heyvandan üstün.
İnsan – Adamdan Üstün.
Adam – törəyir.
İnsan – yetişir.

7. TƏRİF

İnsan – Adamdar.
8. BİÇİM

Həyat Adamın boyuna biçilib, bu səbəbdən də İnsanın boyuna çatmır.
9. TƏHLÜKƏ

Adamlıqda Səhlləşmək təhlükəsi var.
10. İKİSİNDƏN BİRİ

Yuxudaydım: Adamı İnsan sanırdım.
Ayıldım: gördüm ki, Adam heyvan olub.
Adam İnsan olmayanda heyvan olur.

11. ADAMLAR

Quldur da Adamdır.
Cəllad da Adamdır.
Qatil də Adamdır.
Əyyaş da Adamdır...
İnsandan başqa hər kəs Adamdır.
12. ADAM YÜKÜ

“Niyə belə yavaş addımlayırsan, Adam?”
“Yüküm ağırdır. Daxilimdə bir bölük heyvan daşıyıram!”
13. ADAMDA YAŞAYANLAR

Adamda Yırtıcı yaşayır, Xudbin yaşayır, Xain yaşayır, Həris yaşayır, Erkək yaşayır, Dişi yaşayır.
Adamda Antiinsan yaşayır!
14. ADAM MƏĞRURLUĞU

Mənəmlik.
15. İNSAN MƏĞRURLUĞU

Mənlik.
16. ADAM ƏZƏMƏTİ

İmtiyaz.
17. İNSAN ƏZƏMƏTİ

İnam.
18. MƏRHƏLƏLƏR

Heyvanlıq – sürülük.
Adamlıq – ictimailik.
İnsanlıq – ruhanilik.
19. ƏSRİMİZ

Adam çoxluğu – insan qıtlığı.
20. TƏZADLAR

Adam – zorlu.
İnsan – nurlu.

Adam – həvəsli.
İnsan – eşqli.
21. DÖVRLƏR

Adamın canavar dövrü olur, ilan dövrü olur, tülkü dövrü olur, qoyun dövrü olur...
İnsanın təkcə İnsan dövrü olur.
22. MƏNŞƏ

Adam Doğulur – İnsan Yaranır.
23. TƏRİF

Həyat – Adamın Bağçası, İnsanın Səhrası.
24. EVLADLAR

Heyvan – Təbiətin Evladı,
Adam – Həyatın Evladı.
İnsan – Ruhun Evladı.
25. FƏRQ

Zəmanə Adamı olur, Zəmanə İnsanı olmur.
26. DÖYƏN – DÖYÜLƏN

Şər Adamın əliylə Döyür, İnsanın əliylə Döyülür.
27. CƏMİYYƏT

İnsan – dustaq.
Adam – gözətçi.
28. İNSAN DAĞI

Sinəyə çəkilən Dağdan möhtəşəm Dağ varmı?
29. SAYILMAYAN

Adamın dərisini soymurlar,
Adamı çarmıxa çəkmirlər,
Adamı tonqalda yandırmırlar...
Adamı İnsan saymırlar.
30. GEN DÜNYA – DAR DÜNYA

Adam üçün Dünya gendir!
İnsan üçün Dünya dardır!
31. BÖYÜMƏ

Bəşər Məxluq kimi sürünür,
Adam kimi iməkləyir,
İnsan kimi yeriyir.
32. ADAM LƏYAQƏTİ

Elə Adam görmüsənmi ki, üzdə bir cür, arxada başqa cür danışmasın?!
Elə Adam görmüsənmi ki, bəd ayaqda qaçmasın?!
Elə Adam görmüsənmi ki, varidata alçalmasın?!
Elə Adam görmüsənmi ki, mənsəbə uymasın?!
Elə Adam görmüsənmi ki, şəhvətə şirnikməsin?!
Elə Adam görmüsənmi ki, İnsan olsun?!
33. ZƏMANƏ ÇAYI

Adamın başından yuxarı, İnsanın dizindən aşağı.
34. YAŞAYIŞ

Adam Həyatda yaşayır, İnsan Həyatın əhatəsində.
35. FƏRQ

Adam – maddiyyatçı.
İnsan – İdealçı.
36. BİÇİM – MƏZMUN

Doğuluş, Həyat, Ölüm – Biçimdir.
Amallaşma, Sabahlaşma, Mütləqləşmə – Məzmundur.
Adam Məzmuna çatmır, Biçimdə qalır.
İnsan Məzmuna çatır.
37. İQTİDARSIZLIQ

Təbiət Yer yaratdı, Göy yaratdı, İnsan yarada bilmədi.
38. XOŞBƏXTLİK – İNSANLIQ

Xoşbəxt olmaq üçün İnsan olmaq lazımdır.
Adamlar xoşbəxtliyin nə olduğunu bilmirlər.
İnsan olmadan xoşbəxt olmaq istəyirlər.
39. FƏRQ

İnsan Dünyadadır, ancaq Dünyanın deyil.
Adam Dünyadadır və Dünyanındır.
40. MƏNŞƏ

Adam – heyvanın davamıdır.
İnsan – heyvanın ölümü.
41. FƏLAKƏT

Adam daşlarından cəmiyyət Binası tikirlər və Bina uçub tökülür.
42. ADAMLAŞMAQ AQİBƏTİ

Hamı Adamdır və buna görə də heç kəs İnsan deyil!
43. ÇEVRİLMƏ

Adam heyvanlıqdan imtina edəndə Adam olmur, İnsan olur.
44. BƏŞƏR HEKAYƏTİ

Məxluq oldu,
Adam ola bildi,
İnsan ola bilmədi.
45. MÜQƏDDƏS İMKAN

Bəşərin bəşər olması.
46. TƏZAHÜRLƏR

Adam – gizli, İnsan – aşkar.
Adam – zahiri, İnsan – daxili.
47. HAL

Ətrafımda Adam dənizi gurlayır.
Daxilimdə İnsan bulağı qaynayır.
48. HƏYATLA TƏMAS

Adam Həyata yüksəlir, İnsan Həyata enir.
49. FƏRQLƏR

I. Adam Fərqi

Meymun kimi təqlidçi.
Canavar kimi amansız.
Tülkü kimi bic.
Bir az da İnsan.
Bu bir az İnsanlıq Adamı Heyvandan fərqləndirir.

II. İnsan Fərqi

Meymundan azad.
Canavardan azad.
Tülküdən azad.
Adamdan uca.
50. TƏHLÜKƏ

İtdən, pişikdən, canavardan, ilandan, tülküdən seçilməmək təhlükəsi var İnsan Həyatında.
51. CƏNNƏT – CƏHƏNNƏM

Adam üçün cənnət sayılan nə varsa – İnsan üçün cəhənnəmdir!
52. ADAM MƏHKƏMƏSİ

Zahiri çirkinlik bağışlanmır,
Daxili çirkinlik bağışlanır.
53. NATAMLIQ – TAMLIQ

Adam İnamında İnamsızlıq var.
Adam İdrakında İdraksızlıq var.
Adam Mənəviyyatında Mənəviyyatsızlıq var.
Adam İradəsində İradəsizlik var.
Adamlıq – natamlıqdır.
İnamlı olmaq üçün İnsan olmaq gərəkdir!
İdraklı olmaq üçün İnsan olmaq gərəkdir!
Mənəviyyatlı olmaq üçün İnsan olmaq gərəkdir!
İradəli olmaq üçün İnsan olmaq gərəkdir!
İnsanlıq – tamlıqdır!
54. FƏRQ

Adamda Ayıblı nə varsa, Adam ondan Törəyir.
Adamda Abırlı nə varsa, İnsan ondan Törəyir.
55. QAYĞI

Bir İnsani Qayğı var – İnsanlaşmaq!

56. TƏRİF

Adam – nəşədən törəyən.
İnsan – əzabdan yaranan.
57. CƏMİYYƏT

Cəmləşən Adamlar – Təkləşən İnsanlar.
58. NAŞILIQ

Adamı İnsan sayıb sevirlər.
İnsanı Adam sayıb sevmirlər.
59. FƏRQ

Adam yüz cür yaşayır, İnsan bir cür.
60. AQİBƏT

Faciədə adam məğlub olur, İnsan qələbə çalır.
61. SƏCİYYƏLƏR

Həyat – Adam istehsal eləyən Fabrik.
Amal – İnsan yaradan Emalatxana.
62. ADAM – XALQ

Adamların daxilində İnsani nə varsa – Birləşir və Xalq yaranır.
Adamların daxilində heyvani nə varsa – Birləşir və Antixalq törəyir.
Adam – həm Xalqdır, həm də antixalq.
63. XOŞBƏXTLİK – BƏDBƏXTLİK

Xoşbəxt Adam olmur.
Bədbəxt İnsan olmur.
 
  Bugün 7 ziyaretçi  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol